Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə117/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   113   114   115   116   117   118   119   120   ...   131

484
İKİNCİ KİTAB
Bəzi  çubuqları  tatlar  heyvana,  insana  vurmazlar  ki,  guya  pis 
niyyətli,  bədbəxtlik  gətirən  ağacm  çubuğudur.  Məsələn  mir-mirin, 
murdalçə,  cavaknaşuş  adlı  ağac  çubuqlanndan  adətən  istifadə  et­
məzlər.
Bəzi bitkilər tatlar arasında təbii dərman və məişət vasitəsi kimi is­
tifadə olunur.240 Aşağıda belə bitkilərin bir neçəsinin adlarını  və işlənmə 
sahələrini veririk.
Kürminə güyo,  gəznə  -  (gicitkən) -  qarnında qurd olan  heyvana 
verilir.
Handalu  (hərdəlu) -  əvəlik -  guya zökəm üçün dərmandır.  Düyü 
ilə qaynadılıb xəstəyə verilir.
Pumə  (yarpız),  mərzpumə  (kəklik  otu)  -   qann  ağrısına  düşmüş 
adama  yumurta  san sı  və  çayla  qanşdınlıb  verilir.  Guya bu  xəstəni  sa­
ğaldacaqdır.
Coruxər:  Enli  yarpaqlı  yaşıl  bitki.  Zəli  verilmiş  bədən  hissəsinə 
qoyulur. Təbii yod kimi işlədilir ki, bu da zəlinin ağız yerindən çıxan qa­
nı dərhal kəsir.
Üzərlik  (üzərlik),  tüstüsünü  sancılanmış  ata  verirlər.  Guya  bu­
nunla da atın sancısı kəsilir (Bu bitkidən bir dəstə qapıdan asırlar ki,  bu 
evi bədnəzərdən saxlasın).
Ruqaııaz,  sancacu,  siyagüyo  adlı  bitkilərdən  qırmızı,  san,  aara, 
rənglər almaq üçün istifadə olunur (bunlarla adətən sap boyayırlar).  1
Tatlann ən möhkəm və cəmiyyətdə ən ciddi  surətdə riayət olunan 
adətlərindən  biri  də  əl  öpmək  adətidir.  Kiçiklərin böyüklərə  hörmət  və 
ehtiram əlaməti  olaraq məclisə  gələrkən,  evə  girərkən,  küçədə  görüşər­
kən  cavanlar qocal arın,  böyüklərin  əlini  əyilib  öpür,  sonra öpülmüş  əli 
öz  almlanna  vururlar.  Bunu  eynilə  qadınlar  haqqında  da  demək  olar. 
Yaşma və  hörmətinə görə qadınlar kişilərin  əlini öpdükləri kimi,  kişilər 
də  yaşlı  qohum  qadma,  qoca ev  sahibəsinə hörmət əlaməti  olaraq onun 
əlini  öpür,  almlanna  vururlar.  Çox  vaxt  tatlar  qadının  əlini  öpmək 
əvəzində onun paltarının qolunu öpməklə həmin vəzifəni yerinə yetirmiş 
olur,  bununla da  öz  hörmət  və ehtiramım  həmin  yaşlı  qadına bildirmiş 
olur.  Paltannın  qolunu  öpməyi  tatlar  qoca  kişilər  haqqında  da  tətbiq
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
485
etməyi  qəbahət saymır və  onlann  paltanm  öpməklə  də öz ehtiramlarım 
onlara bildirmiş olurlar.
Tatlar  içərisində  olan  bu  əl  öpmə  adəti  onlarda  heç  də  təsadüfi 
olmayıb,  tarixi  ənənəyə  əsaslanır.  Belə  ki,  bu  adət indi  bir sıra irandilli 
xalqların  Şərq adətləri  içərisindən çıxmış olsa da qədim  dövrlərdə,  hələ 
sasanilər  sülaləsi  hökmranlığı  zamanı  bu  adətin  İran  xalqları  içərisində 
yayıldığı məlumdur. Sasanilər dövründə şahın görüşünə gələn adam baş 
əyərək onun əlini  öpməli  və alnına  vurmalı  idi.242 Padşaha olan bu hör­
mət o  demək  idi  ki,  onun  böyüklüyünü qəbul  edir və  təsdiq edirlər.  O, 
“din və niru-e yezdanın”  (Allah dini və qüdrətinin) hamisi, qoruyucusu, 
Allahın  yerdəki  nümayəndəsi  və  canişinidir.  Tədricən  bu  adət sasanilər 
dövründə sadəcə olaraq şahın zər xələtinin qolunu öpməklə əvəz olundu. 
Çünki,  şah  öz  əlinə  müxtəlif dodaqlann  dəyməsinə  yol  verməmək  və 
onun  əlinə müxtəlif adamlann  nəfəsinin  dəyməsinə  imkan yaratmamaq 
üçün təkcə xələtinin qolunu öpməyə razılıq verdi. Sasanilər dövründə bu 
adət təkcə sarayda -  şah üçün deyil,  ümumiyyətlə hamı  üçün adət oldu. 
Belə  ki,  bu  dövrdən  başlayaraq  xalq  arasında  bu  adət  yayıldı;  kiçiklər 
böyüklərin  əlini  öpməklə  öz  ehtiramını  onlara  bildirirdilər.243  Bu  adət 
islamiyyət  dövründə  təkcə  nəinki  sadə  ərəblər içərisinə  yayıldı  (tabeli­
yində olduğu və ya hörmət etdiyi adamın əlini öpmək), həm də xəlifə sa­
rayına yol  taparaq xilafətin  saray qanun  və normalarından  birinə çevril­
di.  Ərəb  istilası  dövründə  irandilli  xalqların  bir  sıra  mədəni  və  ictimai 
adət və qaydaları təsiri altına düşən  ərəblər244 əl öpmək adətiııi  də qəbul 
edib öz  saraylanna  tətbiq  etdilər.  Lakin  sonralar ərəb  xəlifələri  sarayda 
onlann  əlini  öpmək  adətini  qadağan etdilər və  onu  xəlifənin  qarşısında 
baş əyərək yeri öpmək adəti ilə əvəz etdilər.245
Yuxarıdakı  izahatdan  göründüyü  kimi  islam  dövründən  qabaq 
hələ  qədim  əsrlərdən  məlum  olan  bu  adət  indi  də  tatlann  adət  və 
ənənələri içərisində geniş şəkildə qalır.
Tatlann uzaq dağ kəndlərində hələ bu gün də çobanlar çöldə bəzən 
qov  və  çaxmaq  daşından  istifadə  edir,  qovu  çaxmaq  daşına  çaxmaqla 
onu alışdıraraq tonqal qalayır, papiros yandınrlar. Bu məqsəd üçün onlar 
yanlannda qov və çaxmaq daşı, qayışdan asılmış və çaxmaqdan qığılcım 
çıxarmaq  üçün  istifadə  olunan  dəmir parçası  (kibrit qutusu  islana  bilər


486
İKİNCİ KİTAB
və  s.)  bu  gün  də bu  çobanların zəruri  vasitələrindəndir.  Əlbəttə, bu heç 
də təəccüblü deyil.  Belə halı bir çox xalqların müasir həyatında da mü­
şahidə  etmək  olar.  Bir  qayda  olaraq  yollardan,  sənaye  mərkəzlərindən 
uzaq  olan,  əldən-ayaqdan  kənar,  dağlarda  yerləşən kəndlərdə  ən qədim 
və  primitiv-ibtidai  qaydalar  daha  çox  qalır.  Çünki  mədəni  inkişaf  bu 
yerlərə  çox  gec  gəlib  çatır.  Misal  üçün  İranda  Mazandaran  vilayətinin 
dağ rayonlarından olan  Ramyanda İranın şimal  vilayətləri üçün xarakte­
rik olan ən qədim adət və ənənələr qalmışdır. Elbrusun başı qarlı dağ sil­
siləsinin  ətəklərində,  sərt  qayalar  üzərində  yerləşən  bu  kəndlər  bəzən 
texnikanın yeniliklərinə,  sənaye məhsullarına və  s.  indi  də şeytan  əməli 
kimi baxır, ondan istifadəni günah hesab edirlər. Belə ki, Ramyan rayo­
nunun  cənub  kəndlərindən  olan  və  Qələyə  Mazan  dağının  ətəyində 
yerləşən  Paqəle  kəndində  kibritə  laqeydlik  indi  də  hökm  sürməkdədir. 
Bu  kənddə  nəinki  çobanlar,  hətta  kənd  evlərinin  bir  çoxunda  çaxmaq, 
qov,  çaxmaq  daşından  istifadə  olunur.  Bu  kənddə  əşkanilər  dövründə 
tikilmiş qədim qala nişanələri qalmışdır ki, bu da həmin kəndin qədimli­
yini  sübut edir.246 Ona görə də məhz belə kəndlərdə  adət-ənənələrin qa­
lıqlarını axtarmaq lazımdır. Hələ nə qədər gec deyil tarixin canlı şahidlə­
ri olan bu kəndləri qanş-qanş gəzmək, dolaşmaq, dil, ləhcə, adət-ənənə­
lərini öyrənmək lazımdır. Tatlann yaşadığı belə kəndlər də az deyil. Bir 
sım  arxaik  adət-ənənələri  qoruyub  saxlaya  bilmiş  belə  qədim  kəndləri 
Azərbaycan  ərazisində  axtarıb tapmaq tarix qarşısında etnoqrafiyamızın 
və tarixçilərimizin vətəndaşlıq borcu, sənət vəzifəsidir.
Belə kəndlər isə Azərbaycanda -  bu qədim diyarda heç də az deyil.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
487
TATLARDA  NOVRUZ  BAYRAMI
Tatların  bayramları  keçirməsi  də  maraqlıdır.  Bu  məsələdə  də 
diqqəti  cəlb  edən  cəhətlər  çoxdur.  Bu  bayramlardan  biri  də  Şərqdə 
geniş yayılmış Novruz bayramıdır.
Tatlar  Novruz  bayramı  günlərində  süfrəyə mütləq  təzə  pendir 
qoyar,  piyalədə  buxarlanan  süd,  yaxud  süd  xörəkləri  düzərlər.  Bu 
qayda -  yəni  süd  və  süd məhsullarını  novruz süfrəsinə  düzmək hələ 
ən  qədim dövrlərdə  zərdüştil ər,  sonra isə  ümumiyyətlə  iranlılar ara­
sında geniş yayılmış məcburi  qanun  idi.  Bu  xüsusda Abbasilər xəli­
fəliyi  dövründə  yaşamış  tarixçi  Əbi  Osman  ibn  Ömər  ibn  Bəhıəl 
Cahez-əl-Əlamət-əl-Bəsrinin  ərəb  dilində  yazdığı  “Ketab-əl-Məha- 
sin  vər-əzdad”  əsərində  deyilir:  Novruz  bayramı  günündə  padşahın 
ilk  yediyi  şey  təzə  süd  və  pendir olardı.247  Bu  müəllif davam edərək 
yazır ki,  elə buna görə də  iranlılar novruzda süd  və  pendir yeməyi  sa­
vab hesab edirlər.  8
Bəs  niyə  tatlar  indi  də  bu  yeni  il  şənliklərində  süfrəyə  məhz 
süd  məhsulları  qoymağı  vacib  sayırlar?  Çünki  onlar  ağ  rəngdədir. 
Ağ rəng  isə  əminamanlıq  əlamətidir.  Ağ  rəng  sülh,  azadlıq,  bolluq 
deməkdir.  Ağ  rəng  əminamanlıq,  bolluq  və  xoşbəxtlik  rəmzi  kimi 
bir çox xalqlarda,249 o cümlədən də tatlarda olduğu kimi İran xalqla­
rında da geniş yayılmışdır.  Qədim sasanilər Novruz bayramını  qeyd 
edərkən  bir  qayda  olaraq  ağ  gümüş  məcməyidə  süfrəyə  yeddi  ağ 
piyalə, yeddi  ağ dirhəm,  ağ şəkər,  təmizlənmiş  ağ qoz ləpəsi, süd və 
pendir,  nəhayət  ağ rəngli şahin  quşu  qoyardılar (eləcə  də  quş həmin 
gün  azadlığa  buraxılardı).  Şübhəsiz  ki,  bunlar  sasani  padşahlarının 
ağ  rəngin  magik  qüvvəsinə  inamını  göstərirdi.  Bununla  da  onlar 
belə qənaətə  gəlirdilər ki,  yeni  ildə  müqəddəs  ruhlar ağ rəngin  ilahi 
köməyi  ilə  onların  əminamanlığmı  təmin  edəcəkdir.  50  Ağ  rəngə 
olan  müqəddəslik  və  əminamanlıq münasibətini  indi  də  vuruşan  iki 
tərəfin  o  birisinə  sülh  təklif edərkən  ağ  rəngli  bayraq  götürməsində 
görmək olar ki, buna heç şübhəsiz həmin rəngə olan qədim ilahi qüvvə 
inamının davamı kimi baxmaq lazımdır.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə