Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə5/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   180

 

~ 14 ~ 


 

sislərin  hazırlanmasında  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

(ADAU)  böyük  xidmətləri  olmuĢdur.  ADAU  1929-cu  ildə,  onun 

Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsi isə 2 il sonra – 1931-ci 

ildə yaradılmıĢdı. 

ADAU  1981-ci  ilə  qədər  respublikamızı  üzümçü  və  Ģərabçı 

kadrlarla təmin edən yeganə milli Ali təhsil müəssisəsi idi. 1967-ci 

ildə  Meyvə-tərəvəzçilik  və  üzümçülük  fakültəsində  «ġərabın 

texnologiyası»  Ģöbəsi  açılmıĢ  və  müəyyən  fasilələr  nəzərə 

alınmazsa,  1981-ci  ilə  qədər  tələbə  qəbul  edərək  yüksək  ixtisaslı 

Ģərabçı-texnoloqlar 

hazırlamıĢdır. 

Burada 

eyni 


zamanda 

«Üzümçülük və üzümün ilk emalı» ixtisaslaĢması üzrə tələbə qəbul 

olunmuĢ və üzümçü-Ģərabçı kadrlar hazırlanmıĢdır. 

Üzümçülük  və  Ģərabçılıq  kafedrası  ADAU  yaradılandan  təĢkil 

olunmuĢ  və  bir  neçə  dəfə  dəyiĢikliyə  məruz  qalsa  da,  öz 

mövcudluğunu  indiyə  qədər  saxlamıĢdır.  Hazırda  Ģərabçılıq, 

saxlanma  və  emal  bölmələri    «Qida  məhsulları  mühəndisliyi  və 

dizayn»  kafedrası  adı  altında  fəaliyyət  göstərməkdədir.  Kafedrada 

müxtəlif  dövrlərdə  M.A.Xovrenko,  D.M.Hacıyev,  P.T.Bolqarev, 

H.A.AtakiĢiyev,  Ə.H.Ġsgəndərov,  R.Ə.Məmmədov,  F.N.Cəfərov, 

D.P.Qasımov,  S.X.Həsənova,  E.M.Məmmədova,  C.S.Allahverdi-

yev,  Ġ.X.Cəfərov,  Ġ.N.Ələkbərov,  T.Ç.Həmzəyev,  F.H.ġərifov, 

O.F.Mehdiyeva,  R.F.Visali,  S.B.Bağırova  və  H.K.Fətəliyev  kimi 

üzümçülük, Ģərabçılıq və kənd təsərrüfatı məhsullarının saxlanması 

problemləri ilə məĢğul olan alimlər çalıĢmıĢlar. 

ġərabçılıq üzrə kadrların hazırlanmasında və elmi-tədqiqat iĢləri 

aparılmasında  1981-ci  ildə  yaradılmıĢ  Azərbaycan  Texnologiya 

Ġnstitutunun da (indiki Azərbaycan Texnologiya Universiteti) özü-

nəməxsus  yeri vardır. Burada  «ġərabçılığın texnologiyası» ixtisası 

üzrə azərbaycan və rus bölmələrində mütəxəssislər hazırlanmıĢdır. 

Burada çalıĢan alimlərdən Ə.Ə.Nəbiyev, S.Q.Verdiyev, A.N.Ġsma-

yılov, F.Y.Məmmədov, E.Yusifova, Ġ.V.Ġsgəndərov və baĢqalarını 

qeyd edə bilərik. 



 

~ 15 ~ 


 

B

İ

R

İ

NC

İ

 H

İSSƏ 

 

ÜZÜMDƏN İ

ST

İFADƏNİN ÜMUMİ

 

MƏSƏLƏLƏRİ

 

 

Birinci fəsil 

 

DÜNYADA ŞƏRABÇILIQ 

 

Dünyanın  Ģərabçılıq  regionları  yerin  mötədil  iqlim  zonalarında 

mərkəzləĢmiĢdir.  Avropada  o,  40  və  50

0

,  Amerika  və  cənub 



yarımkürəsində  30  və  40

0

  enlikləri  arasındakı  ərazidə  yerləĢir. 



ġərabçılıqla  həm  cənub,  həm  də  Ģimal  yarımkürəsində  məĢğul 

olurlar. Mötədil isti iqlimli iki ensiz qütblər arasında praktik olaraq 

dünyanın bütün Ģərabçılıq təsərrüfatları cəmlənir.  

Üzümün  yetiĢməsi  üçün  istilik  tələb  olunur.  Zərif  Ģərabların 

yetiĢməsi  üçün  isə  hər  Ģeydən  əvvəl  soyuq  lazımdır.  Soyuq, 

üzümdə  Ģəkər  toplanmasına  ləngidici  təsir  göstərərək  Ģərabın 

həddindən  çox  ağır  və  yüksək  spirtliyə  malik  olmasına  imkan 

vermir.  Bundan  baĢqa,  soyuq  hava  yetiĢmə  fazasında  turĢuların 

parçalanmamasına daha çox zəmin yaradır. TurĢuluq ağ və qırmızı 

Ģərablara nəciblik verən əsas elementlərdəndir.  

Alman 

alimləri 



belə 

nəticəyə 

gəlmiĢlər 

ki, 


üzümün 

becərilməsində  onun  yetiĢməsi  üçün  ildə  ən  azı  1600  günəĢli  saat 

tələb olunur. Amerika Ģərab nəzəriyyəçiləri isə belə fikirdədirlər ki, 

üzümün  yetiĢməsi  üçün  ilə  ən  azı  2500  saat,  10

0

C-dən  aĢağı 



olmayan  temperatur  lazımdır.  Təbii  ki,  bu  mütləq  Ģərt  deyil.  Belə 

ki,  üzüm  becərilən  sıldırım  dağ  yamaclarında  günəĢ  Ģüalarının 

gücü xeyli arta bilər. Ġsti Ģərabçılıq bölgələrində Ģərab günəĢdən az 

asılı  olur,  nəinki  atmosfer  çöküntülərindən.  Ġldə  ən  azı  600  mm 

atmosfer  çöküntüləri  düĢməlidir.  Təbii  ki,  bu  da  ümumi  qəbul 

olunan  qayda  deyildir.  Belə  güman  olunur  ki,  yağıntıların  bir 

hissəsi  yazda,  bir  hissəsi  isə  3-4  aylıq  müddətdən  sonra  yayda 

düĢərsə,  vegetasiya  müddətində  300  mm  yağıntı  da  kifayət  edə 

bilər.  



 

~ 16 ~ 


 

Üzüm  həmçinin  Ģimal  Ģərabçılıq  qütblərində  becərilir.    Digər 

tərəfdən  bir  çox  cənubi  Avropa,  həmçinin  Ģimali  Afrika 

üzümlükləri göstərilən qütblərdən xeyli aralı, 36

0

  enlikdə  yerləĢir. 



Bu  yerlərdə  əsasən  spirtin  yüksək  miqdarına  malik  ağır  Ģərablar 

(xeres, marsala,   «Kipr»  xeresi) və qırmızı kupaj Ģərabları hazırla-

nır.  Cənubi  Afrika  və  Avstraliyada  portveyn  tipli  likor  Ģərablar 

istehsal olunur.  

Son  25  ildə  Ģərabçılıq  tədricən  daha  soyuq  iqlimli  regionlara 

keçirilir. Xüsusilə də bu proses Avstraliya,  cənubi Afrika və Çili, 

həmçinin Yunanıstanda nəzərə çarpır. Kaliforniya və Oreqonda bu 

prosesə  çoxdan  baĢlanılmıĢdır.  Bununla  xüsusilə  ağ  təbii  Ģərab 

istehsalçıları maraqlı olub, məqsədyönlü Ģəkildə soyuq Sakit okean 

iqliminin təsiri altında olan ərazilərin axtarıĢındadırlar.  



 

1.1. 

Avropa ölkələri

 

Fransa.  Avropanın  qədim  və  ən  məĢhur  Ģərab  hazırlayan 

bölgəsidir.  Fransada  Ģərab  istehsalı  bizim  eradan  əvvəl  VI  əsrdə 

meydana  gəlmiĢdir.  Hazırda  Fransa  dünyada  qiymət  baxımdan  ən 

çox Ģərab istehsal edən ölkədir. Onun əsas rəqibləri Ġtaliya (həcmə 

görə)  və  Ġspaniyadır  (üzümlük  altında  olan  sahənin  böyüklüyünə 

görə).  Fransa  ən  qədim  apellyasiya  sistemi  olan  ölkələrdən  olub, 

burada  Ģərabçılığa  və  istehsala  aid  ən  ciddi  qanunlar  hökm  sürür. 

Bir  çox  Avropa  sistemləri  onlar  üzərində  qurulmuĢdur.  Yeri 

gəlmiĢkən  qeyd  edək  ki,  AB  (Avropa  Birliyi)  ölkələri  fransız 

sistemindən istifadə etməkdədirlər.  

Fransa  ənənəvi  olaraq  öz  Ģərablarının  ən  iri  istehlakçısıdır. 

Lakin  son  40  ildə  istehlak  səviyyəsi  azalmaqdadır.  90-cı  illərdən 

bəri  bu  azalma  adambaĢına  20%  təĢkil  etmiĢdir.  Təkcə  bir  faktı 

qeyd  etmək  kifayətdir  ki,  Fransada  bu  göstərici  yalnız  bir  ildə  47 

litrdən  (2007)    43  litrə  (2008)  düĢmüĢdür.  Bu  səbəbdəndir  ki, 

fransız  Ģərabçıları  daha  çox  xarici  bazarlara  ümid  bəsləmək-

dədirlər. Digər tərəfdən həmin səviyyə  potensial  istehlakçılar olan 

Ġtaliya, Ġspaniya və Portuqaliyada  da enmiĢdir.  




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə