MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə24/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
97 
cı ildə mən onu yekunlaşdırıb ortaya qoyanda da hər kəs ona 
şübhə  ilə  baxırdı.  Hər  kəs  düşünürdü  ki,  bu  qədər  ciddi  bir 
müddəaları  işsiz  qalmış  bir  elm  adamı  irəli  sürə  bilməz. 
Kitabımın  nəşr  olunmasına  belə  ciddi  maneələr  göstərildi. 
Amma  zaman  keçdikcə,  bu  elm  bir  çox  beynəlxalq  elmi 
tedbirlərdə  özünə  yol  açmağa  başladı.  Bununla  bağlı 
Almaniyanın  Heydelberq  şəhərində,  Estoniyanın  paytaxtı 
Tallin  şəhərində,  Moskvada  olan  beynəlxalq  tədbirlərdəki 
diqqət  mənə  bir  inam  verdi.  2011  ci  ilin  iyul  ayında 
zəmanəmizin  dahi  alimi  Ə.  Lütfizadə  onun  əsas  tezislərini 
Koliforniya  Universitetinin  qapalı  BİSC  saytında  dünyanın 
ən qabaqcıl alimlərinin müzakirəsinə çıxaranda artıq məndə 
ciddi  bir  ümid  yarandı.  Ondan  sonra  Turkiyənin  bir  neçə 
Universitetində  Ahəngyolun  ciddi  təqdimatı  oldu.  Bundan 
sonra 
dünyanın 
bir 
sıra 
ölkələrindəki 
alimlərlə 
yazışmalarımız  başladı.  İndi  ahəngyol  elminə  Amerika, 
Yaponiya,  İtaliya  və  Türkiyə  alimləri  ciddi  maraq 
göstərməkdədirlər.  İtalyada  dalba  -dal  bir  neçə  məqaləm 
çıxıb.  Amerikada  bu  yaxınlarda  məqalələrim  və  bir  kiçik 
kitabım  nəşr  olunacaq,  inşAllah.  Təəsüf  ki,  həyati 
problemlər  ahəngyolla  arzu  etdiyim  qədər  məşğul  olmağa 
imkan vermir. Yaş isə keçir.‖ Həqiqətən də onun nəzəriyyəsi 
dünya  elmini  dəyişmək  gücündədir?  Əhməd  müəllimdən 
bunu  soruşanda  ―Əlbəttə‖  cavabını  verdi.  Bəs  yeni  elmi 
nəzəriyyə  hansı  orijinallığa  malikdir?  Bu  dəfə  də  alimin 
özünü  eşidək:  ―Ahəngyol  elminin  ən  mühüm  orijinallığı 
orasındadır ki, o indiki elmi sistemlərin prinsipləri əsasında, 
onların  axarına  uyğun  olaraq  formalaşmayıb.  Tamamilə 
orijinal  prinsiplər,  yeni  bir  pradiqma  əsasında  formalaşıb. 
Ahəngyol 
elmi 
dini 
kitablarla 
dünyəvi 
elmlərin 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
98 
98 
qarşıdurmasından  yox, vəhdətindən  yaranıb. Ahəngyol elmi 
dini  kitabların  mahiyyətini  daha  dərindən  anlamağa, 
kodlaşmış,  obrazlı  ifadələrin  arxasındakı  işığı  görməyə 
kömək edir. Bu elm sahəsi müasir Avropa elmi fikrini qədim 
Şərq,  orta  əsrlər  islam  fəlsəfəsinin,  dini  kitabların  sirli 
zirvələrinə,  dərin  gizlinlərinə  apararaq  müasir  elmi 
pradiqmanın 
təkmilləşdirilməsinə 
yönəlib. 
Təsəvvüf 
fəlsəfəsi  bir  zamanlar  dünyəvi  elm  yolunda  ciddi  uğurlara 
nail olsa da onları cəmiyyətə lazımi şəkildə daşıya biməyib. 
Həmin nailiyyətlər bağlı boxçadakı ləl-cavahirat kimi qalıb. 
Ahəngyol  həmin  boxçaları  açmağa  kömək  edir.  Çünki 
ahəngyol, kainatın öz prinsiplərinə uyğun olaraq qurulub. Bu 
elm olduqca sadə və təbii bir müddəa əsasında yaranıb: Yer 
üzü kainatın- vəhdətdə olan vücudun bir hissəsi olduğundan 
yer üzərindəki hər bir addımımız, idarəetmə prosesi məhz o 
zaman  uğurlu  ola  bilər  ki,  o  kainatın  mövcudiyyət  və 
fəaliyyət  prinsiplərinə  uyğun  olsun.  Əks  halda  uğursuzluq 
qaçılmazdır.  Bütün  kainatə  bir  vucuda-  orqanizmə 
bənzətsək, bu vucudun hər bir əzası yalnız və yalnız o zaman 
normal  inkişaf  edə  bilər  ki,  həmin  əza  vücudun 
qanunauyğunluqlarına  uyğun  olaraq  fəaliyyətdə  olsun. 
Milyon-  milyon  illərdir  ki,  kainat  yalnız  və  yalnız  ahəng 
qanunları  əsasında  mövcuddur  və  fəaliyyətdədir.  Ən  kiçik 
zərrəcikdən  tutmuş,  meqa  qalaqtikalara  qədər  hər  bir  varlıq 
yalnız bir nizam- ahəng içində mövcuddur. Bu nizam azaçıq 
pozulduqda belə həmin varlıqda məhv olma prosesi başlayır. 
Ahəngyol  elmi  münaqişə  anlayışını  qəbul  edir,  amma  onun 
mahiyyətini  başqa  cür  təhlil  etməyi  təklif  edir.  Münaqişə 
prosesi,  hər  hansı  bir  prosesdə  çoxvariantlılıq  təbii  bir 
prosesdir.  Amma  biz  o  münaqişəyə  imkan  verməliyik  ki, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
99 
sonunda  ahəngə  aparır.  Dağıntıya  aparan  münaqişəyə  qarşı 
olmalıyıq.  Bu  da  kainatın  prinsipidir.  Çünki,  kainat  özü 
ierarxik  bir  sistemdir  və  ust  sistemlər  daimi  olaraq  alt 
sistemlərdə  baş  verən  münaqişələri,  dağıntıları  ortadan 
götürməyə  çalışır.  Dünyəvi  elmlərin  inkişaf  tarixinə  nəzər 
yetirsək,  iki  dövrdə  bu  inkişafa  ciddi  təsir  edən  hadisələr 
olmuşdur:  1)  Aristotel  dövründə  dünyəvi  elmlərin  diqqəti, 
axarı  daha  çox  rasional  biliklərə  yönəldi.  2)  14  cü  əsrdən 
başlayaraq  dünyəvi  elmlər  sahəsində  diqtə  şərqdən  qərbə 
keçdikdə,  qərb  intellektual  fikri  ―vəhy‖,  ―bəsirət‖,  ―mənəvi 
saflaşma,  kamilləşmə‖  ifadələrinin  mahiyyətini  lazımi 
şəkildə  anlaya  bilmədiklərindən  dini  kitablarla  dünyəvi 
elmləri bir birindən ayıraraq üz-üzə qoydular. Buna görə də 
17  ci  əsrdə  dünyəvi  elmlər  biri  birindən  təcrid  olmağa 
başladı.  Nəticədə  iqtisadiyyat,  fizika,  biologiya,  kimya, 
siyasət,  etika, fəlsəfə və  s. bu kimi elm sahələri  biri birinin 
tələblərini nəzərə almadan, ahəngi pozaraq yer üzünü indiki 
vəziyyətə  gətirdilər.  Ahəngyol  bu  qarşıdurmanı  ortadan 
götürə  bilmək  gücünə  malikdir.‖  Nəzəriyyəni  ilk  olaraq 
dəstəkləyən insanlar Azərbaycanın böyük alimləri professor 
Rafiq Əliyev və dahi Lütfi Zadə olub. Lütfi Zadə onu 2011-
ci ildə dünyanın ən məşhur alimlərinin müzakirəsinə çıxarıb 
və  nəzəriyyə  də  çox  böyük  maraqla  qarşılanıb.  Bəs  alimin 
özünün  nəzəriyyədən  gözləntiləri  nədir:  ―İndiki  vaxtda 
mövcud  olan  fəlsəfədə  ciddi  bir  boşluğun  olmasını  hər  kəs 
etiraf  etməkdədir.  Bu  boşluq  eyni  zamanda  siyasətə, 
iqtisadiyyata, 
mədəniyyətə, 
idarəetmə 
üsullarına, 
ekologiyaya,  demoqrafiyaya  və  s.  keçməkdə,  fəsadlar 
yaratmaqdadır.  Ahəngyol  fəlsəfədəki  bu  boşluğun  ortadan 
götürülməsi  sahəsində  ciddi  bir  addım  kimi  qiymətləndirilə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə