Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   2   3   4   5   6   7   8   9   ...   30

 

11 


 

dövrdən sonra həmin investisiya fəallığı iqtisadi inkişafın «ağır yükünə» çevriləcək 

və  onu  yeni  iqtisadi  böhrana  doğru  istiqamətləndirəcəkdir.  Beləliklə,  struktur 

investisiya  siyasətinin  perspektiv  istiqaməti,  son  nəticədə  geniş  təkrar  istehsalın 

resurslara  hərtərəfli  qənaət  tipinə  keçidlə  müşahidə  olunmalı  və  ən  başlıcası  isə 

mövcud  resurslar  balansı  şəraitində  cəmiyyətin  tələbatlarını  mühüm  qədər  yaxşı 

ödənilməsinə yönəldilməlidir. 

Bu  gün  müstəqillik  əldə  etmiş  respublikalarda  struktur  investisiya  siyasəti 

daha çox cari ictimai iqtisadi və siyasi problemlərin təsiri altında formalaşır. Bütün 

bunlarla yanaşı, yaxın gələcəkdə investisiya struktur siyasətinin başlıca istiqaməti 

respublikada resursların emalı mərhələsini dərinləşdirməyə imkan verən sahələrin 

inkişafı ilə bağlıdır. Bu investisiya siyasətinin qeyd olunan perspektiv istiqamətləri 

ilə yanaşı, yaxın gələcəkdə struktur irəliləyişlərinin daha çox əhalinin zəruri ərzaq 

və istehlak mallarına olan tələbatının ödənilməsinin təsiri altında formаlaşacaqdır. 

Respublikada  həyata  keçiriləcək  struktur  irəliləyişləri  bu  sosial-iqtisadi 

problemlərin  həlli  ilə  yanaşı  ətraf  mühitin  sağlamlaşdırılması  məsələlərini  də 

nəzərdən  qаçırmаmalıdır.  Burada  söhbət,  Azərbaycanda  sənaye  sahələrinin  ətraf 

mühiti  daha  çox  çirkləndirən  sahələrin  inkişafının  mümkün  qədər 

məhdudlaşdırılmasındаn və həmin istehsal sahələrinin texniki-texnoloji səviyyəsini 

yüksəltməklə, onların ətraf mühitə neqativ təsirini zərərsizləşdirməkdən gedir. Bu 

gün  ərzaq  probleminin  mövcudluğu  şəraitirində  aktual  olmasa  da,  görünür 

perspektivdə kənd təsərrüfatı və ərzaq məhsullarının artımının kimyəvi proseslərin 

təsiri  аltındа  intensivləşdirilməsi  meyli  də  xeyli  zəifləyəcəkdir.  Bunlаrın  hаmısı 

sоn  nəticədə,  respublikada  həyata  keçiriləcək  struktur-investisiya  siyasəti 

Azərbaycanın  dünya  bazarına  çıxış  imkanlarının  genişləndirilməsinə  xidmət 

etməlidir. 

Bü  ümumi  prinsiplər  baxımından  struktur  irəliləyişlərinin  səmərəliliyini 

qiymətləndirmək  üçün,  onun  tarixən  formalaşmış  sahə  quruluşunun  mövcud 

səviyyəsinin,  resurs  təminatı  və  bu  sahədə  respublikanın  yerli  potensial 

imkanlarından  istifadənin  mümkünlüyü  əsas  götürülməlidir.  Həm  də  struktur 

problemlərinin istiqamətləri müəyyənləşdirilərkən, ona hər bir sahənin inkişafının 



 

12 


 

sahəvi problemlərini həll etmək baxımından deyil, həmin meyllərin iqtisadiyyatın 

sabitləşməsinə,  bazar  iqtisadiyyatına  keçməsinə  nə  dərəcədə  şərait  və  imkan 

yaratması  nöqteyi-nəzərindən  yanaşmaq  lazımdır.  Bu  baxımdan,  hal-hazırda 

Azərbaycanda  struktur  irəliləyişlərinin  o  istiqamətlərinə  üstünlük  verilməlidir  ki, 

birincisi, qeyd olunan problemləri nisbətən qısa müddətdə, az xərclə, eyni zamanda 

səmərəli  reallaşdırmağa  imkan  versin  və  bununla  da  respublikada  sağlam  milli 

iqtisadiyyatın  yaranmasına  və  onun  valyuta  ehtiyatlarının  formalaşmasına  xidmət 

etsin.  Məlumdur  ki,  uzun  illər  boyu  Azərbaycаn  iqtisadiyyatı  əsasən,  xammal 

ixracı istiqamətində formalaşmışdır. 

Qeyd  etmək  lazımdır  ki,  ilkin  mərhələdə  respublikada  yaranmış  iqtisadi 

strukturun  iflic  vəziyyətini  xarakterizə  edən  cəhətlərdən  biri  də  ilkin  resursların 

təklifinin sahə məhdudiyyətləri ilə bağlıdır. Bu isə, öz növbəsində resurslara qənaət 

texnologiyasının,  səmərəli  alternativ  resursların  tətbiqini  və  nəhayət,  resursların 

bir-biri ilə əvəz olunması imkanlаrını məhdudlaşdırır. Bülün bunlarla yanaşı elmi-

texniki  tərəqqinin  təsiri  altında  ilkin  resursların  bir-birilə  əvəz  olunması 

imkanlarını,  digər  tərəfdən  isə  müvafiq  struktur  irəliləyişlərinin  olmaması  ilə  də 

ləngidilə bilər. 

Yeni yaranan müstəqil dövlətlər ilkin mərhələdə böhrandan çıxmaq və bazar 

iqtisadiyyatına  keçmək  məqsədilə  mümkün  qədər  səmərəli  struktur  siyasətini 

həyata  keçirə  bilmək  üçün  mövcud  potensialdan  çıxış  edərək  seçmə  üsulu 

prinsipini əsas götürürlər. Belə bir inkişaf yolu ilə, hər şeydən əvvəl, yuxarıda qeyd 

etdiyimiz  kimi,  resursların  əvəz  olunması  sahəsindəki  yarаnmış  məhdudluqların 

aradan qaldırılmasını nəzərdə tutur. 

Ikinci  istiqamət,  təsərrüfat  subyektləri  tərəfindən  əmtəə  və  xidmətlərin 

təklifinin  genişləndirilməsini  stimullaşdırmaqdan  ibarətdir.  Bu  gün  Azərbaycanın 

xalq  təsərrüfatında  formalaşmış  quruluş  siyasətinin  hər  iki  istiqaməti  «təklif 

iqtisadiyyatı»nın  məlum  tələbləri  çərçivəsinə  sığışmır.  Çünki  bu  problemləri  həll 

etmək üçün, birincisi, özü öz inkişafını təmin edən bazarı formalaşdırmаq, ikincisi, 

elmi-texniki  tərəqqi  əsasında  resurslаra  qənaət  texnologiyasının  təkrar  istehsalın 

bütün həlqələrində geniş tətbiqinə nail olmaq lazımdır. 



 

13 


 

Son  nəticədə  təklif  bazarının  stimullaşdırılması  siyasətinin  səmərəliliyi  öz 

növbəsində iqtisadiyyatın müəyyən mənada quruluşunun sabitliyini tələb edir. Bu 

məqsədlə,  xalq  təsərrüfatının  quruluşu  bütün  mərhələlərdə  yenidən  qurulmalıdır. 

Quruluş  irəliləmələri  və  onunla  bağlı  tədbirləri  aşağıdakı  kimi  sistemləşdirmək 

olar:  makro  struktur;  sahələrarası;  regionlararası,  mikrostruktur;  idarəetmənin 

köhnə,  yararsız  təşkili  qurumları  aradan  qaldırılmalı  və  bazаr  münasibətlərinin 

tələblərinə  uyğun  yenidən  yaradılmalıdır.  Məlumdur  ki,  xalq  təsərrüfatının 

quruluşunun  yenidən  qurulması  külli  miqdarda  maddi  maliyyə  və  əmək 

resurslarının bu məqsədə yönəldilməsini tələb edir. Öz növbəsində nəzərdə tutulan 

tədbirlərin  həyata  keçirilməsinin  səmərəliliyi  uzun  illər  boyu  ölkəmizdə  məsrəfli 

təsərrüfatçılığа yönəldilmiş sistemin sosial-iqtisadi, siyasi əsaslarının necə və hansı 

sürətlə  aradan  qaldırılmasından  çox  asılı  olacаqdır.  Struktur  siyasətinin  tələb  və 

təklifin  mütənasibliyinə  şərait  yaratması  üçün  müasir  dövrdə  istehlak  şeyləri 

istehsal edən sahələrə investisiya qoyuluşunu artırmaq lazımdır. Xalq təsərrüfatının 

quruluşunun  yenidən  qeyd  olunan  istiqamətləri,  ancaq  o  halda  lazımi  səmərəni 

verər  ki,  həmin  proseslər  qarşılıqlı  əlaqə  və  asılılıqda  həyata  keçirilsin.  Ən 

başlıcası  isə,  məhsul  vahidinə  sərf  olunan  resursların  azalması  ilə  müşahidə 

olunsun. 

Çünki  xalq  təsərrüfatının  formalaşmış  quruluşunu  və  onun  dəyişmə  meylini 

ə

lraflı  təhlil  etmədən,  hər  hansı  bir  dövrdə  iqtisadi  artımın  xarakterini  və 



bütünlükdə  səmərəliliyin  real  səviyyəsini  qiymətləndirmək  əslində  mümkün 

deyildir.  Bunsuz  isə  respublikada  iqtisadiyyatı  sabitləşdirməyin  və  bazar 

iqtisadiyyatına keçməyin səmərəli yollarını seçmək çox çətindir. 

Yuxarıda  qeyd  olunan  ümumi  prinsiplər  əsasında  sosial-iqtisadi  inkişafın 

perspektiv  strategiyasına  uyğun  tələb  və  təklifin  mümkün  tarazlığı,  resursların 

balansı  və  onlardan  istifadə  dərəcəsini  nəzərə  alan,  ən  başlıcası  isə  bаzar 

iqtisadiyyatına səmərəli və mülayim keçməyə imkan verən optimal quruluş siyasəti 

yeritmək lazımdır. 

Keçmiş  postsovet  respublikalarının  təcrübəsi  göstərir  ki,  keçid  mərhələsində 

iqtisadiyyatın  strukturunun  səmərəliliyini  xarakterizə  edən  göstəricilərin 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə