Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   2   3   4   5   6   7   8   9   ...   54

 
    
Адил Ъямил
  
 
 
24
 
İŞSİZ GƏNCİN MƏMURA MƏKTUBU 
 
Qara qapıların qaranlığında 
Mənim vaxt sərvətim əridi müftə. 
Yaşadıq oxşarsız taleyimizlə - 
Mən əzab içində, siz isə kefdə. 
Ömrümdən-günümdən çox şey itirdim, 
Heç nə qazanmadım dözümdən özgə… 
Cavan taleyimə, gənc ürəyimə 
Bir yanan olmadı özümdən özgə… 
Bir anın içində gözümdən düşdü 
«Müqəddəs» dərslərin mühazirəsi. 
Sıxdı ürəyimi, arzularımı 
Acı fikirlərin mühasirəsi… 
Sizin yanınıza işdən ötəri 
Bugünkü gəlişim qaldı sabaha. 
«Sabah gəl» dediniz, 
Mən yenə gəldim, 
Sizi qorxutmadı qanun-qadağa. 
Beləcə mənimlə oynadınız siz, 
Saxta «sabahlar»dan doymadınız siz. 
Yoruldum, usandım, mən axı, qardaş, 
Nə çoxdur dünyanın sabahı qardaş! 
O meşin qapının yumşaqlığıcan 
Sənin ürəyində yumşaqlıq yoxdur… 
Bir şeyi ömürlük unutmusan ki - 
Nə vaxtsa bizi də ana doğubdur. 
Nə vaxtsa dünyaya biz də gəlmişik, 
İnsan ünvanıyla, 
adam adıyla - 
Uçmuşuq sabahın üfüqlərinə 
Böyük arzuların qol-qanadıyla. 
İndi o səmamız dar gəlir bizə
Uçmaq istəyirik, uçmaq, əzizim - 


Сечилмиш ясярляри
  
 
 
25
Fəqət bəs etməyir verdiyin səma, 
Çırpınır, çırpınır uçmaq həvəsim… 
Açılmaq istəyən sabahlarımın 
Gözünü qapadı qara əliniz, 
Köksümü dağladı «sabah gəl»iniz. 
İndi hara gedir, hara baxıram 
Gözümün içində buz heykəliniz… 
 
1978 
 


 
    
Адил Ъямил
  
 
 
26
 
QOŞMA 
 
Gümüş cığırları nərdivan etdim, 
Bir zirvə sevinci uyutdu məni. 
Dumanlıq qoynunda tapıldım, itdim, 
Bələdçim dağ çayı ovutdu məni. 
 
Boylandım şimşəyin qızıl rəqsinə 
Qayalar qoymadı qorxam, diksinəm… 
Sarmaşdım lalənin alov köksünə 
Bu həsrət dağlara tanıtdı məni. 
 
Özüm heyran qaldım öz həvəsimə - 
Qovuşdum zirvənin buz nəfəsinə. 
Düşdüm bu dağlarda Kərəm izinə, 
Yolların haçası yanıltdı məni. 
 
Göy çəmən nur içdi bir duşum şehdən, 
Dünya ətirləndi bir əsim mehdən. 
Xatirəm boylandı qövsi-quzehdən, 
O həsrət ömürlük unutdu məni… 
 
1977 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
27
 
BİR PARÇA KƏNDƏM 
 
Uzanar, uzanar o dağ yolları 
Uzaqda açılan səhərə sarı. 
Yuxuma dolanar ana qolları - 
Kəndimiz boylanar şəhərə sarı. 
 
Uzanar, uzanar o aylı gecə - 
Məni aydınlığa çıxarsın deyə. 
O kəndin gecəsi gecəmdən keçər, - 
Səmada ulduzlar çoxalsın deyə. 
 
Uzanar, uzanar o dağ çayı da - 
Tövşüyə-tövşüyə axar dalımca; 
Yalvarıb-yapışar: bəlkə qayıdam, 
Qayıda bilmərəm… baxar dalımca. 
 
O yol da, o çay da yaxındır, nə qəm - 
Axşam da mənimdir, səhər də mənim. 
O kənddən ayrılan bir parça kəndəm - 
Ömrümün davamı şəhərdə mənim… 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
28
 
İSTİSU 
 

Bir bulağın gözündədir 
Gözlərimin təmənnası. 
Gül nazından doysa bülbül 
Mən çəkəydim həmən nazı. 
 
Hey baxıram köçənlərə - 
Görən hanı köçən Lələ? 
Sinəsindən keçənlərə 
Çiçək razı, çəmən razı… 
 
Göylər «uçar» yağış yağsa, 
Güllər açar günəş doğsa. 
Zirvəsində insan yoxsa 
Bu dağların nə mənası? 
 
II 
 
Dedim çıxım bu dağlara, 
Dağ üstündə dağ göründü. 
Yaşıl dedim yamaclara, 
Zirvə mənə ağ göründü. 
 
Başım üstü əngin səma, 
Ayağımın altı dərə. 
Bir daş atsan dilə gələr
Dindirməsən laldı dərə. 
 
Fikrə daldım göy ətəkdə, 
Güman üstə güman gəldi. 
Gözlədiyim evdə qaldı, 
Görüşümə duman gəldi. 
197



Сечилмиш ясярляри
  
 
 
29
 
DAĞLARA QAYITMIŞAM 
 
Bulud məni yağışına çağırır, 
Zirvə məni yoxuşuna çağrır, 
Dərə məni ağuşuna çağırır, 
Göyəribdir yamac indi, yal indi. 
 
…Uşaqlığım nadinc olub, kür olub
Şıltaqlığım şəlaləylə bir olub. 
O gədiklər bu gün mənə pir olub - 
Səcdəsində ayaqlarım yalındı. 
 
Duman bildim meşələrə çökəni, 
Şimşək bildim göydə qılınc çəkəni. 
Hanı külək, yırğalaya cökəni? - 
Budağından damcılaya bal indi… 
 
Sabahımda bu günümü gəzənəm, 
Dağ hicrinə dağ əzmiylə dözənəm. 
Ey Əslini xatırlayan təzənəm, 
Dağlar üçün bir «Kərəmi» çal indi… 
 
1975 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
30
 
LAÇIN KƏNDİ 
 
Bu kənddə anadan olmuş Məmməd Aslana 
 
Burda dağlar üfüqlərə dirənib, 
Burda dünya gül ətrinə bələnib. 
Burda ömür bu dağlara güvənib
Oğulsansa dağ kəndinə yaş ayır. 
 
Laçınqaya laçınların yatağı, 
Hər bulağı bir buludun «budağı». 
Burda insan yuva seçib bu dağı 
Qartal kimi zirvələrdə yaşayır. 
 
Çiçəkləşir burda çiçək dərənlər, 
Ölməzləşir burda ömür sürənlər. 
Göz açandan belə dünya görənlər 
Ya rəssamdır, ya bəstəkar, ya şair! 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə