Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


BƏDƏN DƏ NƏFS KİMİ BƏRK OLAR



Yüklə 1,5 Mb.
səhifə85/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   81   82   83   84   85   86   87   88   ...   91
Mead

BƏDƏN DƏ NƏFS KİMİ BƏRK OLAR


Cavab: Doğrudur, Qiyamətdəki bədən dünyadakı maddi bədəndir. Lakin bu bədən ilahi qüdrətlə axirətdə o qədər möhkəm bir tərkibdə olur ki, dünyəvi bədənlə müqayisə edilə bilməz. Axirətdə bədənin lətifliyi insanın nəfsi ilə bağlıdır.
Necə ki, dünyada mö᾽minin nəfsi yumşaq, lətif olar, həqiqətlər müqabilində mütəəssir və təslim dayanar. Ona görə də axirətdə mö᾽minin bədəni də nəfsi kimi kamil lətafətdə olar. Amma kafirlərin nəfsi dünyada nəhayət dərəcədə qəliz və daşdan da bərk olub, həqiqətlər qarşısında əyilməyib. O səbəbdən də, axirətdə nəfsləri kimi bədənləri də nəhayət dərəcədə bərkdir.


AXİRƏTDƏ MƏ”NA SURƏTƏ QALİBDİR


Rəvayət olunub ki, axirətdə kafirin dişi bir dağ boyunca olacaq. Başqa sözlə, axirət sarayı mə᾽nanın surətə qələbəsidir, həqiqətlərin üzə çıxması, zahirlə batinin vahidləşməsidir.
Əzabdan bədən dağıldıqdan, zəqqum yeyib, həmim içməklə bədənlərin daxili parçalanmasından sonra yenidən bərpa olar. “Nisa” surəsi: “Onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik.”

ŞİDDƏTLİ ƏZAB ƏDALƏTLƏ UYĞUNDURMU?


Mümkündür bə᾽zi zehnlərdə şübhə olsun ki, heç bu şiddətdə əzab ilahi ədalətlə yanaşı ola bilərmi? Bu şübhə axirətdəki ilahi əzabla dünyanın zalım sultanlarının xalqa verdiyi işgəncənin oxşadılmasının nəticəsindəndir. Hansı ki, heç vəchlə belə deyildir. Sultanların intiqamının, işgəncəsinin səbəbi onların qeyzi, rahatlığa çıxmaq istəyi olmuşdur. Onlarla müxaliflik edənlərin zindana salınmasını, işgəncə verilməsini, öldürülməsini əmr etmişlər. Lakin axirət əzabı tamam başqadır. Bu əzab imansızlığın, nursuzluğun zərurətlərindəndir. Allahdan üz döndərməyin cəzası əbədi sıxıntıdır. Haqqı görməməzliyə vurmağın cəzası əbədi korluqdur. Şeytanın ardınca getməyin cəzası onunla əbədi yoldaşlıqdır. Yetimin malını yeməyin cəzası insanın içində alov qalanmasıdır və s. Bəli, Cəhənnəm alovunu insan özü alışdırır. Qur᾽anın tə᾽birincə desək, Cəhənnəm tonqalını insanlar qalayır.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə