Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə119/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   115   116   117   118   119   120   121   122   ...   131

492
İKİNCİ  KİTAB
heç  cür  imkan  vermək  olmazdı.  Ona  görə  də  ərəblərin  təkidi  ilə 
(cəza  verməni  belə  tətbiq  etməklə)  Novruz  bayramının  7  “şin”  (ş) 
süfrəsi yuxanda göstərdiyimiz 7  “sinə” (s) çevrildi.268
Ərəblər nəinki bu xalqlann qədim bayramı olan Novruz bayra­
mını  ləvğ edə  bilmədilər,  hətta özləri  də bu xalqlann təsiri  altına dü­
şərək  Novruzu  bayram  etməyə başladılar.  Bu  haqda  Ömər  Xəyyam 
özünün  “Novruznamə”  əsərində  yazır  ki,  ərəb  xəlifələri  Novruzu 
bayram  etməkdə  sasaniləri  də  ötüb  keçdilər.  Əbu  Reyhan  Biruni 
“Asarül-baqiyə”  əsərinin  215  səhifəsində  və  Qəzvininin  “Əcayibül- 
məxluqat”  əsərində  verdikləri  hədisdə  Məhəmməd  Peyğəmbərin 
Novruz  bayramının  gözəlliyindən  danışdığını  və  Novruz  halvasını 
təriflədiyini qeyd etmişlər.
Bu  sahədə  tədqiqat  aparan  Həsən  Taqizadə  özünün  “Gah  şo- 
mari”  əsərində  yazır ki,  ərəblər  Novruz  bayramını  öz  adətlərinə  da­
xil  etdilər.  Məhz  buna  görə  də  ərəb  dilində  ərəb  şairləri  tərəfindən 
yazılmış  bir  çox  şeirlərdə  Novruz  bayramı  böyük  məhəbbətlə  vəsf 
olunmuşdur.269
Göstərdiyimiz  kimi  tatların bir  sıra elə  adətləri,  ənənələri  var­
dır ki,  onlar qədim  mədəniyyət abidəsi  olan ölməz “Avesta”  əsərin­
dəki adətlər və qeydlərlə eyilik təşkil edir və ya buna çox yaxındır.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
493
TATLARDA  EV  TİKMƏK, 
TƏSƏRRÜFAT  QURMAQ
Tatların  təsərrüfata,  iş  heyvanlarına  və  s.  olan  münasibəti  də 
“Avesta” ilə yaxınlığı nöqteyi-nəzərdən diqqəti cəlb edir. Bunlardan 
bəzilərinə tatların münasibətini nəzərdən keçirək.
“Avesta”dakı  rəvayətdə  göstərilir ki,  Duraqan  adlı  nəhəng  və 
qorxunc  dev,  Zərdüşt  hələ  dünyaya  gələn  gündən  çox  narahat olur, 
ömrünün  sonuna  qədər  onunla  vuruşacağına  söz  verir.  Tədqiqat 
zamanı  məlum olmuşdur ki,  tatlar qorxunc,  heybətli,  qəzəbli  heyva­
na və  ya insana eynilə  “duraqan”  (bəzən də  buraqan) deyirlər ki, bu 
da dev  sifətli,  dev şimalı  deməkdir.  Tatlardan  biri  (Quba rayonunun 
Gümür  tatlarından)  adamlara  hücum  etməyə  hazır  dayanmış,  ayaq­
lan  ilə  yer eşən öküzü  göstərərək dedi  ki,  in cingou aqasde  duraqan 
həzürü  şiqəm  varzünü  -   bu  cavan  öküz  Duraqan  kimi  (yəni  dev 
kimi) qann yırtmağa hazırdır.  Yaxud sürünün qabağında gedən buy­
nuzlan  haçalanmış iri təkədən danışanda deyirlər:  Buraqan bəqənşəl 
süri  aftare -  Buraqan  sürünün qabağına düşüb  gedir.  Yaxud, qəzəb­
lənmiş bir kişi  haqqında deyirlər:  aqasde duraqan hürsin bire -  dura­
qan kimi qəzəblənmişdir.
Tatlann  fikrincə  insanın, ən  ümdə  vəzifəsi  məhz  bu  həyatda, 
yaşadığı real dünyada ev  tikmək,  ailə qurmaq, nəsil artırmaq, oturaq 
həyat keçirmək,  əkinçilik etmək,  mal-qara bəsləməkdir. Tatlann fəl­
səfəsinə görə insanın bu dünyada rahat yaşaması üçün  lazım olan ən 
zəruri  şəraiti  yaratmaq  hər  bir  tatın  borcudur:  “Buna  bu  dünyada 
müvəffəq  olanlar  Allahın  yanında da əziz olurlar və  əbədi  dünyada 
da əbədiyyət rahatlığı  ilə təmin olunacaq,  bolluq və şənlik içərisində 
yaşayacaqlar”.  Bunu üçün isə işləmək,  əkin  əkmək,  torpaqdan yapı­
şıb  qalmaq  lazımdır.  Məhz  belə  olmayan  adamlara  -   torpağa  bağ­
lanmayıb  köçəri  həyat  keçirənlərə,  ailəsi,  evi-eşiyi  olmayan  şəxslə­
rə,  özləri  kimi  oturaq  həyat  tərzi  keçirməyənlərə  tatlar həqarət  gözü 
ilə baxır,  ələ  salır,  “qareçi”  (qaraçı),  “aqasdə  qəreçi”  (qaraçı  kimi),


494
İKİNCİ KİTAB
“qaraçigeri  saxtəgar”  (qaraçılıq-köçərilik  edən),  “xunəbədüşə 
ədəmi”  (evi-eşiyi  belində  olan  adam),  “sunsüzə  məzlum”  (uşağı  ol­
mayan  yazıq)  və  s.  deyərək onları  adlandırırlar.  Tatların  ictimai-fəl­
səfi  fikrinin  əsasını  təşkil edən,  onların maddi  həyata olan  bu müna­
sibəti  heç  də  təsadüfü  deyildir.  Bu  heç  də  maddi  həyatın  puç  oldu­
ğunu,  bu  dünyanın  müvəqqəti  olub  mənasız  olduğunu  deyərək  bu 
dünyada  insanlarda  pessimistlik  və  tərki-dünyalıq  hissini  aşılayan 
tələbin mistik fəlsəfəsinə oxşamır.  Bir çox  adət və əqidələrində Zər­
düşt dininin  mühüm tələblərini  hifz etmiş  tatlar bu məsələdə -   yəni 
maddi  real  həyata  münasibətində  də  Zərdüştizmə  sadiq  qalmışdır. 
Məlumdur  ki,  “Avesta”da  göstərildiyi  kimi,  Zərdüşt  dövründə 
adamlar iki  qrupa bölünürdülər:  1.  Oturaq həyata laqeyd olub köçəri 
həyat keçirən,  əkinçilik etməyib bu aləmin özünə yabançı  olan,  ailə­
yə  -   nəsil  artırmağa  tərəfdar  olmayanlar;  2.  Oturaq  həyat  keçirən, 
əkinçiliklə məşğul  olan,  heyvanlar bəsləyən,  təbiətə ehtiramla yana­
şıb Günəşə,  Aya,  torpağa,  yağışa,  oda,  torpağın qan damarı  olan bu­
laqlara hörmət edən,  ailəyə qayğı  ilə yanaşan,  köçərilikdən, çöllərdə 
və  səhralarda  çadımişinlik  etməyi  tələb  edən  adətlərdən  əl  çəkən 
qrup. Zərdüşt özü məhz ikinci qrup adamlara aid idi.  O,  öz asayişini 
çöllərdə,  köçərilikdə  axtaran,  başqalarının  malını qarət edib  incidən 
bu  köçəri  quldurlara  düşmən  idi,  onları  qara  qüvvə  olan  devlərin  -  
Əhrimənin  dostu,  yalan  və  narahatlıq  toxumu  adlandırır,  daima on­
ları  köçərilikdən  əl çəkib oturaq həyata keçməyə, bu “doğru həyatın 
doğruçu  adamları  olmağa  çağırırdı”.270  Təsadüfi  deyil  ki,  Ahura- 
mazda  “Ən  böyük  qanun  hansıdır?”  sualına  cavab  verərkən  demiş­
dir: “Ən öyük qanun torpaqda yaxşı,  sağlam toxumlar əkməkdir” .271
Qədimdən  oturaq  həyat  keçirən  və  torpağa  ehtiramla  yanaşan 
tatların  fəlsəfəsi fikrində yuxanda göstərdiyimiz amillər məhz Zərdüşt 
dini təliminin müasir məişətdə qalan təzahürləri, nişanələridir.
Torpağa böyük ehtiram  və məhəbbətlə yaşayan  tatlar,  onu in­
sanın  yaşayış  mənbəyi,  yemək  çeşməsi  adlandırırlar.  Ona  görə  də 
torpağı  təhqir etmək olmaz. Tatlar birini  öz sözünə inandırmaq üçün 
əlinə bir ovuc  torpaq götürüb  and içir:  bə  in xak sögənd -  bu torpa­
ğa and  olsun;  onun  andına inanmayan  az olur.  Bu  and oddan  sonra
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
495
ikinci  tutarlı  anddır.  Çünki  adamı  yedizdirib-geyindirən  bu  həyat 
mənbəyinə -  torpağa inanmamaq olmaz. Torpağa olan ehtiramın da­
vamı  olaraq  tatların  əqidəsində  bu  yeri  belləməkdə,  şumlamaqda, 
əkib-becərməkdə  yaxından  iştirak  edən,  bu  mühüm  işdə  -   təsərrü­
fatda  onun  köməkçisinə  -   təsərrüfat-istehsal  vasitəsi  olan  qoşqu 
heyvanlarına  xüsusi  ehtiram  yaranır.  Təsərrüfatın  ağır  sahələrində 
insanın  ən  birinci  köməkçiləri  olan  bu  heyvanlara  qayğı  ilə  yanaş­
maq,  onları  incitməmək,  vaxtlı-vaxtında  yedirdib-içirtmək,  həddin­
dən  artıq  onu  zəhmətə  salmamaq  (çünki  o,  tez  sıradan  çıxa  bilər) 
əkinçilik  və  təsərrüfatla  məşğul  olan  hər  bir  tatın  borcudur.  Bu  cə­
hətdən  tatların  öküzə olan münasibəti diqqəti cəlb edir. Tatlar təsər­
rüfatın  ən  ağır  sahələrində  işlədilən  öküzə  xüsusi  hörmətlə  yanaşır­
lar. Tat kəndlərində  indi də heç vəchlə sağlam öküzü kəsmək (toyda 
və ya başqa bir münasibətlə) olmaz.  Bu cür adamı təsərrüfatın, əkin­
çiliyin düşməni adlandırırlar, qohum-qonşu ona yaxşı gözlə baxmır­
lar,  belə  adam  kənd  içində  hörmətini  itirmiş  olur.  Tatlar  yalnız  şi­
kəst olmuş, yaxud qocalmış öküzü kəsməyə razılıq verirlər.
Tatların şüurunda təsərrüfat heyvanlarına,  xüsusilə öküzə olan 
bu  münasibət  də  təsadüfi  deyil,  onun  da  ideoloji  kökü  vardır.  Belə 
ki,  ən  qədim  dövrlərdən  başlayaraq  Şərqin  irandilli  qohum  xalqla­
rında  öküzə  belə  münasibətin  ən  parlaq  nümunələrini  görə  bilərik. 
Bunun  da  əsasını  Zərdüşt,  onun  dini  ideyası  qoymuşdur.  Bu  haqda 
“Avesta”  da  (“Yəsna”  kitabında  20-ci  mahnının  44-cü  bəndində) 
oxuyuruq:  Devlər öküzləri torpaqda işlətməkdənsə onlara zülm edir­
lər.  Öküz  torpağın  bərəkətini  artırmaq  üçündür,  zülm  üçün  yox”272 
(Yəsna,  10/32).Zərdüşt xalqa müraciətlə demişdir ki,  təsərrüfat hey­
vanlarını,  xüsusilə öküzü məhv edən adamlar da bizim üçün düşmə­
nimiz  olan  devlər  qədər  düşməndir;  bizim  düşmənimiz  o  adamdır 
ki,  öküzləri  və  otlaqları  məhv  edir  (Yəsna,  10/32).  Təsərrüfatda  ən 
ağır işləri  yerinə yetirən,  torpağın məshul verməsi üçün insan əlində 
əsas qüvvə olan oturaq əkinçinin dolanacaq dirəyi olan öküzü qədim 
adətlərə  əsasən  qurban  kəsənlərə  qarşı  Zərdüşt  və  tərəfdarlarının 
əkilçilik iqtisadiyyatında yeni bir islahat idi.  Zərdüşt öküzü  kəsənlə­
rə  nifrətini  bildirərək  cihad  elan  etmişdi:  Ya  Ahuramazda!  Lənət


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə