Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   2   3   4   5   6   7   8   9   ...   51

14 
 
göstərəcək, iĢıq tutacaqdır. Bundan Ģübhəmiz yoxdur. Adını bir məqaləsindən alan 
«Milli birlik»i Rəsulzadənin digər əsərləri təqib edəcəkdir. 
Əsrimizin  yarısının  siyasət  səhnəsində  olduğu  qədər  ədəbiyyat  və  sənət 
sahəsində  də  böyük  bir  yeri  olan  rəhmətlik  Məhəmməd  Əmin  Rəsulzadənin  bu 
əsərində,  dili  və  üslubu  eynilə  qorunduğu  kimi,  məqalələrin  bir  sistem  daxilində 
yeri və tarixləri göstərilmək surətilə kitabda yer alması saxlandı. 
Rəsulzadə  Məhəməməd  Əmin  bəy  ömrünü  Azərbaycanın  və  digər  türk 
ellərinin  istiqlal  və  hürriyyət  davası  uğrunda  Bakı-Tehran-Ġstambul-Moskva-
VarĢava-Ankara  altıbucağı  arasında  bizlərə,  milliyyətçi  Azərbaycan  gəncliyinə 
aydın günləri açmaq üçün sevə-sevə xərclədi. Bunun üçün də «Milli birlik»i onun 
çox sevdiyi Azərbaycanın istiqlalçı və milliyyətçi türk gəncliyinə ithaf edirik. 
 
Azərbaycan Kültür Dərnəyi Mərkəzi  
Mərkəzi Yönətim Qurulu 
6mart 1978 
 
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ 
(31 yanvar 1884 6 mart 1955) 
 
Rəsulzadə  Məhəmməd  Əmin  bəy  31  yanvar  1884-cü  ildə  Bakıda  ruhani 
ailəsində  doğulub.  Atası  Hacı  Molla  Ələkbər  Rəsulzadə,  anası  isə  Zal  qızı 
Zinyətdir. 
Ġlk  təhsilini  və  milli  tərbiyəsini  ailə  mühiti  içində  alan  Məhəmməd  Əmin 
bəy,  daha  sonra  Bakıda  texniki  məktəbə  qeyd  olunsa  da,  zamanının  siyasi 
hərəkatlarına  qatılmaq  ehtiyacını  duyduğundan  məktəbi  yarıda  buraxaraq  mətbuat 
həyatına  atılmıĢdır.  Və  ilk  yazısını  1903-cü  ildə  Tiflisdə  çıxan  «ġərqi  Rus» 
qəzetində  yayımlamıĢdır.  Əli  bəy  Hüseynzadə  tərəfindən  nəĢr  edilən  «Həyat» 
qəzetilə  «Füyuzat»  dərgisində,  Əhməd  bəy  Ağa  oğlu  tərəfindən  yayımlanan 
«ĠrĢad»  və  «Tərəqqi»  qəzet  və  dərgilərində  çeĢidli  məqalələr  yazaraq  davasını 
davam etdirən Rəsulzadə, 1905-1908-ci illər arasında Ģəxsən Bakıda «Təkamül» və 
«YoldaĢ»  adlı  qəzetləri  yayımlayaraq  çalıĢma  həyatına  ayrı  bir  yön  və  hız 
vermiĢdir. 
1903-cü  ildən  etibarən  Azərbaycanda  çeĢidli  sosial  və  siyasi  dərnəklərdə 
görəv alan Məhəmməd Əmin bəy, qurduğu gizli gənclik təĢkilatı ilə çarizmə qarĢı 
qoymuĢ, mücadiləsini daha təsirli bir hala soxmaq üçün Ġrana keçmiĢdir. 
1908-ci  ilin  sonlarında  Ġranda  (Qacarlar  dövləti)  baĢ  göstərən  məĢrutə 
hərəkatına qatılan və orada «Ġrane-noy» (Yeni Ġran) adlı gündəlik bir qəzet çıxaran 
Məhəmməd  Əmin  bəyin,  Ġranda  qaldığı  üç  il  zərfində  bir  yandan  yayımladığı 
qəzet, digər yandan çeĢidli cəmiyyət və qurumlar kanalı ilə Rusiyaya açdığı geniĢ 
savaĢ o sırada Ġran hökumətinə təsirli olan rus səfirliyinin tələbi ilə durdurulmuĢ və 
onun 1911-ci ildə Ġran hüdudları dıĢına çıxarılmasına səbəb olmuĢdur. 


15 
 
Bundan sonra, Məhəmməd Əmin bəy, Ġstambula gələrək «Türk ocaqları»nın 
çalıĢmalarına  qatılmıĢ  və  orada  yayımlanmaqda  olan  «Türk  yurdu»  dərgisinə 
çeĢidli yazılar yazmıĢdır. 
1913-cü  ildə  Romanov  xanədanının  300-cü  ildönümü  münasibətilə  elan 
olunan əfvdən istifadə edərək Bakıya dönən Məhəmməd Əmin bəy, təkrar mətbuat 
həyatına qatılmıĢ, çeĢidli kültür, siyasət və egitim müəssisələrində fəal görəv almıĢ, 
1915-1917-ci  illər  arasında  «Açıq  söz»  adlı  gündəlik  bir  qəzet  çıxarmıĢdır.  Bu 
qəzet, Azərbaycanın milli, demokratik, istiqlalçı yayım orqanı olmuĢdur. 
1917-ci  ildə  Milli  Azərbaycan  «Müsavat  Xalq  Partiyası»nın  ilk  genəl 
konqresində ittifaqla (birliklə) partiyanın baĢçısı seçilmiĢdir. 
33  yaĢında  partiya  baĢçısı  olan  Məhəmməd  Əmin  Rəsulzadə,  eyni  ildə, 
Bakıda  toplanan  Qafqaz  Ġslam  Konqresində  Qafqazın  siyasi  və  coğrafi  baxımdan 
Rusiyadan  ayrılmasını,  Azərbaycanın  özü  özünü  idarə  etməsi  tezisini  savunmuĢ, 
yenə  eyni  ildə  Rusiya  müsəlmanlarının  Moskvada  toplanan  konqresində 
Azərbaycanın  milli bütünlüyü tezisini baĢarı ilə savunmuĢ və  yenə Güney  Qafqaz 
seymində Müsəlman Fraksiyasının baĢçısı sifətilə Qafqazın Rusiyadan ayrılmasını 
və Azərbaycan Cümhuriyyətinin təĢkilini istəmiĢdir. 
28 may 1918-ci ildə Azərbaycan Milli ġurasının baĢçısı sifətilə Azərbaycan 
istiqlalını  elan  edən  Məhəmməd  Əmin  Rəsulzadə,  daha  sonra  Azərbaycan 
Parlamentində  hökumət  koalisiyasını  təĢkil  edən  partiyalar  blokuna  da  baĢçılıq 
etmiĢdir. 
1919-cu ildə Müsavat Partiyasının ikinci böyük konqresində təkrar ittifaqla 
partiyanın  baĢçısı  seçilən  Məhəmməd  Əmin  bəy,  mühərrirliyi  və  hatibliyi  ilə 
Azərbaycanda ünlü bir yer tutmuĢdur. 
Azərbaycanın  27  aprel  1920-ci  il  tarixində  bolĢevik  ruslar  tərəfindən 
istilasından  sonra,  təqib  edilib  yaxalanaraq  Bakıda  Çeka  həbsxanasına  atılmıĢ  və 
Ģəxsən Stalinin müdaxiləsilə Moskvaya götürülərək nəzarətə alınmıĢdır. 
1922-ci  ildə,  Finlandiyaya  qaçmağı  baĢaran  Məhəmməd  Əmin  Rəsulzadə 
oradan eyni ildə Ġstambula  gəlmiĢ, sovet zülmünü dilə  gətirən, qızıl imperalizmin 
metodlarını  və  istibdad  rejimini  anladan  «Azərbaycan  Cümhuriyyəti  Keyfiyyəti, 
təĢəkkülü və indiki vəziyyəti» adlı kitabını yayımlamıĢdır. 
1923-cü ildən yalnız azərbaycanlıların deyil, bütün əsir türklərin nəĢr orqanı 
olaraq  yayımladığı  «Yeni  Qafqaz»dan  (1923-1928)  sonra  «Azəri  türk»  (1928-
1929), «Odlu yurd» (1929-1931) dərgilərini də çap etdirmiĢdir. 
Diplomatik  bəzi  səbəblər  sonunda,  1931-ci  ildə  arxadaĢları  ilə  bərabər 
Ġstambulu  tərkə  məcbur  olan  Məhəmməd  Əmin  bəy  fəaliyyətlərini  Avropada 
davam etdirmiĢ, 1932-ci ildən etibarən VarĢavaya yerləĢmiĢdir. 
Avropada  «PROMETE»yə  (Rusiya  Məhkumu  Millətlərin  MüĢtərək 
Cəbhəsi)  mənsub  Qafqaz  qövmlərinin  təmsilçilərilə  1934-cü  ildə  Qafqaz 
Konfederasiyası  anlaĢmasını  imzalamıĢ,  Parisdə  fransızca  yayımlanmaqda  olan 
«Promete»  (1929-1939)  dərgisində  Milli  Azərbaycan  Davasını  savunmuĢ,  Ģəxsən 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə