Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   2   3   4   5   6   7   8   9   ...   93

 
12 
pəhləvi  mədəniyyəti  yeni  təşəkkül  etməyə  başlayan  islam 
mədəniyyəti ilə sarsılıyor… 
Çox qüvvətli olan “Quran ədəbiyyatı” bir tərəfdən fars və 
pəhləvilərini  boğarkən  o  biri  tərəfdən  də  oğuzları  öz  qanadı 
altına alıyordu. Bununla bərabər bu maddi və mənəvi qarışıqlıq 
içində  türklər  yenə  çöl  həyat  sistemlərini  yaşayorlardı. 
Müsəlmanlığı  qəbul  etməklə  bərabər  ərəb  ədəbiyyat  və 
bədiyyatına  yabançı  olan  köçəbələr  o  dərəcədə  də  İran 
qövmləri  ədəbiyyatının    təsirindən  uzaqdı.  Bunlar  öz  bədii 
ehtiyaclarını  təyin  edərkən  Orta  Asiyadan  sürükləyib 
gətirdikləri  öz  ağız  ədəbiyyatlarını  davam  etdiriyorlardı”  (1, 
72).  Burada  vurğulanan  əsas  məsələ  etnos  mədəniyyətindəki 
qoruyuculuğun  həyata  keçirilməsi,  milli  yaddaşa  sədaqətin 
hansı  səviyyədə  özünü  göstərməsidir.  Ə.Abid  məsələyə 
bütünlükdə  ədəbiyyat  timsalında  yanaşır  və  doğurdan  da 
konseptual bir təsəvvürün, ortaya qoyulması, formalaşdırılması 
məqsədindən  çıxış  edir.  Əlbəttə  “Quran  ədəbiyyatı”  adı  ilə 
vurğulanan böyük mədəniyyət özlüyündə güclü, həm də lazımı 
qədər  əhatəli  bir  sistemlə  səciyyələnir.  Onun  Azərbaycan 
ədəbiyyatı  tarixində  yeri  və  rolu,  təsirləri  kifayət  qədərdir. 
Klassik ədəbiyyat adı ilə vurğuladığımız dövr özlüyündə uzun 
bir zamanı əhatə edir. Bu ayrıca, həm də lazımı qədər müxtəlif 
istiqamətlər  üzrə  təhlil  olunmuş  və  olunmalı  problemdir.  
Burada  əsas  xətt  M.P.Vaqif  yaradıcılığı  timsalında  açılmalı 
“maddi  və  mənəvi  qarışıqlıq  içində  türklər  yenə  çöl  həyat 
sistemlərini  yaşamalarıdı”.  İslam  mədəniyyəti  fonunda 
yaranmış  ədəbiyyat,  əlbəttə,  orta  əsrlərin  əsas  düşüncə 
hadisəsinə  çevrilməklə  bütünlükdə  qaynaq  olaraq  etnosun 
yaddaşında  olan  əski  mədəniyyəti  əvəzləyə  bilmədi.  Sadəcə 
olaraq bu qarışıqlıq içində, siyasi və ideoloji təpkilər zəminində 
müxtəlif səviyyələrdə güzəştli proseslər özünü göstərdi. Bütün 
bunlar  M.P.Vaqif  yaradıcılığı  timsalında  zəngin  bir 
mədəniyyəti,  rəngarənglikləri  müəyyənləşdirir.  Bunlar  əsasən 
aşağıdakılardır: 


 
13 
a)  əski  türk  düşüncəsində  olan  sistemlərin  M.P.Vaqif 
yaradıcılığında bir bütöv olaraq oyanışı və təkrarlanması; 
b)  arxaik  yaddaşın,  mədəniyyət  tiplərinin  daha  ilkin 
formullarının bədii arenaya gətirilməsi
c)  mövcud  islam  mədəniyyəti  düşüncəsinin  zəngin-
ləşdirilməsi timsalında olanlara original münasibətin görünüşü
ç)  eposdan,  dastan  düşücəsindən  gələn  ənənənin  və 
yaddaş formullarının aparıcı mövqeyə gətirilməsi və nümayişi; 
d) əski türk düşüncəsi ilə islam mədəniyyəti formullarını 
bir sistemdə, düşüncə strukturunda təqdimi
e)  mövcud  olan  klassik  şeir  üslubu  çərçivəsinin  dağı-
dılması və ona yeni əlavələrin gətirilməsi
ə)  ozan/aşıq  kontekstində  ağız  ədəbiyyatının  yazı  ədə-
biyyat müstəvisində aparıcı xəttə dayanışının başlanması və s.  
Əlbəttə  M.P.Vaqif  yaradıcılığı  timsalında  sadaladığımız 
bu  istiqamətlər  bütünlükdə  ədəbiyyatı  səciyyələndirir. 
M.V.Vidadi, Ağqız oğlu Piri, Sarı Çobanoğlu, Əli Qaracadaği 
Kəlibəri və başqalarının yaradıcılığı bunun bariz nümunəsidir.  
Görkəmli ədəbiyyatşünas S.Mümtaz araşdırmalarında M.P.Va-
qif  yaradıcılığına  xüsusi  diqqət  yetirmiş,  onun  Azərbaycan 
şeirindəki  yerini  müəyyənləşdirmək  üçün  ciddi  tipoloji 
müqayisələrə  üstünlük  vermişdir.  O,  “Rudəki  və  Molla  Pənah 
Vaqif”  (“Füqəra  füyuzatı”  jurnalı,  1920,  №  2,  səh.  18-21) 
məqaləsində yazır: “Ustad Əbülhəsən Rudəki ilə böyük Molla 
Pənah  Vaqifin    bir-birlərinə  öylə  çox    bənzəyiş  və  münasi-
bətləri vardır ki, bunları bir azacıq təəmmül ilə nəzər-diqqətdən 
keçirsək  filfövr təsdiq etmək məcburiyyətində qalacağıq.  Hər 
iki  ustad  öz  xalqları  arasında  fövqəladə  bir  hörmətə  nail 
olduqları kimi qeyri-millətlərin  üdəbası nəzdində də ayrıca bir 
şöhrətə  malikdirlər.  Fars  millət  əhli  üçün    Rudəki  nə  isə, 


 
14 
Azərbaycan xalqından  ötrü də Vaqif həmandır. Çünki hər iki 
ədib  müsavi olaraq  bir qüvvəyə və bir istedada malik imişlər. 
Fars  lisani-şirinində  ilk  şeir  yazan  şairlərin    ən  böyüyü  və  ən 
məharətli  ustadı  ustad  Əbülhəsən  Rudəkidir.  Onun  zama-
nınadək  kimsə  Rudəki  qədər  şeir  söyləməmiş  və  fars 
ədəbiyyatını  da  onun  kimi  zənginləşdirməmişdir.  Bu  səbəb-
dəndir  ki,  Ustad  ləqəbi  ilə    şöhrətyab  olaraq  adı  böyük  bir 
ehtiramla  yad  olunmaqdadır”  (74,  262)  Məlum  olduğu  kimi, 
Rudəki  (860-941)  farsdilli  poeziyanın  banisi  sayılır.  Rəvayətə 
görə  anadangəlmə  kor  olan  bu  böyük  sima  zamanında 
mükəmməl  təhsil  almış  və  ərəb  dilinin  dərinliklərinə  lazımı 
qədər bələd olmuşdur. Onun sonradan dünya işığından məhrum 
olması  haqqında  da  şayiələr  dolaşmaqdadır.  Samani  şahların-
dan  Nəsr  bin  Əhmədin  sarayında  məliküşşüəra  titulunu  daşı-
mışdır.  Lakin  məlum  olmayan  səbəblərə  görə  ömrünün 
sonlarında  sürgünlük  həyatı  yaşamışdır.  Dövrünmüzə  qədər 
onun  yaradıcılığından  min  beytə  yaxın  2  qəsidəsi,  40  rübaisi, 
lirik  şeirləri,  “Kəlilə  və  Dimnə”,  müxtəlif  məzmunlu  əsərləri 
gəlib  çatmışdır.  Deyilənə  görə,  130  min  beytlik  zəngin 
yaradıcılığı  olmuşdur.  Təəssüf  ki,  onun  bu  zəngin  yaradıcılığı 
müqabilində  əlimizə  çatanlar  çox  azdır.  Farsdilli  poeziyada 
Xorasan  (Türküstan)  üslubunun  yaradıcısı  kimi  uca  tutulur. 
Göründüyü  kimi,  S.Mümtazın  M.P.Vaqifi  frasdilli  poeziyanın 
ustadı  Rudəki  ilə  müqayisə  etməsi  ciddi  faktaloji 
materiallardan qaynaqlanır. Müəllifin bu müqayisəsində diqqət 
yetirməli  tərəflərdən  biri  öz  milləti  və  digər  xaqlar  arasında 
onların  sənətinə  olan  münasibətdir.  Əlbəttə,  Rudəki  Şərq 
xaqları  ədəbiyyatının  ən  görkəmli  nümayəndələrindən  biri 
olaraq  həmişə  uca  tutulmuş  və  bu  gün  də  həmin  ucalıqda 
dayanmaqdadır.  Mahiyyətində  dayananlar  isə  onun  sənət 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə