MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə3/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   2   3   4   5   6   7   8   9   ...   31

 
=  11  =
9. ʺəl‐Ənʹamʺ  surəsindəki  üç  aydın  ayənin  əhəmiy‐
yətinin əcdadlarımızın fikrincə böyük olması; orada on 
məsələ qoyulmuşdur ki, onlardan birincisi Allaha şərik 
qoşmağın qadağan olmasıdır; 
10. ʺəl‐İsraʺ surəsindəki aydın ayələrdə də on səkkiz 
məsələnin  qoyulması,  onların  Allahın  ʺAllahla  birgə 
heç  bir  başqa  şeyi  məʹbud  etmə.  İşdir,  etsən,  hamı 
tərəfindən  pislənər  və  köməksiz  qalarsanʺ  kəlamı  ilə 
başlanıb  ʺAllahla  birgə  heç  bir  şeyi  məʹbud  etmə. 
Etsən, təʹnələnmiş və məğlub edilmiş halda Cəhənnəmə 
atılarsan!ʺ kəlamı ilə qurtarması. 
Allah‐sübhanəhü bizi bu məsələlərin əhəmiyyətinin 
böyüklüyündən  xəbərdar  edərək  belə  buyurmuşdur: 
ʺBu, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndirʺ; 
11. ʺən‐Nisaʺ surəsinin ʺOn hüquq ayəsiʺ adlanan və 
Allah‐təalanın  ʺAllaha  ibadət  edin  və  Ona  heç  nəyi 
şərik qoşmayın!ʺ kəlamı ilə başlayan ayəsinin məʹnası; 
12. Rəsulullahın  (s.s)  vəfatı  zamanı  etdiyi  vəsiyyə‐
tinə diqqətin yönəldilməsi; 
13. Allahın  bizim  üzərimizdə  haqqını  bilməyin  va‐
cibliyi; 
14. Allahın  onlar  üzərində  haqlarını  ödəmiş  bəndə‐
lərinin Allah üzərində haqlarının olması; 
15. Bu  məsələni  Peyğəmbərin  (s.s)  əshabələrinin  ço‐
xunun bilmədiyi (qəbul etmədiyi – Ə.Ə.) məsələ olması; 
16. Müəyyən  məqsədlə  elmin  gizli  saxlanmasına 
icazə verilməsi; 
17. Müsəlmana  şad  xəbər  verib  onu  sevindirməyin 
hamı tərəfindən bəyənilən bir iş olması; 
18. Allah  rəhminin  böyüklüyünə  arxayın  olmağın 
təhlükəsi; 


19. Bir  söz  soruşulan  adamın  bilmədiyi  şey  haq‐
qında ʺOnu Allah və Onun Rəsulu daha yaxşı bilirlərʺ 
cavabını verməli olması; 
20. Elmdə  bəʹzi  insanların  başqalarından  seçilməsi‐
nin mümkünlüyü; 
21. Məhəmməd  Peyğəmbərin  (s.s)  sadəlik  nümayiş  et‐
dirib uzunqulağa minməsi və başqasını da tərkinə alması; 
22. Minik  heyvanı  ilə  yol  gedərkən  bir  başqasını 
tərkinə almağın mümkünlüyü; 
23. Müaz ibn Cəbəlin (Allah ondan razı olsun!) fəziləti; 
24. Bu məsələnin əhəmiyyətinin böyüklüyü. 
 
 
TÖVHİDİN FƏZİLƏTİ VƏ ONUN HANSI 
GÜNAHLARI YUMASI HAQQINDA FƏSİL 
 
llah‐təalanın  kəlamlarından:  ʺİman  gətirib 
imanlarına  haqsızlıqla  kölgə  salmayanlar 
əmin‐amanlıqda olarlar; onlar doğru yoldadırlarʺ (əl‐
Ənʹam, 82). 

Übadə ibn Samitin belə dediyi rəvayət olunur: ʺRəsu‐
lullah  (s.s)  demişdir:  ʺKim  şəhadət  versə  ki,  tək  Allah‐
dan  başqa  ilahi  yoxdur,  Onun  heç  bir  şəriki  yoxdur, 
Məhəmməd  Onun  qulu  və  rəsuludur,  İsa  Allahın  qulu 
və rəsulu, Onun Məryəmə dediyi (təlqin etdiyi) sözü və 
Ondan  gəlmə  bir  ruhdur,  Cənnət  haqdır,  Cəhənnəm 
haqdır, – Allah  o  adamı  əməlindən  asılı  olmayaraq, 
Cənnətə daxil edərʺ (Buxari – 3252, Müslim – 29). 
Yenə  də  onların  İtbandan  rəvayət  etdikləri  hədisdə 
belə  deyilir:  ʺAllah  ʺLa  ilahə  illəllahʺ  deyib  Ona  üz 
 =  12  = 


 
=  13  =
tutan  hər  bir  adamı  Cəhənnəm  odundan  qoruyarʺ 
(əvvəlki hədislə müqayisə et). 
Əbu  Səid  Xüdri  (Allah  ondan  razı  olsun!)  Rəsulul‐
lahın  (s.s)  belə  dediyini  rəvayət  etmişdir:  ʺMusa  dedi: 
“Ey  Rəbbim!  Mənə  elə  bir  şey  öyrət  ki,  Səni  onunla 
yada salım və Sənə onunla dua edim”. Allah demişdir: 
ʺYa  Musa,  de  ki,  la  ilahə  illəllahʺ.  Musa  demişdir: 
ʺSənin  bütün  qulların  belə  deyirlərʺ.  Allah  demişdir: 
ʺYa  Musa,  əgər  yeddi  qat  səma,  yeddi  qat  yer  və 
Məndən başqa orada olanlar tərəzinin bir gözünə, ʺLa 
ilahə  illəllahʺ  kəlməsi  tərəzinin  o  biri  gözünə  qoyulsa, 
ʺLa  ilahə  illəllahʺ  olan  göz  ağır  gələrʺ  (İbn  Hibban –
 3434,  Hakim – 1/528.  Hakim  həm  də  bu  hədisi  səhih 
hədis adlandırmışdır). 
Tirmizinin Ənəsdən rəvayət edib həsən (yaxşı, məq‐
bul) hədis adlandırdığı hədisdə deyilir: ʺMən Peyğəm‐
bərin  (s.s)  belə  dediyini  eşitmişəm:  ʺAllah  buyurmuş‐
dur:  ʺEy  Adəm  oğlu!  Əgər  sən  Mənim  qarşımda  Yer 
boyda  günahlar  işlədib  sonra  heç  bir  şeyi  Mənə  şərik 
qoşmadan  hüzuruma  gəlsən,  Məndən  Yer  boyda  ba‐
ğışlanma görərsənʺ (Tirmizi – 3534, həmçinin demişdir 
ki,  həsən  qərib,  yəʹni  məqbul,  lakin  çox  məʹlum  olma‐
yan hədislərdəndir). 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Allahın fəzilətinin həcmi; 
2. Allah yanında tövhidin savabının çoxluğu; 
3. Tövhidin savab olmaqla yanaşı günahları yuması; 
4. ʺəl‐Ənʹamʺ surəsinin 83‐cü ayəsinin təfsiri; 
5. Übadənin hədisindəki beş məsələyə diqqət; 
6.  Übadənin  hədisi  ilə  İtbanın  hədisini  və  ondan 
sonrakını bir yerə cəmləşdirdikdə ʺLa ilahə illəllahʺ kə‐


 =  14  = 
lamının məʹnasının aydınlaşması və məğrur adamların 
xətasının üzə çıxması; 
7. Diqqətin İtbanın hədisindəki şərtə yönəldilməsi; 
8.  ʺLa  ilahə  illəllahʺ  kəlməsinin  fəzilətinə  diqqətin 
yönəldilməsinə peyğəmbərlərin də ehtiyacları olması; 
9. Bu kəlmənin bütün məxluqlardan ağır gəlməsinin 
xatırladılması və bu şəhadəti deyənlərin əksəriyyətinin 
günahlarının yüngülləşməsi; 
10. Yeddi səma kimi yeddi yerin də mövcud olması; 
11. Onlarda həyatın olması; 
12. Allahın sifətlərinin əşʹərilərdən fərqli isbatı; 
13. Ənəsin hədisini bilən adamın Peyğəmbərin (s.s) 
İtbanın hədisində dediyi ʺAllah ʺLa ilahə illəllahʺ deyib 
ona üz tutan hər bir adamı Cəhənnəm odundan qoru‐
yarʺ  ifadəsini  oxuyandan  sonra  şirkdən  uzaqlaşmağın 
bu  kəlamı  yalnız  dillə  deməklə  mümkün  olmadığını 
bilməsi; 
14. İsanın və Məhəmmədin hər ikisinin Allahın qulu 
və elçisi olmaları; 
15.  İsanın  Kəlimətullah  (Allahın  sözü)  olması  ilə 
fərqlənməsi; 
16. Onun Allahdan gəlmə bir ruh olması; 
17. Cənnətə və Cəhənnəmə inanmağın fəziləti; 
18.  Peyğəmbərin  ʺ...  əməlindən  asılı  olmayaraq...ʺ 
kəlamının məʹnası; 
19. Günahları və savabları çəkən tərəzinin iki gözü‐
nün olması; 
20. ʺAllaha üz tutanʺ ifadəsinin məʹnası. 
 
 
 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə