Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   17   18   19   20   21   22   23   24   25

bütün  islam  dünyasını  qurtarmaq  qayəsilə  təĢkil  etdikləri  “Ġslam  Ġnqilab 

Cəmiyyəti”nin bir bürosundan ibarət idi. 

Ənvər  paĢa  məhrumla  bu  türk  missiyası  binasında  görüĢdük.  Onu  daha 

əvvəl 1918-ci ildə Ġstanbulda hakimiyyətinin ən yüksək pilləsində, hərbiyyə naziri 

və  baĢ  komandan  müavini  olaraq  görmüĢdüm.  O  zaman  mən  Ġstanbulda  olan 

Azərbaycan  nümayəndə  heyətinin  sədri  idim,  ġimali  Qafqaz,  Gürcüstan  və 

Ermənistan  cümhuriyyətlərinin  nümayəndə  heyətlərilə  birlikdə  Mərkəzi  Avropa 

dövlətlərinin səlahiyyətli nümayəndələrindən ibarət olacaq millətlərarası konqresdə 

Qafqaz  cümhuriyyətləri  iĢlərinin  müzakirəsini  gözləyirdik.  Bu  münasibətlə 

Ġstanbulda,  hətta  ondan  öncə  yenə  Qafqaz  iĢlərilə  əlaqədar  olaraq  “Gülcamal” 

paroxodu  ilə  gəldiyi  Batumda  paĢanı  görmüĢ,  müxtəlif  vəsilələrlə  onunla  tez-tez 

təmaslarda  olmuĢdum.  Onun  idealist  bir  inqilabçı  olduğunu  bilir,  islami  bir 

romantizm ruhu daĢıdığına vaqifdim. 

Bu  dəfə  ona  qırmızı  Moskvada  rast  gəlirdim.  Bir  gün  bəyan  etdiyi  arzuya 

görə  türk  missiyasının  katibi  vəzifəsini  ifa  edən  qafqazlı  bir  yoldaĢ  vasitəsilə 

onunla  qarĢılaĢdım.  Mənə  təmsil  etməkdə  olduğu  cəmiyyətin  qayəsini  anlatdı: 

“Biz,  dedi,  bolĢeviklərlə  müvafiq  qaldıq. Ġslam  dünyasındakı  məhkum  millətlərin 

istiqlallarını qurtarmaq qayəsilə fəaliyyətə baĢlamıĢıq”. 

Bu  məqsədlə  Berlində  nəĢr  etmiĢ  olduqları  bəyannamə  və  “Ürvətülvüska” 

baĢlıqlı  məcmuədən  də  bir  nüsxəsini  mənə  verdi.  XIX  yüzilin  ortalarına  aid 

ittihadi-islamçı  məĢhur  Cəmaləddin  Əfqaninin  vaxtilə  nəĢr  etmiĢ  olduğu  bir 

qəzetin  baĢlığını  daĢıyan  bu  məcmuə  mənə  çox  xarakterik  göründü.  Bir  göz 

gəzdirincə  məcmuənin  elə  də  çağdaĢ  olmayan  arxaik  islami  bir  para  məfhumlar. 

ayətlər, hədislər və kliĢe təbirlərlə redaktə edilmiĢ olduğunu gördüm. 

PaĢa  izah  edirdi:  “Avropa  imperializminin  əlində  əsir  olan  müsəlman 

millətlər  özlərini  qurtarmaq  üçün  təĢkilatlanmalı;  fəqət  bu  təĢkilatların  aralarında 

sıx  bir  rabitə  və  həmrəylik  olmalıdır,  yoxsa  bütün  bu  hərəkatların  müĢtərək  qayə 

naminə müĢtərək bir mərkəzə ehtiyacları vardır”. 

Bu  mərkəz  isə  paĢanın  digər  səlahiyyətdar  yoldaĢları  ilə  birlikdə  vücuda 

gətirmiĢ  olduqları  cəmiyyət  idi.  PaĢa  bu  cəmiyyətə  bizim  partiyanın,  yəni  Milli 

Azərbaycan “Müsavat” Xalq Partiyasının da qatılmasını istəyirdi; fəqət: 

- “Müsavat” firqəsi Sovet hökuməti əleyhindəki müxalifətindən hələlik vaz 

keçməli,  bu  hökumətə  qarĢı  hər  cür  qiyam  niyyətlərindən  uzaq  olmalıdır.  Çünki 

Qızıl  Orduya  qarĢı  heç  nə  edə  bilməz;  ən  kiçik  bir  hərəkat  nəticəsində  məhvi-

pəriĢan  olar,  bundan  da  bütün  Azərbaycan  zərər  görər,  türklər  və  müsəlmanlar 

qılıncdan keçirilərlər”, deyə Ģərt qoyurdu. 

-  Eyni vəziyyət Hindistandakı müsəlmanlar üçün varid deyildirmi, paĢam? - 

deyə soruĢdum. 

Bu suala verdiyi cavab hərəkat xəttini bolĢeviklərin Avropa kapitalistlərinə 

qarĢı  bütün  ġərqi,  ilk  sırada  müsəlman  ġərqini  ayağa  qaldırmaq  taktikasına 




uyğunlaĢdırmaq  qərarını  vermiĢ  bir  adamın  verəcəyi  cavab  idi.  Məntiq  və 

səmimiyyətdən çox uzaq olan bu cavab məni təmin etmədi, təbii, ona: 

-  PaĢam, - dedim, - qaye özü-özlüyündə mükəmməldir. ġərq millətləri və o 

cümlədən müsəlman millətləri hürr və müstəqil olmalıdırlar. Biz azərbaycanlılar və 

dolayısı  ilə  biz  müsavatçılar  bu  dava  uğrunda  yanmıĢ  insanlarıq.  Fəqət,  məncə, 

diqqət  ediləcək  mühüm  bir  nöqtə  vardır.  Sizin  təsəvvür  etdiyiniz  müsəlman 

millətlərini  qurtarma  təĢkilatı  ona  görə  bir  növ  internasionaldır.  Sosialist 

internasionalının  mərkəzi  Moskvadır;  çünki  Moskva  sosializmin  hal-hazırda 

vuruĢan  bir  mərkəzidir.  Milli  istiqlal  internasionalının  mərkəzi  də  analoji  olaraq 

bu  ideyanın  həyata  keçməsi  üçün  hal-hazırda  mübarizə  halında  olan  bir  yerdə, 

məsələn, Ankarada olması lazım gəlir. Yoxsa mərkəzi qırmızı Moskvada olacaq bir 

müsəlman  hərəkatı  ümumi  kommunist  hərəkatının  bir  silahı  olar.  Belə  olmaqdan 

çıxmaq istədiyi gün isə mövcud Ģərtlər daxilində məhv olduğu gündür, - dedim. 

PaĢa təĢkilat proqramını bir kərə (K) bəylə (katib) ətraflı müzakirə etdikdən 

sonra  bir  daha  görüĢərik,  deyə  mövzunu  dəyiĢdirdi  və  bir  az  sonra  vidalaĢaraq 

ayrıldıq. 



 

Ənvər - Camal paşaların aqibəti 

 

Bundan  günlər,  həftələr  və  aylar  keçdikdən  sonra  paĢanın  Türküstana 

keçdiyi, orada “basmaçı” deyilən bolĢevik əleyhdarı milli Türküstan partizanlarının 

baĢına  keçib,  Qızıl  Ordu  hissələrini  müəyyən  ərazidə  qovduğunu  və  onunla 

müzakirəyə  giriĢmək  istəyən  Moskva  nümayəndələrinə  Türküstandan  çıxmaları 

xüsusunda ultimatum verdiyi xəbəri Moskvada bomba kimi partladı. Bu xəbər hər 

kəs üçün bir sürprizdi; hələ mənim üçün bu, yuxarıda anlatdığım təfsilata nəzərən, 

çaĢdıracaq bir Ģeydi. Ehtimal olunan “Müsavat” qiyamını təqdir etməyən paĢa necə 

oldu  bu  qədər  qısa  bir  zamanda  bolĢeviklərin  iĢ  birliyi  yaradılacaq  dost  deyil, 

onlara  qarĢı silah çəkiləcək düĢmən bir qüvvə  olduqları qənaət  və  qərarına  gəldi, 

deyə  heyrət  içində  qaldım.  PaĢanın  mənə  etdiyi  təklifi  Moskvada  ikən  o  zaman 

Türküstanda gizli fəaliyyətdə olan Milli Birlik Cəmiyyəti liderlərinə də etdiyini və 

bu fikrin onun kimi dostu Camal paĢa tərəfindən də müdafiə olunduğunu sonradan 

öyrəndim. 

Türküstanda Ənvər paĢanın sonu 1922-ci il avqustun 4-də intihara bənzəyən 

bir  igidlik  içində  yalın  qılınc  pulemyot  atəĢinə  hücum  edərək  Ģəhid  düĢməsinə 

müncər olacaq faciələr cərəyan edərkən, dostu ilə  müzakirə etmək  üçün Rusiyaya 

dönməkdə idi. 

Ənvər  paĢanın  Türküstanda  bolĢeviklər  əleyhinə  üsyan  bayrağı  qaldırdığı 

xəbərini  Tiflisdə  eĢidən  Camal  paĢa  Ġran  yolu  ilə  təkrar  Əfqanıstana  getmək  üzrə 

idi.  28  iyun  tarixli  “Ġzvestiya”  qəzetinə  göndərdiyi  məktubunda  paĢanın  bu 

hərəkatını “aləmi-islamın müttəhid cəbhəsində açılan bir rəxnə” deyə təsvir edirdi. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə