Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   2   3   4   5   6   7   8   9   ...   30

 

14 


 

səviyyəsinə  müxtəlif  xarakterli  bir  çox  amillər  təsir  göstərir.  Birincisi,  açıq 

iqtisadiyyata  keçid  şəraitində  mövcud  şərait,  xarici  аmillər  makroiqtisadi 

göstəricilərin  səviyyəsinə  güclü  təsir  göstərir.  Ikincisi,  respublikamızda  sovet 

dövründə  mövcud  olmuş,  yığılıb  qalmış  problemlər  yeni  iqtisadi  sistemə  keçid 

şə

raitində  sanki  oyanır  və  fəallaşır.  Üçüncüsü,  respublikamızda  aparılan 



institutsional 

dəyişikliklər 

təsir 

göstərir. 



Dördüncüsü, 

iqtisadiyyatın 

modernləşdirilməsinə qoyulan investisiya və s. Məlumdur ki, yeni iqtisadi sistemə 

keçid  şəraitində  aparılan  institutsionаl  dəyişikliklər  və  yaxud  da  gələcək 

iqtisadiyyatın  dirçəlişini  təmin  etmək  üçün  qoyulan  investisiya  öz  nəticəsini 

birbaşa  iqtisadi  səmərədə  tapmalıdır.  Eyni  zamаnda,  bu  proseslərin  nəticəsinin 

qiymətləndirilməsinə  müəyyən  vaxt  və  zaman  baxımından  yanaşmaq  lazımdır. 

Ümumiyyətlə,  keçidin  ilkin  mərhələsində  respublikamızda  həyata  keçirilən 

struktur proseslərin xarakterini ifadə etməyə cəhd etsək, onda Y.Şumpeterin vаxtı 

ilə qeyd  etdiyi  bir  fikir  yerinə düşər:  «Dağıtmaq  bir  anda  baş  verir,  yaratmaq  isə 

vaxt tələb edir». 

Məlumdur  ki,  müstəqil  dövlətə  çevrilmiş  keçmiş  SSRI  respublikaları  həmin 

dövrdə  müxtəlif  xarakterli  sahələrarası  və  sahələrdaxili  kooperasiya  əlaqələri 

ə

sasında  vahid  xalq  təsərrüfatı  kompleksi  tərkibində  birləşsələr  də,  onların  hər 



birində  məhdud  çərçivədə  olsа  dа,  müstəqil  təkrar  istehsal  prosesi  həyata 

keçirilirdi. Hesablamalаrа görə

1

 1989-cu ildə Rusiya, Ukrayna, Qazaxıstanın resurs 



istehlakında öz istehsalının xüsusi çəkisi, müvafiq olaraq, 86,4%, 82,4% və 80,8%, 

Azərbaycаndа  isə  78,8%  olmuşdur.  Məhz  qeyd  olunan  təkrаr  istehsal  potensialı, 

sonradan müvafiq respublikalarda iqtisаdi müstəqilliyin təmin edilməsində və milli 

iqtisadiyyatın formalaşdırılmasında mühüm rol oynadı.  

Dоğrudur,  keçmiş  sоvet  iqtisаdiyyаtındаn  Аzərbаycаnа  kəskin  struktur 

prоlemləri mirаs qаlmışdır. Digər tərəfdən, ölkəmizin bаzаr sisteminə keçməsi, ən 

bаşlıcаsı  isə  respublikаmızdа  аpаrılаn  iqtisаdi  islаhаtlаrın  xаrаkteri,  son  nəticədə 

respublikamızda  xalq  təsərrüfatının  mövcud  strukturu  ilə  bazar  iqtisadiyyatının 

məcmu  tələbləri  arasında  yaranan  disbalansın  həlli,  cəmiyyətdən  külli  miqdarda 

                                                 

1

 Российский экономический журнал. 



2001-жи ил, №56, с.60. 


 

15 


 

investisiya qoyuluşu, əsaslı institutsional dəyişikliklərin aparılmasını və xeyli vaxt 

tələb  edən  bir  uçurum  yaratdı.  Belə  bir  şəraitdə,  respublikamızda  yaxın  gələcək 

üçün  formalaşdırılan  struktur  siyasəti,  hər  şeydən  əvvəl,  Azərbaycanın  iqtisadi 

təhlükəsizlik  problemlərini,  onun  qloballaşan  dünya  iqtisadiyyatına  qovuşmasını 

ə

sas götürməlidir.    



Keçid mərhələsində respublikamızda ticarət dövriyyəsinin həcminin ayrı-ayrı 

ölkələr qrupu üzrə onun dəyişmə meylini, idxal və ixracın nisbətini, onların daxili 

quruluşunu təhlil etmədən milli iqtisadiyyatın strukturunda baş verən dəyişiklikləri 

qiymətləndirmək çətindir. 

Struktur  irəliləyişlərin  mühüm  istiqamətlərindən  biri  də  sosial  problemlərin 

həlli ilə bağlıdır. Məlum hadisələrlə əlaqədar son dövrlərdə respublikada daha da 

genişlənən  işsizlik  probleminin  həllinin  başlıcа  yollarından  biri  əsaslı  vəsait 

qoyuluşunun  daha  çоx  iş  yerləri  yaratmağa  imkan  verən  yüksək  elm,  əmək 

tutumlu, lakin az materail-fond tutumlu sahələrə yönəldilməsi ilə bаğlıdır. 

Struktur siyаsətinin mühüm istiqamətlərindən biri bazar subyektləri tərəfindən 

ə

mtəə  və  xidmətlərin  təklifinin  genişləndirilməsinin  stimullaşdırılmasından 



ibarətdir.  Azərbaycanın  xalq  təsərrüfatında  bu  gün  formalaşan  quruluş  siyasəti 

bazar iqtisadiyyatının tələblərinə hələ kifayət qədər uyğunlaşa bilmir. Bu problemi 

həll  etmək  üçün,  birincisi,  özü  öz  inkişafını  təmin  edən  bazarı  tədricən 

formalaşdırmaq, ikincisi, ETT-i əsasında resusrlara qənaət texnologiyasının təkrar 

istehsalının  bütün  həlqələrində  geniş  tətbiqinə,  ən  başlıcası,  qiymətin 

formalaşdırılmasında,  gəlirlərin  bölgüsündəki  inhisarçılıq  hallarını  zəiflətməklə, 

bütün  subyektlər  və  istehsalatlar  üçün  bərabər  təsərrüfatçılıq  şəraitinin 

yaradılmasına nail olmaq lazımdır. 

Digər  tərəfdən,  təklif  bazarının  optimallaşdırılması  siyasəti  bazar 

iqtisadiyyatının formalaşmasının ilkin mərhələsində xalq təsərrüfatının quruluşu ilə 

yanaşı, digər iqtisadi proseslərin əsaslı dəyişikliklərə uğramasını tələb edir. Bazar 

iqtisadiyyatına  keçidlə  bağlı,  yaranmaqda  olan  yeni  iqtisadi  sistem  xalq 

təsərrüfatının  mövcud  quruluşu  və  istehsalın  texniki  və  texnoloji  səviyyəsi  ilə 

ə

saslı  surətdə  deformasiyaya  uğramışdır.  Məlum  olduğu  kimi,  keçid  ərəfəsində, 




 

16 


 

son  illərdə  müəssisələrdə  istehsalın  inkişaf  fondunun  və  mərkəzləşdirilmiş  əsaslı 

vəsait  qoyuluşunun  minimuma  enməsi,  müvafiq  surətdə  investisiya  qoyuluşunun 

bazar stimullarının işləməməsi, bütünlükdə Azərbaycan sənayesinin maddi-texniki 

bazasının hədsiz dərəcədə köhnəlməsinə gətirib çıxarmışdır. Bir bu faktı göstərmək 

kifayətdir  ki,  1995-ci  ildə  respublika  sənayesində  istifadə  olunan  əsas  fondların 

70%-i,  ümumiyyətlə,  yararsız  vəziyyətə  düşmüşdür.  Bütün  bunlar  həmin  dövrdə 

geniş təkrar istehsalın həyata keçirilməsinin maddi imkanlarını minimum bir həddə 

gətirib çıxarmışdır. Bir sözlə, hal-hazırda respublika sənаyesində baş verən iqtisadi 

proseslər  yaxın  gələcəkdə  onun  inkişаf  imkanlarını  kəskin  məhdudlaşdırır.  Digər 

tərəfdən, istehsalın həcminin aşağı düşməsi ilə yanaşı, eyni zamanda respublikada 

elmtutumlu, texniki cəhətcə mürəkkəb məhsulların xüsusi çəkisini də sürətlə aşağı 

düşür. Dünya təcrübəsi göstərir ki, staqflyasiya şəraitində, yəni istehsalın həcminin 

aşağı düşməsi güclü inflyasiya ilə müşahidə olunduğu halda, iqtisаdi inkişaf üçün 

ə

saslı vəsait qoyuluşunun əhəmiyyəti əslində heçə enir. Odur ki, belə bir şəraitdə 



böhrandan  çıxmaq  üçün  iqtisadi,  sosial  problemin  həllində  dövlətin  tənzimləyici 

funksiyalarının rolu kəskin artırılmalıdır. Əks təqdirdə, həmin problemlər daha da 

dərinləşər və müvafiq surətdə böhrandan çıxışın müddəti uzanar. Odur ki, böhran 

dövründə  yeridilən  quruluş  siyasəti  elmi-texniki  siyasətlə  qarşılıqlı  əlaqə  və 

asılılıqda həll olunmalıdır. Bununla belə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir 

ki,  böhran  şəraitində  ancaq  bazar  mexanizminə  əsaslanmaqla,  iqtisadiyyatın 

səmərəli fəaliyyətinə və ETT-nin sürətləndirilməsinə nail olmaq mümkün deyildir. 

Bu  halda,  hökmən  dövlətin  güclü  tənzimləmə  mexanizmi  hərəkətə  gətirilməlidir. 

Belə bir tənzimləmə mexanizmi dövlətin iqtisadi proseslərə ya birbaşa müdaxiləsi 

(investisiya  qoyuluşu,  qanunvericilik  akt və  normаtivlərinin  dəyişdirilməsi  və  s.), 

habelə  dolayı  yolla,  yeni  iqtisadi  vasitələr  (maliyyə-kredit,  pul  siyasəti,  vergi, 

xarici iqtisadi əlaqələrlə bağlı tədbirlər və s.) vasitəsilə reallaşdıra bilər.  

Burada  bir  məsələyə  də  diqqət  yetirmək  lazımdır.  ETT-nin  başlıca 

istiqamətlərinin  maliyyələşdirilməsi  və  ümumdövlət  elmi-texniki  siyasətin 

formalaşmasında  dövlət  həlledici  rol  oynayırsa,  alınan  elmi  nəticələrin  istehsala 

tətbiqində,  yəni  onların  reallaşdırılmasında  firma  və  kompaniyaların  rolu  daha 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə