Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə30/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   26   27   28   29   30   31   32   33   ...   159

Antik dövrdə maşınqayırma 

88 

 

qədər  uzanaraq,  sonra  yana  dönür  və  burularaq  yuxarıya  qaldırılır. 



Borunun  bu  ucunda  yandan  başqa  bir  boru  birləşdirilir.  Qutu  suyun 

üstünə  qaldırıldıqdan  sonra  o  hava  ilə  dolur  və  suya  atıldıqdan  sonra 

qutudakı hava borunun uc hissəsindən boruya daxil olaraq, xaric olmağa 

cəhd  edir. Amma  eyni zamanda yan tərəfdəki  deşikdən boruya su daxil 

olmağa  başlayır.  Bu  qutu  suda  l  dərinliyinə  çatana   qədər  baş  verir.  Bu 

zaman  qutudakı  havaya  su  tərəfindən  olan  təzyiq  artır  və  bunun 

nəticəsində suyun boruya  dolması  dayanır. Boruya artıq  daxil  olmuş su 

sonra  qutuda  artan  hava  təzyiqi  nəticəsində  yuxarıya  püskürdülür  və 

borunun  uc  hissəsindən  çıxaraq  oradakı  qaba  tökülür.  Suyun  axması 

qutudakı  hava  qurtarana  qədər  davam  edir.  Sonra  qutu  yenidən  suya 

atılır və proses təkrarlanır.  

Filonun  düzəltdiyi  bu  mexanizmlər  o  dövrdə  “oyunçaqlar”  kimi 

baxılsa da, onlar sonralar ixtira edilən bir çox enerji maşınlarının əsasını 

qoymuşlar.  Antik  dövrdə  Filonun  işləri  onun  davamçıları  tərəfindən 

yüksək  qiymətləndirilmişdir.    Belə  ki,  məşhur  Yunan  mexaniki  Heron 

bir  neçə  əsr  sonra  yazir:”  ...biz  ondan  əvvəlkilərin  işləri  arasında 



Filonun  işlərindən   yaxşısını  tapa  bilmədik....”  Filon  bəzi  sınaqlarını 

Ktesibiosun  işlərindən  göturərək  təkmilləşdirilmiş  formada   təkrar 

etmişdir.  O  başqalarından  fərqli  olaraq    ilk  dəfə  “qarşılıqlı  asılılıq” 

(cisimlərin strukturunda) haqqında   nəzəriyyəni irəli sürmüşdür. Burada 

cisimlərin kiçik hissəciklərdən ibarət olması və bu hissəciklər bir-biri ilə 

qarışdırıldıqda, onların  arasında bir əlaqənin yaranması  fərziyyə edilir. 

Filon  səhv  olaraq  izah  edir  ki,  hissəciklər  bir-birinə  qarışdıqda  onlar 

arasinda  yaranan  cazibə   gucu  kifayət  edir  ki,  hava  ilə  suyun 

qaldırılmasını  və  Klepsidranın  işləməsini  izah  etmək  mümkün 

olsun.   Buna  baxmayaraq,  Filon  antik  dovrdə   mövcud  olan  platonik 

fikirlərdən  fərqli  olaraq  öz  ideyalarını  praktikada  sınaqdan  keçirmiş  və 

bununla  “klassik”  Yunanıstanda  mövcud  olan   atom,   vakuum  

ve astronomiya əleyhdarlarına   ilk  dəfə  olaraq  açıq-aşkar  cavab 

vermişdir.  

 



Antik dövrdə maşınqayırma 

89

 

Romalı Vitruvi ( b.e.ə.  16-cı il) 

 

B

izim  eranın  əvvəlində  yaşamış  yunan  yazıçıları  onu  sadəcə  olaraq 

Vitrivius  adlandırmışlar.  XV  əsrdən  sonra  onun  tam  adı  ilə  bağlı 

müxtəlif  mülahizələr  çap  olunmağa  başlamışdır.  Ona  görə  də,  onu  çox 

vaxt  Faventinin  göstərdiyi  kimi  Vitrivius  Pollio  adlandırırlar.  Roma 

imperatorları  Sezar  və  Avqustun  dövründə  yaşamış  Vitruvi  böyük 

hökmdarlar  üçün  döyüş  maşınlarının  hazırlanmasına,  vacib  tikintilərin 

layihələndirilməsi  və  həyata  keçirilməsinə  rəhbərlik  etmişdir.  Ömrünün 

sonuna  kimi  Vitruvi  sarayla  yaxın  münasibətdə  olaraq  imperatorun 

maliyyə  yardımı  ilə  yaşayıb  yaratmışdır.  Onun  yazdığı  “Memarlıq 

haqqında  on  kitab”  (yun.  De  architectura  libri  decem”)  antik  dövrdən 

bizə  qədər  gəlib  çatan,  öz  dövrü  üçün  bu  sahədə  yeganə  kitab  olub, 

mühəndislik  elminin  əsaslarını  müəyyən  qədər  özündə  cəmləşdirən 

əsərdir  [1.42].  O  da  məlumdur  ki,  Vitruvinin  əlyazmasında  onun  tərtib 

etdiyi  cizgilər  toplusu  itmişdir.  Yalnız  XV  əsrdən  sonra,  onun  işlərinə 

maraq  artdığı  dövrdə  tərcüməçilər  tərəfindən  kitabda  təsvir  olunan 

qurğular mətn  əsasında rekonstruksiya edilmişdir.        

Vitruvi  birinci  kitabın  III  fəslində  memarlıq  haqqında  yazır: 

Memarlıq  üç  hissədən  ibarətdir:  tikinti,  saatların  düzəldilməsi  və 

maşınların  qurulması”.  O, 

Ι



Ι

X  kitablarda  tikinti  sənətinin  incəlikləri, 

su saatlarının düzəldilməsi və astronomiya haqqında öz fikirlərini təsvir 

etmişdir.  Vitruvi  X  kitabda  maşınların  hazırlanmasından  bəhs 

etdiyindən maşınqayıranlar üçün böyük maraq kəsb edir.  

V

ΙΙ



  kitabda  o  yazır:  ”  ...Maşınqayırma  haqqında  həmçinin  Diades, 

Architas,  Arximed,  Ktesibios,  Nimphodoros,  Bizanslı  Filon,  Difilos, 

Democles,  Karita,  Polidos,  Pirrhos,  Aqesistaros  (qədim  yunan 

alimləridir)  yazmışlar.  Bunların  kitablarından  mən  öz  əsərim  üçün 

gərəkli  olan  şeyləri  götürərək,  ümumi  bir  formada  tərtib  etmişəm, 

əsasən  ona  görə  ki,  yunanlardan  mənim  həmyerlilərimə  nisbətən  daha 

çox əsər çıxıb”. Bununla o göstərir ki, romalılar o dövrdə  maşınqayırma 

sahəsində heç  bir  orijinal  şey  ixtira etməmişlər, sadəcə  olaraq bunları 




Antik dövrdə maşınqayırma 

90 

 

yunanlardan öyrənmişlər.    



V

ΙΙΙ


  kitabında  Vitruvi  içməli  suyun  tapılması  və  su  kəmərinin 

şəhərlərə  çəkilməsindən  bəhs  etsə  də,  bizə  onun  V  fəsildə  təsvir  ediyi 

nivelir cihazı haqqında informasiya maraqlıdır. O yazır: “Mən indi Sizə 

su kəmərlərinin şəhər və evlərə necə çəkilməsindən bəhs edəcəyəm. İlkin 

iş  nivelirləmədir.  Nivelirləmə  Diopter,  su  tərəzisi  və  ya  da  Korobatla 

(Chorobat)  aparılır.  Bunlardan  ən  dəqiqi  Korobatdır,  çünki,  o  biriləri  

qeyri dəqiq işləyirlər”. Sonra kitabda Korobatın quruluşu təsvir olunur. 

6  m  uzunluğunda  olan  tarazlayıcı  ağac  əsas  lövhə  ştativ  üzərində  

yerləşdirilir (şəkil 1.54). 

 

       



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1.54. Korobatın Valter Ruffa əsasən təsviri (1548).  

 

Bu  lövhənin  hər  ucunda  perpendikulyar  olaraq  bir  qol  yerləşdirilir  və 



əlavə  çubuqların  köməyi  ilə  əsas  lövhəyə  sərt  bərkidilir.  Şaquli 

vəziyyətdə  olan  qolların  üzərinə  yan  tərəfdən  əsas  lövhəyə 

perpendikulyar  olan  xətlər  çəkilir.  Bu  xətlər  uzrə  əsas  lövhədən,  iplər 

vasitəsilə hər iki  tərəfdən qurğuşun  yüklər asılır. Yüklərin  ipləri  çəkil- 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə