15
ki, yoxsullar əxlaqsızlığı, namussuzluğu,
qeyrətsizliyi qan ilə
yumuşlar, şöhrətpərəstlər isə bu iyrənc hərəkətləri həmişə pul,
kapital ilə ört-basdır etməyə çalışmışlar. Ona görə də aşağılar,
qara camaat daha çox əzab və iztirablara düçar olurlar.
Filosoflardan biri yazmışdır ki, “
əlacım olsaydı qatillərdən və
cinayətkarlardan əvvəl yoxsulluğu və nadanlığı məhkəməyə
verərdim. Çünki bir çox bədbəxtliklərin banisi bunlardır”.
Cəmiyyətdə baş alıb gedən əxlaqsızlığın əsas səbəblərini
yoxsulluqda, maddi ehtiyacda və mənəvi səbatsızlıqda görənlər
yanılmırlar. Bu gün həyatın əxlaqsızlıq girdabına atılanlar öz
hisslərini, ehtiraslarını vaxtında cilovlamağı bacarmayanlar, ilk
növbədə isə özünü yaxşı görə bilməyən, özünü lazımınca
qiymətləndirməyən insanlardır.
Həyatda yaxşını-pisdən, xeyiri-şərdən, xeyirxahlığı-
naqislikdən, alicənablığı-riyakarlıqdan, ayırd etmək, paxıllığı,
mərdimazarlığı, kinliliyi, qısqanclığı, qeybəti, tamahkarlığı və
i.a. kimi qəbahətləri konkret şəraitdə və konkret halda görə
bilmək üçün hər kəsin öz ağıl və emosiyalarının,
zəka və
ehtiraslarının düzgün işləməsi, tərbiyə edilməsi lazımdır ki, bu
da öz növbəsində doğru-düzgün dünya görüşündən, möhkəm
əqidə və inamdan, sarsılmaz həyat qanunlarına çevrilmiş
vərdişlərdən aslıdır. Məhz buna görə də biz özünənəzarətin, öz
hərəkətlərini təhlil etməyin,
özünə kənardan baxa bilməyin,
özünü yaxşı görə bilməyin əhəmiyyətini xüsusi qeyd etməliyik.
İnsanın böyüklüyü hər şeydən əvvəl özünü daxilən yaxşı görə
bilməsindədir, öz-özünə obyektiv hökm çıxara bilməsindədir.
Təəssüf ki, müəyyən mənada cəmiyyətdə baş alıb gedən kapital
burulğanı gənclərimizin əxlaq və mənəvi dünyasına nəzər
salmağa imkan belə verməyərək, onları hiss və ehtiraslar
dənizində öz ağuşuna alır. Bu zaman artıq gec olur. Bu dənizə
atılmazdan qabaq hər şeyi yaxşıca, özü də ağılla götür-qoy
etmək lazımdır. Bu dənizin sularında üzənlər, bu suyun acısını
dadanlar sahilə çıxandan sonra canlı varlıq olsalar da, cəmiyyət
üçün onlar artıq “əşyaya”, “alətə” çevrilirlər. Bu həyatın
insana
16
verdiyi ən amansız, həm də ən layiqli cəzasıdır. Görəsən, onları
bu çirkaba atılmazdan qabaq saxlamaq mümkündürmü?!
Əlbəttə, mümkündür. Axı, onlar bu iztirablı çirkaba atılmazdan
əvvəl özləri üçün həmdəm insan, yoldaş, dost axtarışında
olurlar. Həyatda əsil dostun, yoldaşın, əqidənin, etibarın,
inamın itdiyini görəndən sonra, digər tərəfdən də kapitalın
hissolunmaz gücü, ecazkar qüvvəsi onların səmtini istər-
istəməz dəyişməyə məcbur edir. İnsanların laqeyidlik azarına
tutulması isə bu faciənin daha da dərinləşməsinə, eyni zamanda
kütləvi vüsət almasına şərait yaradır. Nə etməli?!
Yenə də əlimizi-əlimizin
üstünə qoyub nəyi isə
gözləməliyikmi?! Xeyir! Əsla! Bu gün qəbahətlərimizə qarşı
açıq mübarizəyə qalxmaq üçün həyacan təbilini səslən-
dirməliyik!
Cəmiyyətdə baş alıb gedən əxlaqsızlığı, mənəvi
pozğunluğu, rüşvətxorluğun doğurduğu iyrənc əməlləri yabanı
alaq otları kimi vaxtında təmizləyə bilməsək, onda gələcək
nəsildə sağlam tərbiyəli gənclərimizin mövcudluğu sual altında
ola bilər. Bu gün cəmiyyətimizdəki çirkab suların çoxalmasının
əsas səbəbi digər tərəfdən də bu işdə lazımi vaxtda, düzgün və
cəsarətli addım atmamağımız səbəb olubdur. Artıq bu sahədə
cəsarətli vəqəti addımlar atmağın çoxdan vaxtı çatıbdır.
Düzdür, bu gün bizi uğursuzluq, müvəffəqiyyətsizlik
yaxalayıbsa, biz əllərimizi göyə qaldırıb tez təslim
olmamalıyıq, bu baxımdan özümüzü məğlub hesab
etməməliyik. Əgər gələcəkdə yaxşı, rahat, firavan və
gözəlhəyatda yaşamaq istəyiriksə, milli mənəvi dəyərlərimizin
qorunması yolunda
durmadan, gecikmədən yaxşı da işlər
görməliyik.
Bu gün hamımızı düşündürən bir məsələ var. Biz bu gün
Müstəqil Respublika olaraq özümüzü Azərbaycan
Cümhuriyyətinin varisi, yoxsa Azərbaycan SSR-nin varisi
hesab etməliyik. Milli ideologiya baxımından ilk növbədə
Azərbaycan Respublikasının varislik probleminə, yəni özünü
17
Azərbaycan Cümhuriyyətinin
varisi elan edən bir
respublikanın, həmin Cümhuriyyətin milli mənəvi dəyərlərinə,
xüsusilə onun başlıca ideoloji prinsiplərinə nə dərəcədə sahib
çıxıb-çıxmamasına aydınlıq gətirilməlidir.
Tanınmış bir filosofun fikrinə görə,
“Həyata və azadlığa yalnız
o adam layiqdir ki, hər gün bunların uğrunda döyüşə gedir”.
Bəli, bu gün bizmilli ideyaların uğurla həyata keçirilməsi,
müstəqilliyin möhkəmləndirilməsi prosesində ən mühüm
şərtlərdən biri olan cəmiyyət milli-mənəvi dəyərlər ruhunda
səfərbər olunmalı və bu
yoldahər birimiz özünü milli
mənliyimizin yad qəbahətlərdən qorumaq uğrunda döyüş
meydanında yorulmadan mübarizə aparanlardan hesab
etməlidir...
Bakı, mart 1993-cü il.