Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə65/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   61   62   63   64   65   66   67   68   ...   74
    Bu səhifədəki naviqasiya:
  • Eyitim

219 
 
başlayırsa,  bu,  o  deməkdir  ki,  toplum  yeni  dövlət 
istəyir. Dövlət bu qeyri—aqressiv qiyam qarşısında 
nə  kimi  önləmlər  ala  bilər?  Ya  onların  hamısını 
tutuqlamalı,  ya  edam  etməli,  ya  da  onlarla  masa 
arxasında  oturub  istəklərinə  təslim  olmalıdır.  3000 
hind 1914-
cü ildə öz istəklərini İngiltərənin Güney 
Afrikadakı  hökumətinə  çatdırdılar.  Hökümət  bu 
istəklə  razılaşmadığında  bu  üç  min  kişi  sınır 
yasalarını  çeynəyərək  sınırdan  keçdilər.  Onlar 
dövlət  tərəfindən  tutuqlanmaq  istəyirdilər.  Dövlət 
öz əlaltıları vasitəsi ilə onları zor qullanmağa təhrik 
etdi.  Onlar  zor  qullansaydılar,  hökümət  onları 
məhvetmə  haqqını  əldə  edəcəkdi.  Ancaq bu 
mühacirlər  ordusu  əsla  aqressiv  davranmadılar. 
Hökümətin basqıları da keçərliliyini itirdi. Böyləcə 
İngiltərə  höküməti  hind  mühacirlərin  istəkləri 
qarşısında  yenildi.  Onların  sərbəst dolaşım  haqqını 
tanımaq  zorunda  qaldı.  Silahsız  bir  örgüt  disiplinli 
bir  ordu  kimi  davranmalıdır.  Ancaq daha ciddi 
biçimdə,  çünkü  bunlar  üçün  əsgərlərə  xas olan 
əyləncələr  də  söz  qonusu  deyildir.  Silahsız  ordu 
intiqam  duyqusundan  azad  olduğundan  çox  az 
əsgərə ehtiyac duyar. əslində ruhi açıdan çox güclü 
olan  bir  tək  dirənişçi  haqla  haqsızlığın  savaşında 
haqqın uğur qazanması üçün yetərlidir.  

 
Qeyri—
aqressiv  savaş  yöntəmində  disiplin  çox 
önəmlidir.  Ancaq  başqa  önəmli  şeylər  də  lazım. 
Satyaqraha 
ordusunda hər birey həm əsgərdir, həm 
də  xidmətçidir.  Ancaq  həssas  dönəmlərdə  hər 
satyaqraha  ordusu  mənsubu  özünün  komutanı 
olmağı  da  başarmalıdır.  Bu  durumlarda  bir  öndər 
üçün,  yalnızca  disiplin yetərli  olmaz.  Aydıngörmə, 
iman və inanc da gərəkir.  


220 
 

 
Özünəgüvən  ümumi  bir  şüar  olursa,  kimsə 
başqasından bir şey bəkləməzsə, heç bir buyuran və 
buyurulan olmazsa, hər kəs həm buyuran və həm də 
buyurulan  durumda  isə,  adamlardan  birinin  ölməsi 
(nə  qədər  önəmli  biri  olsa  da)  dirənişçi  savaşçıları 
ruhdan  sala  bilməz.  Tam  tərsinə,  savaş  daha da 
böyük ruh yüksəkliyi ilə davam edər.  

 
Hər  toplumsal  hərəkətə  qarşı  bu  beş  mərhələni 
basqıcı  rejimlər  uyqulamağa  qalxışarlar:  1. 
S
aymazlıq  (etinasızlıq).  2.  Lağ.  Toplumsal 
hərəkətin  dəyərlərini  ələ  salıb  məsxərəetmə.  3. 
Lənətləmə. 4. Basqı uyqulama. 5. Sayqı.  
Bizim  Hindistan  İstiqlal  Savaşımız  bir  neçə  ay 
sa
yılmazlıqdan  gəlindi.  Daha  sonra  İngiltərənin 
Hindistandakı  höküməti  açıqca  bizi  lağ  etdi.  Daha 
sonra  lənətlədirlər.  Daha  sonra  saldırılar  və 
hərəkətin öncül şəxsiyətlərinə qarşı iftiralar atdılar.  
Rejimin  qəzetləri  ağızlarına  gələn  ən  çirkin  sözləri 
bizi
m  üstümüzə  yağdırdılar.  Indi  onların  zor 
qullanma  mərhələsi  gəlmiş.  Bütün  basqılara, 
işkəncələrə baxmayaraq, bu basqılardan sağlıqlı bir 
şəkildə özünü qurtarmış olan hərəkət öz sayqınlığını 
qazanacaqdır  ki,  onun  başqa  adı  da  uğurdur, 
zəfərdir.  Biz  öz  hərəkətimizdə  sadiq  və  dönməz 
isək,  bu  durumda  bizə  qarşı  uyqulanan  sərt 
zorakılıqlar  bizim  qələbəyə  yaxınlaşdığımıza 
işarədir.  Biz  öz  hərəkətimizdə  sadiq  və  dönməz 
isək, nə diz çökəcəyik, nə də qarşılıqlı aqressivliyə 
yol verəcəyik. Saldırqanlığa əl atmamız bizim üçün 
intihardan başqa bir şey olmaz.  

 
Mənim  inancım  və  güvənim  sarsılmazdır. 
Satyaqraha (aqressiv davranmayan ordu) üzvü 


221 
 
sonuna  qədər  öz  inanc  və  yöntəmində  sarsılmaz 
olaraq qalırsa, onun uğur qazanması kəsindir.  

 
C
ismi açıdan zəif və gücsüz olsalar da, hər qadın və 
kişinin  öz  azadlıqlarını  qorumaqla  görəvli 
olduqlarını  bəşər  ailəsinə  inandıra  bilsəm,  tarixi 
görəvim  və  Tanrısal  ödəvim  bitmiş  sayılır.  Bütün 
dünya ona 
qarşı çıxsa da, böylə bir savunma hər kəs 
üçün mümkündür.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Eyitim 
 

 
Gerçək  eyitim  çocuğun  ən  yaxşı  özəlliklərini  üzə 
çıxarmalıdır.  Bu  amac  üçün  insanlıq  kitabından 
daha uyqun nə ola bilər? 

 
Çocuğun  gerçək  zehni  və  fikri  gücünü  eyitmək 
onun  əl,  ayaq,  göz,  qulaq,  burun  kimi  bədən 
üzvlərinin tərbiyəsi ilə mümkün ola bilər. Başqa bir 
d
eyimlə çocuğun bədən üzvlərinin eyitimi dürüst və 
ağıllıca ruhi eyitimlə  bir  yerdə  olmalıdır.  Bu 
durumda  ən  yaxşı  və  ən  sürətli  yol  çocuğun  zehni 
və  fikri  olanaqlarının  genişləməsi  üçün  ortaya 


222 
 
çıxacaqdır.  Bədən  və  zehni  gəlişmə  bir  yerdə  və 
ruhi oyanışa uyqun biçimdə gerçəkləşməz və yalnız 
zehni  oyanışa  önəm  verilərsə,  bunun  olumlu  etkisi 
olmayacaqdır.  Ruhi  eyitimdən  amac  çocuğun 
könlünün  tərbiyəsidir.  Zehnin  hər  yönlü  gəlişməsi 
və tərbiyəsi bədən və ruh yetənəklərinin oyanışı ilə 
daha olumlu sonuclar verər. Bunlar hamısı bir yerdə 
bir bütünü oluşdurar. Bu nəzəriyəyə görə onları bir-
birindən  ayırıb  üzərində  tək-tək  durmaq  böyük 
yanlışlıq ola bilər.  

 
Eyitimdən  amacım  çocuğun  və  ya  insanın  cismi, 
fikri  və  ruhi  özəlliklərinin  hər  tərəfli  tərbiyəsindən 
ibarətdir.  Yazıb-oxuma  eyitimin  amacı  ola  bilməz. 
Bu  eyitimin  araclarından  sadəcə  biridir, yoxsa o, 
özü-
özlüyündə eyitim sayılmaz. Bu üzdən də çocuq 
eyitimini  onu  bir  əl  işinə  alışdırmaqla  başlamanın 
tərəfdarıyam.  Bu,  çocuğu  ilk  gündən  iqtisadi insan 
olmağa  alışdırmaqdır.  Bu  yolla  hər  oxul  iqtisadi 
açıdan  öz  ayaqları  üstündə  durar  və  ehtiyaclarını 
özü t
əmin  edə  bilər.  Yetər  ki,  dövlət  hər  oxulun 
ilkin ehtiy
acların  təmin  etsin.bu  eyitim  sistemi  ilə 
ruhi  və  zehni  tərbiyə  ən  yüksək  evrəsinə  varacağı 
inancındayam.  Bunun  üçün  əl  işləri  mexanik 
biçimdə  öyrədilməməli,  elmi  yöntəmlə  bir  yerdə 
olmalıdır.  Yəni  çocuq  anlamalı  və  bilməlidir ki, 
nədən  bu  işi  görməlidir.  Bu qonunu ciddi bir 
güvənlə  yazıram.  Çünkü  bu  qonuda  təcrübələrim 
var. 
Ipəyirmənin  işçilərə  öyrədildiyi  hər  yerdə  bu 
yöntəmdən  yararlanılmışdır.  Mənim  özümün  bu 
qonuda yaxşı təcrübələrim var. Bu yöntəm, tarix və 
coğrafiya  bilgilərindən  də  dışlanmış  deyildir. 
Təcrübələrim  göstərmişdir  ki,  bu  elmi  və  digər 
ümumi  bilgiləri  şifahi  yolla  daha  asan  anlatmaq 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə