Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   2   3   4   5   6   7   8   9   ...   28

   Yayda Monqolustanda yüksək təzyiq yox olur. Bərk qızmış materikin üstündə alçaq 
atmosfer təzyiqi yaranır. Onun mərkəzi Orta Asiyadan cənubda (İran, Hindistanın 
şimal-qərbi) yerləşir. MDB ərazisinin çox hissəsində il boyu qərb küləkləri üstündür.  
   Hava kütlələri. MDB ərazisində hava kütlələrinin 3 coğrafi tipi yayılmışdır: Arktik 
hava kütlələri, mülayim enliklərin hava kütlələri və tropik hava kütlələri. Mülayim 
hava kütlələri 2 yerə bölünür: dəniz və kontinental. Kontinental hava kütlələri materik 
üzərində əmələ gəlir, buna görə də quruluğu, yayda yüksək, qışda alçaq temperaturu 
ilə fərqlənir. Mülayim enliklərin dəniz havası MDB-ə Şimali Atlantika rayonlarından 
gəlir.  
   Arktik hava kütlələri-Arktikanın buz sahəsi üzərində yaranır. Alçaq temperaturu, 
rütubətliliyin azlığı və s. xüsusiyyətləri ilə fərqlənir. MDB-nin cənub hissəsində isə 
tropik hava kütlələri hakimdir. Yayda tropik havanın əmələ gəldiyi sahələr Orta 
Asiya, Qazaxıstan, Şimali Qafqaz və Rusiya düzənliyinin cənub hissəsidir.  
   Relyef iqlim əmələgətirən amillərdəndir. MDB-nin qərbi və şimalında hündür sıra 
dağların olması, Atlantik və Arktika havalarının ölkənin daxili rayonlarına 
yayılmasını asanlaşdırır, əksinə, şərqdə dağ silsilələri Sakit okean dənizlərinin Uzaq 
Şərq və Şərqi Sibirin iqliminə təsirini əhəmiyyətli dərəcədə zəifləşdirir.  
   Bitki örtüyü xüsusilə meşələr iqliminin yaranmasına əhəmiyyətli təsir göstərir. 
Bitki örtüyü transpirasiyanın hesabına rütubət mübadiləsini gücləndirir, havanın 
rütubətini artırır, temperaturun tərəddüdü nisbətən azalır. Meşə-çöl və çöl zonalarında 
adaşəkilli meşələrin əhəmiyyəti xüsusilə böyükdür. Onlar tarlalarda qarı saxlayır, 
quru küləklərin gücünü zəiflədir, səthin (relyefin) kələ-kötürlüyünü və düşən atmosfer 
çöküntülərinin miqdarını müəyyənləşdirərək artırır.  
MDB-də temperaturun paylanması 
   Qışda MDB-də mənfi temperatur müşahidə edilir. Yalnız Krımın cənub sahilində, 
Zaqafqaziyada və  Orta Asiyanın ucqar cənubunda yanvarın orta temperaturu 0˚ S-dən 
yuxarı olur. Yanvarda Murmansk sahili, Kaluqa, Volqoqrad və Qızıl-Orda eyni 
temperatura malikdir. (-10˚S) 
   Şərqi və şimal-şərqi Sibirdə yanvar izotermləri 35° S və -40° S qapalı əyrilər əmələ 
gətirir. Alçaq temperatur xüsusilə Verxoyonskda və Oymyakonda müşahidə olunur. 
Bu məntəqələrdə yanvarın orta temperaturu -50° S-ə düşür, mütləq minimum 
temperatur isə Oymyakonda olur. (-70° S)  
behruzmelikov.com
behruzmelikov.com


   Yayda dağlar istisna olmaqla, MDB-nin bütün daxili ərazisində temperatur 
müsbətdir. Yayda ən soyuq yer iyulda orta temperaturun 0° S-ə yaxın olduğu Arktika 
adalarıdır. Ən isti rayon Orta Asiyanın cənubudur, burada iyulun orta temperaturu 32° 
S-dən çoxdur. MDB-də ən yüksək mütləq maksimum 50° S-ə çatır.  
Yağıntıların paylanması.
 
    Bir qayda olaraq dağlara, düzənliklərə nisbətən daha çox yağıntı düşür. Hətta Orta 
Asiya, Tyan-Şanda yağıntının illik miqdarı  bəzi yerlərdə 2000 mm-ə çatır.  
   Düzənliklərdə yağıntının miqdarı ortadır. Onun illik miqdarı Rusiya düzənliyinin 
qərbində 600 mm-dən Şərqi Sibirdə 200 mm-ə qədər azalır. Bu yağıntı əsasən 
Atlantik mənşəlidir.  
   MDB-nin ən quraq rayonu il boyu 100-200 mm və daha az yağıntı düşən ərazi Orta 
Asiyanın düzənlik hissəsi və Cənubi Qazaxıstandır.  
   Demək olar ki, MDB-nin bütün ərazisində ən çox yağıntı ilin isti yarısında düşür, bu 
isə havanın yüksək rütubət saxlama və siklon fəaliyyətinin fəallığı ilə səciyyələnir.  
   Krımın cənub sahilində Novorossiyskdən Tuapseyə qədər Qafqazın Qara dəniz 
sahilində ən çox yağıntı qış mövsümündə düşür. Bu 2 rayonda qışda yağıntının 
çoxluğu cənub (qütb cəbhəsi) siklonları ilə əlaqədardır, eyni zamanda yayda burada 
isti və quru havalar da müşahidə olunur.  
İqlim qurşaqları və
 iqlim tipləri 
   MDB ərazisi 4 iqlim qurşağında: arktika, subarktika, mülayim və subtropik 
qurşaqlarda yerləşir.  
Arktika və subarktika qurşaqları. Şimal Buzlu okeanının adalarını və materikin 
tundra və meşə-tundra ilə örtülü olan sahil boyunu əhatə edir. Arktika qurşağında il 
boyu soyuq Arktika havası hökm sürür. Subarktika qurşağında yayda mülayim 
enliklərin havası böyük rol oynamağa başlayır. Şimaldan cənuba doğru hərəkət 
etdikcə 3 iqlim: soyuq Arktika səhrası, tundra və meşə-tundra tipləri növbələşir.  
   Soyuq Arktika səhra tipi- 0-a yaxın radiasiya balansı, iyulun orta temperaturu 4˚ S-
dən aşağı olan soyuq yay, güclü külək, yüksək buludluluq, yağıntının çox hissəsinin 
qar halında düşməsi, qırov, sırsıra və s. ilə xarakterizə olunur.  
behruzmelikov.com
behruzmelikov.com


   Tundra iqlim tipi isti yayı ilə fərqlənir. İyulun orta temperaturu 4° S ilə 10-11° S 
arasında tərəddüd edir. Burada yüksək buludluq, güclü küləklər və havanın yüksək 
nisbi rütubətliyi müşahidə edilir. İl ərzində yağıntının az (200-350 mm) düşməsinə 
baxmayaraq, tundra buxarlanmanın azlığı nəticəsində izafi rütubətliyə məruz qalır. 
Tundranın materik hissəsində küləklər musson xarakterlidir.  
   Meşə-tundra iqlimində iyulun orta temperaturu 11-14° S-ə qalxır. Murmansk 
rayonunda, Salexard və Dudinkada 20 gün ərzində orta sutkalıq temperaturu 15 ° S-
dən yüksək olan meteoroloji yay müşahidə etmək olar. Yağıntının illik miqdarının 
(200-400 mm) buxarlanmadan artıqlığı meşə-tundra landşaftlarının izafi 
nəmlənməsinə səbəb olur.  
Mülayim qurşaqda 
mülayim enliklərin havası üstünlük təşkil edir. Mülayim qurşaq 
daxilində tayqa, qarışıq meşələr, Uzaq Şərqin musson qarışıq meşələri, meşə-çöl, çöl, 
yarımsəhra, səhra iqlim tipləri ayrılır.  
   Tayqanın iqlimi mülayim qurşağın bütün şimalını və cənub yarısının bir qismini 
əhatə edir. Xarakter əlamətləri: yayın sərin keçməsi (iyulun orta temperaturu 19˚ S-
dən aşağıdır), yağıntının miqdarının orta həddə (600-300 mm) olması, sabit qar 
örtüyü, yüksək buludluluq, qərbdə qış, şərqdə isə yay maksimumlarının olmasıdır.  
   Qarışıq meşələr iqlimi Rusiya düzənliyində, tayqa zonasından cənub qərbdə 
yayılmışdır. Burada yay nisbətən sərin, qış yumşaqdır. Qışda yağıntının miqdarının 
çoxluğuna baxmayaraq qar örtüyü qalın olmur. Yağıntının illik miqdarı tayqaya 
nisbətən çoxdur, yəni 600-700 mm-dir.  
    Uzaq Şərqin qarışıq meşələrinin musson iqlimi bir qədər Rusiya düzənliyinin 
qarışıq meşələr iqliminə oxşayır. Burada da mülayim enliklərin dəniz havası böyük 
rol oynayır. Lakin dəniz havasının iştirakı ilin isti dövrü ilə məhdudlaşır. Qışda 
materikdən qərb küləkləri əsir. Buna görə də qış soyuq, az qarlı keçir, havanın nisbi 
rütubətliyi yüksək olur. Yayda Sakit okean dənizləri tərəfdən cənub-şərq küləkləri 
əsir, mövsümün 2-ci yarısı yağıntı çox, nisbi rütubətlik yüksək olur. Yağıntının illik 
miqdarının 85-95 % -i ilin isti dövründə düşür, leysan xarakterli olur. Belə yağışlar 
Primorye və Priamuryedə daha tez-tez yağır.  
   Meşə-çöl iqlim tipində havanın yay temperaturu xeyli artır. (iyulun orta temperaturu 
19-21° S) və yağıntının illik miqdarı tayqa və qarışıq meşələrə nisbətən bir qədər 
azalır. Mühim cəhəti nəmişliyin sabit olmasıdır. Burada nəmişli illər quraqlıq illərlə 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə