Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə10/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   6   7   8   9   10   11   12   13   ...   265

Mehman Süleymanov 

 

22



 

 

 



Qacar sarayının nümayəndə heyətinin Napoleonla görüşü 

 



Gülüstan müqaviləsi 

 

23



6-cı maddədə qeyd olunurdu ki, şahın öz piyada qoşunlarının, top-

larının, hərbi istehkam xidmətinin Avropa üslubunda qurulması xahişinə 

əsasən Fransa imperatoru şah qoşunları üçün səhra topları, süngülü 

tüfənglər hazırlamağı və həmin silahların Avropa qiymətləri ilə satılma-

sını öz üzərinə götürür. 7-ci maddədə təsbit olunmuşdu ki, şah öz qoşun-

larının yenidən qurulması, piyadaların təkmilləşdirilməsi, artilleriyanın 

yaradılması  və istehkam xidmətinin sahmana salınması üçün nə  qədər 

Fransa  zabitinə ehtiyacı olsa, Fransa tərəfi həmin zabitləri göndərəcək-

dir. Anlaşmanın 9-cu maddəsində də şah sarayına köməklər göstəriləcəyi 

ilə bağlı öhdəliklər var idi. Bu maddədə bildirilirdi ki, İngiltərə və Rusiya 

Fransa ilə  İrana qarşı hansı ittifaqa girməli olsalar, Fransa ilə  İran da 

həmin ittifaqa qarşı oxşar ittifaq yaradacaqlar. Eyni zamanda Fransa və 

ya İranın ayrılıqda təhlükəyə məruz qaldığı vaxt onlar bir-birinə məlumat 

verməli və düşmənə qarşı birgə mübarizə aparılmalı idi (53). 

Anlaşmanın digər maddələrində isə  İranın Fransa qarşısındakı 

öhdəlikləri təsbit olunmuşdu. 8-ci maddəyə əsasən şah sarayı İngiltərə ilə 

bütün siyasi və ticarət  əlaqələrini kəsməli, tezliklə  İngiltərəyə qarşı 

müharibə elan edilməli və bu dövlətlərin dostluq münasibətlərinə son 

qoyulmalı idi. Şah sarayı eyni zamanda Hindistana göndərdiyi elçisini 

geri çağırmalı, Fars körfəzi limanlarındakı ingilis şirkətlərinin 

fəaliyyətinə son qoymalı, ingilislərlə istər dəniz vasitəsilə, istərsə də quru 

vasitəsilə olan əlaqələr dayandırılmalı  və  İngiltərənin hər hansı bir 

səfirini qəbul etməməli idi. 10-cu maddəyə əsasən şah sarayı əfqanları və 

Qəndəhar əhalisini ingilislərə qarşı müharibəyə səfərbər etməyə çalışmalı 

idi. 11-ci maddəyə əsasən Fransa donanmasının gəmiləri İran limanlarına 

yaxınlaşdığı halda onların qəbuluna lazımi  şərait yaradılmalı idi. 12-ci 

maddəyə əsasən isə şah öhdəsinə götürməli idi ki, Fransa qoşunları quru 

ilə Hindistana hücum etməyi qərara aldığı  təqdirdə bu ölkənin 

qoşunlarının  İran  ərazisindən keçməsinə  şərait yaratsın və Fransa 

qoşunlarına lazımi köməklik göstərsin (54). 

Toxunulan maddələr, anlaşma ilə  tərəflərin üzərinə  qoyulan 

öhdəliklərin  əsas məzmununu özündə  əks etdirirdi. Şahın məqsədi 

Rusiyanı  Cənubi Qafqazdan sıxışdıraraq bu bölgəni öz nəzarəti altına 

almaq idisə, Fransanın da məqsədi  İrana qarşı müəyyən güzəştlərə 

getməklə bu ölkə üzərindən Hindistana hücum icazəsini almaq idi. Şah 

sarayı Gürcüstanın və Cənubi Qafqazın digər işğal olunmuş ərazilərindən 

Rusiyanın sıxışdırılması üçün İngiltərəyə qarşı müharibə elan etməyi, 

Fransa qoşunlarının  İran üzərindən Hindistana yürüş etməsinə  şərait 

yaradılmasını öz üzərinə götürürdü. Ən başlıcası isə Fətəli şah Napoleon 

kimi qüdrətli bir imperator və sərkərdə ilə ittifaqa girirdi. Bu məsələnin 




Mehman Süleymanov 

 

24



psixoloji tərəfi də  şah üçün çox əhəmiyyətli idi. Çünki bu ittifaq qərb 

ölkələrində, o cümlədən də Rusiyada müəyyən bir narahatlıq yaratmaya 

bilməzdi. 

Fransa tərəfi eyni zamanda şah qoşunlarının yenidən qurulmasına 

kömək göstərilməsini öz üzərinə götürürdü. Bu məsələdə Fransa özü də 

kifayət qədər maraqlı idi. Çünki güclü şah qoşunları Fransanın böyük 

düşməni olan Rusiyanın zəiflədilməsində müəyyən rol oynaya bilərdi. 

Əvəzində isə Fransa gələcək böyük fəthləri üçün özünə zəmin yaratmış 

oldu. Rusiyanın zəifləməsi isə Fransanın istər Avropa, istərsə  də Asiya 

siyasətinin çətinliklərini aradan qaldıra bilərdi. Napoleon Fransanın 

xarici işlər naziri Taleyrana belə yazırdı: "Siz bilirsiniz ki, mən İranla itti-

faqa nə  qədər meylliyəm....Siz səfirlə söhbət edin (şahın səfiri nəzərdə 

tutulur-red.) və ona deyin ki, mən 10-12 min İran sərbazından ibarət bir 

korpusun təşkili üçün lazım olan qədər zabiti o ölkəyə göndərərəm. Bu 

korpus  iki ay ərzində Rusiya ilə döyüşə hazır olacaqdır" (54a). Onun 

sözlərinə görə Tehrana göndəriləcək Fransa hərbi heyəti üç aydan sonra 

Rusiya və İngiltərəni də heyrətə gətirəcəkdi. 

 

3. General Qardanın İran missiyası 

 

Fransa ilə Qacar sarayı arasında aparılan danışıqların və imzalanan 



müqavilənin ilk əməli nəticələrindən biri bu oldu ki, Napoleon general 

Qaranın rəhbərliyi altında İrana hərbi nümayəndə heyəti göndərməyə razı 

oldu.  Şah qoşunlarının qısa müddət  ərzində yeni tələblər üzərində 

qurulması üçün Qacar sarayının belə bir heyətin göndərilməsinə ehtiyacı 

var idi. Həm Fətəli  şah, həm də Abbas Mirzə  şah qoşunlarının yenidən 

qurulmasının zəruriliyini qəbul edirdilər və Fransa ilə formalaşmaqda 

olan münasibətlər bu istiqamətdə yeni imkanlar aça bilərdi. 

General Qardan Fransa imperatorunun etibar etdiyi şəxslərdən biri idi 

və Napoleonun şərq siyasətinin həyata keçirilməsində onun təcrübəsinə 

müəyyən ümidlər bağlanılırdı. Şərqlə tanış olduğu bildirilən general Klod 

Metyu Kent Qardan 1766-cı ildə anadan olmuşdu. Gənc yaşlarında hərbi 

xidmətə qoşulmuş  və Fransa inqilabından  əvvəl piyada qoşunları üzrə 

kapitan rütbəsi almışdı. Tarixi məlumatlara görə, 1792-ci ildən etibarən 

onun daha fəal hərbi həyatı başlandı və 1799-cu ildə general rütbəsinə la-

yiq görüldü. 1804-cü ildə general Qardan Fransa imperatorunun 

mühafizə  dəstəsinin rəisi təyin edildi. 1805-ci ildən etibarən  isə o

Napoleonun adyutantı oldu. Qardanın əcdadlarından biri şərq ölkələrində 

Fransa konsulu vəzifəsini yerinə yetirmişdi. Ona görə  də  şərq 

limanlarında bu adı hələ də xatırlayanlar var idi (55). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə