Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

34 
 
«Rusofilliyini»,  yəni  rus  imperializminin  dostu  olduğunu  etiraf  edən 
Hondkaryan  bu  «presticin»  istiqlalçılığa  mühü  (toxunmadığını)  olmadığım  dava 
edir  və  gülünc  olmaq  əndiĢəsini  göstərmədən  «rus  iĢğalı  PolĢaya  istiqlal  verdi»  -
deyir.  Söyləmək  lazımmıdır  ki,  PolĢa  istiqlalçılığının  rus  düĢmənliyi  üzərində 
qurulduğunu  bilməyən  beynəlmiləl  hərəkatlar  tarixinə  az-çox  aĢina  tək  bir 
münəvvər buluna bilməz!... 
Hə,  Hondkaryan  əfəndi!  Panturanizmin  dünənki  romantik  təmsilçilərinə 
Qafqaz  Konfederasiyasının  türk  fikri  üçün  maneə  təĢkil  etmədiyini  söylədiyiniz 
kimi,  sizə  də  ruspərəstliyin  Qafqaz  istiqlalçılığı  ilə  təlifi  qəbul  (uzlaĢdırılması) 
olmadığını söyləməliyik. Və sizin bir «günah» kimi göstərdiyiniz türk dostluğu isə 
buna  qətiyyən  bənzəməz!  Rus  imperializmilə  mücadilə  halında  ikən  siz  də  qəbul 
edin  ki,  qafqazlılar  üçün  «rusofillik»  çox  da  müsbət  bir  dəstək  olmasa  gərək! 
Halbuki  Rusiyanın  öz  milli  hüdudu  daxilində  qalmasına  candan  tərəfdar  olmaları 
lazım  gələn  qonĢu  dövlətlərə,  Türkiyə  ilə  Ġrana  qarĢı  qafqazlılar  tərəfindən 
göstəriləcək  təvəccühün  (yaxınlıq  duyğusunun)  mənası  tamamilə  baĢqa  və 
müsbətdir.  Hondkaryanların  istədiyi  kimi,  Türkiyə  düĢmənliyi  üzərinə  qurulan 
Qafqaz  birliyinin  bugünkü  Sovetlər  Ġttifaqına  daxil  Cənubi  Qafqaz 
Federasiyasından  baĢqa  bir  mənası  ola  bilməz!  Bu  məna  Hondkaryan 
düĢünüĢündəki  bəzi  erməni  siyasilərini  təmin  və  onun  rus  əfəndilərini  məmnun 
edərsə də, zənn etmərik ki, qafqazlı digər millətlərə mənsub siyasi təĢkilatları, hətta 
erməni  millətinin  həqiqi  və  həyati  mənfəətlərini  dərk  edən  ağlı  baĢında 
mütəfəkkirləri belə məmnun etsin?! 
Qeyd  etdiyimiz  kimi,  indi  artıq  sırf  hars  sahəsinə  çəkilərək,  mövqeyini 
tamamilə  türk  millətləri  reallığına  tərk  edən  siyasi  panturanizm  xəyalı  üzərində 
rusçuluq  taktikası  namına  spekulyasiya  yapan  «həqiqi  rus»  erməniləri  nədənsə, 
«DaĢnaksütyun» mətbuatının meydana atdığı yeni çıxan «panaryanizm»dən heç də 
bəhs  etmirlər.  «DaĢnaksütyun»  firqəsinin  fikirlərinin  rəsmi  nəĢri  olan  «DroĢak»ın 
«aryan  ocağı»  və  «aryan  mərkəzi»  təĢkili  haqqındakı  məĢhur  təklifini 
A.Hondkaryan  hər  halda  görmüĢ  olsa  gərəkdir.  Bu  «ocaq»  və  «mərkəz»  ətrafında 
«DroĢak»ın  rəyincə:  «nəcib  farslar,  cəngavər  kürdlər,  cəsur  bəluclar,  cəngəlli 
giləklər  və  açıqgöz  ermənilər,  hətta  əfqan  və  hindlilər  -  aryan  cinsindən  bütün 
millətlər  toplanmalı  və  birləĢməlidirlər!»...  Bu  birliyin  qayəsi  nədir?  «Aryan 
qövmlərinin  qan  içici  düĢmənləri  [!?]  turanlılara  qarĢı  aryan  millətlərindən 
mütəĢəkkil  bir  birlik  təsisi!».  Elə  bir  birlik  ki,  Yegikyanın,  əlbəttə  Ġram  sevdiyi 
üçün  deyil,  məhz,  hiyləli  bir  manevr  qullanmaq  üçün  bəyan  etdiyi  təsəvvürüncə: 
«Ġranın bu birlikdəki rolu Prussiyanın Almaniya birliyində oynadığı roldur». 
[Bu  xüsusdakı  nöqteyi-nəzərimiz  mühərrirlərimizdən  M.  B.  Məmmədzadə 
bəy  tərəfindən  yazılan  «Ermənilər  və  Ġran»  adlı  risalədə  tamamilə  izah  və  təsbit 
edilmiĢdir. Ġstambul, 1927]. 
«DaĢnaksütyun» taktikləri aryan birliyindən bəhs edərkən bu böyük planın 
Rusiyaya  Ģamil  olacağından  heç  də  bəhs  etməmiĢlər.  Əcəba,  bu  sükut  - 


35 
 
Hondkaryanın bizə tətbiq etdiyi metod üzrə - Ermənistanın Rusiyadan ayrıldıqdan 
sonra Ġranla qovuĢmasını sübut etməzmi? 
Etməz! Çünki «DroĢak»çıların da, hondkaryanların da, məlul (tutulduqları) 
olduqları  müĢtərək  bir  xəstəlik  vardır  ki,  təqib  etdikləri  yanlıĢ  yol  nəticəsində 
üzərində inad göstərdikləri türk düĢmənliyi və qonĢu bədbəxtliyindən ibarətdir. 
Aryan birliyindən bəhsləri dəxi, bu xəstəliyin uzun sürən əlamətindən baĢqa 
bir Ģey deyildir. Ġranlıları öz qonĢuları, bir sözlə qafqazlı azərbaycanlılar əleyhinə 
təhrik  məqsədilə  uydurulan  bu  nəzəriyyəyə,  zənn  etmirik  ki,  özləri  də  müsbət  bir 
qiymət verirlər!... QonĢu bədbəxtliyinin burada da yeganə təsirli amil olduğu bizcə 
uzun izaha möhtac deyildir. 
Fəqət,  bu  yolun  erməni  millətinə  çox  bahalıya  mal  olduğu  artıq  bütün 
cahana məlumdur. YanlıĢ yolun, harasından dönülürsə kardır!... 
Millətlərindən  ziyadə  öz  zövq  və  mənfəətləri  Ģaikilə  (üçün)  hərəkət  edən 
erməni 
siyasətçilərindən 
bir 
qismi 
millətdaĢlarını 
bərabər 
yaĢamaq 
məcburiyyətində  olduğu  qonĢuları  əleyhində  macəraçıyana  çıxmazlara  sövq 
etməkdən sakınılırsa, bizcə, öz irqdaĢları hesabına çox ağıllı və çox əhəmiyyətli bir 
hərəkətdə bulunmuĢ olurlar!... 
 
“Odlu yurd” , il 1, sayı 10, dekabr 1929, Ġstanbul. 
 
QISILMAYAN BĠR SƏS 
 
Mütaliənizə  təqdim  olunan  bu  qəzet  müqəddəs  bir  cidalın  (davanın) 
müdafiəsi üçün yüksələn bir səsi mədəni dünyaya göstərmək üzrə nəĢr olunur. 
Milli  Azərbaycan  istiqlal  davasının  səsi!  -  Budur  bizə  həyəcan  verən  bir 
nida!... 
Bu  gün  Berlindən  eĢitdiyiniz  bu  səs,  on  ilə  yaxın  bir  müddətdən  bəri 
Ġstambuldan gəlirdi və nə qədər təbii idi. Gənc bir türk vətəninin, istilaya uğramıĢ 
bir  türk  millətinin  qəsb  edilmiĢ  haqqını  və  haqq  etmiĢ  (qazandığı)  istiqlalını 
müdafiə  etmək  üzrə,  türkcə  olaraq  intiĢar  edən  bir  nəĢrə,  iltica  (sığınmaq)  üçün 
qardaĢ Türkiyədən də münasib bir yer təsəvvür oluna bilirmidi?!... 
Yabançı rus istilasının qızıl terroru altında boğucu bir təəssüflə oxunacaq bu 
məqalənin  azərbaycanlı  mücahidlərdə  doğuracağı  təsir,  bu  sətirləri  yazarkən  bizi 
çox düĢündürür. Heyrət dolu gözləri görurük soruĢur: Məgərsə nə olmuĢ?!... 
Türkiyə  Cümhuriyyət  hökumətinin  qərarı  ilə  Ġstanbulda  nəĢr  edilən  «Odlu 
yurd»,  «Azəri-Türk»,  «Yeni  Türküstan»  məcmuələrilə  «BildiriĢ»  qəzeti 
qapanmıĢdır... 
- Xeyir, ola bilməz! Mümkün deyil. 
Psixoloji, məntiqi bir inkar! - Fəqət, yazıq. Vaqeə meydanda. Həqiqət bütün 
çılpaqlığı ilə mövcud...acı mövcudiyyət!... 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə