www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
86
Üzü bozarmıĢ qədər...
Göz yaĢından güclüdür,
Inada düĢmüĢ kədər...
Çalın-çarpaz ağrılar
Ürəyə sızmıĢ kimi...
Dilsiz-ağızsız günlər
Ġnciyib susmuĢ kimi...
***
Aprel çiçəkləri...
Məndən daha uzaqlar...
(silsilə)
***
YaddaĢım ağrıyır
YaddaĢım ağrıyır...
Qapısı açılmır ağırlığından...
Üstündə ehram tək ömür daĢları...
Sıxılan zamanın buludlarından
Yağır gözlərimə qum yağıĢları...
Göz yaĢım ağriyır
aman vermədən...
Qan sızır yaralı xarirələrdən...
Dərd ilə yüklənən vaxt səssizliyi
Söz açmır heç zaman ötən sınaqdan...
BozarmıĢ taleyin yolları itmiĢ,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
87
Zamanın üstünü torlar bağlamıĢ,
Bətninə həkk olan yazılarını
Qoruyub dünyadan gizli saxlamıĢ...
BaĢ daĢım ağrıyır ...
daĢ qatlarından
ovulan ümidlər qopub tökülür,
Bir daĢı tərpətsən yerindən oynar,
Üstünə tökülər təməl daĢları...
Altında qalarsan bu ağır ömrün...
Altında qalarsan...
Içini titrədər zəlzələ kimi,
Yağar gözlərinə qum yağıĢları...
hıçqırar ruhunda kədər yaĢları...
oxunmur lövhəsi sirr yığnağından,
YaddaĢım ağrıyır....
ağrılarından...
***
Aran gecələrində göy yerə yaxın olur,
Gecikən yuxuları səhərə yaxın olur...
Nağıl kimi ulduzlar asılır göy üzündən,
Salxım qoralar biĢir Avqustun
bürküsündən...
Havanı cırmaqlayır böcəklərin iĢığı,
Fəzanı sehrləyir rəngbərəng ay qurĢağı...
Çəyirtkələr
zil səslə oxuyur sevgisini,
Dünya susub dinləyir cırcırama səsini...
UĢaqlar yorğun düĢüb arxın lehmə suyundan,
Qovhaqovla qısalan günün uzunluğundan...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
88
Küləklərə açılır çiçək qoxulu əllər,
“Xan gilavar” səsləyir qara gözlü gözəllər...
Macəra tək qoxuyur ətirli çöl otları,
Aran gecələrinin unudulmaz notları...
***
***
Zaman tuneli
Zamanın qapatdığı sədlərin arasından
Vahimələr Ģütüyür qaranlığın bətninə...
Tunel kimi uzanan sürət qatarlarının
Həyəcan siqnalları
Vaxtla üzbəüz yenə...
Zamanın yaddaĢından küt gedir yapdıqları,
UnudulmuĢ zəfərlər tarixlərdə küllənir...
Sıyrılan düĢüncələr hərbin alovlarında,
DöyülmüĢ qılınc kimi,
Zindan üstə dillənir...
YaddaĢın hər qatında laxtalanmıĢ ümidlər,
Məğlubların çökdüyü əsrlər zəbt olunmuĢ...
Dünyanın daĢ lövhələr üstünə həkk etdiyi
Tarix – kinolent kimi,vaxt çarxına
dolanmıĢ...
Insanın idrakında sonsuz zaman axını,
Qovur küləklərini sonsuzluqdan sonsuza...
Cəzbinin çevrəsində külli-aləm fırlanır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
89
Oxundan çıxan daĢlar dönür uzaq ulduza...
Hər kəsin keçdiyi yol – cansız zaman
tuneli,
Nəfəssiz kölgələrin çəkildiyi uzaqlar...
Nə dadı,nə qoxusu...
Yuxu tək toxunulmaz,
Vaxtın hər keçidində möhürlənmiĢ
yasaqlar...
Heç kim adlaya bilməz öz-özündən uzağa,
Bir addım atmaq olmaz öz-özündən
kənara...
Hər kəs öz içindəki zəncirlərin məhbusu,
Hər kəs kimsənin deyil,öz-özünün
məhbusu...
***
Dərdin qurumuĢ qabığı
Ovxalanıb ovcuma tökülür...
Ağlımın dolaĢıq döngələrində
Növbəsiz ağrılar
qarmaqarıĢıq...
Yorğun səksəkələr
düĢüncələrdə
Açılır...örtülür –
qaranlıq...iĢıq...
Oxunmur yaddaĢda qara-
qorxular,