www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
93
fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var. O
zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə
xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması
təbii ki, mənim üçün bir qürurdur‖.
Azərbaycan və Bəxtiyar Siracov
Elmin vətəni olmur deyirlər. Çünki elm özü-özülüyündə
bəşəriyyətə xidmətdir. Ancaq alim heç vaxt öz mənsub
olduğu milləti, ―çıxdığı qını‖ unuda bilmir. Elmə,
yəni bəşəri
düşüncəyə xidmət etsə də, ruhu həmişə anadan olduğu
vətənlə bağlı olur. Bəxtiyar Siracov üçün də Azərbaycan bu
anlamı daşıyır.:
―Vətənlə bağlılığım daim olub. Mən həmişə azərbaycanlı
kimi yaşamışam. Azərbaycanlı kimi hərəkət etmişəm. Burda
da ölkəmizin səfirliyi, diaspor ilə əlaqələrimiz var və mədəni
tədbirlərə gedirəm. Görkəmli sənətkarlarımız burda konsert
verir və mən də iştirak edirəm. Yoldaşlarla görüşür,
Azərbaycanla bağlı məsələləri müzakirə edirik. İki ildən bir
də özüm
vətənə gedir, qohumlarla görüşürəm‖
Amma narazı olduğu məqamlar da var…
―17 ildir ki mən burdayam amma hələ də görməmişəm ki,
Azərbaycandan ərizə verib burda işləməyə gələnlər olsun.
Burda çox böyük imkanlar var. Həmyerlilərimiz də bundan
istifadə etsələr, yaxşı olar‖.