Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   17   18   19   20   21   22   23   24   25

Fəqət  Camal  paĢanın  dostu  Ənvər  paĢanın  macərasından  bu  Ģəkildə  üz 

döndərməsi  bolĢeviklərin  ona  qarĢı  əhəmiyyət  və  etimadını  cəlb  etmədi  və  Ənvər 

paĢanın  Ģəhadətindən  iki  həftə  öncə  21  iyulda  Tiflisdə  küçədə  arxadan  atılan  bir 

güllə ilə öldürüldü. Ənvər paĢa hadisənin cərəyan etdiyi günlərdə Stalin  “Pravda” 

qəzetində  bir  məqalə  yazır,  bu  yazısında  paĢa  ilə  bərabər  Türküstan  millətçilərini 

imperializmin  bir  uĢağı  olaraq  tənqid  edirdi.  Stalinin  Ənvər  paĢa  haqqında  cəsur 

olduğu  qədər  səbirsiz  və  ötkəm  bir  adam  olduğu  haqqındakı  fikrini  bilirdim. 

Bununla bərabər, o, paĢanın idealizmini də etiraf edirdi. 



 

Atatürk haqqında 

 

Türkiyə  məsələləri  və  ümumiyyətlə,  ġərqdə  inqilab  mövzuları  ətrafında 



söhbət etdiyimiz zaman (yoldakı söhbətlər əsnasında) Stalinin Atatürk haqqındakı 

fikrini  də  eĢitmiĢdim.  Ümumi  bir  qayda  olaraq  strategiyanı  və  diplomatiyanı 

nəfəslərində  ram  edən  siyasi  adamların  ancaq  böyük  dövlət  adamı  ola  bilmələrini 

qeyd edən Stalin Atatürkün müqtədir bir dövlət və inqilab adamı olduğunu deyərdi

eyni  zamanda  yeni  ümumi  bir  qayda  olaraq  yaĢadığımız  əsrdə  dövlət  idarəsində 

hüququ  təmsil  prinsipinin  zehnlərdə  olduqca  yer  etdiyini,  Millət  Məclisi  olmadan 

heç  bir  hakimiyyətin  müvəffəqiyyətlə  həyata  keçməyəcəyini  söyləyən  bu  diktator 

Atatürkə  deyir,  gənc  yoldaĢları  dəfələrlə  rast  gəldiyi  müxalifət  qarĢısında 

səbirsizlik  göstərərək  idarəni  tamamilə  öz  əlinə  almasını  tövsiyə  etmiĢlərsə  də 

Atatürkün bu fikrə ehtiyat edib yanaĢmadığından bizə bəhs edirdi. 

 

Türkiyə istiqlal hərbinin böhranlı günlərində 

 

Yunanların  bir  ara  ƏskiĢəhərə  qədər  gələrək  Ankaranı  Mustafa  Kamal 

hakimiyyəti  günlərinin  sayılmıĢ  olduğunu  düĢünürdü.  Stalin  baĢçılıq  etdiyi 

Millətlər  Komissarlığının  orqanı  “jizn  nasionalnostey”  qəzetində  əfkari-

ümumiyyətlə  Ankaranın  süqutuna  hazırlayan  bir  məqalə  dərc  etdi.  Məqalə 

Türkiyənin  məğlubiyyətinin  səbəbini  Kamal  siyasətinin  milliyyət  məsələsində 

göstərdiyi  geriliyə,  Ģovinist  prinsiplərindən  ayrılmasına  və  zəhmətkeĢ  siniflərin 

mənafeyini  təqdir  edən  acizliyinə  hücum  edir,  vəziyyəti  xilas  etmək  üçün 

hakimiyyətin daha əzmkar və idealist əllərə keçməsi lüzumunu irəli sürürdü. Eyni 

zamanda  siyasi  dairələrə  yaxın  olanlar  arasında  Ənvər  paĢanın  komandanlığı 

altında  Qafqazın  Türkiyə  sərhədində  sərhədi  aĢmağa  hazır  hərbi  hissələrin  fürsət 

gözlədiklərini əhəmiyyətlə təkrar edirdilər. 

Fəqət  bu  dairələrin  bəlkə  də  daxilən  arzu  edib  gözlədikləri  fəlakət  yerinə 

türkün dönük taleyinə  enən zəfər günəĢi bütün görkəmi ilə parladı; bir gün sonrakı 

qəzetlər  türk  istiqlal  ordusunun  qaçan  iĢğalçıları  Aralıq  dənizinə  tökmək  üzrə 

Ġzmiri hədəf alaraq irəlilədiyini xəbər verdilər. 

 



MOSKVADAN FƏRAR 

 

Tam  bu  günlərdə  Bakıdan  yoldaĢlar  gəlmiĢ,  orada  təĢkilatın  vəziyyətinin 

düzəldiyini, “Müsavat” qeyri-leqal hərəkatının canlandığını bildirmiĢdilər. TəĢkilat 

arzu  edərsə  mənim  xaricə  çıxaraq  orada  milli  hərəkatı  təmsil  edərək  fəaliyyətə 

baĢlamanın  faydalı  olacağı  qənaətində  olduğunu  bildirirdi.  Digər  tərəfdən, 

Moskvada qaldıqca ətalətə  məhkum olunur və  üstəlik Stalin taktikasının bizi “iĢə 

cəlb etmək” cəhdlərinə qarĢı daima sayıqlıq göstərmək məcburiyyətində qalırdıq. 

Yuxarıda  qeyd  etdiyim  vəchlə  inqilabın  əvvəllərində  bəzi  misallarda 

gördüyümüz kimi Sovet hökumətinin müvəffəqiyyətilə öz kontrolunda olmayan bir 

sahəyə  çıxmaq  təsəvvürü  də  artıq  meydandan  qalxmıĢ  olurdu.  Yeganə  çarə 

qaçmaqdı. 

Günün  aktual  məsələsi  bu  fərarı  təĢkil  etmək  və  planı  müvəffəqiyyətlə 

tətbiq etməkdi. 

Bunun  üçün  Moskvada  qalıb,  mədəniyyət  sahələrində  olsa  da,  iĢləməyə 

qərar vermiĢ kimi davranmaq təsəvvürünü yaratmaq üsuluna keçdim. Bu məqsədlə 

“Vostok”  adı  ilə  Pavloviçin  idarəsində  çıxan  qalın  bir  məcmuədə  nəĢr  edilmək 

üçün  Sasanilər  dövründəki  məĢhur  Məzdək  hərəkatı  haqqında  məqalə  qələmə 

aldım.  Məlum  olduğu  üzrə,  Məzdək  Sasani  Qubad  zamanında  peyda  olmuĢ  bir 

kommunist peyğəmbəri idi  ki, təlimi ilə  Ģahı öz  dininə  döndərmiĢ,  məmləkətində 

mallarla qadınların ictimailəĢməsini nəzərdə tutan kommunist məzhəbinin rəsmən 

qəbulunu  təmin  etmiĢdi.  Sonra  ƏnuĢirəvanın  qəti  bir  müdaxiləsi  ilə  bu  məzhəb 

tərəfdarları payaya keçirdilmiĢ, Məzdək də edam edilmiĢdi. 

NəĢr üçün verdiyim bu elmi məqalə ilə birlikdə bir də Azərbaycan tarixinin 

tədqiqi  ilə  məĢğul  olduğumu  irəli  sürərək,  Leninqradda  Elmlər  Akademiyası 

kitabxanasında  Azərbaycan  tarixi  ilə  əlaqədar  xüsusi  bir  neçə  əlyazmanı  tədqiq 

etmək üçün ġərq Dilləri Ġnstitutunda yay istirahətindən istifadə edərək Leninqrada 

getmək məqsədilə məzuniyyət aldım. 

Leninqradda  Leninqrad  ġərq  Dilləri  Ġnstitutunun  yayda  boĢ  olan  sinif 

otaqlarından  birində  yerləĢərək  Akademiya  kitabxanasına  gedir  və  baĢda  prof. 

Marr,  Bartold  və  sairə  olmaq  üzrə  akademiya  professorları  ilə  görüĢərək, 

Azərbaycan tarixi və ədəbiyyatına aid mövzular üzrə söhbətlər etməklə Leninqrada 

gəliĢin həqiqi məqsədini pərdələyə bildim. 

Əl  altından  hələ  Moskvada  ikən  görüĢdüyüm  dostlarımdan  aldığım 

tövsiyələrə görə, xüsusilə mərhum Musa Begiyevin vasitəsilə Fin körfəzi üzərindən 

Finlandiyaya keçmək planının həyata keçməsi təfərrüatını hazırlamağa baĢladım. 

Leninqraddakı  tatarların  bu  xüsusda  təcrübələri  vardı.  Məndən  əvvəl  bu 

təcrübədən  prof.  Sədri  Maqsudi  Arsal,  redaktor  Abdulla  Taymas  bəylər  istifadə 

etmiĢdilər;  və  Helsinqforsa  çıxaraq  sovet  cəhənnəmindən  qurtarmıĢdılar.  Fəqət 

onlar  qaçarkən  qıĢ  mövsümü  idi.  Körfəz  donmuĢ  və  qarla  örtülmüĢdü.  Bu  yolu 

onlar  xizəklə  keçmiĢdilər.  Ġndi  isə  mövsüm  məktəblərin  tətilə  buraxıldığı  bir  yay 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə