MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə2/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   2   3   4   5   6   7   8   9   ...   31

 =  6  = 
götürən  M.Əfifi  digər  müəlliflərdə  həmin  hədislər 
varsa,  onların  mənbələrini  göstərmiş,  onlar  haqqında 
öz fikirlərini söyləmişdir. 
Oxucuların  xeyir‐duasını  xahiş  edən  redaktor  həm 
də  belə  bir  qeyd  etməyi  unutmamışdır:  ʺBu  kitabda 
Qurʹan  ayələri  və  Peyğəmbər  hədisləri  olduğu  üçün 
onun  qorunmasını  xahiş  edirikʺ.  Belə  bir  xahişlə  oxu‐
culara müraciət etməyi mən də özümə borc bilirəm. 
İndisə  tərcümə  mətninin  bəʹzi  texniki  cəhətlərini 
nəzərə çatdırıram: 
1. Müasir Azərbaycan türkcəsində ilahiyyat termin‐
ləri  bir  elə  sabitləşmədiyindən  və  mətnin  dili  çox  ağır 
olduğundan informasiyanı itirməkdən ehtiyat edib tez‐
tez mətnə müdaxilə etmişəm. 
2. Redaktor Məhəmməd Əfifinin bütün çıxarışlarını, 
özü  də  ixtisarları  açmaq  şərtilə  mətnə  daxil  edib  tələ‐
batdan asılı olaraq ya möʹtərizədə, ya da mətnin daxi‐
lində  vermişəm.  Ərəb  dilində  ʺSəhihʺ  adlanan  hədis 
toplularının  adlarını  ʺhədis  kitabıʺ  kimi  təqdim 
etmişəm. 
3.  Redaktor  M.Əfifinin  vəʹd  etdiyi,  lakin  həmişə 
əməl  etmədiyi  bir  işə – ayələrin  tələb  olunan  yerlərdə 
bütöv verilməsinə cəhd göstərmişəm. Çünki ölkəmizin 
vətəndaşları  hələ  Qurʹanı  yaxşı  bilmədiklərindən  ayə‐
nin  bir‐iki  sözü  ilə  onu  bütövlükdə  xatırlamaq  imka‐
nına  malik  deyillər  və  bu  da  hər  bir  fəsildən  çıxan 
nəticələri  (fəslin  əhatə  etdiyi  məsələləri)  müvafiq  ayə 
ilə əlaqələndirməkdə onlar üçün çətinlik törədə bilər. 
4.  Təqdim  etdiyim  əsərin  orijinalının  üslubunu 
bacardıqca  saxlamalı  və  sifarişçinin  bir  sıra  tələblərini 
gözləməli  olduğumdan  məzmunun  dəqiqliyinə  nail 


 
=  7  =
olmağa  daha  çox  cəhd  göstərmişəm  ki,  bu  da  öz  növ‐
bəsində, yəqin ki, bədii cəhətə öz təʹsirini göstərməmiş 
olmaz. 
Əlbəttə, tövhidin qorunub saxlanması, təbliği şirkin 
(Allaha  şərik  qoşmağın,  yalnız  Ona  edilməli  olan  iba‐
dətin bu və ya digər şəkildə və dərəcədə başqa bir şeyə 
edilməsi – Ə.Ə.)  aradan  qaldırılması  və  qəti  olaraq 
rədd  edilməsi  ilə  mümkündür.  Buna  görə  də  kitabda 
nəyin  şirk  olması,  şirkin  böyük  şirk  və  kiçik  şirk 
olması,  kiçik  şirkin  böyük  şirkə  çevrilməsinin  qarşı‐
sının alınması diqqət mərkəzində saxlanır. 
Tövhidin  şərəfinin,  saflığının,  toxunulmazlığının 
qorunması və şirkə aparan yolların bağlanması nümu‐
nəsi  kimi  Məhəmməd  Peyğəmbərin  (s.s)  özünə  və 
başqalarına  qarşı  tələbkarlığı  göstərilir.  Bunun  da  iki 
yolla – həm  öz  əməlləri  və  özünün  ilahiləşdirilməsinə 
qəʹti  eʹtirazla,  həm  də  nitqdə  Allaha  qarşı  ədəb‐ərkan 
göstərməklə  edildiyi  nəzərə  alınaraq  kitabda  bu 
məzmunlu iki fəsil verilmişdir. Diqqətli oxucu onların 
bir‐birini təkrar etmədiklərini görə bilər. 
Ərəb  mətnini  başa  düşməyimə  öz  izahları  və  təq‐
dim  etdiyi  ədəbiyyatla  yaxından  kömək  etmiş  məslə‐
hətçimə,  Azərbaycanda  İslam  ədəbiyyatının  yayılma‐
sında gərgin əmək sərf edən hörmətli sifarişçiyə təşək‐
kürümü bildirirəm. 
 
Əmirşah Əmirəhmədov 
 
 
 
 


 =  8  = 
 
 
 
 
 
 
 
 
 
 
Bismillahir‐rəhmanir‐rəhim! 
(Rəhmli, mərhəmətli Allahın adı ilə!) 
 
 
 
“Ey Kəramətli Rəbbim! 
Mənə kömək ol, bu kitab üzərində işimi asan et!”
 
 
 
Şeyx Məhəmməd Süleyman Təmimi 
 


 
 
 
 
 
TÖVHİD KİTABI
 
 
 
llah‐təalanın  kəlamlarından:  ʺMən  cinləri  və 
insanları  yalnız  mənə  ibadət  etmək  üçün 
yaratdımʺ (əz‐Zariyat, 56). 

ʺBiz hər ümmətə, Allaha ibadət edin, tağutdan (Allah‐
dan  başqa  ibadət  olunan  hər  hansı  bir  şeydən – Ə.Ə.) 
uzaqlaşın, – deyə peyğəmbər göndərdikʺ (ən‐Nəhl, 36). 
ʺSənin  Rəbbin  yalnız  Ona  ibadət  etməyi  və  vali‐
deynlərə yaxşılıq etməyi buyurmuşdurʺ (əl‐İsra, 23). 
ʺDe  ki,  gəlin  sizə  Rəbbinizin  nələri  haram  buyur‐
duğunu deyim ki, Ona heç bir şeyi şərik qoşmayasınızʺ 
(əl‐Ənʹam, 151). 
ʺAllaha  ibadət  edin  və  Ona  heç  bir  şeyi  şərik  qoş‐
mayınʺ (ən‐Nisa, 36). 
İbn Məsʹud demişdir: ʺKim Məhəmməd Peyğəmbər 
(səlləllahü  əleyhi  və  səlləmin – s.s)  üzərində  möhürü 
olan  vəsiyyətini  görmək  istəsə,  Allah‐təalanın  ʺDe  ki, 
gəlin sizə Rəbbinizin nələri haram buyurduğunu deyim 
ki,  Ona  heç  bir  şeyi  şərik  qoşmayasınızʺ  kəlamından 
ʺBu  şübhəsiz,  mənim  düzgün  yolumdur.  Onu  tutub 
gedin.  Sizi  Allahın  yolundan  sapdıracaq  yollara  uy‐
mayınʺ (əl‐Ənʹam, 151‐153) kəlamınadək oxusunʺ. 
Müaz bin Cəbəl (Allah ondan razı olsun!) demişdir: 
ʺBir  dəfə  Peyğəmbər  (s.s)  yol  gedərkən  uzunqulağa 
minib  məni  də  tərkinə  almışdı.  O  mənə  dedi: – Ey 
 
=  9  =


 =  10  = 
Müaz,  bilirsənmi  Allahın  öz  bəndələri  və  bəndələrin 
Allah  üzərində  haqqı  nədir?  Dedim:  ʺOnu  Allah  və 
Rəsulu  daha  yaxşı  bilərʺ.  Dedi:  ʺAllahın  bəndələri 
üzərində haqqı odur ki, Onlar ona itaət etsinlər və Ona 
heç nəyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində 
haqqı  odur  ki,  Ona  heç  nəyi  şərik  qoşmayanlara  əzab 
verməsinʺ.  Dedim:  ʺYa  Rəsulullah,  bu  şad  xəbəri 
adamlara çatdırımmı?ʺ Dedi: ʺÇatdırma, onlar bu müj‐
dəyə  arxayın  olub  yaxşı  işlərdən  uzaqlaşarlarʺ.  Müaz 
öz dediklərinə peşman olmuşdur. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allahın cinləri və insanları yaratmağının hikməti; 
2. İbadətin  tövhid  olmasının  sübutu;  çünki  bu 
məsələ ətrafında mübahisələr davam edir; 
3. Tövhidlə  razılaşmayan  adamın  Allaha  ibadət 
etmədiyi;  burada  Allahın  buyurduğu  belə  bir  məʹna 
vardır:  ʺSiz  də  mənim  ibadət  etdiyimə  ibadət  edən 
deyilsinizʺ (əl‐Kafirun, 3); 
4. Allahın  peyğəmbərlər  (rəsullar)  göndərməsinin 
hikməti; 
5. Risalətin hər bir milləti əhatə etməsi (yəʹni hər bir 
millətə peyğəmbər göndərilməsi); 
6. Peyğəmbərlərin dininin vahid olması; 
7. Allaha  ibadətin  yalnız  tağutu  inkar  etməklə  müm‐
kün  olmasından  ibarət  böyük  bir  məsələ.  Bu  sözlərdə 
Allah‐təalanın  bu  kəlamındakı  məʹna  vardır:  ʺHər  kəs 
tağutu  inkar  edib  Allaha  iman  gətirirsə,  artıq  ʺən 
möhkəm  bir  tutacaqdanʺ  (islamdan)  yapışmış  olurʺ 
(əl‐Bəqərə, 256); 
8.  ʺTağutʺ  sözünün  Allahdan  başqa  ibadət  olunan 
hər şeyi əhatə etməsi; 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə