HƏYATIN GERÇƏK MƏNŞƏYİ
18
Genetika problemi
Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə salan digər məsələ isə irsiyyət
oldu. Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə canlıların xüsusiyyətlərini
sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin necə baş verdiyi tam məlum
deyildi. Ona görə, irsiyyətin qan yolu ilə ötürülməsi kimi ibtidai düşüncələr
geniş qəbul edilmişdi.
İrsiyyət haqqında bilgi azlığı Darvinin də nəzəriyyəsini irəli sürərkən
tamamilə bəzi səhv fərziyyələrə əsaslanmasına səbəb oldu. Darvin “təkamül
mexanizmi” kimi təbii seçmənı göstərirdi. Amma təbii seçmə ilə seçilən “faydalı
xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəslə necə ötürüləcəkdi? Darvin
elə bu yerdə Lamark tərəfindən ortaya atılmış “qazanılmış xüsusiyyətlərin
sonradan ötürülməsi” tezisinə əl atdı. Təkamül nəzəriyyəsini müdafiə edən
tədqiqatçı Qordon R.Teylor “Böyük təkamül müəmması” (
The great evolution
mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini belə izah edir:
Lamarkizm qazanılmış xüsusiyyətlərin irsi cəhətdən ötürülməsi kimi
tanınır... Darvinin özü açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və
hətta barmaqlarını itirdikdən sonra uşaqları barmaqsız doğulan bir adamı
nümunə göstərib bu hadisəni izah etmişdir... Darvin Lamarkdan bircə fikir
belə götürmədiyini iddia etmişdir. Bu, olduqca gülüncdür, çünki Darvin daima
qazanılmış xüsusiyyətlərin ötürülməsi fikri ilə oynamışdır və (ona görə də)
Lamarkdan çox Darvin tənqid edilməlidir. Kitabının (
Növlərin mənşəyi) 1859-cu
il nəşrində “xarici amillərin dəyişməsinin” variasiyalara səbəb olduğunu deyir,
ancaq ardınca da bu şərtlərin variasiyaları tənzimlədiyini və bunu edərkən
də təbii seçmə ilə birlikdə hərəkət etdiyini açıqlayır. Hər keçən il (orqanların)
istifadə edilməsi və ya edilməməsi mövzusuna daha artıq əhəmiyyət vermişdir...
1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (
Varieties of animal
and plants under domestication) adlı kitabını nəşr etdirdikdə lamarkist irsiyyətə
dəlil olduğunu hesab edən bir çox nümunə vermişdir... Bəzi oğlan uşaqlarının
orqanlarının ön dərilərinin nəsillər boyu edilən sünnət nəticəsində qısalması
kimi.
3
Ancaq Lamarkın tezisi əvvəldə də dediyimiz kimi, avstriyalı botanik rahib
Qreqor Mendelin kəşf etdiyi irsiyyət qanunları tərəfindən təkzib edildi. Belə
olduqda “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı. Genetika qanunları
qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən bəzi
qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin dəyişməzliyi
fikrini dəstəkləyirdi. Darvinin İngiltərədəki heyvan bazarlarında gördüyü
inəklər nə qədər fərqli kombinasiyalarla cütləşdirilsələr də, növ dəyişməyəcək
və inək olaraq qalacaqdılar.
Qısa Tarix
19
Qreqor Mendel uzun təcrübə və müşahidələr
nəticəsində müəyyən etdiyi irsiyyət qanunlarını
1865-ci ildə elmi jurnalda açıqlamışdı. Ancaq bu
qanunlar əsrin sonlarında elm dünyasının diqqətini
çəkdi. XX əsrin əvvəllərində bu qanunların
doğruluğu bütün elm dünyası tərəfindən qəbul
edildi. Bu vəziyyət “faydalı xüsusiyyətlər”
anlayışını Lamarka əsaslanaraq izah etməyə
çalışmış Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə
saldı.
Burada ümumi bir səhvi düzəltmək yerində
olar: Mendel təkcə Lamarkın təkamül modelinə
deyil, eyni zamanda Darvinin də təkamül
modelinə qarşı çıxmışdı. “İrsiyyət” jurnalında
(
Journal of heredity) nəşr edilən “Mendelin təkamülə
və Darvinə müxalifəti” (
Mendel’s opposition
to evolution and to Darwin) başlıqlı məqalədə
bildirildiyi kimi, “Mendel “
Növlərin mənşəyi” əsəri ilə tanış idi və Darvinin
nəzəriyyəsinə qarşı çıxırdı. Darvin təbii seçmə ilə ortaq əcdaddan təkamül
keçirmə nəzəriyyəsini irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”.
4
Mendelin kəşf etdiyi qanunlar darvinizmi çətinliyə saldı. Məhz bu
səbəblərdən Darvinizmi müdafiə edən elm adamları XX əsrin birinci rübündə
yeni təkamül modeli qurmağa çalışdılar. Beləliklə, neodarvinizm meydana
gəldi.
Neodarvinizmin səyləri
Darvinizm ilə genetika elmini birtəhər uyğunlaşdırmağı qarşısına məqsəd
qoyan bir qrup elm adamı 1941-ci ildə Amerika Geologiya Dərnəyinin təşkil
etdiyi bir yığıncaqda toplandılar. G.Ledyard Stebbins və Teodosius Dobjanski
kimi genetiklərin, Ernst Mayr və Culian Haksley kimi zooloqların, Corc Qeylord
Simpson və Qlen L.Cepsen kimi paleontoloqların uzun müzakirələrdən sonra
gəldiyi nəticə darvinizmə yeni forma vermək oldu.
5
Bu şəxslər genetika qanunlarının ortaya qoyduğu “genetik sabitlik”
həqiqətinə qarşı hollandiyalı botanik Hüqo de Vries tərəfindən əsrin əvvəlində
irəli sürülən “mutasiya” anlayışından istifadə etdilər. Mutasiyalar məlum
olmayan səbəblərdən canlıların irsiyyət mexanizmlərində meydana gələn
pozuntular idi. Mutasiya keçirən canlılar valideynlərindən aldıqları genetik
məlumatdan başqa bəzi anormal formalara malik olurdular.
Amerika Geologiya Dərnəyində toplanan elm adamları bu mutasiya
Mendelin müəyyən etdiyi
irsiyyət qanunları təkamül
nəzəriyyəsini çıxılmaz
vəziyyətə saldı