Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum



Yüklə 47,02 Kb.
səhifə3/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   2   3   4   5   6   7   8   9   ...   16
imtahan 23

2.Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum
Mənşəcə “curriculum” latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir. Kurikulum termini ilk dəfə Con Franklin Bobbit tərəfindən istifadə edilmişdir. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Xarakterinə görə kurikulumlar iki yerə ayrılır:
1.fənyönümlü kurikulum­- Fənyönümlü kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. məzmununu elm sahələri, anlayışlar sistemi və bu anlayışların mənimsənilməsi təşkil edir.Fənyönümlü kurikulumlarda praktika, yəni bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, praktikada lazım olmayan biliklər də şagirdlərə mənimsədilir.
2. şəxsiyyətyönümlü kurikulum.- həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Belə kurikulumlarda məlumatlıq səviyyəsi aşağı olur, şəxsiyyətə daha çox həyat fəaliyyətində lazım olan bacarıq və vərdişlər aşılanır.
Milli Kurikulum dedikdə təhsilin pillələri və fənlər üzrə ümumi təlimin nəticələrini əks etdirən sənəd başa düşülür. Milli Kurikulum hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülmüşdür:
· tələbyönümlülük; · nəticəyönümlülük; · şagirdyönümlülük; · inteqrativlik; · milli və ümumbəşəri dəyərlərin nəzərə alınması; · şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqla onun üçün əlverişli şəraitin yaradılması.


3.İbtidai siniflərdə informatika tədrisinin xüsusiyyətləri
İbtidai siniflərdə informatika fənninin tədrisində ilk növbədə həmin yaş dövründə şagirdlərin psixoloji xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məktəbə qədəm qoyan şagird ilk günlər çox sadə, bəsit təfəkkürə malik olur.Onların təfəkkürü isə əyani-obrazlı təfəkkürdür. Bu amil 1-4-cü siniflərdə informatikanın tədrisi prosesində mütləq nəzərə alınmalıdır. Təfəkkürün bu formasının abstrakt-məntiqi təfəkkürə keçirilməsi prosesi yuxarı siniflərə qədər davam edir. İnformatika fənninin çox mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu fənn ibtidai siniflərdə tədris edilən bütün fənlərlə bilavasitə əlaqəlidir. İnformatikanın tədrisi prosesində sistemli düşüncənin inkişafı əsas vəzifədir. İnformatika fənni uşaqlarda dünyanın sistemli şəkildə dərkedilmə vərdişlərini, müxtəlif hadisələr arasında mövcud olan əlaqələrin başa düşülməsini, alqoritmik düşüncə tərzini və s. formalaşdırır. informatikanın tədrisinin əsas prinsipləri.
1.Elmilik – Bu prinsip fənnin məzmununda elmin inkişaf mərhələlərini müəyyən edir və şagirdlərin başa düşəcəyi ideyaları aydınlaşdırmağı zəruri sayır
2.Həyati əhəmiyyətlilik. Tədris edilən hər bir mövzu həyatla əlaqələndiriləndə səmərəli olur
3.Şəxsiyyətyönümlülük. Bu prinsipə görə, kurikulumların tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir
4.Nəticəyönümlülük - yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərindən biridir.



Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə