Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   2   3   4   5   6   7   8   9   ...   28

səciyyəvi qleyli podzol torpaqlarla kompleksləşir. Zonanın heyvanlar aləminddə 
tundra və meşə növlərinə rast gəlinir. 
Tayqa zonası mülayim qurşağın nisbətən rütubətli və sərin iqlimli landşaft zonasıdır. 
Bitki örtüyündə podzollaşmış və donuşluq-tayqa torpaqlarının iynəyarpaqlı meşələri 
və sfaqnum bataqlıqları üstünlük təşkil edir. Sahəsinə görə ən böyük landşaft 
zonasıdır. Yay isti, qış isə meşə-tundra və tundraya nisbətən soyuq olur. Şimalında 
iyulun orta temperaturu 13ºS, cənubunda 19ºS-dir. Zonanın heyvanlar aləmi nisbətən 
zəngindir. Başlıca sərvəti meşələrdir.  
Rusiya düzənliyinin qarışıq meşələr zonası mülayim qurşağın landşaft zonası olub, 
nisbətən yumşaq və rütubətli iqliminə, suayırıcılarda qarışıq meşələrinə, çimli-podzol 
torpaqlarına görə fərqlənir. Burada qışda nə şiddətli şaxtalar, nə də qalın qar örtüyü 
olur. Qərbdə yanvarın orta temperaturu -5º S-dən yüksək, şərqində isə -12º S-ə 
yaxındır. Bitki örtüyü və heyvanlar aləmi qərb növləri ilə zəngindir.  
Uzaq Şərqin qarışıq meşələr zonası Orta və qismən də aşağı Priamuryenin və Cənubi 
Priamuryenin düzənlik və alçaq dağətəklərini əhatə edir. İqlimi musson xarakterlidir. 
İyulun orta temperaturu 21-22º S-ə yaxındır. Burada boz-meşə torpaqları geniş 
yayılmışdır.  
Meşə-çöl zonası mülayim qurşağın landşaft zonası olub, meşədən çölə keçid təşkil 
edir. Zonada boz meşə torpaqları üzərində inkişaf etmiş enliyarpaqlı, xırdayarpaqlı və 
şam meşələri qələviləşmiş müxtılifotlu çöllərlə növbələşir. İqlimi tayqaya nisbətən isti 
və qurudur. İyulun orta temperaturu 19-22º S-dir.  
Mülayim qurşağın çöl zonası mülayim kontinental iqlimi, suayırıcıların meşəsizliyi, 
ot bitkilərinin, xüsusən də dənli bitkilərin geniş yayıldığı cənub və qismən də adi 
qaratorpaq və tünd şabalıdı torpaqların üstünlüyü ilə fərqlənir. Çöl coğrafi 
kompleksinin formalaşmasında quru, kontinental iqlim mühim rol oynayır. İyulun 
orta temperaturu 22-23º S təşkil edir. Yağıntının azlığı rütbuət balansını mənfi edir.  
behruzmelikov.com
behruzmelikov.com


Mülayim qurşağın yarımsəhra zonası çöldən səhraya keçid əlamətlərilə səciyyələnir. 
Burada kəskin kontinental və quru iqlim, şorakətləşmiş kasıb humuslu açıq şabalıdı 
torpaqlar, seyrək, yovşanlı-dənli ot bitkiləri hakimdir. İyulun orta temperaturu 23-25º 
S-ə çatır.  
Mülayim qurşağın səhra zonası iqliminin müstəsna quruluğu, yerli çay şəbəkəsi və 
səth axımının olmaması, çox kasıb bitki örtüyü, qonur yarımsəhra və az karbonatlı 
boz-qonur torpaqlar fonunda çoxlu şoranlıqlar olması ilə seçilir. İyulun orta 
temperaturu cəmi 25-29º S-ə yaxındır. Rütubət çatışmazlığına görə bitki örtüyünün 
məhsuldarlığı yox dərəcəsindədir.  
Subtropik səhra zonası mülayim qurşağın səhra zonasının anoloqudur. Zonanın qışı 
isti keçir, qar örtüyü davamsızdır. İyulun orta temperaturu 30-32º S-dir. Bitkilərin 
inkişafı üçün boz torpaqlı dağətəyi lyoss düzənlikləri xüsusilə əlverişli sayılır.  
Aralıq dənizi zonası yarımquru və rütubətli subtropiklər zonası olub, krımın cənub 
sahilini, Qərbi Zaqafqaziya və Lənkəran ovalığını əhatə edir. Qəhvəyi torpaqlar üçün 
tüklü palıd, ağacabənzər ardıc, krım və Pitsunda şamı, tikanlı kol və ot bitkilərindən 
ibarət meşələr xarakterikdir.  
behruzmelikov.com
behruzmelikov.com


                          MDB-nin  İqlim  Xüsusiyyətləri 
MDB ərazisinin iqlimi 
   Landşafda və insanın təsərrüfat fəaliyyətində iqlimin rolunu qiymətləndirmək 
şətindir. Iqlimin bitki örtüyünə, torpağa, daxili sulara və geomorfoloji proseslərin 
gedişinə olan təsiri hamıya məlumdur. Mədəni bitkilər yetişdirdikdə, sənaye 
tikintilərində, hava, dəniz və dəmir yol nəqliyyatından istifadə etdikdə daim iqlimin 
xüsusiyyətini nəzərə almaq lazım gəlir. Müasir iqlimşünaslığın əsasını A.İ. Voyeykov 
qoymuşdur. Ondan başqa A.A. Kaminski, P.İ. Brounov, S.P. Xromov, B.P. Alisov və 
başqaları MDB-nin iqliminin tətqiqində böyük rol oynamışlar.  
 
İqlim ə
mələgətirən amillər 
   Coğrafi mövqe və onun elementi məhəlli enlik- bu amil günəş radiasiyasının daxil 
olmasına bilavasitə təsir göstərir. MDB-də ən çox günəş radiasiyası Zaqafqaziya və 
Orta Asiyanın cənubuna düşür. Buradan şimala doğru getdikcə radiasiyanın kəmiyyəti 
azalır. Yayda MDB-də radiasiya balansı hər yerdə müsbət olur. Qışda isə Orta 
Asiyanın cənubu və Zaqafqaziyanı çıxmaq şərtilə digər ərazilərdə radiasiya balansı 
mənfi olur.  
Atmosferin hərəkət mərkəzlərinə və hakim küləklərə görə MDB-nin 
tutduğu mövqe

   Qışda Avrasiya materiki bərk soyuqlaşdığından Monqolustan üzərində sabit yüksək 
atmosfer təzyiqi yaranır. Bu təzyiq sahəsi Monqolustandan bütün Şərqi Sibirə 
yayılaraq Şərqi Sibir antisiklonu əmələ gətirir. Qışda Şərqi Sibirdə müşahidə edilən 
aydın və sakit hava (sərt, şaxtalı) bu antisiklonun yaranması ilə əlaqədardır. Bu 
antisiklon ilə yanaşı Monqolustan təzyiq sahəsindən qərb istiqamətində uzanan 2-ci 
yüksək atmosfer dili yaranır. Yüksək atmosfer təzyiqi zolağı Qazaxıstan ərazisini və 
Rusiya düzənliyinin cənubunu əhatə edir, onun oxu təxminən Uralsk-Saratov-Xarkov-
Kişinyov xətti üzrə gedir. Qışda bütün materik boyu atmosferin yüksək təzyiq zolağı 
keçir. Onun yalını A.İ. Voyeykov materikin böyük oxu adlandırmışdır.  (Voyeykov 
oxu) 
   Voyeykov oxu materikdə mühim külək ayırıcısıdır. Ondan şimala doğru rütubətli və 
nisbətən isti qərb və cənub-qərb küləkləri, cənuba doğru isə quru və soyuq şimal-şərq 
və şərq küləkləri əsir.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə