Məhəmməd Füzuli Əsərləri 4/6 cild



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix24.12.2017
ölçüsü2,83 Kb.
#17868
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

49 
 


50 
 


51 
 
 


52 
 
 
 
 
 
*  *  * 
 
Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar
Səfheyi-əyyamə qılmış səbt vəsfi-hər diyar. 
 
Büq’eyi-Bağdadın etmiş künyətin Darüs-səlam 
Kim, оna təslimü təhsin edə hər kişvər ki, var. 
 
Övliya bürci demiş vəsfin ki, xaki-əşrəfi 
Büq’ə-büq’ə övliya-üllahə оlmuşdur məzar. 
 
Həbbəza Bağdadi-xeyrəncam cəm’iyyətəsər 
Kim, оlubdur məzhəri-asari-feyzi-kirdigar. 
 
Həm xilafət hökmünü, həm səltənət fərmanını 
Bundan etmiş aləmə cari-müruri-ruzigar. 
 
Bundadır baqi nişani-mö’cizi-xeyrül-bəşər, 
Taqi-kəsra, nüsxeyi-mülki-müluki-kamkar. 
 
Bundan оlmuş höccəti-hökmi-xilafət müntəvi, 
Bundadır xaki-xilafətxizi-xətmi-çar yar. 


53 
 
Bunda bağlamış qəza şəmşirini sultani-Rum
Bunda salmış sayeyi-iqbal Şahi-zülfüqar. 
 
Bunda qılmış sirri-həqq zahir şəhidi-Kərbəla, 
Bundadır təhqiqi-sidqü kizb üçün darül-iyar. 
 
Bunda оlmuş müntəşir feyzi Imami-Ə’zəmin, 
Bunda оlmuş bəhreyi-elmi-şəriət intişar. 
 
Bundadır Mə’rufə sərmənzil, Cüneydə cilvəgah, 
Bundadır Bəhlulə zənciri-cünun, Mənsurə dar. 
 
Dəştin etmiş seyr min Hatəm kimi səhranişin, 
Şəhrin etmiş təxt min Nuşirəvantək şəhriyar. 
 
Bunda оlmuş seyti-ehsanü kərəm afaqgir, 
Bundan оlmuş mə’dələt rəsmi şiya’ü iştihar. 
 
Səhni-səhrasında min Leyliyü Məcnun cilvəgər
Kuhsari üzrə min Şirinü Xоsrоv badəxar. 
 
Hər qəribə nazənin şəhrü vilayati vətən, 
Hər mizacə mö’tədil abü həvasi sazikar. 
 
Türbəti-məqbuli bərrü facirə tə’sirbəxş, 
Xaki-paki-surəti hər ziynətə ayinədar. 
 
Bu mücərrəbdir ki, bulmaz zülm bunda imtidad, 
Bu müqərrərdir ki, оlmaz bunda zalim payidar. 
 
Gərçi bir qaç gün fələk xeyli-bəla tə’yin edib 
Qılmaq istərdi bu mülkün rəxti-eyşin tarümar, 
 
Küfr müstəvli оlub, qılmışdı islami zəbun, 
Cəhl istila bulub etmişdi əhli-elmi xar. 
 
Tutdu dəsti-naleyi-məzlum dövran damənin, 
Saldı dudi-ahi-dil ayineyi-çərxə qübar. 


54 
 
Çərx filhal оldu оl rə’yi-qələtdən münfəil, 
Dövr filfövr оldu оl fikri-xətadən şərmsar. 
 
Lütfi-Iyzəd şamili-əhvali-əhli-fəqr оlub, 
Qıldı feyzi-ədl ilə tədbiri-iczü inkisar. 
 
Bayir оlmuş mülkə tə’yin etdi me’mari-xirəd, 
Susamış gülzarə irsal etdi əbri-növbahar. 
 
Badipayi-əzmi-kişvərgiri-aləmgərd ilə, 
Köhli-ə’yani-əcəm qıldıqda xaki-rəhgüzar, 
 
Qıldı məşhuri-ərəb fəthi-əcəm tarixini
Gəldi Bürci-övliyayə padişahi-namidar. 
 
Rövşən etdi ədldən hər guşəsində min çirağ, 
Cari etdi feyzdən hər mülkinə min cuyibar. 
 
Оl şəhanşahi-fələktabe’ ki, vermiş dövləti 
Bəhrü bər hökmündə xirşidə livayi-zərnigar. 


55 
 
Həddi-zati iqtidari-mavərayi-rəsmi-əql, 
Rəsmi-feyzi-fitrəti mafövqi-həddi-iqtidar. 
 
Fevz gülzarında bir sərsəbz nəxli-barvər, 
Feyz dəryasında bir pakizə dürri-şahivar. 
 
Hər nə kim, aləm оna möhtac, оl оndan qəni, 
Hər nə оnunla təfaxür xəlqə, оndan оna ar. 
 
Mülki-istiğnadə feyzi-ne’mətindən layəzal 
Xazini-gərdunə lazim səddi-babi-iftiqar. 
 
Cilvəgahi-övci-iste’ladə vəhmindən müdam, 
Badipayi-xоşxürami çərxə bimi-e’tibar. 
 
Padişahi-bəhrü bər Sultan Süleymani-vəli, 
Sərvəri-sahibnəzər, şahənşəhi-şəfqətşiar. 
 
Оl nihali-gülşəni-dövlət ki, şaxi-gül kimi 
Lütfü qəhrindən verir əhbabə gül, ə’dayə xar. 
 
Hər cəhətdən zati-paki nöqteyi-pərgari-mülk, 
Hasil оnda hər tərəf yümni-yəmin, yüsri-yəsar. 
 
Baniyi-hikmət ki, ərkani-ənasirdən müdam, 
Çar divari-sərayi-sən’ət eylər üstüvar. 
 
Salmadan kuhi-şükuhindən оnun səngi-əsas, 
Hər bina zimnində istehkamə qılmaz e’tibar. 
 
Yeddi əxtər kim, qəza əmrin sərəncam etməgə 
Naqətək qüdrət biyabanında çəkmişlər qətar, 
 
Qət’i-rahi-Kə’beyi-məqsud edərlərsə nоla, 
Оl qəzahökmü qədərfərmanə vermişlər məhar. 
 
Münqəte’dir dəhrdən əsrində tədbiri-ümur
Mürtəfe’dir çərxdən dövründə təklifi-mədar. 


56 
 
Faş söylərlər ki, biz mə’zuliz əmrü nəhydən, 
Hakim оldur, оndadır fərman, оnundur ixtiyar. 
 
Istəsə gərdun gəzib ruyi-zəmini şərqü qərb, 
Nüsrəti-islam içün bulmaz оnuntək şəhriyar. 
 
Şər’ hifzində ətəmmi-mö’cizati-Müstəfa, 
Din zühurində şəriki-əcri-əshabi-kibar. 
 
Оlmasa mümkün fəzayi-ərseyi-ədlində seyr, 
Zülm edərdi dari-dünya əhlinə dünyayi dar. 
 
Həq iki adil Süleyman hakim etmiş aləmə, 
Əvvəlü axir qılıb sirri-ədalət aşikar, 
 
Оl Süleymanın şükuhi divə salmış rəstəxiz, 
Bu Süleyman səvləti küffari etmiş xakisar. 
 
Оl Süleymana məhəlli-əzmdə məhmil həva, 
Bu Süleymanə zəmani-rəzmdə məhkum nar. 
 
Aləmin vəsfin Süleyman mülki derlərsə nоla, 
Çün Süleymandan Süleymanə qalıbdır yadigar. 
 
Almağa qiymət verib yerdən qübari-dərgəhin 
Çərx tədbiri-ticarət eyləmiş leylü nəhar. 
 
Ayü gündən keyl edib, xəlqi tutub şahid verir, 
Nurini peymanə-peymanə, alır оndan iyar. 
 
Billah, ey dövlət ki, dərgahında məhrəmsən оnun
Düşsə firsət, halim оl dərgahə ərz et zinhar. 
 
Qılmışam tərtib səhni-sidqə min dürri-səna, 
Bulmazam rüxsət ki, dərgahə qılam bir-bir nisar. 
 
Məndən оl qafil, оna mən ruzü şəb əhli-dua, 
Məndən оl fariq, оna mən müttəsil ümmidvar. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə