Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   2   3   4   5   6   7   8   9   ...   93

 
15 
qüdrəti,  milli  düşüncəni,  bəşəri  ideyaları  qaldıra  və  ifadə  edə 
bilməsidir.  Burada  vurğulanan  “onun  zamanınadək  kimsə 
Rudəki  qədər  şeir  söyləməmiş  və  fars  ədəbiyyatını  da  onun 
kimi  zənginləşdirməmişdir”  qənaətindən  Molla  Pənah  Vaqif 
yaradıcılığına  keçid  və  M.P.Vaqifi  bu  kontekstdə  qiymət-
ləndirmə  təsadüfi  xarakter  olmadan  çox  uzaqdır.  Əksinə  təbii 
bir  düşüncəyə,  türk  şeir  ənənəsinin  qaynaqlarını  öyrənməyə 
hesablanmış  qənaətdir.  Mifdən,  rəvayətdən,  məsəldən, 
səmavilərdən, nəğmədən, bayatıdan, nağıldan, dastandan, xalq 
şeir  ənənəsindən,  eləcə  də  xalq  musiqisindən,  sazdan, 
qopuzdan  gələn  bu  zənginlik,  genefondda  təkraralananlar 
M.P.Vaqif  düşüncəsində,  zəkasında  bir  bütöv  olaraq  ortaya 
çıxır.  Azərbaycan  bədii  məkanında,  bütünlükdə  türk  şeir 
zənginliyində  hadisə  kimi  boy  göstərir.  Böyük  Azərbaycan 
poeziyasının  tarixinə  N.Gəncəvi,  M.Füzuli  ucalığından, 
zirvəsindən  əlavə  yeni  bir  ad,  zirvə  də  əlavə  olunur,  bu  da 
Molla Pənah Vaqif zirvəsidir. Məlum olduğu kimi, N.Gəncəvi 
və  M.Füzuli    təkcə  Azərbaycan  poeziyası  üçün  əlçatmazlıq 
deyil, onun möcüzəsi bütünlükdə Şərq poeziyasının zənginliyi 
timsalında  ölçülür.  Deyilən  qənaətlər  də  daha  çox  məhz  bu 
prizmadan  yanaşma  ilə  müəyyənləşir.  Fikrimizcə,  məsələnin 
mahiyyəti  bir  qədər  də  genişdir.  Yəni  bu  əlçatmazlıq 
bütünlükdə  dünya  poeziyasının  parametrləri  səviyyəsində 
müəyyənləşməlidir  və  belə  də  addımlar  atılmışdır.  N.Gəncəvi 
oğluna ünvanladığı müraciətdə “şeirdən ucalıq umma dünyada, 
çünki  Nizamiylə  qurtardı  o  da”  söyləyirdi.  M.Füzuli 
vurğulayırdı  ki,  “mənim  könlüm  sədəfdir,  sözlərimdi  dürrü, 
qəltani,  dənizdir  elmim,  allah  feyzidir  neysan  barani”  deyirdi. 
Əlavə edirdi ki, “xalq onun müştağıdır”.  Məhz bütün bunların 
səbəbidir ki, bu böyük simalar sağlığından mühitin marağında 


 
16 
olmuş  və  günümüzə  qədər  də  böyük  coşqunluqla  qəlblərə 
hakim kəsilmişdir. Daha doğrusu, M.Füzulinin təbirincə desək 
“xalqı özlərinə müştaq etmişlər”. 
Yenə  qayıdırıq  S.Mümtazın  “fars  millət  əhli  üçün  
Rudəki nə isə, Azərbaycan xalqından  ötrü də Vaqif həmandır” 
qənaətinin  ifadə  elədiyi  məzmuna.  Burada  düşünməli  olursan 
ki,  ədəbiyyatımızın  bütün  qatlarını  öyrənməyə  və  dolğun 
qənaətlər  yaratmağa  çalışan  ədəbiyyatşünas  ailmin  M.P.Va-
qifin əzəmətini, milli  düşüncədəki  yerini aydınlaşdırmaq üçün 
irəli  sürdüyü  konsepsiya  hansı  parametrlərdə  reallığa  bağlanır 
və  nə  dərəcədə  mahiyyəti  ifadə  edir.  Bunun  üçün  təkrar 
M.P.Vaqif  yaradıcılığına  diqqət  yetirmək,  onun  poetik 
sistemində  boy  göstərən  ecazkarlığı  dərk  etmək  və  təşnə  olan 
qəlbə çiləmək lazımdır. S.Mümtazın bu qənaətləri Azərbaycan 
xalqının  qəlbindəki  Vaqif  sevgisinin  əlçatmazlığını  ifadəyə, 
onu  bütünlükdə  mədəni  mühitə  təqdimə  hesablanmışdır. 
Mahiyyət isə sözün əndazəsi, sirli-möcüzəli imkanlılığı, etnosu 
ifadəsi  ilə bağlanır. M.Füzuli vurğulayırdı ki,  “kim nə miqdar 
olsa,  əhlin  eylər  ol  miqdar  söz”.  M.P.Vaqifi  də  sözü,  fitri 
istedadı,  onun  sözünün  böyüklüyü  qədər  uca  və  əzəmətli 
etmişdir.  Xalqın  qəlbində  bir  Vaqif  sevgisi  ucalmışdır. 
S.Mümtazın,  Ə.Abidin,  F.Köçərlinin,  S.Vurğunun  düşün-
cəsində  olanlar  hamısı  eyni  qənaəti  formalaşdırır  və  şairin 
böyüklüyünü  ifadəyə  hesablanır.  Bu  böyüklük  isə  milliliyə, 
etnosun  milli  yaddaşını  qeyri-adiliklə  ehtivaya  bağlanır.  
S.Vurğun “Şairin ölümü” şeirində bu müstəvidə xüsusi olaraq 
vurğulayırdı: 
 
Könlünü bəsləmiş sazlar elində
Deyir mahnısını ana dilində; 


 
17 
Səsinə səs verir dağda çobanlar... 
Bükür qamətini ağır zamanlar... 
Yazır çəmənlərdə yarın seyrini, 
O böyük şairin hər bir şeirini 
Deyir laylasında bizim analar. (92, 113) 
 
Doğurdan da, Vaqif şeirinin sirri, möcüzəsi, sazla, nəğmə 
ilə,  “sazlar  eli”  ilə  bağlanmasındadır,  Daha  doğrusu,  şairin 
könlünün  sazlar  eli  ilə  əlaqəsindədir.  Əsas  məsələ  məhz  bu 
ruhun,  nəğmədən,  bayatıdan,  layladan,  nağıldan,  dastandan, 
xalq  musiqisindən  gələnlərin  Vaqifdə  nə  dərəcədə  ehtiva 
olunmasının müəyyənliyidir. Yazıçı və folklor problemində bu 
başlıca olandır. Düzdür, bəzi sənətkarlarda bunun müəyyənliyi 
üzdə və aydın görünür və onu kifayət qədər əhatəli təhlil etmək 
mümkündür. Ancaq M.P.Vaqif kimi sənətkarlarda bunun axıra 
qədər  açılması  müşkül  olur,  çünkü  bu  elə  xalqın  özünün 
zənginliyidir,  sirlə,  ecazkarlıqla  dolu  olanıdır.  S.Vurğunun  da 
“o  böyük  şairin  hər  bir  şeirini  bizim  anaların  laylasında 
söyləməsi”  qənaəti  həmin  mahiyyəti  ifadə  edir.  Fars-tacik 
şeirinin  qüdrətli  sənətkarı  Rudəki  farsdilli  poeziyada  Xorasan 
(Türküstan)  üslubunun  yaradıcısı  kimi  vurğulanır.  M.P.Vaqif 
isə  türk  yazı  düşüncəsində  milli  konseptin  yaradıcısıdır.  Bu 
yolda bir nümunə olaraq orta əsrlərin keşməkeşlərindən, qarışıq 
zamanlarından  sıxıla-sıxıla,  saray  izdivaclarında  beşinci, 
onuncu  dərəcəli  hesab  edilərək  kənarlaşdırılan  milli  yaddaşın 
qadirliyini, əlçatmazlığını, heç nə ilə müqyisə olunmayacağını 
ortaya  qoydu.  Türk  ruhunun  kimliyini  nümayiş  etdirdi.  Məhz 
bu  səbəbdən  də  S.Vurğun  xüsusi  bir  sevgi  ilə  “Vaqif,  ey 
şerimin könül dastanı” deyirdi və əlavə edirdi ki, “de söhbətin 
hanı,  de,  sözün  hanı”?  S.Vurğun  yaradıcılığında  M.P.Vaqif 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə