MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ


TÖVHİDİ YERİNƏ YETİRƏNLƏRİN



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   2   3   4   5   6   7   8   9   ...   31

TÖVHİDİ YERİNƏ YETİRƏNLƏRİN 
CƏNNƏTƏ HAQQ‐HESABSIZ DAXİL 
OLACAQLARI HAQDA FƏSİL
 
 
 
 
 
 
llah‐təalanın  kəlamında  deyilir:  ʺHəqiqətən, 
İbrahim  Allaha  müti  və  Ona  üz  tutan  nümu‐
nəvi bir imam idi. O heç vaxt müşriklərdən olmamışdırʺ 
(ən‐Nəhl, 120). Başqa bir kəlamda isə deyilir: ʺÖzlərinin 
Rəbbinə şərik qoşmayanlar...ʺ (əl‐Müʹminun, 59). 

Hüseyn  ibn  Əbdürrəhmandan  belə  rəvayət  edirlər: 
ʺMən  Səid  ibn  Cübeyrin  yanında  olarkən  o  dedi: – Sizin 
hansınız  bu  gecə  batan  ulduzu  gördü?  Dedim: – Mən. –
 Sonra  əlavə  etdim: – Doğrusu,  mən  o  vaxt  namaz  üstə 
deyildim, çünki məni əqrəb sancmışdı. O soruşdu: – Bəs 
nə edirdin? Cavab verdim: – Ovsun oxuyurdum. Dedi: –
 Buna  səni  nə  məcbur  etmişdi?  Dedim: – Şəʹbinin  bizə 
danışdığı  hədis.  Soruşdu: – O  sizə  hansı  hədisi  danışıb? 
Dedim: – O  bizə  Büreyd  ibn  Huseybdən  Peyğəmbərin 
(s.s)  belə  dediyi  barədə  hədis  danışıb:  ʺOvsunla  yalnız 
bəd  nəzər  toxunana  və  ilan‐çayan  sancana  əlac  etmək 
olarʺ  (Əhməd – 1/271,  4/436).  Səid  ibn  Cübeyr  mənə 
Peyğəmbərin  (s.s)  bu  sözü  ilə  cavab  verdi:  ʺEşitdiyinə 
əməl  edən  adam  nə  yaxşı  adamdır!ʺ  Lakin  İbn  Abbas 
bizə bir dəfə Peyğəmbərin (s.s) belə dediyini danışmışdır: 
ʺMənim  qarşıma  ümmətlər  çıxdı.  Mən  elə  peyğəmbər 
gördüm  ki,  yanında  bir  dəstə  adam,  eləsini  gördüm  ki, 
yanında  bir‐iki  adam  vardı,  eləsini  də  gördüm  ki,  onun 
yanında heç kəs yox idi. Bu zaman mənə böyük bir kütlə 
göründü.  Mən  elə  zənn  etdim  ki,  onlar  mənim  ümmə‐
timdir,  lakin  mənə  səda  gəldi:  ʺBu,  Musa  və  onun 
 
=  15  =


 =  16  = 
qövmüdürʺ.  Yenə  baxdım  və  başqa  böyük  bir  insan 
kütləsi  gördüm.  Mənə  səda  gəldi  ki,  bu  sənin  ümmə‐
tindir.  Onların  arasında  yetmiş  min  adam  var  idi  ki, 
haqq‐hesabsız  və  əzabsız  Cənnətə  düşəcəklərʺ.  Peyğəm‐
bər  bunu  deyib  ayağa  qalxdı  və  mənzilinə  daxil  oldu. 
Camaat  bu  yetmiş  min  nəfərin  kimliyi  barədə  fikir 
yürütməyə  başladılar.  Bəʹzisi  dedi  ki,  ola  bilsin,  onlar 
Rəsulullahın (s.s) silahdaşlarıdır. Bəʹzisi də dedi ki, bəlkə 
də,  onlar  İslam  bərqərar  olduqdan  sonra  anadan  olmuş 
və heç nəyi Allaha şərik qoşmamış adamlardır. Hərə bir 
söz  dedi.  Bu  zaman  Rəsulullah (s.s)  onların  qarşısına 
çıxdı və ondan bu barədə soruşdular. O dedi: ʺOnlar elə 
adamlardır  ki,  ovsun  oxutmur,  fala  inanmır,  damğa 
basmaqla  müalicə  etdirmirlər.  Onlar  yalnız  öz  Allahla‐
rına  təvəkkül  edirlərʺ.  Ükkaşə  bin  Mihsən  ayağa  qalxdı 
və  dedi:  ʺAllaha  dua  et  ki,  məni  də  onlardan  etsinʺ. 
Peyğəmbər  dedi:  ʺSən  onlardansanʺ.  Sonra  başqa  biri 
ayağa qalxdı və dedi: ʺMənim üçün də Allaha dua et ki, 
məni onlardan etsinʺ. Peyğəmbər dedi: ʺBu işdə Ükkaşə 
səndən qabağa düşdüʺ (Buxari – 3229, Müslim – 220). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Tövhiddə insanların dərəcələrinin müxtəlif olması; 
2. Tövhidin həyata keçirilməsi nə deməkdir; 
3. İbrahim müşrik olmadığı üçün Allah‐sübhanəhü‐
nün onu təʹrifləməsi; 
4. Allahın şirkdən uzaq olan böyük övliyaları təʹrif‐
ləməsi; 
5.  Sehr‐cadudan  uzaqlaşmağın  tövhidə  əməl  etmək 
olması; 
6. Bütün  bu  xislətlərin  yalnız  Allaha  təvəkkül  et‐
məklə bir yerə toplanması; 


 
=  17  =
7. Əshabələrin  elminin  buna  yalnız  əməllə  nail  ol‐
duqlarını bildikləri üçün dərin olması; 
8. Əshabələrin xeyir işlərə can yandırmaları; 
9. Tövhidə əməl edən ümmətin kəmiyyət və keyfiy‐
yətcə üstün olması; 
10. Musanın əshabələrinin fəziləti; 
11. Ümmətlərin Peyğəmbər əleyhissəlama görünməsi; 
12.  Qiyamət  günü  hər  bir  ümmətin  ayrılıqda  öz 
Peyğəmbəri ilə birgə məhşər ayağına çəkiləcəyi; 
13. Peyğəmbərlərin səsinə səs verənlərin sayının az 
olması; 
14.  Səsinə  heç  kəsin  səs  vermədiyi  peyğəmbərin 
məhşər ayağına tək gələcəyi; 
15.  Bu  elmin  faydasının  çox  biləndə  lovğalanma‐
maqdan və az biləndə qane olmamaqdan ibarət olması; 
16. Bəd nəzərin və ilan‐çayan sancmasının qarşısını 
almaq üçün ovsuna icazə verilməsi; 
17.  Peyğəmbərin  ʺEşitdiyinə  əməl  edən  adam  nə 
yaxşı  adamdır!  Lakin...ʺ  sözündən  sələflərin  elminin 
dərin  olmasının  aşkarlanması  və  buradakı  birinci 
hədisin ikinciyə zidd olmaması; 
18. Sələflərin insanı onda olmayan keyfiyyətləri ona 
aid edib təʹrifləməkdən uzaq olmaları; 
19. Peyğəmbərin  ʺSən  onlardansan!ʺ  sözünün  pey‐
ğəmbərlik əlamətlərindən biri olması; 
20. Ükkaşənin fəziləti; 
21.  Peyğəmbərin  öz  eʹtirazını  heç  kəsi  incitmədən 
bildirmək üçün məcazlardan istifadə etməsi; 
22. Peyğəmbərin (s.s) əxlaqının gözəlliyi. 
 
 


 
 
 =  18  = 
 
ŞİRKDƏN ÇƏKİNMƏK HAQQINDA FƏSİL
üdrət və Cəlal sahibi Allahın şirkə dair bir kə‐
lamına nəzər salaq: ʺAllah ona şərik qoşulma‐
sını bağışlamırʺ (ən‐Nisa, 48). 

Xəlil (Allahın sevimlisi, dostu, yəʹni İbrahim peyğəm‐
bər – Ə.Ə.)  əleyhissəlam  demişdir...  ʺMəni  və  övladla‐
rımı bütlərə sitayiş etməkdən uzaq etʺ (İbrahim, 35). 
Hədisdə isə Peyğəmbər (s.s) belə deyir: ʺMən ən çox 
sizin  kiçik  şirkə  yol  verməyinizdən  qorxuramʺ.  Ondan 
soruşurlar ki, kiçik şirk nədir, deyir: ʺRiyaʺ (Əhməd – 3/7). 
İbn  Məsʹudun  (Allah  ondan  razı  olsun!)  rəvayətinə 
görə  Rəsulullah  (s.s)  demişdir:  ʺKim  başqa  bir  şeyi 
Allaha oxşadıb ona dua etsə, öləndə Cəhənnəmə düşə‐
cəkʺ.  Bu  hədisi  Buxari  rəvayət  etmişdir.  Müslim  də 
Cabirdən (Allah ondan razı olsun!) belə rəvayət etmiş‐
dir  ki,  Rəsulullah  (s.s)  demişdir:  ʺKim  Allaha  bir  şeyi 
şərik qoşmadan Onun hüzuruna getsə, Cənnətə düşər, 
kim  Ona  bir  şeyi  şərik  qoşub  Onun  hüzuruna  getsə –
 Cəhənnəməʺ. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allaha nəyi isə şərik qoşmaqdan qorxmağın zəru‐
riliyi; 
2. Riyakarlığın (ikiüzlülüyün) şirkin bir növü olması; 
3. Riyakarlığın kiçik şirkə aid olması; 
4.  Kiçik  şirkin  əməlisaleh  adamlar  üçün  daha  qor‐
xulu olması; 
5. Cənnət və Cəhənnəmin bir‐birinə yaxınlığı; 
6. Onların bir‐birinə yaxınlığının eyni bir hədisdə öz 
əksini tapması; 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə