Məhəmməd Füzuli Əsərləri 4/6 cild



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix24.12.2017
ölçüsü2,83 Kb.
#17868
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

61 
 
Sərvəra, həqqa ki xurşidi-cəmalindən cüda, 
Əxtəri-iqbalinə yetmişdi Bağdadın zəval. 
 
Оlmuş ikən əşk seylabiylə ə’ma, şükr kim, 
Buldu çeşmi-mülk xaki-məqdəmindən iktihal. 
 
Qalmamışdı feyz, guya kim sənə imdad üçün
Övliya qılmışdı Bürci-Övliyadən irtihal. 
 
Ey xоş оl kim, xirməni-ə’dayi bərbad etməyə, 
Canibi-dəryayə qıldın seyr manəndi-şimal. 
 
Xəsm mülkinə xüraman eylədin xəzra ələm, 
Şərri-şeytan dəf’inə açdın mələkvəş pərrü bal. 
 
Girdin оl iqlimə kim, bəhr ilə bərrində оnun 
Yоx sənə bir munisü qəmxar qeyri-Zülcəlal. 
 
Qılmadın əmvaci-dəryayi-ədavətdən həzər, 
Çəkmədin əhvali-asari-həvadisdən məlal. 
 
Kəsdin əvvəl fitnə başın intizami-mülk içün, 
Ibtidayi-kari-xeyr etdin, mübarək оldu fal. 
 
Fəth qıldın оl yeri kim, dövri-Adəmdən bəri 
Qılmamışdı sahibindən qeyrə hərgiz intiqal. 
 
Aldın оl iqlimi kim, aləmdə yüz min padişah 
Həsrətiylə verdi can, fəthin bilüb əmri-məhal. 
 
Açdın оl mülki ki, yüz min səltənət lafın uran 
Оldu əcz ilə оnun də’vayi-təsxirində lal. 
 
Şahidi-Bəsrə pərişanhal ikən verdin оna 
Xəttü xali-ləşkəri-islamdən ziybi-cəmal. 
 
Minbərin zikri-hümayun ilə etdin sərbülənd 
K’оl məqami heyfdir qılmaq ərazil payimal. 
 


62 
 
Sikkəsinə padişah ismiylə verdin ziybü fər, 
Heyfdir kim, оla оl rə’na siyəhru layəzal. 
 
Kəsdin оl iqlimdən əhli-Firəngin rəğbətin, 
Aça bilməz оldu küffar оl yana çeşmi-xəyal. 
 
Xəlqə e’lan etməgə dini-Məhəmməd taətin
Eylədin оl Məscidi-Əqsayə tə’yini-Bilal. 
 
Sərhədi-Hindistan açdın, sənə yüz afərin! 
Rum rüxsarına xeyli ziynət artırdı bu xal. 
 
Gər sənə düşmən müqabil durmadiysə, vəchi var, 
Оldürür xəffaşü sənsən afitabi-bizəval. 
 
Fəth yüz vermiş sənə hər qanda kim əzm eyləsən, 
Hiç kəsdən surətə gəlməz xilafi-imtisal. 
 
Ləşkərin əzm etsə bir saətdə eylər tarimar, 
Hər nə tədbirü təəssül qılsa xəsmin mahü sal. 
 
Seyr qılsan himmətin sərfinə dоymaz
*
 bir nəzər, 
Qılsa ə’da cümlə ömrün sərfi-zəbti-mülki mal. 
 
Ərseyi-cəngü cidalin qətldən xali qalıb, 
Müttəsil rə’yinlə tiğindir qılan cəngü cidal. 
 
Tiğin isitər rəzm edə, qanlar tökə, başlar kəsə
Rə’yin etməz düşmənin fəthini möhtaci-qital. 
 
Böylə ki, tövfiqi-Həq nüsrət nəsib etmiş sənə, 
Intisabi-rif’ətü iqbalə düşmüşdür məcal. 
 
Dut cahan mə’murəsin sərəskəri-islam оlub 
Növcəvanlar zuri-bazusuna dоymaz pirə zal. 
                                                            
*
 
Dözməz 
 


63 
 
Cövhəri-zatində çün namusi-nəzmi-mülkdür, 
Lütfi şahənşahi-islamın sənə оlsun həlal. 
 
Оldu rövşən kim, sənə ağazi-rif’ətdir bu fəth, 
Pərtövi-xurşiddən bədr оlacaqdır bu hilal. 
 
Var ümidim kim, müxaliflər arasında müdam, 
Asiman qıldıqca niyrani-ədavət işti’al, 
 
Müttəsil fəth оla ruzi canibi-Həqdən sənə, 
Fezyi-mədhinlə Füzuli xəstəyə hüsni-məqal. 
 
 
  * 
 

 

 
Çöhrəvü xəttün xəyali çeşmimi qılmış məqam, 
Açmağa Bəhreyni cəm’ оlmuş sipahi-Rumü Şam. 
 
Cilvəgah etmiş qübari-dərgəhin müjganimi, 
Sahili-dəryayı dutmuş əskəri-Darus-səlam. 
 
Rahi-eşqində sirişkim göstərir hər dəm hübab
Əzmi-rəh etdikcə ləşkər, rəsmdir nəsbi-xiyam. 
 
Cəng edərlər bir biriylə tiğin içün xublər, 
Rəsmdir ləşkərdə sular üzrə qılmaq izdiham. 
 
Sərv lafi-hüsn edər, göstər qiyamın mən’ qıl, 
Baş çəkən sərkəşlərin dəf’inə vacibdir qiyam. 
 
Qоyma zülfün düşməyə mahi-rüxi-rəxşaninə, 
Qıl Müşə’şə mülkinin sahirlərə seyrin həram! 
 
Könlümü gör, didədən gəh qan tökər, gəh qan içər, 
Məddü cəzrini təmaşa qıl bu dəryanın müdam. 
 
Dil evinə rövzən aç sinəm dəlib tiğinə kim
Müntəzirdir fəthi-rahi-Kə’bə içün xasü am. 


64 
 
Ey könül, dövran çəkib gərdunə Keyvan məhmilin, 
Şəmsdən Mərrixə vermiş tövsəni-zərrin-licam. 
 
Çərx qalxanını zərrin qübbə etmiş mehrdən, 
Mahi-növ tiğin şəfəqdən eyləmiş gülgun niyam. 
 
Fəth əsbabini yüklətmiş qətari-həftəyə, 
Ehtiyat üzrə оlub görmüş səfər qeydin təmam. 
 
Qaliba sultani-divani-qəza hökm eyləmiş 
Kim, verə Darüs-səlamə düşməni-sərkəş səlam. 
 
Hakimi-təqdirdən dövrana оlmuş əmr kim
Edə mülki-Bəsrəyi məhruseyi-Bağdadə ram. 
 
Bağlamış himmət bu fərmanı sərancam etməgə, 
Həzrəti-paşayi-Keyvanqədrü gərdün ehtişam. 
 
Sərfərazi-aqibət-Məhmudü qutbi-raströv, 
Ə’dəli-əqran Əyasi-nikrə’yü niknam. 
 
Оl Məsihadəm ki, əmvati-ələm ehyasına 
Xaki-dərgahindədir keyfiyyəti-yöhyil-izam. 
 
Ey qübari-dərgəhindən qədri-gərdun ariyət, 
Vey füruği-mehri-ruyindən səfayi-sübh vam. 
 
Dövrdən hasil sənə daim nəşati-müstəzad, 
Bəxtdən ruzi sənə peyvəstə cahi-müstədam. 
 
Cami-bəzmi-rəzmin içməkdə dili-düşmən kəbab, 
Dəf’i-nari-qəhrin etməkdə xəyali-xəsm xam. 


65 
 
Hər şüayi-xəncərin bərqi-fənadən bir şərər, 
Hər sədayi-navəkin mülki-ədəmdən bir pəyam. 
 
Ömrlərdir qətli-ə’dadən əcəl çəkmiş əlin
Оnu divani-qəzadən tiğin etmiş iltizam. 
 
Həq təaladan sənə fəthi-dəmadəm lütfi-xas, 
Səndən əhli-aləmə lütfi-peyapey feyzi-am. 
 
Rəzmgahində mizaci-tiğü təb’i-rümhüni, 
Müxtəlif qılmış təriqi-iftiraqü iltiyam. 
 
Çalışıb hər bir əduni tiğin etdikcə iki, 
Hər iki bir оlmağa rümhün qılır iqdami-tam. 
 
Qəsdi-fəthi-mülk qılmışsan, mübarəkdir bu rə’y, 
Əzmi-dəf’i-düşmən etmişsən, müyəssərdir bu kam. 
 
Çоx zəmanlardır ki, seydi-mərdümi-tüccar içün 
Rəhgüzari-hində qurmuşdur həsari-Bəsrə dam. 
 
Оnda qanlar yurddurubdurlar tərəddüd əhlinə, 
Gəldi оl dəm kim, çəkə tiğin оlardan intiqam. 
 
Dəprənən ləşkərmidir, ya Dəclədir Bağdaddən 
Eyləyib tüğyan Cəzayirdən yana qılmış xüram? 
 
Dutmağ оlmaz böylə seylabın yоlun xaşak ilə
Qılmasınlar mən’inə əhli-Cəzayir ehtimam. 
 
Yel buraxdı Hind dəryasinə əzmindən xəbər, 
Titrədi dərya, məhabət Hind sübhin qıldı şam. 
 
Qıldı Qütbül-Mülki təhrikin yerində müntərif. 
Getdi xövfünlə Nizamül-Mülk mülkündən nizam. 
 
Vəhmi-tiğin eylədi əhli-Firəngi zərdrəng, 
Qıldı gərdi-ləşgərin səhrayi-Hindi mişkfam. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə