Metal və Ərintilər Metalların klassifikasiyası


Tökmə istehsalı haqqında məlumat



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   2   3   4   5   6   7   8   9   ...   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

 

Tökmə istehsalı haqqında məlumat 

Tökmə

 — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma 

qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. 

Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca 

malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. 

Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan 

töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə 

üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal 

olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad 

istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan 

yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə 

edilə bilir. Bu üsul bərkimə proseininə görə yuxarıdan tökməyə nisbətən daha 

yaxşı səthi parametrlərə malik töküklər verir. 

Hal hazırda yarımfabrikat metal töküklərin hazırlanması üçün ən geniş yayılmış 

fasiləsiz tökmə üsuludur. Çubuq şəklində tökülən materialı nəzəri cəhətdən sonsuz 

uzunluqda almaq olur. Böyük uzunluqda çubuğu almaq üçün prosesi yuxarıdan 

aşağıya yox, maili şəkildə yerinə yetirirlər. Çünki birinci halda tökmə istehsalı 

yerləşən binanın hündürlüyü çox olar və əməliyyatı əlverişsiz edər. Ona görə də 

müasir fasiləsiz tökmə qurğularının yalnız bir hissəsi şaquli olur, yerdə qalan hissə 

isə qövs üzrə yerləşir. Tökmə zamanı maye metal kokilə daxil olduqda soyuma 

nəticəsində onun xaricində bərkimiş metaldan qabıq yaranır. Metal daimi 

hərəkətdə olduğundan soyuma müddəti kiçik olur və metal ilkin zonanı üzü 

bərkimiş şəkildə tərk edir. Sonrakı bərkimə diyircəklər arasında hərəkət zamanı baş 

verir. Alınmış metal çubuq lazım olan uzunluqda doğranır. Çoxlu sayda 

diyircəklərə malik müasir qurğularda diametri 500 mm-ə qədər olan məmulu 

hazırlamaq mümkündür. Bu üsulla alınan dəmir əsaslı töküklər hidravlika, təzyiq 

altında işləyən hissələrin hazırlanması üçün əvəzolunmaz materialdır. 

Metalların qeyri metaldan hazırlanmış qəliblərə və kokillərə tökülməsi zamanı 

maye cərəyanının qanunauyğunluqlarına riayət etmək lazımdır. 

Qum qəliblərə tökmədə tökmə sistemi aşağıdakılardan ibarətdir: tökmə kasası, 

şaquli qidalandırıcı, posa, üfüqi qidalandırıcı. Bu hissələrin ölçülərinin təyini 

zamanı töküyün materialı, qəlibin stabilliyi və tökmə müddəti nəzərə alınmalıdır. 

Bu hesabatların kompyuterin köməyi ilə aparılmasına baxmayaraq, hələ də 

optimallaşdırma təcrübi yollarla əldə edilmiş biliklərsiz ötüşə bilmir. 

Töküklərin keyfiyyətinə artan tələbatlar onların hazırlanmasının qəlibin erroziyası 

zamanı ayrıla biləcək qeyri metal materiallardan həmçinin metallurji hazırlama 

zamanı əmələ gələn reaksiya məhsullarından azad olmasını tələb edir. Bunun üçün 

süzgəclərdən və xüsusi tökmə çalovlarından istifadə olunur. Müasir tökmə 

qurğularında tıxaclı çalovlardan da istifadə olunur. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə