Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə30/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   26   27   28   29   30   31   32   33   ...   92

Aydın Çobanoğlu 

 

 



182

Hamının da öz yerində 

Dərdinə qalandı Yunis! 

 

Süfrə açın, çörək verin, 



Başı uca gəzin, deyib. 

Əziz dostun cəfasına 

Axıracan dözün, deyib. 

Qonaq gələn yola, izə 

Güldən xalı düzün, deyib. 

Ədhəminə, Rövşəninə, 

Qoy, ağ olsun üzün, deyib. 

Bu ruhda tərbiyə edib 

Xalisi, Mehmanı Yunis! 

 

Neçəsinə dayaq olub, 



Neçəsinə edib kömək. 

Neçə yola kölgə salıb, 

Neçəsinə çəkib əmək. 

Neçəsinə əl də tutub

Neçəsinə verib çörək, 

Tək gəlibdi, tək gedəcək, 

Bunu hamı bilsin gərək. 

Müxtəsəri, Çobanoğlu, 

Əvəzsiz insandı, Yunis! 

 

   



Yesentuki şəhəri, 

15.05.1987 

 


Ömrün etməyəcək vəfa dedilər 

 

183



 

FƏRZALI 

 

Qazax rayonu, Səməd Vurğun adına sovxozun üzümçülük briqadiri, 



SSRİ Ali Sovetinin deputatı, 

Sosialist Əməyi Qəhrəmanı 

Fərzalı Abbasova 

 

Yurdumun ən igid oğulu, qızı 



Rəşadət göstərib, qəhrəman olub. 

Onların birindən söhbət açıram, 

Mənim də ürəyim söz ilə dolub. 

 

Zəhməti, əməyi dönüb dastana, 



Adına nə qədər mahnı qoşulub. 

Xalq üçün çalışıb, yaratdığından 

Özü də bu xalqın elçisi olub. 

 

Gəzdikcə bağları o qarış-qarış, 



Qızıl gilələrə dönüb zəhməti. 

Ellərin yanında ucaldıb onu, 

Torpağa hörməti, elə hörməti. 

 

Gecədən keçəndə dönər evinə, 



Səhərlər şəfəqdən erkən oyanar. 

Ayağı torpaqdan güc alanların, 

Başı zirvələrlə qoşa dayanar. 

 

Hələ harasıdır, bu igid oğlun 



Adına çox mahnı yazılacaqdır. 

Zəhmətdən, əməkdən güc alan səsi 

Ali məclislərdə gurlayacaqdır. 



Aydın Çobanoğlu 

 

 



184

* * * 


Aşıq, nə durmusan, götür sazını, 

Bu igid eşqinə mahnı de sən də! 

Bir “Qəhrəmanı” çal, xoş müjdələrin 

Yayılsın sədası şəhərə, kəndə! 

 

Halal zəhmətinlə, alın tərinlə 



Dillərdə dastandı adın, Fərzalı! 

Bu uca rütbənlə, uca adınla 

Fəxr edir qohumun, yadın, Fərzalı! 

 

Hünər meydanında yarış bəhsi var, 



Gəncliyin bağlarda qəhqəhəsi var. 

Səndən öyrənməyə çox həvəsi var, 

İsitsin qəlbləri odun, Fərzalı! 

 

Yandığınçün el-obanın oduna, 



Aşıq Aydın dastan dedi adına. 

Yoldaş olsun hər “Qəhrəman” adına 

Xalq elçisi olan adın, Fərzalı! 

   


 

* * * 


Ötüşsün fəsillər, dolansın illər, 

Böyüsün, boy atsın, qoy yaşa dolsun. 

Doğrultsun adını igid babanın, 

O ad el yanında bir igid olsun! 

 

* * * 


İndi o vaxtlardan çox illər keçib, 

O “baba” Fərzalı ata olubdur. 

Doğruldub babanın etimadını, 

Bir qəhrəman kimi yaşa dolubdur. 

 

Tovuz-Bakı, 

18.08 – 24.09... 



Ömrün etməyəcək vəfa dedilər 

 

185



 

KAMİLƏ 

 

Azərbaycan SSR Ali Sovetinin deputatı, 



Bakı quşçuluq fabrikinin briqadiri Kamilə Həsənəliyevaya 

   


 

Xalq elçisi, xalqın ürək telidi, 

Ürək gərək elə yana, Kamilə! 

Zəhmətinlə, zəfərinlə, adınla 

Şan-şöhrətsən Abşerona, Kamilə! 

 

Enişi, yoxuşu səndən öyrənir, 



Şimşəktək çaxışı səndən öyrənir, 

Həyata baxışı səndən öyrənir, 

Neçə gözəl, neçə sona, Kamilə! 

 

Qəlbi təmiz, saf suların aynası, 



Əllərində gəlinliyin hənası. 

İgid yarı, qızıl əsgər anası 

Vəfalı dost, əziz ana, Kamilə! 

 

Bir arzum var ürəyimdə mənim də: 



– Qızıl Ulduz şölə saça sinəndə. 

Çobanoğlu hər məclisdə dinəndə, 

Səndən deyə, səni ana, Kamilə! 

 

   



 

 

“Abşeron” qəzeti, 



             18.12.1987 

 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



186

 

NİGAR 

 

Dostum Mehmanın şirin payı 

Nigar balama 

 

Nə xoş gündə göz açmısan dünyaya, 

Xoş gəlmisən dünyamıza, ay Nigar! 

Ay xoşqədəm, bir-birinin dalınca 

Xoş günləri, xoş ayları say, Nigar! 

 

Gəlişinlə yurdumuza yaz gəlib, 



Gözəllərə işvə gəlib, naz gəlib. 

Məclisinə tar-kamanla saz gəlib,  

Mat qalıbdı göydə ulduz, Ay, Nigar! 

 

Bir tərəfdən nəvələrdən birinci,  



Mehmanın da, Sevincin də sevinci. 

Az tapılan, gec tapılan bir inci

Çox şükür ki, düşdü bizə pay Nigar! 

 

Bir istək də baş qaldırır buradan,  



Bəd nəfəslər, qoy, yox olsun aradan! 

Hər arzunu tez eşidən Yaradan  

Bir qardaş da versin sənə tay, Nigar! 

 

Aydın saz götürsün, Sabir qavalı,  



Getsin könüllərin dərdi, məlalı. 

Əmili, dayılı, nənə-babalı 

Bir gün də etsinlər sənə toy, Nigar! 

 

07.03.1988 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə