53
duzlar kristal halında çöküntüyə keçir (məsələn, sidik turşusu pH-
6,0-dan az olduqda həll olmuş haldan kristal halına keçir).
Sidikdə zülalın təyini. Normal halda sidiklə gün ərzində 30-150
mq-a qədər zülal ifraz edilir. Hazırda bu miqdarda zülal sidiyin
ümumi müayinəsində aparılan keyfiyyət sınaqları ilə aşkar edilmir
və ancaq bu sınaqlarda sidikdə zülalın miqdarı 0,033 q/l və ondan
çox olduqda təyin edilir ki, bu da proteinuriya adlanır.
Proteinuriya böyrək və yaxud qeyri-böyrək mənşəli ola bilər.
Böyrək mənşəli proteinuriya funksional və üzvi olmaqla iki yerə
bölünür. Funksional proteinuriya böyrək filtrinin keçiriciliyinin
artması nəticəsində meydana çıxır. Bura yürüş, emosional, soyuq,
ortostatik proteinuriyaları aiddir.
Üzvi böyrək proteinuriyası böyrək filtrinin iltihabı, damar poz-
ğunluqları və başqa struktur dezorqanizasiyası nətiçəsində keçiricili-
yinin artması zamanı baş verir. Bu zaman böyrək yumaqcığında olan
dəyişikliklər az olduqda ondan yalnız kiçik molekullu zülallar (albu-
minlər) keçir və sidikdə görünür və bu albuminuriya adlanır. Ancaq
kiçik molekullu zülalların sidikdə ifraz olunması selektiv (seçici)
proteinuriya adlanır.
Yumaqcıq filtrinin ağır dərəcədə zədələnməsi nəticəsində kiçik
molekullu zülallarla yanaşı iri molekullu zülallar da (qlobulinlər)
ifraz olunur. Buna qeyri-selektiv (qeyri-seçici) proteinuriya deyilir.
Proteinuriyanın növünün təyin edilməsinin böyük diaqnostik və
proqnostik əhəmiyyəti vardır.
Əmələ gəlmə yerinə görə böyrək proteinuriyası yumaqcıq və
kanalcıq mənşəli ola bilər. Bundan başqa proteinuriya həqiqi və
yalançı da ola bilər. Yalançı proteinuriya sidikdə qan formalı ele-
mentlərin parçalanması nəticəsində aşkar edilir. Bəzi hallarda hərarət
yüksək olan şəxslərdə, qan dövranında durğunluq olduqda (durğun-
luq proteinuriyası) və yaxud gərgin fiziki işdən sonra (gərginlik
proteinuriyası) sidikdə zülal müşahidə olunur.
Sidikdə zülalın olmasını qaynatma və sulfasalisil turşusu sınağı
ilə təyin etmək olar.
54
Kəmiyyət sınaqlarından Brandberq - Roberts - Stolnikov üsulu,
turbidimetriya əsasında sulfasalisil reaksiyası və ekspress-diaqnostik
üsulu (xüsusi indikator kağızları ilə) tətbiq edilir.
Sidikdə ifraz olunan zülalın miqdarının bir l sidikdə xaric olan
zülalı qramlarla göstərir. Bu bədəndən itirilən zülal haqda həmişə
tam məlumat vermir. Odur ki, bir gün ərzində sidikdə itirilən zülalın
miqdarının təyini proteinuriya dərəcəsini daha dolğun ifadə edir.
Bəzi patoloji hallarda (mieloma xəstəliyi, Valdenstrem makroqlobu-
linemiyası) qanda yüngül (L) polipeptid zəncirləri əmələ gəlir və
molekulların kiçik olması nəticəsində böyrək filtrindən sidiyə keçir.
Bu zülal Bens-Cons uroproteini adlanır, sidiyin termopresipitasiyasi
və elektroforetik müayinəsi ilə təyin olunur.
Sidikdə qlyukozanın təyini. Sağlam adamın sidiyində qlükozanın
miqdarı çox azdır - 0,03-0,15 q/l-dir. Sidikdəki bu miqdarda olan qlü-
koza adi keyfiyyət sınaqları ilə təyin olunmur. Sidikdə qlükozanın
olması qlükozuriya adlanır, bu da fizioloji və patoloji olmaqla iki yerə
ayrılır. Böyrəklərin normal fəaliyyəti zamanı qanda qlükozanın qa-
tılığı yüksəldikdə, yəni hiperqlikemiya olduqda qlükozuriya baş verir.
Qanda qlükozanın böyrəkqapısı 9,9 mmol/l-ə bərabərdir, bundan
yüksək səviyyə müşahidə olunduqda qlükozuriya müşahidə olunur.
Fizioloji qlyukozuriya qida ilə çoxlu miqdarda karbohidratlar qəbul
etdikdə (alimentar), emosional gərginlikdən sonra (emosional), bəzi
dərmanların qədulu (kofein, kortikosteroid hormonları) zamanı baş
verir. Az hallarda böyrək qlyukozuriyası (renal) müşahidə olunur ki,
bunun da səbəbi böyrək kanalcıqlarında qlyukozanın rezorbsiyasının
pozulmasıdır. Bu hal hətta qanda qlyukozanın normal konsentra-
siyasında baş verir. Böyrək qlyukozuriyası birincili xəstəlik kimi renal
diabetdə rast gəlir. Xroniki nefritlərdə, nefrotik sindromda, ikincili
renal qlyukozuriya əmələ gələ bilər.
Patoloji qlyukozuriya çox vaxt şəkərli diabetdə (diabetik), tiro-
toksikozda (tirogen), İtsenko-Kuşinq sindromunda (hipofizar), qara-
ciyər sirrozunda meydana çıxır.
55
Qlyukozuriyanın düzgün təyin edilməsi üçün (xüsusən şəkərli
diabetdə) gün ərzində yığılan sidikdə şəkər təyin olunmalı və sidikdə
gün ərzində itirilən şəkər hesablanmalıdır.
Sidikdə qlyukozanın təyini Qaynes və Nelander sınağı, qlyuko-
zooksidaza sınağı və Altqauzenin kolorimetrik üsulu ilə aparılır.
Keton (aseton) cisimlərinin təyini. Sidikdə keton cisimlərinin
(aseton, asetosirkə turşusu, β-oksiyağ turşusu) tapılması ketonuriya
adlanır. Ketonuriya əsasən şəkərli diabetdə rast gəlir, həmçinin o,
karbohidrat aclığında, cərrahi əməliyyatdan sonrakı dövrdə müşahidə
olunur.
Bilirubinin təyini. Normal halda sidikdə demək olar ki, bilirubin
olmur. Bilirubinin sidikdə artıq miqdarda ifrazı (bilirubinuriya)
qaraciyər və qaraciyəraltı sarılıqlarda meydana çıxır ki, bunun da
səbəbi qanda birləşmiş bilirubinin (bilirubinoqlyukoronid) artması
ilə izah olunur.
Bilirubinuriya Rozin və Fuşe sınaqları ilə təyin olunur. Bu üsullar
oksidləşdiricilərin təsirindən bilirubinin yaşıl biliverdinə çevrilməsi-
nə əsaslanır.
Urobilinoidlərin təyini. Urobilinoidlərə urobilin, urobilinogen, uro-
bilinlər, sterkobilin, sterkobilinogen, sterkobilinlərin cisimləri aiddir,
bunların sidiklə artıq miqdarda ifrazı urobilinuriya adlanır. Urobilinu-
riya çox zaman qaraciyər xəstəliklərində (hepatit, sirroz), hemolitik
anemiyalarda, bağırsaq xəstəliklərində (enteritdə) müşahidə olunur.
Urobilinoidlər Neybauer, Florans, Boqomolov keyfiyyət sınaqları ilə
təyin olunur.
Urobilinoidlərin miqdarının təyini onların R-dimetilaminobenzalde-
hid ilə çəhrayı rəngə boyanması əsasında aparılır. Onlar hidrogen-xlorid
turşusu ilə qarşılıqlı təsirindən bu rəngə boyanırlar. Sonra alınmış məh-
lul kolorimetriya edilir. İndikator kağızlarının köməyi ilə ekspress-diaq-
nostik üsulla ketonuriya, bilirubinuriya və urobilinuriyanın təyini yuxa-
rıda qeyd olunmuş kimyəvi reaksiyaya əsaslanır.
Sidik çöküntüsünün mikroskopik müayinəsi. Müayinə üçün götü-
rülən sidik, yaxşıca qarışdırıldıqdan sonra 10 ml sentrifuqa sınaq
Dostları ilə paylaş: |