Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   2   3   4   5   6   7   8   9   ...   28

   MDB təbiətinin bir çox mühim cəhətləri IV dövrün geoloji hadisələrilə sıx surətdə 
əlaqədardır. IV dövrdə müasir landşaftlar qəti olaraq yaranmışdır. IV dövrün ən 
mühim hadisələri materik buzlaşmaları, lyoss akkumlyasiyası, dəniz transqressiyaları 
və yeni tektonik hərəkətlərdən ibarətdir.  
   Buzlaşma dövrünün əsas xüsusiyyətləri MDB-nin şimal düzənliklərində və dağlıq 
rayonlarında buzlaşmanın inkişafıdır. Ən güclü buzlaşma Rusiya düzənliyində 
olmuşdur. Burada 4 müstəqil buzlaşma- Oka buzlaşması, Dnepr buzlaşması, Moskva 
buzlaşması və Valday buzlaşması. Burada buzun qalınlığı 3000 m-ə çatırdı. 
   Qərbi Sibirdə buzlaşmanın cənub sərhədi nisbətən şimaldan keçir. Buz örtüyünün 
qalınlığı Rusiya düzənliyindəki buz örtüyünün qalınlığına nisbətən daha az idi.  
   Yeniseydən şərqdə buzlaşmanın sahəsi lap az olmuşdur. Bütöv buz örtüyü yalnız 
Taymır yarımadasında və Orta Sibir yaylasının şimal-qərbində qalmışdı.  
   Qədim buzlaşma dağlıq rayonlarda xeyli güclü olmuşdur. Qafqazda dərə tipli böyük 
buzlaqlar mövcud imiş. Şərqə doğru getdikcə dağlıq rayonlarda  buzlaşmanın 
azalması müşahidə olunurdu. Qərbdən şərqə doğru buzlaşmanın azalması bu 
istiqamətdə iqlimin kontinentallığının artması ilə izah olunur.  
   MDB-nin şimalında səth çöküntüləri arasında buzlaq çöküntüləri üstünlük təşkil 
etdiyi halda, cənubda lyoss və lyossaoxşar süxurlar geniş yayılmışdır. Bunlar Ukrayna 
ərazisini, Don hövzəsini, Şimali Qafqazı, Orta Asiyanın dağətəklərini, Qərbi Sibirin 
cənubunu, Şərqi Sibirin meşə-çöl və çöl sahələrini başdan-başa örtmüşdür.  
   Lyoss yumşaq məsaməli, sarı rəngli, karbonatlı, lay təşkil etməyən dağ süxurudur. 
Lyossda həmişə ən məhsuldar torpaq növləri formalaşır. Lyosslar içərisində 2 fasiya-
isti və soyuq fasiya ayırmaq qəbul edilmişdir. İsti fasiyaya Orta Asiya lyossu aid 
edilir, onun toplanması neogendən müasir dövrə qədər mövcud olan səhralar üçün 
xarakterikdir. Soyuq fasiyaya xeyli şimal rayonların lyossları və lyossaoxşar süxurları 
aiddir.  
   MDB ərazisindəki dəniz sahillərində  IV dövrün dəniz çöküntüləri yayılmışdır. 
Şimal Buzlu okeanı sahilində IV dövr çöküntüləri boreal adı ilə məşhurdur. Baltik 
dənizinin sahillərində də buzlaşmadan sonrakı dəniz çöküntülərinin ensiz zolağı 
müşahidə olunur.IV dövr dəniz çöküntüləri bütün Xəzərsahili ovalığı da örtmüşdür. 
Xəzər dənizi qapalı hövzə olduğundan iqlimin hər cür dəyişikliyi ona dərhal təsir 
etmişdir. Onun suyu 3 dəfə Xəzərsahili ovalığı basmışdır. Transqressiya dövründə 
behruzmelikov.com
behruzmelikov.com


Xəzər dənizi Kara dənizinə birləşmişdir. Bunlar arasında əlaqə yaradan Kuma-Manıç 
çökəkliyinin yerində dəniz körfəzi olmuşdur.  
   MDB-nin müasir relyefi əsasən neogendə və dördüncü dövrdə baş verən ən yeni 
tektonik hərəkətlərin məhsuludur. Üst proterozoyda, paleozoyda və mezozoyda 
yaranan qırışıq dağlar tez bir zamanda dağılmış, demeək olar ki düzənliyə 
çevrilmişdir. Uzun müddət ərzində Orta Asiya, Altay, Sayan, Zabaykalyenin yerində 
müasir Qazaxıstan xırdatəpəliyini xatırladan hamarlanmış alçaq dağlar olmuşdur. 
Güclü neotektonik hərəkətlər Alp qırışıqlığı dağlarında baş vermişdir. Alp qırışığı 
dağları cavan olduqları üçün peneplen mərhələsi keçirməmiş və onların morfologiyası 
qırışıq strukturla sıx əlaqədardır.  
   Müasir relyefi əmələ gətirmiş neotektonik hərəkətlər landşaftın bütün digər 
kompanentlərinə, xüsusən bitki və heyvanat aləminə çox böyük təsir göstərmişdir. 
Landşaftların fasiləsiz transformasiyası prosesi neotektonika ilə bağlıdır.  
   Zəlzələlər və müasir vulkanik hadisələr yerin dərinliklərində baş verən tektonik 
hərəkətlərlə sıx surətdə əlaqədardır. MDB-nin cənub və şərq sərhəd boyu dağlıq 
rayonları: Karnat, Qafqaz, Kopetdağ, Pamir, Tyan-Şan, Altay, Sayan, Zabaykalye, 
Primorye, Saxalin, Kuril adaları üçün tez-tez baş verən güclü zəlzələlər səciyyəvidir.  
   Ən böyük seysmik zona Orta Asiyada yerləşir. Düzənlik relyefə və zəif neotektonik 
hərəkətə malik olan platforma sahələrində güclü zəlzələlər müşahidə olunmur. 
Rusiya, Qərbi Sibir düzənliklərində və Turan ovalığında, Orta Sibir yaylasında və 
Şimal-Şərqi Sibirin çox hissəsində zəlzələlər nadir hallarda baş verir və zəif olur.  
   Kamçatkanın şərq sahili boyunca qeyzerlər vardır. Onlardan ən böyüyü –Velikandır. 
MDB-nin cənub hissəsində IV dövrdə güclü vulkanik fəaliyyət olmuşdur. Elbrus və 
Kazbek IV dövrdə fəaliyyətdə olan vulkanlar olmuşlar. IV dövrün cavan vulkanları 
həmçinin Cənubi Sibir dağlarında və kolıma yaylasında da məlumdur.  
behruzmelikov.com
behruzmelikov.com


             MDB-nin əsas landşaftları və onların mənşəyi.
 
   MDB təbiətinin landşaft kompanentləri üzrə təhlili göstərir ki, onların əksəriyyətinə 
enlik zonallığı məxsusudur. Təbiətin ayrı-ayrı kompanentləri bir-biri ilə sıx qarşılıqlı 
əlaqədə olub, zonal landşaft tiplərini əmələ gətirir. MDB ərazisində şimaldan cənuba 
doğru getdikcə aşağıdakı landşaft zonaları müşahidə olunur: Arktika səhraları, tundra, 
meşə-tundra, qarışıq meşələr, meşə-çöl, çöl, yarımsəhra, mülayim qurşağın səhraları, 
subtropik yarımsəhralar, Aralıq dənizi subtropik zonası. 
Buzlu zona(arktik səhra zonası) MDB-nin arktika adalarında və Taymır yarımadasının 
şimal kənarında yerləşən ən şimal zonası buzlu zonadır. Ən isti ayda havanın orta 
temperaturu 0-a bərabərdir. Termokarst, soliflyukasiya, qrunt qabarmaları geniş 
yayılmışdır. Narın qruntlarda arktik zona torpaqları inkişaf etmişdir. Yosun, mamır, 
şibyələrdən və bir çox çiçəklənən növlərdən ibarət seyrək bitki örtüyü həddən artıq 
aşağı məhsuldarlığına görə fərqlənir. Bitki örtüyünün belə alçaq məhsuldarlığı 
heyvanlar aləminin də kasıblığına səbəb olur. 
Tundra zonası subarktika qurşağında alçaq temperaturun olması, torpağın izafi 
nəmlənməsi ilə xarakterizə olunan meşəsiz, mamır, yosun və kolların geniş yayıldığı 
landşaft zonasıdır. Buzlu zonaya nisbətən tundra istidir. Cənubunda iyulun orta 
temperaturu 11ºS-dən yuxarı qalxır. Demək olar ki hər yerdə daimi donuşluq 
yayılmışdır. Tundranın səthində çox da dərin olmayan termokarst və buzlaq mənşəli 
göllər səpələnmişdir. Tundra torpaqları nazik, turş, əsaslar və humus baxımından 
kasıbdır. Bitki örtüyünə uyğun olaraq heyvanlar aləmi də zənginləşir.  
Meşə-tundra subarktik qurşağın tundradan tayqaya keçid landşaft zonası olub, 
suayırıcılarda seyrək və davamlı, bəzi yerlərdə şimali tayqanın seyrək meşə talaları ilə 
səciyyələnir. Yayda qısa müddət ərazində havanın sutkalıq orta temperaturu 15ºS-dən 
yuxarı olur. İyulun orta temperaturu 11-14º S-dir. İl ərzində 300-400 mm yağıntı 
düşür. Tundra üçün tipik torflu-qleyli torpaqlar meşə-tundrada, şimali tayqa üçün 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə