Mayelərin səthi gərilmə əmsalının damcı üsulu ilə təyini Ləvazimat



Yüklə 59,98 Kb.
səhifə3/3
tarix28.11.2023
ölçüsü59,98 Kb.
#133608
1   2   3
UNEC 1698229984

Kapillyarda mayenin qalxma hündürlüyünü tapmaq üçün:

  • Hərəkət edən mikroskopun şaquli və üfiqi şkalalarında ən kiçik göstəricilərini tapmalı.

  • Mikroskopun oxunu üfiqi vəziyyətə gətirməli.

  • Mikroskopun hündürlüyünü tənzimləyici vint vasitəsilə tənzimləməli.

  • Mikroskopu kapillyar boruya yaxınlaşdırmalı elə sıxmalı ki, kapillyardakı suyun qalxması görünən olsun.

  • Elə etməli ki, üfiqi eninə naqil yalnız çökük meniskin mərkəzi hissəsinə toxunsun.

  • Mikroskopun şaquli istiqamətdəki vəziyyətinə diqqət yetirməli.

  • Su dolu stəkanı ehtiyatla çıxarmalı.

  • Mikroskopu üfüqi şəkildə hərəkət etdirməli və göstəricinin qarşısına gətirməli.

  • Mikroskopu elə aşağı salmalı ki, üfiqi eninə naqil göstəricinin ucuna toxunsun.

  • Şaquli şkalada müvafiq göstəricilər qeyd olunmalı.

  • İki göstəricinin fərqi (yəni su menisküsünün hündürlüyü və göstəricinin ucunun hündürlüyü) verilən mayenin kapillyarda qalxma hündürlüyünü verməli.

  • Taxta altlığın hündürlüyünü dəyişdirərək təcrübəni təkrarlamalı.

Kapillyar borunun daxili diametrini tapmaq üçün:

  • Kapillyar borunu tənzimlənən qayaq üzərində üfiqi vəziyyətdə qoymalı.

  • Mikroskopu suya batırılan ucda fokuslamalı.

  • Üfüqi eninə naqili A nöqtəsində (şəkil I) daxili dairəyə toxundurmalı. Mikroskopun şaquli şkaladakı göstəricisini qeyd etməli.

  • Mikroskopu yuxarı elə qaldırmalı ki, üfüqi eninə naqil B nöqtəsində dairəyə toxunsun (Şəkil II). Şaquli şkaladakı göstəricisini qeyd etməli.

  • İki göstərici arasındakı fərq, borunun şaquli daxili diametrini (AB) verəcəkdir.

  • Mikroskopu üfüqi şkala üzrə elə hərəkət etdirməli ki, şaquli eninə naqil C nöqtəsində daxili dairəyə toxunsun (Şəkil III). Mikroskopunı üfüqi şkaladakı göstəricisini qeyd etməli.

  • Mikroskopu sağa elə hərəkət etdirməli ki, şaquli eninə naqil D nöqtəsində dairəyə toxunsun (şəkil IV). Üfüqi şkaladakı göstəricisini qeyd etməli

  • İki göstərici arasındakı fərq borunun üfüqi daxili diametrini (CD) verəcəkdir.

  • Üfiqi və şaqulu daxili diametrlərin orta qiymətini hesablayaraq, kapillyarın diametrini hesablamalı. Diametrin yarısı kapillyar borunun radiusunu verir.


Yüklə 59,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə