Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 



nun  və  bu  gün  hərəkətə  gətirilə  bilən  elmi-texniki  potensialının  müəyyənləşdiril-

məsini  tələb  edir.  Bütün  bunları  nəzərə  alaraq  respublikada  elmi-texniki,  struktur 

siyasəti  elə  bir  istiqamətə  yönəldilməlidir  ki,  o, bir tərəfdən, Azərbaycanın bütün 

resurslarından  səmərəli  istifadə  etməyə  şərait  yaratsın  və  ən  başlıcası  isə 

perspektivdə iqtisadi artımın inkişaf imkanlarını məhdudlaşdırmasın. 

XX  əsrin  70-80-ci  illərində  dünya  iqtisadiyyatında  iqtisadi  artım  sürətinin 

ümumən  zəifləməsi,  işsizliyin  artması  və  inflyasiyanın  güclənməsinin  qarşısını 

almaq məqsədilə inkişaf etmiş ölkələr yeni şəraitə uyğun struktur və yaxud məcmu 

təklifi  stimullaşdıran  siyasətin  işlənib  hazırlanmasını  və  həyata  keçirilməsini 

obyektiv  zərurətə  çevirdi.  Məsələnin  mahiyyəti  ondan  ibarətdir  ki,  bu  mərhələdə 

qısamüddətli  sabitləşmə  proqramlarının  tətbiqi,  ölkədə  uzunmüddətli  sabit,  eyni 

zamanda  sağlam  iqtisadi  artımı  təmin  edə  bilmirdi.  Məlumdur  ki,  məcmu  tələbi 

artırmaq  məqsədi  ilə  inkişaf  etmiş  ölkələrdə  həyata  keçirilən  struktur  siyasəti 

ə

hatəli  bir  anlayış  olmaq  etibarı  ilə  rəqabətin  stimullaşdırmasını,  maliyyə 



bаzarlarının,  fəaliyyətinin,  vergi  islahatlarının  həyata  keçirilməsini,  dövlətin 

tənzimləmə funksiyalarının məhdudlaşdırılmasını və s. nəzərdə tutur. Qeyd etmək 

lazımdır  ki,  keçid  iqtisadiyyatına  malik  ölkələrdə  dövlətin  struktur  siyasəti 

onlardan fərqli olaraq daha geniş və çoxşaxəli problemlərin həllini tələb edir. Belə 

ki,  bu  mərhələdə  həyata  keçirilən  struktur  siyasəti,  hər  şeydən  əvvəl,  iqtisadi 

subyektlərin  həyat  fəaliyyətlərinin  hüquqi  və  institutsional  əsaslarının  formalaş-

dırılmasını,  uzunmüddətli  iqtisadi  artımı  təmin  etməklə  yanaşı,  istehsal  amillə-

rindən  səmərəli  istifadə  etmək  və  bölüşdürməklə  cari  istehsalın  həcminin 

artırılmasına istiqamətləndirilməsini nəzərdə tutur. 

Ə

lbəttə,  bütün  bunlarla  yanaşı  yeni  iqtisadi  sistemə  keçid  mərhələsində 



müstəqillik əldə edən respublikamız üçün struktur siyasətinin ən mərkəzi və xüsusi 

problemlərindən  biri  bütünlükdə  xalq  təsərrüfatının  quruluşunun  yenidən 

qurulması ilə bağlıdır. 

Inzibati-amirlik  sistemindən  bazаr  sisteminə  keçən  ölkələrdə  çoxukladlı, 

qarışıq  iqtisadiyyat  üçün  xarakterik  olan  müxtəlif  mülkiyyət  formalarının 

yaranması  məqsədi  ilə  həyata  keçirilən  struktur  siyasətinin  mühüm 




 

 



istiqamətlərindən  biri  də  özəlləşdirmə  prosesi  ilə  bаğlıdır.  Çünki  bazarın 

tələblərinə  uyğun  olaraq  iqtisadiyyatın  sahə  quruluşunun,  həm  dövlətin  birbaşa 

mexanizmi,  həm  də  iqtisadi  mexanizmlər  vasitəsilə  həyata  keçirilməsində 

mülkiyyət və sahibkarlıq formalarının dəyişdirilməsi mühüm əhəmiyyətə malikdir. 

Ə

ksər  keçmiş  postsovet  respublikalarının  təcrübəsi  göstərir  ki,  milli 



iqtisadiyyatlarının  bazar  transformasiyası  zamanı  «finiş»  sahələri  daha  çox  iflasa 

məruz qalırlar. Belə ki, son illərdə sənaye istehsalının quruluşunda Azərbaycanda 

maşınqayırma,  yüngül,  yeyinti  sahələrinin  məhsulunun  xüsusi  çəkisi  daha  çox 

aşağı düşmüşdür.  Bu  gün  Azərbaycan  iqtisadiyyatının  xarakterinə sahəvi struktur 

baxımından nəzər yetirsək, onun əsasən üç sahənin «Neftçıxarma, kənd təsərrüfatı, 

yanacaq-energetika  kompleksinin»  üzərində  dayandığını  görərik.  Bütün  bunlar 

belə  qənaətə  gəlməyə  əsas  verir  ki,  transformasion  böhran  zamanı  iqtisadiyyatın 

xammal sahələrini əhatə edən istehsalatlar bu emal sahələrinə nisbətən bu dəyişən 

yeni şəraitə daha tez uyğunlaşırlar. 

Keçid  mərhələsində  ölkədaxili  resursların  məhdudluğu,  respublikamızda 

ə

saslı  struktur  siyasəti  yeritməyə  imkan  vermir.  Odur  ki,  bu  mərhələdə  ölkəmiz 



xarici investor dövlətlərinin istəklərinə uyğun sahələri üstün inkişaf etdirməyə və 

dünya  bazarının  tələblərinə cavab verməyən,  lakin daxili  bazarda  ehtiyac  olan  və 

nisbətən az səmərəli sahələri və istehsalatları bağlamaq, məhdudlaşdırmaq zərurəti 

qarşısında qalır. 

Keçidin  ilkin  mərhələsində  faktiki  materialların  təhlili  göstərir  ki, 

iqtisadiyyatın sabitləşdirilməsi və onun artımının həlledici resurs mənbəyi əslində, 

hasiledici sənaye sahələrinin məhsulları olmuşdur. Beləliklə, dünya iqtisadiyyatına 

daha  çox  xammal  ixracının  hesabına  inteqrasiya  olması,  milli  iqlisadiyyatın 

formalaşmasına bir-birilə tam əks olan iki istiqamətdə təsir göstərir. Bütün bunları 

nəzərə  alaraq  respublikamızda  uzun  bir  dövrü  əhatə  edən  struktur  siyasəti,  bir 

tərəfdən,  milli  iqtisadiyyatın  cari  problemlərinin  həllini,  digər  tərəfdən, 

perspektivdə Azərbaycanın dünya iqtisadiyyatına qovuşmasını, milli iqtisadiyyatın 

rəqabət  qabiliyyətinin  təmin  edilməsi  ilə  əlaqəli  surətdə  uzlaşdırılmasını  nəzərə 

almalıdır. 




 

10 


 

Məlumdur  ki,  struktur  dəyişikliklərinə  liberаl  təlim  baxımından  yanaşdıqda, 

ə

sas  güc  xüsusi  sahibkаrlığın,  xüsusi  investisiyanın  və  onların  inkişafı  üçün 



münasib  şəraitin  yaradılmasının  üzərinə  düşür.  Bu  heç  də  o  demək  deyildir  ki, 

keçid  mərhələsində  dövlət  sənaye  siyasətindən,  iqtisadiyyatın  üstün  sahə  və 

istehsalatlarının  inkişafına  yardım  göstərməkdən  imtina  etməli,  başqa  sözlə,  yeni 

iqtisadi  sistemə  keçid  və  müstəqillik  şəraitində  struktur  problemin  həllini 

bütövlükdə  bazarın  ümidinə  buraxmamalıdır.  Zənnimizcə,  dövlət  burada  daxili 

bazarın  və  xarici  dünya  bazarının  tələblərini,  ölkəmizin  qarşısında  duran 

problemləri  həll  etmək,  milli  iqtisadiyyatın  resurslarını  səfərbər  edib  hərəkətə 

gətirmək,  rəqabət  üstünlüklərini  reallaşdıra  bilmək  üçün  müvafiq  siyasətin 

formalaşdırılmasını  tələb  edir.  Bu  siyasət  dövlət  yardımı,  birbaşa  investisiyaya, 

güzəşt sistemini elə formalaşdırmalıdır ki, onlar son nəticədə respublikada struktur 

irəliləyişlərini stimullaşdırsın.  

Iqtisadiyyatı  sabitləşdirmək  və  bazar  iqtisadiyyatına  keçid  üçün  zəruri  olan 

struktur  irəliləyişləri  iki  mərhələdə  həyata  keçirilməlidir.  Birinci  mərhələdə 

struktur  irəliləyişləri  istehsalın  həcminin  aşağı  düşməsinin  qarşısının  alınması  və 

maddi-maliyyə  sabitliyinin  təmin  olunması  üçün  zəruri  ilkin  şərtlərin 

yaradılmasına  yönəldilməlidir.  Bunun  üçün  ən  başlıca  ilkin  şərtlərdən  biri 

investisiya  qoyuluşunun  daha  çox  əməktutumlu,  az  fondtutumlu  istehsalatların 

inkişafına  yönəldilməsidir  ki,  bu  da  son  nəticədə  investisiya  qoyuluşunun  fond-

kapital  tutumunun  aşağı  düşməsinə  səbəb  olmaqla,  cəmiyyətin  bütünlükdə  əsaslı 

vəsait qoyuluşuna olan ümumi tələbatı azaldır. Digər tərəfdən, belə bir inkişaf yolu 

ə

saslı  vəsait  qoyuluşunun  səmərəliliyini  qısa  müddətdə  artırmağa  və  bünunla  də 



təkrar istehsalın məqsədinin reallaşması imkanlarını genişləndirər. 

Ikinci mərhələdə, xalq təsərrüfatında baş verən quruluş irəliləyişləri daha çox 

iqtisadi  artımın  tarazlığının  təmin  edilməsinə  və  onun  sürətinin  artırılmasına 

yönəldilməlidir.  O  da  aydındır  ki,  investisiyanı  artırmaq  yolu  ilə  iqtisadi  artımın 

mütənasibliyinə  ancaq  iqtisadiyyatda  müəyyən  sabitləşmə  prosesi  başa  çatdıqdan 

sonra  nail  olmaq  mümkündür.  Əgər  investisiya  fəallığının  artırılması,  istehsalın 

fond və  material-tutumunun  aşağı  düşməsi  ilə  müşahidə olunmazsa,  müəyyən  bir 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə