Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   2   3   4   5   6   7   8   9   ...   51

10 
 
Dəmirqapının  (Dərbəndin)  yan-yörəsinə  köçürülmüĢlər)  Qafqaza  gətirənə  kimi, 
Azərbaycanla siyasi bağlılığının olmadığını bir daha təsdiqləyir. 
Haylar,  Qafqazın,  Azərbaycanın  ayrı-ayrı  yerlərinə  səpələnmiĢ  milli  azlıq 
kimi  yaĢayırdılar.  Qarabağdakı,  rus  sinodunun  əmrilə  qriqorianlaĢdırılmıĢ,  alban 
adlandırılan xristian türklərin erməni sayılması bir yana. 
Sənədlərdən tarixi və milli gerçəkləri gözə alan rus siyasətçilərinin 1828-ci 
il  martın  21-də,  Azərbaycanın  türk  və  müsəlman  əhalisinin  sayının  4-5  dəfə  çox 
olduğu  Ġrəvan  və  Naxçıvan  xanlıqlarında  «Erməni  vilayəti»  yaratmaqdan 
məqsədlərinin  haylara  dövlət  qurmaq  olmadığı  aydın  görünür.  «Silahla  aldıqları» 
Azərbaycan  xanlığının  torpaqlarında  erməni  vilayəti  yaradanlar  strateji 
siyasətlərini  yeritmək  üçün  Osmanlı  imperatorluğu  və  Qacarlar  dövlətinin 
böyründə,  içində  sədaqətli  qullar  dolaĢan  bir  «forpost»  yaratmaq  istəyirdilər. 
Ruslar 1828-ci il martın 21-də çar I Nikolayın «...Rusiyaya birləĢdirilən Ġrəvan və 
Naxçıvan xanlıqlarını bundan sonra erməni vilayəti adlandıraraq hökm edir və öz 
titulumuza  qatırıq»  -  hökmü  ilə  türklər,  müsəlmanlar,  gürcülər  və  bütün  Qafqaz 
üçün  siyasi  faciələrin  baĢlanğıcını  qoydular.  Amma  vaxt  gələcək,  rusların  ağıllı 
siyasətçiləri  milli  çıxarlarını  gözə  alıb,  bu  forpostdan  əl  çəkəcəklər.  O  vaxt  baĢqa 
millətlərə  tarixi  xəyanət  və  satqınlıq  yolunu  tutmuĢ  haylar  səhv  etdiklərini 
anlayacaqlar. 
BaĢda türklər olmaqla bütün qafqazlılar  əl-ələ  verib çeĢidli siyasi, iqtisadi, 
mədəni-mənəvi  yollarla  Qafqazda  millətlərarası  birgə  yaĢayıĢın,  iqtisadi,  mədəni-
mənəvi,  siyasi  yüksəliĢin  qarĢısını  alan,  bic  doğulmuĢ  bu  yad  «forpost»u 
dağıtmalıdırlar. 
Sənədləri  dərindən  öyrənən  oxucu  milliyyətcə  rus  olmayan  yüksək  dövlət 
məmurlarının  belə  imperiyanı  geniĢləndirmək  üçün  can-baĢla  çalıĢmalarından, 
bizim  isə  bu  gün,  müstəqil  dövlət  dövründə  də  davam  edən  milli  birlik 
duyğusuzluğumuzdan, milli dövlətçiliyin güclənməsinə ürəklə çalıĢmamağımızdan 
heyrətlənir. 
Azərbaycanlılarda milli həmrəylik duyğusu vardır, amma yurdumuzda milli 
birlik yoxdur. 
Toplumun  həyatını  daha  yaxĢı  təĢkil  etmək,  özünü  qorumaq  üçün  dövlət 
qurmaq  istəyi  milli  idealdır.  Biz  bu  gün,  Rusiya  imperiyasının  bir  vaxtlar 
Azərbaycanı  iĢğal  etməyə  çalıĢmıĢ  yüksək  məmurlarının:  «Cənubi  Qafqaz 
müsəlmanlarında  Ġstambul  türklərinin  özəlliyini  təĢkil  edən  böyük  təəssübkeĢlik 
çox da yoxmuĢ» sözlərindən və Məhəmməd Əmin Rəsulzadənin: «Azlığın çoxluq 
üzərindəki zülmünə, qolçomaqların  əməkçiləri zorlamalarına, qüvvəlilərin zəifləri 
qullanmalarına,  çalıĢdıranların  çalıĢanları  əzdiklərinə  təhəmmül  (dözən)  edən 
cəmiyyətlərdə  milli  hakimiyyətin  kökləĢdiyinə  qane  olmaq  qeyri  mümkündür. 
Ġctimai  bünyəsi  (özülü)  o  və  ya  bu  Ģəkildə  həll  edilməmiĢ  sosial  məsələlər 
üzündən,  bir-birinə  zidd  mənfəətlər  daĢıyan  düĢmən  zümrə  və  siniflərin  amansız 
çəkiĢmələrilə  didilən  bir  cəmiyyətin  nə  içəridə  milli  hakimiyyəti,  nə  də  dıĢarıda 


11 
 
milli  istiqlalı  qətiyyən  təmin  edilə  bilməz»  vəsiyyətindən  dərs  almalı,  Türkiyə 
Cümhuriyyəti  türklərilə  daha  sıx  birləĢib  bir  milli  ruha  gəlməli,  «bir  millət,  iki 
dövlət»i  güclü  iqtisadi,  siyasi,  mədəni-mənəvi  birliyə  çevirməliyik.  Çünki  «Milli 
istiqlal - bu bir zərfdir, məzruf (içindəki) isə - milli hakimiyyətdir. Onu təĢkil edən 
təbəqələr arasında nisbi olsun, ictimai müvazinət və yenə nisbi olsun, iqtisadi rifah 
təmin edilməyən bir cəmiyyətdə isə milli hakimiyyət təsisi qeyri mümkündür». 
Məhəmməd  Əmin  Rəsulzadə  millətinə  ilahi  sevgilə  bağlandığından,  «Öz 
gözəllik və əzəmətinin fərqinə varan insan, allahın gözəllik və əzəmətinin fərqinə 
varır» atalar sözünü dəyiĢdirib, «Öz gözəllik və əzəmətinin fərqinə varan insan, öz 
millətinin  də  gözəllik  və  əzəmətinin  fərqinə  varır»  Ģəklində  iĢlətmiĢdir.  Biz  də 
Azərbaycana bu sevgi ilə bağlanmalıyıq. 
Son  nəfəsində  də  «Azərbaycan,  Azərbaycan,  Azərbaycan!»  deyən 
Məhəmməd  Əmin  Rəsulzadənin  gənclərdə  millətçilik,  dövlətçilik  duyğuları 
oyadıb,  onlarda  siyasi  mübarizə  mədəniyyəti  yaradacaq  «Milli  birlik»  kitabını 
oxuculara  çatdırmaqdan  amacımız  da  Azərbaycan  Respublikası  və  Türkiyə 
Cümhuriyyətinin  gənclərində  milli  birlik  ruhunu  gücləndirmək  istəyidir. 
Məhəmməd  Əmin  Rəsulzadənin  dediyi  kimi,  «Bütün  türklər  öz  aralarında  böyük 
dünya  federasyonuna  qədəm  olmaq  üzrə  bir  federasyor  yaratmalıdırlar.    Yeni 
Turan,  mədəni birlik üzərində təsis edilib, ancaq gələcək birər türk hökumətlərinin 
federasyonu  Ģəklində  təsəvvür  oluna  bilər.  Azərbaycan  da  bu  gələcək  Turan 
silsiləsinin mühüm bir halqasıdır». 
M.Ə.Rəsulzadənin  fikrincə,  «Bir  millətin  yeni  nəsli  əskisinə  nəzərən  daha 
az  kültürlü  və  daha  az  təcrübəli  olursa,  o  millətin  varlığı  və  gələcəyi  təhlükəyə 
məruz  qala  bilir.  Əlbəttə,  yeni  nəsil  əskilərin  kötü  ehtiraslarını  heç  bir  surətlə 
təvarüs  etməməli  və  bunları  hakir  (dəyərsiz)  görmə  fəzilətini  öz  ruhunda  daim 
qüvvətləndirməlidir.  Gəncliyin  tək  Ģüarı  millətə  fərağatla  və  təmiz  bir  qəlblə 
xidmət  olmalıdır.  Belə  bir  gəncliyi  olan  millət,  halından  və  istiqbalından 
(gələcəyindən)  tamamilə  əmin  ola  bilir».  «Azərbaycan  istiqlal  qayəsini 
mənimsəmiĢ, vətənin müstəqbəl (gələcək) istiqlalına iman etmiĢ və öz xüsusi həyat 
və  səadətini  millət  və  məmləkətin  həyat  və  səadəti  Ģərtilə  təsəvvür  edilə  bilmək 
idealizminə  ermiĢ  bir  gənc  azərbaycanlı  sadə  mühəndis,  sadə  hüquqçu,  sadə 
memar,  sadə  iqtisadçı,  tarixçi  və  sairə  olmaqla  iqtifa  (qala)  edə  bilməz.  O  eyni 
zamanda  vətənçi  bir  mühəndis,  milliyyətçi  bir  hüquqçu,  istiqlalçı  bir  iqtisadçı, 
tarixçi  və  sairə  olmaq  vəzifəsilə  mükəlləfdir»,  çünki  «dövlətlər,  millətlər  və 
cəmiyyətlər  ancaq  «canlarını  cananlarına  fəda  edə  bilən»  üzvlərə  malik  olduqları 
zaman uzunömürlü ola bilirlər» 
Məhəmməd  Əmin  Rəsulzadə  deyirdi:  «Mədəniyyətin  qayəsi  siyasəti  elmə 
tabe  etdirməkdir.  Ġdari  sahədə  qazanılmıĢ  qiymətləri  elm  ölçüsü  ilə  dartaraq, 
cəmiyyət  nizamını  ona  görə  qurmaq  ictimai  bir  idealdır.  Diplomatiyanı  əski 
istibdad  məktəbinin  alıĢqan  olduğu  aldatmaq  zehniyyətindən  (düĢüncəsindən) 
qurtarmaq  demokratiyanın  idealizə  etdiyi  üsuldur».  «Demokratlığımız  aĢırı 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə