Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

209 
 
olan  hindli  hərbçiləri  gətirmək  istəmirik.  Böylə 
olacaqsa,  bu  qədər  hay-həşirə  gərək  yoxdur.  Bu 
durumda  yenə  də  kütlə  çoxluğunun  iradəsi 
sayılmayacaqdır.  Çünkü  kütlənin  çoxu  bu  dəfə  də 
fərqli  bir  saldırı  qarşısında  qalacaqdır.  Bu  saldırı 
öncəkindən  daha  pis  olmasa,  ondan  yaxşı  da 
olmayacaq.  

 
Avropada insanlar siyasi özərkliyə sahib olsalar da, 
düşünürəm  ki,  Hindistanın  və  Avropanın 
xəstəlikləri bir-birinə bənzərdi. Bu üzdən ikisi üçün 
də eyni ilacı qullanmaq gərəkir. Gerçəklik budur ki, 
Avropada  da  xalq  kütləsi  aqressiv  politikalardan 
zərər görməkdədir. Ancaq kütlə tərəfindən qarşılıqlı 
aqressiv  davranış,  sorunların  çözümü  üçün  uyqun 
yöntəm  deyildir.  Aqressivliklə  qazanılan  uğurun 
ömrünün  çox  az  olduğunu  təcrübə  göstərmişdir. 
Çünkü  bu  yöntəm  öz  içindən  aqressivlik 
doğurmuşdur.  Düşünürəm  ki,  Avropa  xalqları  da 
qeyri—
aqressiv  yöntəmi  gerçək  qurtuluş  üçün 
düşünməli, mənimsəməlidirlər.  

 
Yalnızca  Hindistanı  İngiltərənin  boyunduruğundan 
qurtarmaq  istəmirəm.  Hindistan  hər türlü 
boyunduruqdan  azad  olmalıdır.  Çaladan  çıxıb 
quyuya düşmək istəmirəm. Bu üzdən də istiqlal və 
azadlıq hərəkəti bizi içdən və ruhən arındırmalıdır.  

 
İradəmizi  başqalarına  zorla  diktə  edərsək,  bizim 
zülmümüz Hind idari sistemini ələ keçirib bizi idarə 
edən  bir  ovuc  ingilisdən  daha  da  bətər  olacaq. 
Onların  yöntəmi  azlıqda  olan  idarəçilərin 
oluşdurduğu  terorizm  və  qorxu  kabusudur.  Ancaq 
bizim  zorakılığımız  çoxluq  tərəfindən  uyqulanan 
terorizm  olacaqdır.  Bu  açıdan  bizimki  onların 
terorizmindən  daha  da  pis  ola  bilər.  Bu  üzdən  də 


210 
 
hansı biçimdə olursa olsun, zorakılıq və aqressivliyi 
bir yana burax
ıb 
mücadiləmizdən 
uzaqlaşdırmalıyıq. Biz qeyri—əməkdaşlıq mübarizə 
biçiminə inan bireylər azlıqda ola bilərik. Bu azlıq 
başqalarını  bu  biçim  mücadiləyə  inandırmaq  üçün 
ölə və ya öldürülə də bilərlər. Böylə olursa, yüksək 
düzeydə  öz  inancımızı  savunmuş  və  inancımız 
yolunda  doğru  örnək  göstərmiş  oluruq.  Kimsəni 
zorla  öz  bayrağımızın  altına  gətirirsək,  öz 
inancımızı  və  Tanrını  danmış  oluruq.  Zahirən  qısa 
sürəliyinə  uğur  qazanmış  kimi  görünsək  də,  bu 
zahiri zəfər qorxu və basqının ən kötü variantından 
başqa bir şey olmayacaq.  

 
Demokrat  olaraq  dünyaya  gəldiyini  savunan  adam 
şəxsi  disiplinlə  doğulmalıdır.  Özünü demokrasinin 
bu sınağı ilə denəməsi daha yaxşı olar. Ayrıca, bir 
demokrat  özünü  bəyənmişlikdən  və  məncillikdən 
uzaq  olmalıdır.  Demokrat  bir  kişi  şəxsi  və  qrup 
mənafeyini  üstün  tutmamalıdır.  Yalnız  toplumsal 
məsləhətlərə  və  demokrasinin  amaclarına  önəm 
verməlidir.  Bu  durumda  ümumi  barışcıl  itaətsizlik 
mücadiləsinə  qatıla  bilər.  Kimsənin  öz  inancından 
vaz  keçməsini  heç  bir  zaman  istəmərəm.  Görüş 
ayrılığı  şərəfli  olursa,  bizim  amacımıza  zərər 
verməz.  Ancaq  gizlin  anlaşmalar  və  fürsəttələblik 
bizim  amacımıza  kəsinliklə  ziyan  verər.  Müxalifət 
yapmaq  istəyirsinizsə,  diqqət  etməlisiniz  ki, 
görüşləriniz  partiyanızın  və  ya  şəxsi  iddialarınızı 
deyil, 
sizin gerçək iç təmayüllərinizi yansıtsın. Mən 
fərdi  azadlığa  çox  sayqılıyam.  Ancaq  insanın 
toplumsal bir varlıq olduğu unudulmamalıdır. Fərdi 
təmayüllərini  toplumsal  istəklərlə  uyumlu  biçimdə 
gəlişdirə bilmək insana özgü bir durumdur. Sonsuz 


211 
 
fərdi 
azadlıq 
arxasınca 
olmaq 
yırtıcı 
heyvanlaraməxsus  bir  qanundur.  Fərdi  azadlıqla 
toplumsal  sınırlamaların  arasında  uyum  sağlayan 
aracları  gəlişdirmək  insanaözgü  bir  çabalayışdır. 
Toplumun rif
ahı  və  rahatlığı  uğruna  toplumsal 
sınırlamalar  qəbul  edildiyində  həm  fərdi  zənginlik 
artacaq,  həm  də  şəxsin  üzvü  olduğu  toplumsal 
zənginlik sağlanmış olacaq.  

 
Hamımız  bənzər  biçimdə  düşünmədiyimizdən, 
həqiqətin  bir  parçasını  dəyişik  açılardan  görə 
bildiyim
izdən dolayı, ən doğru yol qarşılıqlı olaraq 
bir-
birimizin  görüşlərimizə  və  davranışlarımıza 
dözməkdir. Inanc və vicdan hər kəsdə eyni düzeydə 
deyildir. 
Bir fərdin yöntəmi nə qədər uyqun və cəlb 
edici  olsa  da,  bunu  başqalarına  da  məsləhət 
görəmək  doğru  deyildir,  başqalarının  görüşünə  və 
inancına müdaxilə etmək deməkdir.  

 
İnanc  fərqliliyi  düşmənlik  anlamında  olmamalıdır. 
Öylə  olsaydı,  mən  və  qadınım  bir-birimizin 
düşməni olmalı idiq. Düşünə bilmirəm ki, Dünyada 
iki adam olsun, ancaq 
görüş  ayrılıqları  olmasın. 
Mən  Bhaqvat  Qita  tərəfdarı  olduğumdan  dolayı, 
mənimlə  görüş  ayrılığı  olan  insanlarla  məhəbbətlə 
davranmağım məzhəbi görəvim sayılır.  

 
Yürütdüyümüz  ulusal  savaşda  insanların  yapdığı 
yanlışlıqları  mən  etiraf  etmək  zorunda  qalıram. 
Əmrlərini qeydsiz—şərtsiz olaraq qəbul etdiyim tək 
hakim  içimdəki  “zəif  və  sakin”  səsdir.  Doğruluğu 
savunarkən, təkbaşıma və yalnız qalsam da, yenə də 
doğrunu söyləmə cəsarətindən əsla vaz keçmərəm.  

 
Böyük sədaqətlə deməliyəm ki, arxadaşlarımızın və 
yoldaşlarımızın  qüsurlarını,  əksikliklərini  çox  gec 
görürəm.  Mən  özüm  əksikliklərlə  sarıldığım  üçün 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə