248
zənginləşdirib.
Müasir ədəbiyyatşünaslığımızda poetika məsələlərinə diqqətin
artması müsbət haldır. Lakin etiraf etməliyik ki, bəzən tədqiqatlarda
bu termindən sui-istifadə hallarına da yol vərilir. B.Babayevin
araşdırılmalarında poetika terminindən yerli-yerində, bəzən də
həddindən artıq xəsisliklə istifadə olunması diqqəti çəkir. Lakin
onun nəsrdə gülüş üsulları, satirik üslub, bədii detal, adların təbiəti,
satirik hekayədə gözlənilməzlik və uyğunsuzluq, komiklik, istehza,
nadirə və qrotesk, süjet, xarakter və tip yaratma metodları, ideya-
məzmunda gülüş kimi müxtəlif poetik komponentlərlə bağlı elmi-
nəzəri araşdırmaları, gəldiyi nəticələr müəllifə məhz poetika
məsələlərinin tədqiqindən danışmağa haqq verir.
“Azərbaycan satirik nəsrinə dair araşdırmalar” kitabı
B.Babayevin uzun illər apardığı tədqiqatların uğurlu yekunu, gərgin
alim əməyinin bəhrəsidir. Kitabda satirik nəsrin aktual problemləri
dərin təhlil süzgəcindən keçirilıb, ədəbi prosesdə gedən yeniləşmə
ilə səsləşən elmi-nəzəri nəticələr əldə edilib. Kitabda müasir
ədəbiyyatşünaslığımızda yaranan yeni metodologiyaya əsaslanaraq
irəli sürdüyü orijinal ideyalar, əldə etdiyi nəticələr onu qiymətli
elmi məxəz, son dövr ədəbiyyatşünaslığımızın nailiyyəti kimi
qiymətləndirməyə əsas verir.
Bilal Həsənli
Pedaqogika üzrə elmlər doktoru, dosent, əməkdar müəllim
249
İlk sistemli tədqiqat əsəri
Həsən Seyidbəyli Azərbaycan ədəbiyyatının parlaq simala-
rından biridir. O, ədəbiyyat tarixində həm nasir, həm ssenarist, həm
kinorejissor, həm də ictimai xadim kimi şərəfli yerlərdən birini
tutur. Ədəbiyyat o zaman öz zamanından uca dayanır ki, milli
məfkurəyə xidmət edir, yaradıcı şəxs özünün unudur, vətəndaşına
xidmət edir. Bu mənada Həsən Seyidbəyli xalqın, ədəbiyyatın milli
təəssübkeşi olub ömrünü bu yolda şam kimi əridib. Nə yazıqlar
olsun, zamanında belə yaradıcı insanlara qiymət verə bilməmişik.
Bu yerdə xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin
insanlara” şeiri yada düşür.
Həsən Seyidbəyli mənalı bir ömür yaşamışdı. O, qayğılı öm-
ründə həm qələmlə, həm də sözlə xalqa xidmət etməyə çalışıb.
Qələm onun silahı olub, cəmiyyətdəki nöqsanları təmizləməyə,
sözsə tribunalardan danışmağa lazım olub. İkinci bir tərəfdən,
müşahidə etdiklərini bədii əsərlərində təsvir edib. Bu mənada onun
yaradıcılığı çoxşaxəlidir. Yazıçı, kinossenarist, dramaturq və
rejissor olaraq azərbaycan ədəbiyyatı və incəsənəti üçün çalışıb.
Həsən Seyidbəyli ikinci ömür yaşayır. Qədirbilən ziyalı-alim,
ədəbiyyatşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan
Müəllimlər İnstitutunun əməkdaşı Baba Babayev kimi insanların
qələmində “Həsən Seyidbəylinin bədii nəsri” monoqrafiyası
(redaktoru akademik Bəkir Nəbiyev, rəyçilər prof.Təyyar salamoğ-
lu, filologiya üzrə fəlsəfə doktoru Əlizadə Əsgərli. “El” nəşriyyatı,
Bakı, 2010) ədəbi ictimaiyyətə təqdim edilib.
Müəllif bu görkəmli sənətkarın yaradıcılığına bötövlükdə ilk
dəfə qiymət vermək zərurəti qarşısındadır. Sənətkara ilk dəfə
qiymət vermək hər cəhətdən çətindir. Çətindir o mənada ki, ilk
təşəbbüs sənindir. Və sənin verdiyin qiymət gərək obyektiv olsun,
qınağa çevrilməsin. Ona görə bir çətinlik də Həsən Seyidbəylinin
Baba Babayev qələmində yaşamasına təhlil verməkdir. Müəllif çox
haqlı irad tutur ki, bu cür sənətkar haqqında az yazılıb. Ona görə də
müəllif çalışır ki, yazıçının bütün yaradıcılığına qiymət versin. İlk
növbədə Həsən Seyidbəyli gözəl hekayələr və novellalar ustasıdır.
Baba Babayev də onun yaradıcılığını, janrlar üzrə təhlil edərkən
250
hekayə və novellaları önə çəkir. Hekayə həyat həqiqətlərini
göstərmək üçünən çevik ədəbi yoldur. Bu ədəbi yola keçən povest
və romanı öz yaradıcılığına daxil edə bilir. Süjet qurmaq məharəti
hekayələrindən göründüyü kimi pis alınmır. Onun süjet, obraz
yaratma, söz demək imkanları hekayələrində az və ya çox dərəcədə
görünür. Tədqiqat onun hekayələrinin bu cəhətinə də diqqət yetiri,
“İki müavin”, “Qığılcımlar”, “Qiymətli damcılar”, “Vəfalı və oğru
pişik” hekayələrində sənətkarın uğurunu və uğursuzluğunu tənqidçi
gözü ilə oxucunun nəzərinə çatdırır. Monoqrafiyada Baba
Babayevin təhlili birtərəfli deyil. Həsən Seyidbəylinin hekayələrinin
mövzusu beynəlmiləlçilik ruhunda olsa da, obrazlar milli
xarakterlidir. Bu cəhəti Baba Babayev çox düzgün olaraq hiss etmiş,
millilikdən doğan bəşəriliyə ədəbiyyat nöqteyi nəzərindən yanaşıb.
Həsən Seyidbəylinin hekayələrinə nəzər salsaq ilk baxışda
konfliktsiz süjet xətti təsiri bağışlayır. Lakin bu o demək deyil ki,
hekayələr dinamizmindən məhrumdur. Hekayələrindəki daxili
ziddiyyətlər barışmaz həddə deyil, bu ziddiyyətlər öz məcrasında
həll oluna bilir. Hekayələrin bu yönünə nəzər yetirən tədqiqatçı
konflikt məsələsinə toxunarkən bu problemin onun povestləri üçün
keçərli olduğunu yazır. Xüsusilə, “Kənd həkimi” povestində
konflikt institutu bitirən gənclə onun qarşılaşdığı maneələr
arasındadır. Bu povest dərin oxucu rəğbətini qazanıb. Oxuculardan
fərqli olaraq alim bu əsərin nöqsanlarını görə bilir. Povestin
qəhrəmanı gənc həkim Aydın Zeynalovdur. Yazıçının tanıtdığı
kimi, bu obraz həm əsl qızdırmaya, həm də cəmiyyətin mənəvi
xəstəliyinə qarşı mübarizə aparır. Göründüyü kimi, əsərdəki
konflikt həll oluna bilir.
Həsən Seyidbəylinin həyatı və ədəbi-ictimai fəaliyyəti
Azərbaycanla sıx bağlıdır. O, nədən yazırsa yazsın, xalqın arzu-
istəklərini, onun yaşam tərzini həmişə önə çəkir. Onun qəhrəmanları
xoşbəxt insanlardır. Bu obrazlar qalareyasında həkim, neftçi,
kolxozçu, telefonçu, qazmaçı daha çoxdur. Bizi bu obrazlardan o
qədər də böyük tarix ayırmır. Baba Babayev Həsən Seyidbəyli
realizmini günün obyektiv reallığından doğduğunu qanunauyğun
şəkildə görür. XX əsər realizmi özünü Azərbaycan ədəbiyyatında da
göstərib. Tənqidçi öz fikrini belə formula edir ki, Həsən
Dostları ilə paylaş: |