~ 181 ~
büronu pislədiyinə görə 1942-ci il martın 21-də həbxs edilmiş,
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının hərbi tribunalı
tərəfindən əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məh-
kum edilmişdir.
Qulamrza bəy Qasımbəyli
Qulamrza bəy Cəfər bəy oğlu 1889-cu
ildə Zəngəzur qəzasının Güləbürd kəndində
anadan olmuşdu. Əslən Şuşa şəhərindəndir.
Cavanşir elinin Sarıcalı oymağındandır.
Pənahəli xanın qardaşı Behbudəli ağanın
törəməsindəndir. Qasım bəyin oğlu Hacı
Bəylər bəyin nəslindəndir.
Qulamrza bəy ibtidai təhsili molla ya-
nında almışdı. Sonra Yelizavetpol (Gəncə) 4
sinifli gimnaziyasında oxumuşdu. 1 sentyabr
1909-cu ildə gimnaziyanı tamamlamışdı.
Zəngilan kənd məktəbinə müdir təyin olunmuşdu. 18 iyul 1912-ci
ilin sənədlərinə görə hələ həmin məktəbdə çalışırdı.
Qulamrza bəy bir müddət doğma kəndlərindəki məktəbin na-
ziri, müdiri olmuşdu. 1 sentyabr 1919-cu ildə Şuşa ali ibtidai mək-
təbdə müəllim işləmişdi. ADR dönəmində Dövlət Müdafiə komi-tə-
sində işlər müdiri vəzifəsində çalışmışdı.
Q. Qasımbəyli Bakı Universitetində Azərbaycan dili kafedra-
sında işə başlamışdı. Kafedranın əsası 1919-cu ildə qoyulmuşdur.
Universitetdə ilkin tədris olunan fənlərdən biri türk (Azərbaycan)
dili olmuşdur. Belə ki, Bakı Dövlət Universiteti təsis olunarkən
(1919) təhsil rus dilində aparıldığından dövlət dili olan türk (Azər-
baycan) dili öyrədilirdi. Bu ondan irəli gəlirdi ki, universitetin ha-
zırladığı kadrlar Azərbaycan respublikasının əsas əhalisinə - azər-
baycanlılara xidmət göstərməli idilər. Sonralar universitetin türk
(Azərbaycan) və rus bölmələri mövcud olanda Azərbaycan bölmə-
sində rus, rus bölməsində isə türk (Azərbaycan) dili keçilirdi. İlk
~ 182 ~
illərdə türk (Azərbaycan) dili 10 semestrdə tədris edilirdi. Bu illərdə
onun tədrisi ilə yazıçı-dramaturq Ə.Haqverdiyev, dövrünün gör-
kəmli ziyalıları Qədim bəy Şaxtaxtinski, Qulamrza bəy Qasımbəyli
məşğul olurdular.
1930-cu ildə müstəqil Tibb İnstitutu təşkil olunanda ayrıca
dillər kafedrası yaradıldı ki, onun da tərkibində Azərbaycan dili
müəllimləri mühüm yer tuturdular. O zaman kafedraya Azərbaycan
dili müəlliminin – Qədim bəy Şaxtaxtinskinin rəhbər təyin olunması
da ana dilimizə göstərilən qayğının nəticəsi idi.
1932-ci ildə kafedraya dosent Qulamrza bəy Cəfər bəy oğlu
Qasımbəyli müdir təyin edilmişdi. O, bu vəzifədə 1937-ci ilə qədər
çalışmışdı.
Qulamrza bəy jurnalist kimi də fəaliyyət göstərmişdi. 1909-cu
ildə "Tərəqqi" qəzetinin Zəngəzur üzrə xüsusi müxbiri idi, həmin
nəşrdə xeyli yazıları var.
Mir Fəttah Musəvi
Mir Fəttah Musəvi 1891-ci ildə Şuşada kəndli ailəsində do-
ğulmuş, ibtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının
yanına köçmüşdü. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı
siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil
etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam
etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək «Hümmət» kommunist
təşkilatına olur. Müsavat parlamanında «Hümmət» fraksiyasını təm-
sil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir, mitinq və tətillərdə
əhalini əksinqilabçı Denikinə qarşı mübarizəyə səsləyirdi. Kirov
Leninə 1919-cu ilin 27 sentyabrında yazırdı: «Denikinçilər həyasız
bir surətdə öxləri üçün Azərbaycana yol açırlar. Bu günlərdə onlar
burada böyük bir qəsd düzəltmişdilər… Parlament üzvü, hümmətçi
Musəvi həmin qəsdin üstünü açdı… denikinçi (müsavatçı – red.)
Seyidbəyov sentyabrın beşində Musəvi və Aşumovu (Haşım
Əliyevi – ) pusub… tapança ilə onları öldürmüşdür».
~ 183 ~
Qətl günü: Qətl günü Haşım Əliyev, Mirfəttah Musəvi və
Qoqoberidze əvvəlcə kommunist yoldaşları vağzaldan Tiflisə yola
salırlar, sonra onlar Həştərxana benzin aparacaq barkası dəniz yo-
luyla göndərdikdən sonra üçlükdə «Novı Svet» meyxanasına gəlir-
lər. Yemək əsnasında qonşu masada əyləşib şampan şərabı içən mü-
savatçı Hacı bəy Seyidbəyovla aralarında mübahisə düşür. Seyidbə-
yov varlı birisiydi, dəmiryol teleqrafının rəisi işləyirdi və quberna-
torla qohumluğu çatdığından bir sözünü iki etmirdilər.
Seyidbəyov tapançayla Haşım Əliyevi və Mirfəttah Musəvini
qətlə yetirir, Qoqoberidze isə ayağından yaralanır.
1919-cu il sentyabrın 7-si Qurban bayramı günü müsavatçı
Seyidbəyov tərəfindən qətlə yetirilmiş Haşım Əliyev və Mirfəttah
Musəvinin dəfn mərasimi keçirilir. Onların cənazəsi izdihamın
müşayətiylə parlament binasının önünə gətirilir. Əliheydər Qarayev
parlament eyvanından mərasimi izləyən müsavatçı nazirlərə əlini
uzadaraq «Bu qurbanlar sizə baha tamam olacaq» deyə qışqırdı.
Müsavat hökuməti kommunistləri əmin etmişdi ki, qatil yaxa-
lanıb layiqli cəzasına çatdırılacaq və bu səbəbdən də vəziyyəti gər-
ginləşdirməyə, siyasi mitinqlər keçirməyə ehtiyac yoxdur.
Kommunistlər müsavatçıların bu mövqeyiylə razılaşdıqların-
dan həmən günü şəhərdə heç bir insident baş vermədi. Kommunist-
lər qatilin ədalətli mühakimə olunacağına inanırdılar, amma hadisə-
lərin sonrakı gedişi bunun əksini göstərdi. Beləki qatil Hacı bəy
Seyidbəyov 50 min manat girov ödədikdən sonra həbsxanadan sər-
bəst buraxılır və az sonra İrana qaçır.
Qatilin pul alınaraq sərbəst buraxıldığı xəbərini eşidən kimi
«Hümmət» fraksiyası məsələni parlamentin gündəminə gətirir.
«Hümmət» fraksiyasının parlament təmsilçisi tribunadakı nitqində
müsavat hökumətini ittiham edərək deyirdi: «Əksinqilab Dağıstanı
işğal etdikdə necə həyəcanlı günlər keçirdiyimizi yaxşı bilirsiz.
Bilirsiniz ki o vaxt qara qüvvələrlə mübarizə nə qədər çətin və qor-
xulu idi. Bu yolda çalışan gərək öz canından keçəydi. Biz qorxma-
dıq, bunu bilirdik. Hökumətə köməkdən qaçmadıq, ən çalışqan yol-
daşlarımızı əksinqilabçılarla mübarizəyə səfərbər etdik. Mirfəttah
Dostları ilə paylaş: |