HƏYATIN GERÇƏK MƏNŞƏYİ
290
Təbiətdəki məlumatın mənşəyi
Elmin ortaya çıxardığı bu nəticəni təbiətə uyğunlaşdırdığımızda isə çox
əhəmiyyətli faktlarla
qarşılaşarıq. Çünki təbiət DNT nümunəsində olduğu kimi
hədsiz məlumatla doludur və bu məlumat maddəyə reduksiya edilməyəcəyinə
görə maddə üstü qaynaqdan gəlir.
Təkamül nəzəriyyəsinin ən öndə gələn müdafiəçilərindən biri olan Corc
C.Uilyams bir çox materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti
qəbul edir. Uilyams materializmi uzun illər boyu müdafiə etsə də, 1995-ci il
tarixli yazısında hər şeyin maddə olduğunu fərz edən materialist (reduksiya
tərəfdarı) yanaşmanın yanlışlığının belə ifadə edir:
Təkamülçü bioloqlar iki fərqli sahədə çalışdıqlarını indiyə qədər fərq edə
bilmədilər. Bu iki sahə maddə və məlumatdır... Bu iki sahə “reduksiya”
olaraq bildiyimiz düsturla əsla bir araya gətirilə bilməz... Genlər maddi
obyekt olmaqdan çox məlumat paketidir... Biologiyada genlər, genotiplər
və gen hovuzları kimi anlayışlardan bəhs etdiyinizdə məlumat haqqında
danışmış olarsınız, fiziki objektlər haqqında deyil... Bu vəziyyət, məlumatın
və maddənin yaranmasının iki fərqli sahəsi olduğunu göstərir və bu iki
fərqli sahənin mənşəyi də ayrı-ayrı araşdırılmalıdır.
385
Dolayısı ilə, təbiətdəki məlumatın qaynağı da materialistlərin zənn
etdiyinin əksinə olaraq maddənin özü ola bilməz. Məlumatın qaynağı maddə
deyil, maddə üstü üstün Ağıldır. Bu Ağıl maddədən əvvəl var. Maddə Onunla
var olmuş və təşkil edilmişdir.
Dünyanın ən əhəmiyyətli universitetlərinin önündə gələn MİT-də
(Massachusetts İnstitute of Technology) fizika və biologiya fakültələrində
çalışmış və eyni zamanda
“The science of God” (Allahın elmi) adlı məşhur kitabın
yazıçısı olan yəhudi elm adamı Cerald Şrederin bu mövzu haqqında olduqca
əhəmiyyətli izahları var. Şreder
“Science reveals the ultimate truth” (Elm mütləq
həqiqəti ortaya qoyur) adlı yeni kitabında molekulyar biologiya və kvant fizikası
kimi elm sahələrinin ortaya qoyduğu nəticəni belə ifadə edir:
Bir şüur, universal ağıl bütün kainatı əhatə etmiş vəziyyətdədir. Atom altı
maddələrin təbiətini araşdıran elmi görüşlər bizi təəccübləndirən nəticəyə
gətirmişdir: Var olan hər şey bu ağılın təzahürüdür. Laboratoriyalarda
bunun əvvəl fiziki olaraq enerji kimi əlavə olunan və sonradan maddəni
formalaşdıran məlumat olduğunu təcrübə edirik. Hər parça atomdan insana
qədər hər varlıq bu məlumatın, bu ağılın bir
mərhələsini
təmsil edir.
386
Şrederə görə dövrümüzün əldə etdiyi elmi nəticələr elm və texnologiyanın
ortaq nöqtədə birləşməsini təmin etmişdir. Bu, yaradılış gerçəyidir. Elm
insanlığa ilahi dinlər tərəfindən min illərlə çatdırılan bu həqiqiəti kəşf etmə
nöqtəsinə gəlmişdir.
MƏLUMAT NƏZƏRİYYƏSİ və MATERİALİZMİN SONU
291
Materialist etiraflar
Canlılığı meydana gətirən əsas ünsürlərdən birinin “məlumat” olduğunu
qeyd etdik. Bu məlumatın ağıl sahibi Yaradıcının varlığını isbat etdiyi də
açıqdır. Həyatı yalnız maddi dünyadakı təsadüflərlə izah etməyə çalışan
təkamül nəzəriyyəsi və onun fəlsəfi əsası olan materializm bu həqiqət qarşısında
çarəsizdir.
Təkamülçülərin yazılarına baxdığımızda bəzən bu çarəsizliyin etiraf
edildiyini görərik. Bunlardan biri, məşhur fransız zoolog Pyer-P.Qrassdır. Qrass
materialist və təkamülçüdür. Ancaq darvinist nəzəriyyənin problemlərini bəzən
açıq şəkildə etiraf edir. Qrassa görə darvinçi izahı əsassız edən ən əhəmiyyətli
həqiqət həyatı meydana gətirən məlumatdır:
Hər hansı bir canlı orqanizm inanılmaz dərəcədə böyük “ağıl” ehtiva edir.
Bu, insanların ən böyük arxitektura əsərləri olan kilsələri tikmək üçün
istifadə etdiklərindən daha böyük bir ağıldır. Bu gün bu ağıla “məlumat”
(informasiya) deyirik, amma məna eynidir. Bu məlumat bir kompyuterdə
proqramlaşdırılmamışdır, amma kompyuterdəkindən də dar yerə, DNT-
dəki xromosomlara və ya hər hüceyrədəki fərqli organoidlərə sıxışdırılmışdır.
Bu “ağıl” həyatın “olmazsa, olmaz” şərtidir. Bəs bunun qaynağı nədir?.. Bu
həm bioloqları, həm də filosofları maraqlandıran bir sualdır və elm bunu
əsla həll edə bilməyəcək kimi görünür.
387
Pyer-P. Qrassın “elmin bu sualı əsla həll edə bilməyəcək kimi
göründüyünü” söyləməsinin səbəbi materialist olmayan heç bir izahı “elmi”
saymaq istəməməsidir. Halbuki elmin özü materialist fəlsəfənin fərziyyələrini
əsassız edir və bir Yaradıcının varlığını isbat edir. Qrass və ya digər materialist
“elm adamları” bu həqiqət qarşısında ya gözlərini bağlayır, ya da: “Elm bunu
açıqlaya bilmir”, - deyirlər. Çünki
“əvvəl materialist, sonra elm adamı”dırlar
və
elm əksini isbat etsə də, materializmə inanmağa davam edirlər.
Bu səbəbdən, doğru elm anlayışına sahib ola bilmək üçün, əvvəlcə elmi və
materialist fəlsəfəni bir-birindən ayırmaq lazımdır.
292
E
LM VƏ MATERİALİZMİ
BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
B
ütün bu kitab boyu təhlil etdiyimiz məlumatlar bizə təkamül
nəzəriyyəsinin heç bir elmi əsası olmadığını, əksinə, təkamülün
iddialarının elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil etdiyini göstərir.
Yəni təkamülü himayə edən güc elm deyil. Təkamül bəzi “elm adamları”
tərəfindən
müdafiə edilə bilər, amma bunun kökündə başqa “səbəb” durur.
Həmin “başqa səbəb” materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi
materialist fəlsəfənin təbiətə tətbiq olunmuş formasıdır və bu fəlsəfənin
tərəfdarları tərəfindən elmə zidd olmasına
baxmayaraq, müdafiə edilir.
Təkamül nəzəriyyəsi ilə materializm arasındakı əlaqə bu anlayışların
“nüfuz”ları tərəfindən də qəbul edilir. Məsələn, Leon Trotski: “Darvinin kəşfi
bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük
zəfəri oldu”, - deyə şərh vermişdir.
388
Təkamülçü bioloq Duqlas Futuyma:
“Marksın bəşəriyyət tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə
Darvinin təkamül nəzəriyyəsi materializm
üçün böyük pillə idi”, - deyə yazır.
389
Təkamülçü
paleontoloq Stefen C.Quld isə:
“Darvin təbiətin
mənşəyini izah edərkən çox əsaslı şəkildə
materialist fəlsəfədən istifadə etdi”, -deyir.
390
Materialist fəlsəfə tarixin ən qədim düşüncə
tərzlərindən biridir və əsas xüsusiyyəti maddəni
mütləq varlıq hesab etməsidir. Bu tərifə görə,
maddə sonsuzdan bəri mövcuddur və mövcud
olan hər şey də maddədən ibarətdir. Materializm
Yaradanın varlığını inkar edir.
Nə üçün materializm doğru düşüncə tərzi
deyil? Bir fəlsəfi fikrin doğruluğunu və ya
yanlışlığını yoxlamaq metodu o fəlsəfi fikrin
Karl Marks