Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/25 


Yekun variant

 

Cədvəl 9.16  Reseptorların həssaslığı (suitilər və balıqlar) 

 

Parametr 

İzahı 

Qiymətləndirmə 

Davamlılıq 

Növlərin qazma işlərindən meydana çıxan atqıların təsirinə müvəqqəti məruz 

qalması mümkündür, lakin həmin təsir qısamüddətli və məhduddur və ekoloji 

funksionallıq qorunub saxlanılacaq. 

Mövcudluq 



Miqrasiya dövrləri ərzində mövcud olan digər növlərlə yanaşı, il boyu ərzində 

Müqavilə sahəsində kilkə və kefal kimi balıq növləri də mövcud olacaq. Lakin 

Müqavilə sahəsi bu növlər tərəfindən müstəsna  şəkildə istifadə edilmir və bu 

növlər üçün başlıca əhəmiyyətə malik yer hesab olunmur. 



Cəmi 



 

 

Plankton 

 

Qazma işlərindən meydana çıxan atqıların plankton ilə mümkün əsas qarşılıqlı  təsiri, 



balıqlarda və suitilərdə olduğu kimi, vaxtaşırı mövcud olan qısamüddətli bulanıqlıq  şleyfləri 

vasitəsilə baş verə bilər. SDQQ-dan həyata keçirilən atqılar, adətən, 10 metr dərinlikdə baş 

verəcək ki, bu dərinlik də planktonların yaz, yay fəsillərində  və payız fəslinin  əvvəllərində 

mövcud olan məhsuldar zonası daxilində yerləşir. Buna baxmayaraq, qazma şlamları sürətlə 

dəniz dibinə çökəcək və sözügedən məhsuldar zonanın böyük həcminə  təsir etməyəcək. 

Balıqlardan və suitilərdən fərqli olaraq, zooplankton bulanıqlıq  şleyflərindən yayına bilmir, 

lakin  şleyfin ölçüsü kifayət dərəcədə kiçikdir. Belə ki, ayrı-ayrı orqanizmlərin  şleyf daxilində 

“qalma müddəti” əhəmiyyətli ziyana səbəb olmayacaq dərəcədə kiçikdir. Hazırda və ya vaxtilə 

mövcud olmuş plankton növlərindən heç biri regionda  nadir və ya unikal deyil və Müqavilə 

sahəsinin ətrafında heç bir regional dəyişkənlik müşahidə edilmir. 

 

Planktonlar yaz, yay və payız mövsümləri  ərzində yüksək reproduktivliyə malikdir və 



lokallaşmış (yerliləşmiş) populyasiyalar qidanın mövcudluğuna cavab olaraq müəyyən konkret 

sahələrdə artmağa meyllidir. Talaların inkişafı həm yerli qidalandırıcı maddələrin mövcudluğu 

ilə, həm də zooplanktonun yosunlarla qidalanması ilə məhdudlaşır. Ona görə də, fitoplankton 

növləri sürətlə dəyişən şərtlərə yaxşı uyğunlaşır. Sonra isə yerli qida resursları tükənərkən bu 

sahələr azalmağa başlayır. Nəticə etibarilə plankton qazma işlərindən meydana çıxan 

atqıların təsirlərinə yüksək dərəcədə davamlıdır (yaşama qabiliyyətlidirlər). 

 

Cədvəl 9.17-da Aşağı Reseptor Həssaslığını  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 

 

Cədvəl 9.17 Reseptorların həssaslığı (plankton) 

 

Parametr 

İzahı 

Qiymətləndirmə 

Davamlılıq 

Növlər, yaxud toplumlar təsirə məruz qalmamış və ya minimal dərəcədə məruz 

qalmışdır. 

Mövcudluq 



Növlər regional miqyasda nadir, yaxud unikal deyil. Növlər yalnız toplum 

səviyyəsində qiymətləndirilir. 



Cəmi 



 

 

Bentik onurğasızlar 

 

NF və WF manifoldlarının yerinin yaxınlığındakı bentik onurğasızların toplumları Müqavilə 

Sahəsinin qalan yerlərində və Cənubi Xəzər hövzəsinin Azərbaycan sektoru boyunca mövcud 

olan bentik onurğasızların toplumlarına oxşardır. Nadir, unikal və tükənmə  təhlükəsi altında 

olan növlər mövcud deyil.   

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/26 


Yekun variant

 

NF və WF sahələrinin dayaz yerlərində bentik toplumlarda yerli yanüzənlər, qarınayaqlılar, 



çoxqıllılar və azqıllılar kimi növlər üstünlük təşkil edir ki, bunların da əksəriyyəti ildə bir neçə 

dəfə çoxalma potensialına malikdir. Bəzi ikitaylı molyusklar istisna olmaqla, üstünlük təşkil 

edən taksonlar çöküntülərdə müntəzəm olaraq təxminən 10sm və ya daha çox dərinlikdə 

özlərinə yuva salan lilyeyənlərdir (bu səbəbdən də sahə nümunələri 10-15 sm dərinlikdən 

götürülür). Bu növlər fizioloji cəhətdən qatlarla çökmüş qazma şlamı materialını deşərək yeni 

yuvalar salmaq qabiliyyətinə malikdirlər (bu yuvalar isə  ən azı onların adi yuva salma 

fəaliyyəti zamanı müntəzəm olaraq deşdikləri dərinlikdədir). EMP çərçivəsində platformada 

müntəzəm olaraq keçirilən monitorinq tədqiqatları belə bir qənaətə  gəlməyə imkan verir ki, 

yuva salan növlər çökmüş şlamları deşməklə barit konsentrasiyalarının əhəmiyyətli miqdarda 

şlamın mövcud olduğunu göstərdiyi yerlərdən götürülmüş nümunələrdə bu cür orqanizmlərin 

mövcudluğunu nümayiş etdirir. Bundan əlavə, qazma şlamları təbii çöküntülər ilə eyni hissəcik 

ölçüsünə malik olacaq və süzgəclilərdən fərqli olaraq lilyeyənlər qidalanma çıxıntılarının 

tıxanmasından əziyyət çəkməyəcək.   

 

ES manifoldunun yerləşdiyi sahədə bentik onurğasızlar toplumu əksinə olaraq həm növün 



müxtəlifliyi, həm də  fərdlərin bolluğu baxımından çox məhduddur. Bu, əsas etibarilə  həmin 

sahədə suyun dərinliyi ilə bağlıdır (530-557m). EN və WS cinahın yerləşdiyi sahələr müvafiq 

olaraq 456-480m və 407-420 m su dərinliyi intervallarında yerləşir. EN sahəsində olduğu kimi, 

ES sahəsində də bentik toplum növlərin sayının çox az olması və fərdlərin çox az olması ilə 

demək olar ki, abiotikdir. Bir qədər dayaz WS sahəsində ilkin vəziyyətin öyrənilməsinə dair 

tədqiqat zamanı 10 takson qeydə alınmışdır, lakin tədqiqat sahəsində yalnız iki növ mövcud 

olmuş və növlərin bolluğu həddindən artıq aşağı olmuşdur. Üç manifold sahəsinin yerləşdiyi 

dərinliklərdə çox vaxt oksigen səviyyələri səth sularına nisbətən daha az olur və buna görə 

də, orqanizm toplumları azqıllıların növləri ilə  məhdudlaşır. Burada bu növlər ona görə 

üstünlük təşkil edir ki, onlar nisbətən gərgin şəraitlərə dözümlüdürlər.   

 

Cədvəl 9.18-da Aşağı Reseptor Həssaslığını  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 

 

Cədvəl 9.18  Reseptorların həssaslığı (bentik onurğasızlar) 

 

Parametr 



İzahı 

Qiymətləndirmə 

Davamlılıq 

Növlər, yaxud toplumlar təsirə məruz qalmamışdır və ya təsirə minimal 

dərəcədə məruz qalmışdır. 



Mövcudluq 

Nadir, unikal, yaxud nəsli kəsilmək təhlükəsi altında olan növlər mövcud deyil. 

Növlər yalnız toplum səviyyəsində qiymətləndirilir. 



Cəmi 



 

9.4.2.4 Təsirin əhəmiyyəti 

 

Cədvəl 9.19-da qazma işlərindən meydana çıxan dənizə atqılar ilə  əlaqədar bioloji/ekoloji 



reseptorlara təsirlərin xülasəsi verilir. 

 

Cədvəl 9.19  Təsirin əhəmiyyəti 

 

 

Fəsil 6-da təfsilatı ilə qeyd olunmuş  tədqiqatlardan  əldə olunan nəticələrə  əsasən:  Ətraf 



Mühitin Təsvirində göstərildiyi kimi, qabaqlayıcı qazma fəaliyyətlərindən və  ŞD Alfa 

Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin əhəmiyyəti 

Dənizə qazma işləri ilə bağlı 

atqılar 

Orta 


(Suitilər və balıqlar) Aşağı

 

Cüzi mənfi 

(Plankton) Aşağı 



Cüzi mənfi 

(Bentik onurğasızlar) 

Aşağı 

Cüzi mənfi 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə