Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Əxlaq tərbiyəsində fərdi yanaşma prinsipini izah edin



Yüklə 76,6 Kb.
səhifə6/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   2   3   4   5   6   7   8   9   ...   41
MQT m.pedaqogika-2

Əxlaq tərbiyəsində fərdi yanaşma prinsipini izah edin.

Kollektivdə və kollektiv vasitəsilə tərbiyə prinsipi öz xüsusiyyətinə görə fərdi yanaşma prinsipinidə zəruri edir . Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində onların fərdi xüsusiyyətlərinin nəzərə alınmasıda tələb olunur . Uşağa fərdi yanaşma onu xüsusiyyətinə uyğun olaraq ümumi məqsədə gətirib çıxarmağı tələb edir . Burada üsul və vasitələr uşağın fərdi xüsusiyyətinə uyğun olaraq seçilir. Uşaqların fərdi xüsusiyyətlərini tərbiyə prosesində nəzərə almaq çox vacibdir. Xolerik temperamentli uşaqda müvazinətliliyi bərpa etmək olar eləcədə melanxolik temperamentli uşaqda utancaqlığı tez təsirə qapılmağı ləğv etmək mümkündür. Uşaqların şəşəxsiyyətindəkifərdi fərqlərin yaranmasında ailə tərbiyəsi böyük rol oynayır. Bəzi ailələrdə uşağı ərköyün böyüdür onun bütün şıltaqlıqlarına dözür və tələblərin yerinə yetirirlər . Bəzi ailələr valideyinlər arasında baş verən münaqişə dedi qodu valideyinlərin övladlarına qeyri bərabər münasibət bəsləməsi uşağın əsəbi həyəcanlı olmasına gətirib çıxarır. Bəzi hallarda körpəlik dövründə keçirilən xəstəliklər xüsusən əsəb xəstəlikləri uşaqların psikasinda müəyyən izlər buraxır . Məhz bunların nəticəsində uşaqlarda bir birinə bənzəməyən fərqlər meydana gəlir. Tərbiyə prosesində uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaq tarix boyu pedaqoq və maarif xadimlərinin diqqətini cəlb etmişdir. Bu prinsip tərbiyədə heç vaxt hazır reseptin olduğunu göstərə bilməz . Qabaqcil tərbiyəçilərin iş təcrübəsi sübut edirki uşağın davranışında mövcud olan qüsurları aradan qaldırmaq mümkündür . Bunun üçün sadecə tərbiyəçi uşaqla işi pedaqoji elmi metodoloji baxımdan düzgün qurmağı bacarmalıdır.


  1. Məktəbəqədər yaşlı uşaqların əx­laq tərbiyəsinin metodları

Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində üsul və vasitələrin düzgün seçilməsi və vaxtında tətbiq edilməsinin əhəmiyyəti olduqca böyükdür. Əxlaqi keyfiyyətlər və uşaqların xarakteri müxtəlif olduğundan tərbiyə prosesində rəngarəng metod və vasitələrdən istifadə vacibdir. Metod əxlaq tərbiyəsini müvəfəqiyyətlə həyata keçirməyin yol və vasitələrinə deyilir. Şüurun formalaşdırılması metodu-inandırma. Məktəbəqədər yaş (1 yaşdan 6 yaşa qədər) dövrü şüurun oyanma və sürətlə inkişafetmə dövrüdür. Məktəbəqədər yaşlı uşaqların şüurunun formalaşdırılmasında, möhkəm inam yaradılmasında söhbətlərdən geniş istifadə edilir. Tərbiyəçi müəyyən əxlaqi məsələni canlı söhbət şəklində şərh edir. Bəzən yaş və fərdi xüsusiyyətə uyğun olaraq, uşaqların qarşısında suallar qoyur, onların bu və ya digər davranış sorması haqqında fikirlərini aşkara çıxarır, dəqiqləşdirir. Alışdırma metodu. Alışdırmanın başlıca vəzifəsi uşaqlarda faydalı bacarıq və vərdişlər yaratmaqdır. Bunların gündəlik təkrarı davranışda adətə çevrilir. Məktəbəqədər yaş dövründə alışdırma kollektiv rejimə uyğunlaşana kimi davam etdirilir. Alışdırmanı səmərəli və təsirli həyata keçirmək üçün bir neçə yollardan istifadə olunur.1) Nəyi və necə hərəkət etməyi göstərmək; 2) Nəticəni qabaqcadan müəyyənləşdirmək, nəyi və necə həyata keçirməyin yollarını izah edib göstərmək; 3) Tapşırıqlarını təkrarı; 4) Nəzarət və yoxlama.

Yüklə 76,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə