Mayelərin səthi gərilmə əmsalının damcı üsulu ilə təyini Ləvazimat



Yüklə 59,98 Kb.
səhifə2/3
tarix28.11.2023
ölçüsü59,98 Kb.
#133608
1   2   3
UNEC 1698229984

Işin gedişi



  1. Şaquli vəziyyətə gətirilmiş büretkaya tədqiq olunan maye tökməli, kranı açaraq mayeni qərarlaşmış axınla tədricən damcıladaraq, təmiz yuyulub qurudulmuş və kütləsi əvvəlcədən təyin edilmiş stəkana 50-100 damcı yığmalı.

  2. Stəkanı maye ilə birlikdə çəkib, mayenin kütləsini tapmalı.

  3. Maye kütləsini damcıların sayına bölüb, bir damcının m0 kütləsini tapmalı.

  4. Damcının qırıldığı borunun boğazının radiusunu (r) mikrometrlə bir neçə dəfə ölçüb, onun orta qiymətini götürməli. Böyük dəqiqlik tələb olunmadıqda r radiusu əvəzinə borunun R xarici radiusunun 0.62 hissəsini götürmək olar.

  5. rm0 üçün tapılan qiymətləri (4) ifadəsində yazıb, α-nı hesablamalı.

  6. Təcrübəni müxtəlif saylı damcılar üçün 3 dəfə təkrar edib, səthi gərilmə əmsalı üçün orta qiymət tapmalı. Sonra isə təcrübənin mütləq və nisbi xətalarını hesablamalı.

Laboratoriya işinin simulyasiya vasitəsilə yerinə yetirilməsi
Maye kapillyar boruda qalxarkən sıxlığı ρ olan maye sütununun çəkisi mye səthinə təsir edən səthi gərilmə qüvvəsinn tarazlaşdırır. Onda səti gərilmə qüvvəsi

olar. Burada h – boruda mayenin qalxma hündürlüyü, ρ – mayenin sıxlığı, r – kapillyar borunun daxili radiusu, θ – kənar bucaqdır.
Ləvazimat: təmiz və quru kapillyar, başlığı olan əqrəb, su ilə dolu stəkan, mikroskop, idarə edilən taxta altlıq, altlıqlar və sıxıcılar.


İşin yerinə yetirilməsi

  1. Hündürlüyü tənzimlənən dayağı masanın üzərinə qoymalı və vintlər vasitəsilə dayağın oturacağını üfiqi vəziyyətə gətirməli.

  2. Kapillyar borunu və tıxacdakı göstəricini bərkitməli və sərt dayağa elə sıxmalı ki, kapillyar boru və göstərici şaquli olsun.

  3. Üfiqi dayağın hündürlüyünü elə tənzimləməli ki, kapillyar boru ağzı açıq stəkanda olan suya batsın.

  4. Göstəricini elə tənzimləməli ki, onun ucu suyun səthinə toxunsun.


Yüklə 59,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə