Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

 
68
keçsə  də  gəlirlərini uçotdan gizlətmiş  fəaliyyət növləri aiddir. 
Üçüncü, qeyri formal fəaliyyət növü daxil edilir. Bura ev 
təsərrüfatı ilə  məşğul olanların kənd təsərrüfatı  məhsulları 
istehsalı və satışı üzrə fəaliyyəti nəzərdə tutulur. 
Gizli iqtisadiyyatın həcmi iqtisadi siyasətin muxtəlifli-
yindən, iqtisadi fərdi sektorun çəkisindən, qeyri qanuni 
fəaliyyətin yayılma intensivliyindən asılıdır. Bu hal uzun 
müddət davam edərsə iqtisadiyyat formalarına təsiri ola bilər. 
Buna misal olaraq qiymətlərin dövlət tərəfindən nizamlanması 
zamanı ayrı-ayrı əmtəə və xidmətlərin azalması aid edilə bilər. 
Bu da öz növbəsində  xəlvəti iqtisadiyyatda alverçiliyin geniş 
yayılmasına gətirib çıxarır. Qanuni yolla fərdi iqtisadi 
fəaliyyətlə məşqul olanların sayı azalan yerlərdə, qeyri qanuni 
yolla fərdi xidmət göstərənlərin sayının kəskin artması prosesi 
sürətlənə bilər. 
Bazar iqtisadiyyatına keçid prosesində  rəsmi qeydiy-
yatdan keçmiş  iştirakçıların artması ilə yanaşı vergi 
ödənişlərindən yayınanların, istehsal olunmuş  məhsulun tam, 
yaxud qismən rəsmi uçotdan gizlədilməsi, mənfəətin qismən 
aşağı salınması kimi neqativ halların çoxalması özünü 
ğöstərir.
37
 
Bazar iqtisadiyyatı mürəkkəb anlayış olub, idarəetmənin 
müstəqil, azad və demokratik formasıdır. Burada hər bir şəxsin 
iqtisadi azadlığı, müstəqil alıb-satmaq hüququ öz əksini tapır. 
Bütün bunlar obyektiv qanunlara əsaslanır. Cəmiyyətin bütün 
üzvüləri, dövlət strukturları və hüquqi şəxslər bərabər hüquqlu 
subyektlər olurlar. Tarixi praktikaya əsaslanaraq onu qeyd 
etmək olar ki, butün hallarda əmtəə-pul münasibətləri obyektiv 
qanunlar olan dəyər qanunu, tələb-təklif qanunu, pul tədavülü 
qanunu və s. kateqoriya və prinsiblərlə fəaliyyət göstərdikdə və 
qanunlara qarşı hec bir məhdudiyyət və qadağa qoyulmadıqda 
yaxşı nəticə verilə bilər.  
                                           
37
 “Respublika” qəzeti. 22 dekabr 1998-ci il. 


 
69
Bazar iqtisadi münasibətlərinin subyektləri olan alıcı  və 
satıcı,  əmtəələrin və pulun mübadiləsi  əsasında tələblə-təklif 
yəni, istehlakla istehsal arasında qarşılıqlı  əlaqəni yaradırlar. 
Məlum olduğu kimi əmtəə istehsalcılarının fəaliyyəti bazarla 
bağlıdır. Cünki həm  əmtəənin satılması  və  həm də alınması 
prosesi burada həyata kecirilir.  
Hələ kecid dövrünün başlanğıcında istehsalın istehsal 
vasitələrindən ayrı düşməsi, planlı  təsərrüfatın hələ  də 
mövcudlüğu, qiymətlərin istənilən vaxtda inzibatcılıq yolu ilə 
təyin edilməsi və s. kimi iqtisadi münasibətlər bazar iqtisadi 
münasibətlərinin formalaşmasına əngəl törədirdi. Ölkədə əmtəə 
istehsalcıları sayılan müəssələr ücün plan əsas vasitə idi və o 
nəyin bahasına olursa olsun yerinə yetirilməli idi. Planda 
istehsal ediləcək məhsulun ümumi həcmi və çeşidləri diqqət 
mərkəzində idi. 
Bazar münasibətlərinin formalaşması bir sıra tədbirlərin 
həyata kecirilməsi ilə bağlıdır. Burada əsas məsələ istehsal 
bazarının genişləndirilməsidi. Bildiyimiz kimi əqər kifayət 
qədər bazar ücün əmtəə istehsal edilməzsə, bazar iqtisadi 
münasibətləri öz mahiyyətinə görə formal xarakter daşımış 
olar. Ona görə  də  əmtəə-bazar mühasibətlərinin maddi 
bazasının genişləndirilməsi planlı  şəkildə  tənzim edilməlidir. 
Respublikamızda mövcud xammala əsaslanan istehlak 
şeylərinin artırılması istiqamətində  iş görülməlidir. Məlumdur 
ki, istehsal edən bazar iqdisadiyyatını  təşkil etmədən məhsul 
bolluğunu yaratmaq mümkün deyildir.  
Regionlarda bazar ücün əmtəə istehsalını genişləndirmək 
ücün aşağıdakı  məsələləri həll etmək lazımdır: bəzi istehsal 
sahələrində səhimdar cəmiyətlərinin və şirkətlərin yaradılması; 
müəyyən müəssələrin icarəyə verilməsi və ya satılması; başqa 
pespublikalarla istehsal münasibətləri yaratmaq, firma və 
şirkətlərlə müştərək istehlak malları istehsalı  təşkil etmək 
lazımdır. Eyni zamanda bazar iqtisadiyyatı  şəraitində  əmtəə 
qıtlığını aradan qaldırmaq üçün istehsal edən kooperativ tipli 


 
70
müəssisələrin, fermer təsərrüfatlarının yaradılmasına kömək 
edilməlidir.  Əmtəə istehsalını lazımi səviyyəyə çatdırmaq 
məqsədi ilə  xırda və eyni zamanda birgə sahibkarlıgı 
gücləndirmək də  əsas məqsədə xidmət edə bilər.  Əmtəə 
istehsal edən orta və  xırda müəssisələrin təşkilinə diqqətin 
artırılması bazar iqtisadi münasibətlərinin inkişafına təsir 
göstərən amillərdəndir. Respublika miqyasında  əmtəə bazar 
münasibətlərini daha intensiv şəkildə gücləndirmək üçün 
istehsalın kombinasiyalaşdırılması üsulu çox səmərəlidir. 
Hazırda Azərbaycanın xarici ölkələrə ixracatında  əsas yeri 
xammal və yarımfabrikatlar tutur. Xammal ilkin və ya ikinci 
emaldan sonra, hazır məhsul formasına salınmadan başqa 
ölkələrə göndərilir. O cümlədən pambıq, təmizlənmiş yun
spirt, göndəri, tütün və s. tam hazır məhsul formasına 
salınmamış halda xarici ölkələrə ixrac edilir. Ancaq bazar 
iqtisadi münasibətlərinin formalaşdığı  şəraitdə yüksək gəlir 
gətirə bilən müəssisələrdə istehsalın kombinasiyalaşdırılması 
üsuluna keçmək düzgün olardı. Hazırda mövcud müəssisələrdə 
istehsalın kombinasiya-laşması yolu ilə  işləməsi nisbətən az 
vəsait qoyuluşu tələb edir və hazır əmtəə istehsal olunur, əmək 
məhsuldarlığı və rentabelliyin səviyyəsi artır. 
Hazırda respublikamızda istehsalin kombinasiyalaşdırıl-
ması sahəsində müəyyən müvəffəqiyyətlər vardır. Əmtəə-bazar 
münasibətlərinin inkişaf etdirilməsi 
şəraitində belə 
nümunələrin sayı artırılmalıdır. Istehsal elə qurulmalıdır ki, 
xammalın daha çox hissəsi son məhsula çevrilsin, buraxılan 
məhsulun çeşidi artırılsın, keyfiyyəti və  rəqabətə davamlılığı 
yüksək səviyyəyə çatsın. Beləliklə, yeni iqtisadi münasibətlərin 
maddi bazasini genişləndirmək üçün mövcud istehsal 
münasibətlərinin bütün imkanlarından və qeyd edilən 
vasitələrin köməyindən istifadə edilməlidir. Eyni zamanda yeni 
iqtisadi münasibətlərin reallaşdırılması üçün həvəsləndirici 
tədbirlərin həyata keçirilməsi məqsədə uyğundur.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə