Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   17   18   19   20   21   22   23   24   25

mövsümüdür. Körfəzdən ancaq bir qayıqla keçmək olar. Bütün məsələ etibarlı bir 

qayıqçı tapmaqda idi. 

Musa  Begiyev  məni  Fin  körfəzinin  kənarında  bir  tatar  evinə  gətirdi. 

SözləĢilən  fin  qayıqçıları  gecənin  yarısında  bu  evə  yanaĢacaq,  məni  götürüb  yola 

çıxacaqdılar. Gəldiyimiz  evdə  bir tatar müsafirinə  rast  gəldim. Demə  bu, 1917-ci 

ilin 


mayında 

Moskvada 

toplanan 

məĢhur 


Müsəlman 

qurultayının 

nümayəndələrindən imiĢ. Məni dərhal tanıdı. Qurultaydakı müvəffəqiyyətlərimdən 

həyəcanlı  danıĢmağa  baĢladı.  Mən  tez  mövzunu  dəyiĢdirdim,  tarixi  xatirələrin 

canlandırılması  vaxtının  olmadığını  ona  hiss  etdirdim  (konspirasiya  Ģəraitində 

1917-ci il Moskva Müsəlman qurultayının nümayəndələrinə bu ilk təsadüf deyildi). 

SözləĢilmiĢ  saatda  qayıqçılar  gəlmədilər.  Mütləq  bir  hadisə  oldu,  deyə  məni 

narahatlıq  bürüdü.  Ertəsi  gün  oradan  dərhal  uzaqlaĢmaq,  baĢqa  bir  yerdə  qalmaq 

lazım gəlirdi. 

Ġkinci  bir  qayıqçı  tutuldu.  Bu  dəfə  göz  önündəki  bağ  evində  deyil,  Ģəhər 

kənarındakı  bir  fin  kəndində  qalacaq,  gecənin  hamının  yatdığı  bir  vaxtında 

kimsəyə  sezdirmədən  sahilə  enəcək  və  qamıĢlıqda  əvvəldən  gizlədilmiĢ  qayığa 

minərək  dənizə  çıxacaq  və  beləliklə  Fin  körfəzini  keçərək  qarĢıdakı  Finlandiya 

sahilinə çıxacayıq. 

QərarlaĢdırılmıĢ  saatda  müəyyən  edilmiĢ  bir  fin  kəndindəyik.  Biri  qoca, 

digəri  gənc  iki  fin  qayıqçısı  bizi  götürəcək.  Qoca  bir  az  rusca  bilirsə,  gənc  yalnız 

fincə danıĢır. Müqəddəratımızı bunların əlinə təslim edəcəyik. 

Kəndlinin  daxmasına  girincə  bir  sürprizlə  qarĢılaĢıram.  Burada  biri  qız, 

digəri  oğlan  iki  tatar  uĢağı  var.  Bunlar  da  mənimlə  bərabər  yolçuluq  edəcəkdilər. 

Ana-ataları  o  tərəfdə  olan  bu  uĢaqları  öz  ailələrinə  qovuĢdurmaq  vəzifəsini  də 

insanlıq  naminə  mən  öhdəmə  götürməliyəm.  Əvvəlcə  bilsəydim,  təbii,  üzərimə 

belə  bir  külfəti  almazdım.  Fəqət  indi  olan  oldu,  keçən  keçdi  qarĢısındayam. 

Gecənin  yarısında  qumlar  üzərində  adətən  sürünərək  qamıĢlığa  gəldik.  Finlər 

qayıqlarını  qamıĢlıqlardan  çıxardılar;  iki  uĢaq  ilə  bərabər  məni  də  qayığa 

mindirdilər. Bizi ötürməyə gələn tatarlarla vidalaĢaraq, səssizcə dənizə çıxdıq. 

Qoca qayıqçı  əvvəlcədən  mənə  xəbərdarlıq etmiĢdi.  DanıĢmayacaqdıq, səs 

salmayacaqdıq.  Çünki  su  keçiricidir.  Səsimizi  KronĢtad  müĢahidə  qülləsi  dərhal 

eĢidər. Projektorla olduğumuz nöqtəni tapar və qayığımızı pulemyot atəĢinə tutar. 

Hərəkət etdiyimiz gecə yağmurlu bir gecə idi. Uzun zaman Ģimalın məĢhur 

aydın  gecələri  keçsin  deyə  gözləmiĢdim.  Aydın  gecələr  keçmiĢ,  arxasından 

aydınlıq gecələr baĢlamıĢdı. Daha gözləyə bilməzdim. Çünki məzuniyyətimin vaxtı 

qurtarır, Moskvaya qayıtmağımın gecikməsi Ģübhəyə səbəb olar; bütün planım alt-

üst olardı. Onun üçün yağmurlu bir gecəni xüsusi seçmiĢdim. 

Gecə  saat  12-dən  sonra  dənizə  çıxmıĢ,  səhər  saat  7  radələrində  dan  yeri 

ağararkən fin sahilinə  yaxınlaĢırdıq. Yandan əsən namünasib bir külək bizi təkrar 

rus sərhədinə apara bilər narahatlığı içindəyik. Qayığımız sahilə yanaĢar-yanaĢmaz 

silahlı fin gözətçiləri bizi tuturlar. 



Oradan  Feriokidəki  qarantində  on  beĢ  gün  qaldıqdan  sonra  Helsinkiyə; 

Helsinkidə bir aya qədər tatar koloniyasının müsafiri olduqdan sonra Almaniyaya, 

oradan  Parisə,  Parisdən  də  Ġstanbula  gəldim.  Ġstanbul  o  zaman  hələ  müttəfiq 

ordularının iĢğalı altında idi. Fəqət eyni zamanda Ģəhərdə milli qüvvə nümayəndəsi 

vardı və polis də Ankara hökumətinin əlində idi. 

Burada  yoldaĢlarla  birləĢərək  milli  nəĢriyyata qərar verdik və  ilk iĢ olaraq 

Stalinə, surəti aĢağıda dərc olunan məktubu göndərdim: 

 

Stalinə məktub 

 

“Möhtərəm Stalin, 



QurtuluĢum  dostlarım  üzərində  xoĢ  bir  heyrət  təsiri  buraxmıĢdır.  Onlar, 

təbii, 


haqlıdırlar. 

Fəhlələrdən 

bir 

çoxu 


müsavatçı 

olduqları 

üçün 

güllələnmədilərmi? Bu saatlar daxilində, adı çəkilən partiyanın rəisi olmaq hesabilə 



mənim qurtuluĢum bir növ möcüzə imiĢ. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf 

tələb  edir,  qeyd  edim  ki,  bu  möcüzənin  səbəbi-kəraməti  Sizsiniz;  çünki  keçmiĢ 

dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz. 

Moskvada  olduğum  iki  il  əsnasında  dostluğumuzdan  faydalandım.  Bəzi 

məhrumiyyətlərə  məruz  qaldımsa  da  bunlar  hər  kəsin  ümumiyyətlə  yükləndiyi 

məhrumiyyətlərdən  ibarət  olub,  mənə  aid  bir  xüsusiyyətə  malik  deyildir.  Əksinə, 

bəzən  elə  olurdu  ki,  bir  sıra  imtiyazlardan  belə  faydalanırdım.  Bunun  üçün  Sizə 

təĢəkkür edirəm. 

Moskvadan  ayrılarkən  Sizinlə  görüĢə  bilmədim.  Çünki  Rusiyanı  gizlincə 

tərk  etməyə  qərar  vermiĢdim.  Bu  hərəkətimdə  Sizə  qarĢı  hörmətsizlik 

görməyəcəyinizə  ümid  edirəm.  Səfər  üçün  icazə  istəmədim;  iĢin  mənfi  tərəfini 

mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da Rusiyanı 

tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu, 

mənim üçün mümkün olan iĢ deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq 

tam  bir  fəaliyyətsizliyə  məhkum  etmək  demək  idi.  Eyni  zamanda  bu,  Rusiyada 

cərəyan edən hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müĢahidi qalmaq 

olardı. 

Hazırda  Rusiyada  hüsulə  gələn  hadisələr  isə  bundan  yüz  il  əvvəl  cərəyan 

edən  hadisələrdən  baĢqa  bir  Ģey  deyildir.  Yüz  il  əvvəldə  olduğu  kimi  indi  də 

Rusiya müstəmləkələri bir yerə toplamaqdadır. 

Taleyin  hökmü  ilə  hakimiyyəti  ələ  keçirmiĢ  kommunist  firqəsi 

ideologiyanın  bütün  cəbhələrində  geri  çəkilə-çəkilə  keçmiĢ  rus  imperiyasının 

bərpası  fikrinə  dayandı.  Bu  fikir  isə  firqənin  ideoloji  Ģüarlarından  ziyadə  hakim 

olduğu  mühitin  cahangiranə  təmayüllərindən  doğmuĢ  bir  sıra  mənafe  və  hədəfə 

malikdir.  Bir  hökumətin  rəsmi  ideologiyası  zadəgan  Ģovinizmindən  fəhlə 

kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyiĢməz və ən sonunda 

geridə  qalmıĢ  və  az  inkiĢaf  etmiĢ  millətlərin  milliyyətlərindən  məhrum  olmasına 



(denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir 

nəticəyə  səbəb  olur.  Yerli  fəhlə  (proletariat)  sinfinə  istinad  iddiasilə  əldə  silah 

Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiĢ olan demokratik siyasi 

təĢəkkülləri  iĢğal  etdiyiniz  zaman  ümumiyyətlə,  sabiq  imperiyanın  çarizm 

siyasətiylə ruslaĢdırılmıĢ müstəmləkə Ģəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik 

azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təĢkil edən yerli əhalinin ən qanuni 

bir  haqqını  kobud  bir  surətdə  çeynəmiĢ  olursunuz.  Fəhlənin  Azərbaycan  və  ya 

Türküstanda  diktatura  elan  etməsinin  Moskva  diktaturasından  baĢqa  bir  Ģey 

olmadığı günəĢ kimi aĢkardır. 

Əski  Petroqrad  dövrünün  siyasəti  də  bundan  baĢqa  bir  Ģey  deyildi.  Ucqar 

vilayətlərin  muxtariyyat  Ģəklindəki  zahiri  görünüĢü  də  ciddi  bir  Ģey  ifadə  etməz. 

Azərbaycan  xanlıqlarının  ilk  Qafqaz  “namesnikləri”  (caniĢinləri)  zamanındakı 

istiqlalları  indiki  Qafqaz  cümhuriyyətlərinin  “Zakkraykom”  (Zaqafqaziya  vilayət 

komitəsi) baĢ katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq 

olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi ozamankı xanlıqların dağılma 

prosesindən daha artıq olmasından ibarətdir. 

BolĢevik  partiyasının  mərkəziyyətçi  olduğunu  bildiyimdən  bu  partiyanın 

növü  özünəməxsus  bir  imperialist  olduğunu  sezmiĢ  və  zəruri  bir  dəyiĢikliyə  keçə 

biləcəyini  daha  əvvəl  söyləmiĢdim.  Qeyri-ixtiyari  müĢahidəçi  durumunda 

olduğumdan bu dəyiĢmə gözlərimin önündə baĢ verirdi. Moskvada olduğum iki il 

ərzində mən ġərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, 

özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun 

üçün  sisteminizdə  millətin özünə bəslədiyi bu inamın  kökündən  yox edildiyini  və 

milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim. 

Sizin  istədiyiniz  bu  mübadilə  baĢ  tuta  bilməz.  ġərq  millətləri  kommunist 

həyatı ilə deyil, öz milli həyatları ilə yaĢamaq istəyirlər. 

Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarĢı mübarizə aparırlar 

və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman 

onlar  Vilsonun  prinsiplərinə  inandılar;  sizin  Ģüarlarınız  isə  onlara  daha  cəlbedici 

göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə 

müncər  oldusa,  sizin  Ģüarlarınız  da  Ukrayna,  Türküstan  və  Qafqazın  yenidən 

istilası  ilə  nəticələndi.  Buna  görə  də  vətənim  Azərbaycanın  sizin  iĢğal  və 

əsarətinizə  qarĢı  mübarizəyə  qəhrəman  Türkiyənin  Antantaya  qarĢı  yürütdüyü 

mücadilə qədər bir haqqı vardır. 

Öz  siyasi  əqidəmə  sadiq  qalmaqla  bərabər,  mən  eyni  zamanda  Sizin  də 

xeyirxahınız  qalır,  Ģəxsinizə  qarĢı  ehtiram  hissi  bəsləyirəm.  Nəticədə  mənə  qarĢı 

göstərdiyiniz  əlaqəni  heç  bir  zaman  unutmayacağıma  inanmanızı  xahiĢ  ilə  Sizə 

yaxĢı  bir  xidmət  göstərmək  fürsətini  can-dildən  təmənni  etdiyimi  ərz  edirəm. 

Ehtirami-tamla:  Rəsulzadə  Məmməd  Əmin.  Yanvar  1923  (bu  məktub  vaxtilə 

Ġstanbulda çıxan 23.1.1923-cü il tarixli və 5 nömrəli “Yeni Qafqaziya” dərgisində 

nəĢr olunmuĢdur). 



Dostların müqəddəratı 

 

Möhtərəm oxucular, yuxarıdan bəri hekayəsini anlatdığım sərgüzəĢtlərimdə 



daima  digər  iki  dostumla  -  Məhəmməd  Əli  və  Abbasqulu  ilə  birlikdə  olduğuma 

Ģübhəsiz  diqqət  yetirmisiniz.  Moskvada  Preçirtenski  bulvardakı  mənzildə  bərabər 

yaĢayırdıq. Mən fərara qərar verib, bir fin qayığı ilə Finlandiyaya qaçdığım zaman 

onların  baĢına  nələr  gəldi,  deyə  soruĢa  bilərsiniz.  Mən  Moskvadan  məzuniyyət 

alıb,  Leninqrada  yola  düĢdüyüm  zaman  Məhəmməd  Əli  Narkomnats  yanında 

mövcud  olan  bir  kooperativin  nümayəndəsi  kimi  Bakıda  idi.  Abbasqulu  da 

sonradan  bir  məzuniyyət  uyduraraq  mən  Leninqradda  ikən  Moskvadan  Bakıya 

getmiĢdi.  Fin sahilinə  çıxdığımı aramızda  qərarlaĢdırdığımız  bir vasitə  ilə  Bakıya 

bildirəcəkdim. Mənim fin qayığı ilə salamat sahilə çıxdığım xəbərini alınca, hər iki 

yoldaĢ  dərhal  əvvəlcədən  hazırlanmıĢ  olan  bir  türkmən  qayığına  minərək  Xəzər 

dənizinə  çıxmıĢ  və  günlərlə  su  üzündə  qalaraq,  nəhayət,  Ġranın  Pəhləvi  (o  zaman 

Ənzəli) limanına varmıĢdılar. 

Yox  olmağım  Moskvada  bir  neçə  gün  sonra  aydın  olmuĢsa  da  heç  bir  iz 

əldə  edilməmiĢ,  iĢ  sadəcə,  bir  çox  təhqiqatlar,  istintaqlar  və  həbslərə  müncər 

olmuĢdur. 

 

Təfsirə möhtac olmayan bir fərq 

 

Moskvadan  fərar  özbaĢına  anladılacaq  çox  həyəcanlı  bir  sıra  təfərrüata 



maliksə də əsl mövzu ilə az əlaqəsi olduğundan burada təsvirdən vaz keçir, yalnız 

üzərimdə çox böyük bir təsir buraxan, biri Sovet Rusiyası, digəri azad və müstəqil 

Finlandiyaya aid iki tablonun təsvirindən burada özümü saxlaya bilməyəcəyəm. 

Moskva  yolunda  bəzi  stansiyalarda  qatarımız  dayanır,  biz  bəzən  bayıra 

çıxır, ətrafı seyr və tədqiq edirik. Bir dəfə Don çayı üzərindəki Rostovdakı böyük 

Ģose yolunu gəzmiĢ, zəruri ehtiyac Məhəmməd Əlini sıxıĢdırdığından su tökməyə 

məhrəm  bir  yer  axtararkən  rostovlulardan  birisi  bizə  Marksın  müvəqqəti  heykəli 

arxasına  getməmizi  tövsiyə  etmiĢdi.  Öncə  Ģübhə  ilə  qarĢılaĢdığımız  bu  təklifdə 

sonradan  Ģübhəli  heç  bir  Ģey  olmadığını  Ģəxsən  görmüĢ,  heykəlin  arxa  tərəfinə 

yaxınlaĢınca buranın həqiqətən də bir həla olduğuna heyrət etmiĢdik. 

Xarkovda  gördüyümüz  mənzərə  isə  daha  əcaibdi.  Stansiya  ətrafında 

marksizmin böyük  mürĢüdü  və bolĢevik inqilabının  ən çox  sitayiĢ olunan ideoloji 

simvolu  Marksın  gipsdən  yapılmıĢ  qoca  büstünün  ağacdan  olan  əsasının  yanları 

Qızıl Ordu nəfərlərinin ifrazatı ilə pislənmiĢdi. 

Bu  mənzərə  kommunist  inqilabı  ünsürləri  ilə  kommunist  idealı  arasındakı 

mənəvi rabitə haqqında bizə qəti və aydın bir fikir verirdi. 

Finlandiya  Sovetlərə  qarĢı  istiqlal  mübarizəsi  aparmıĢdı  və  bu  mücadilədə 

öz  istiqlal  və  hürriyyətini  Lenin  hökumətinə  qəbul  etdirmiĢdi.  Finlandiya  istiqlal 

hərbində  Ģəhid  düĢənlərin  qardaĢ  məzarları  üzərində  Finlandiya  paytaxtı 



Helsinkinin  mərkəzində  bu  məmləkətə  xas  qranitdən  bir  abidə  qoyulmuĢdu... 

Finlandiyaya  çıxdıqdan  sonra  Helsinkidəki  çox  sevimli  və  müsafirpərvər  tatar 

koloniyasına  qonaq  qaldığım  bir  ay  əsnasında  hər  gün  yolum  bu  Ģəhidlikdən 

keçirdi. Hər dəfə keçəndə burada etinalı və minnətdar əllərin qoyduğu yeni çeĢidli 

saxsılar tapırdım. 

Sovetlərdə  gördüyüm  Marks  abidəsinin  halı  ilə  Helsinkidəki  bu  Ģəhidliyin 

vəziyyətinin müqayisəsi təfsirə möhtac olmasın gərək!.. 

 

 




NƏTİCƏ 

 

“Fantastik  adamın  fantastik  karyerası”na  aid  özəlliklər  gözdən  keçirilincə 

XII yüzil Yaxın ġərq ədəbiyyatının böyük Ģairi Gəncəvi Nizaminin “Həft peykər” 

mənzuməsində təsvir olunan qızıl köynəkli bir demoqoq tipi göz önündə canlanır.  

Son  dərəcə  gözəl  bir  rus  prinsesi.  Gözəlliyi  nisbətində  xudbin,  qəddar  və 

müstəbid  olan  bu  prinses  özünə  tilsimli  bir  qala  tikdirmiĢ  və  orada  qalmıĢdı. 

Tilsimi  qırıb,  qalanı  ala  biləcək  bir  dəliqanlıya  ancaq  qovuĢacağam, 

təĢəbbüslərində  müvəffəq  olmayan  gənclərin  isə  baĢlarını  kəsib  qala  divarına 

asacağam,  deyə  elan  etmiĢdi.  Nəticədə  minlərlə  kəsik  baĢ  qala  divarına 

“bəzəmiĢdi”. 

Camaatı  həyəcana  gətirən  bu  qəddarlığa  qarĢı  üsyan  edən  cəsur  bir  gənc 

əyninə qırmızı bir köynək geymiĢ, qanlı prinseslə evlənmək üçün deyil, tökülən bu 

qədər qanların intiqamını almaq məqsədilə üsyan bayrağı qaldırmıĢdı. Eqoist deyil, 

altruist bir niyyətlə hərəkətə keçən igidin baĢına geniĢ bir xalq kütləsi toplanmıĢdır. 

Nəticədə  prinsesin  tilsimli  qalası  alınmıĢ,  qırmızı  köynəkli  qəhrəman  müvəffəq 

olmuĢdu.  Fəqət  o,  sözünün  üstündə  durmamıĢ,  qanlı  prinseslə  evlənmiĢ  və  taxta 

çıxaraq, özünü qızıl çar elan etmiĢdi.  

Stalin  XII  yüzil  məsələsində  təsvir  olunan  bu  “qızıl  çar”ın  XX  yüzildə  rus 

Ģərtləri daxilində yetiĢən real bir yarısıdır. 

Dünyanın  böyük  bir  parçasını  Ģəxsi  iqtidar  və  kontrolu  altına  alan  bu 

qorxunc  adamın  ehtirası  bütün  dünyanı  hakimiyyəti  altına  almaq  həddində  idi. 

Onun  yeganə  qayəsi  insanı  hər  cür  ideyalardan  uzaq  qalaraq  yuxarıda  adı  keçən 

fəhlə  Peterburjetsin  dediyi  kimi  hakimiyyətə  ancaq  hakimiyyət  üçün  gəlmək  və 

bütün dünyaya yaymaq idi. 

O,  rus  imperializminin  tarixi  seyrinə  hakim  olan  cahangirlik  ənənəsinin  ən 

qəddar bir nümayəndəsi idi! 

 

 

 




İÇİNDƏKİLƏR 

ÖN SÖZ..................................................................................................................... 3 

MƏMMƏD ƏMĠN RƏSULZADƏ KĠMDĠR?......................................................... 4 

STALĠNLƏ ĠXTĠLAL XATĠRƏLƏRĠ .................................................................... 7 

ÇARLIĞA QARġI MÜCADĠLƏ YARIM YÜZ ĠL ÖNCƏ .................................... 8 

AZƏRBAYCAN CÜMHURĠYYƏTĠNĠN ............................................................. 15 

BOLġEVĠKLƏR TƏRƏFĠNDƏN ĠġĞALI ........................................................... 15 

MOSKVA YOLUNDA .......................................................................................... 25 

MOSKVADA ĠKĠ ĠL ............................................................................................. 35 

MOSKVADAN FƏRAR ........................................................................................ 54 



NƏTĠCƏ ................................................................................................................. 60 

 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə