M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə5/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   2   3   4   5   6   7   8   9   ...   108

Qısa Tarix
15
                                                                               
Darvinizmin meydana gəlməsi
Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın 
müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü 
kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı 
növlərindən,  xüsusilə  də  Qalapaqos  adalarında  gördüyü  müxtəlif  alacəhrə 
növlərindən  çox  təsirlənir.  Bu  quşların  dimdiklərindəki  fərqlərin  müxtəlif 
mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.
Darvin bu  səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını  gəzməyə 
başladı.  Maldarlıqla  məşğul  olanların  müxtəlif  inək  cinslərini  cütləşdirərək 
yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli 
alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə 
formalaşdırmağa  başladı.  Nəticədə  bu  fikirlərini  1859-cu  ildə  nəşr  edilən 
Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin 
ortaq  bir  əcdaddan  əmələ  gəldiyini,  ancaq  zamanla  kiçik  dəyişikliklərlə  bir-
birlərindən təkamüllə törədiyini iddia edirdi.
Darvinin  nəzəriyyəsinin  Lamarkın  nəzəriyyəsindən  fərqli  cəhəti  “təbii 
seçmə” anlayışını xüsusi vurğulaması idi. Təbii seçmə təbiətdəki həyat uğrunda 
mübarizədə güclü və ya mühitin şərtlərinə daha uyğun olan canlıların həyatda 
qalması deməkdir. Darvin belə məntiq qurmuşdur:
“Bir canlı növünün daxilində təbii və təsadüfi fərqlər olur. Məsələn, bəzi 
inəklər daha böyük, bəziləri daha tünd rənglidir. Bu dəyişikliklərin hansının 
üstünlüyü varsa, o xüsusiyyət təbii seçmə ilə seçilə. Beləliklə, sözügedən üstün 
xüsusiyyət o heyvan sürüsündə hakim rol oynayar. Bu xüs usiyyətlərin uzun 
zaman ərzində toplanması ilə ortaya yeni növ çıxar”. 
Çarlz Darvin 
nəzəriyyəsini ən ibtidai   
elm səviyyəsində 
inkişaf etdirdi. 
Sağdakına oxşar ən 
sadə mikroskopların 
altında canlılıq cox sadə 
quruluşa sahibmiş kimi 
görünürdü. Bu yanılma 
Darvinizmin əsasını 
təşkil etdi.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
16
Ancaq  Darvinin  irəli  sürdüyü  bu  “təbii  seçmə  ilə  təkamül”  nəzəriyyəsi 
elə lap əvvəldən bir çox sualı də özü ilə bərabər gətirmişdi. Darvinin “təbii və 
təsadüfi fərqlər” dediyi şey əslində nə idi? Bəzi inəklərin daha böyük, bəzilərinin 
daha  tünd  rəngli  doğulduğu  doğru  idi,  lakin  bu  fərqlər  milyonlarla  bitki  və 
heyvan növünü necə açıqlaya bilərdi?
1)    Darvin:  “canlılar  mərhələli  şəkildə  təkamül  keçirmişdir”,  -  deyirdi.  Belə 
olduqda çox sayda “ara növ” yaşamalıydı. Amma fosillər (daşlaşmış canlı 
qalıqları) arasında  bu nəzəri canlılardan əsər-əlamət yox idi. Darvin bu 
problem  üzərində  çox  baş  sındırmış  və  nəticədə:  “bu  fosillər  gələcəkdə 
tapıla bilər”, - deməyə məcbur olmuşdu.
2)   Canlıların göz, qulaq, qanad kimi kompleks orqanları təbii seçmə ilə necə 
açıqlana bilərdi? Tək bir toxumasının əksik olduğu halda, funksiyalarını 
itirən  (heç  bir  işə  yaramayan)  bu  orqanların  “mərhələli  şəkildə”  inkişaf 
etdiyini necə müdafiə etmək olardı?
3)   Bütün bunlardan əlavə, Darvinin “bütün canlıların ortaq əcdadı” dediyi   
ilk canlı orqanizm necə əmələ gəlmişdi? Cansız maddə təbii proseslərlə 
canlıya çevrilə bilmədiyinə görə, Darvin ilk canlının əmələ gəlməsini necə 
açıqlayacaqdı?
Darvin  bu  problemlərin  ən  az  bir  hissəsini  bilirdi.  Kitabına  əlavə  etdiyi 
“Nəzəriyyənin çətinlikləri” (Difficulties on theory) adlı bölmədə bunları qəbul 
etmişdi. Ancaq bu problemlərə verdiyi cavabların elmi əsası yox idi. İngilis fizik 
H.S.Lipson Darvinin bu “çətinlikləri” haqqında belə deyir:
“Növlərin mənşəyi”ni ilk dəfə oxuduqda Darvinin əslində özündən o qədər 
də  əmin  olmadığını  anlamışdım.  “Nəzəriyyənin  çətinlikləri”  adlı  bölmə 
açıq  şəkildə  şübhə  doğurur.  Bir  fizik  kimi  gözün  necə  əmələ  gəldiyi  ilə 
bağlı izahlarına təəccübləndim.
1
Darvin  elmi  araşdırmalar  davam  etdikcə  “Nəzəriyyənin  çətinlikləri”nin 
aradan qalxacağına ümid edirdi. Lakin əksinə, yeni elmi kəşflər bu çətinlikləri 
daha da böyütdü.


Qısa Tarix
17
Həyatın mənşəyi problemi
Darvin kitabında həyatın mənşəyi məsələsindən heç söz açmamışdı. Çünki 
onun dövründəki ibtidai elm anlayışına görə canlıların çox sadə quruluşa malik 
olduğu güman edilirdi. Orta əsrlərdən bəri qəbul edilmiş spontan generasiya 
adlı  nəzəriyyəyə  əsasən  cansız  maddələrin  təsadüfən  birləşərək  canlı  varlıq 
əmələ  gətirdiyinə  inanırdılar.  Bu  dövrdə  həşəratların  yemək  qalıqlarından, 
siçanların da buğdadan əmələ gəldiyi fikri geniş yayılmışdı. Bunu sübut etmək 
üçün  qəribə təcrübələr aparılmışdı. Kirli əsginin üstünə bir az buğda tökülmüş, 
bir müddət gözlədikdən sonra bu qarışıqdan siçanların əmələ gələcəyi güman 
edilmişdi.
Ətin  qurdlanması  da  həyatın  cansız  maddələrdən  törədiyinə  dəlil  hesab 
edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özünə 
əmələ gəlmirlər, milçəklərin gətirib qoyduqları gözlə görünməyən sürfələrdən 
çıxırlar.
Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların 
cansız  maddələrdən  əmələ  gəldiyi  fikri  elm  dünyasında  geniş  şəkildə  qəbul 
edilirdi.
Lakin Darvinin kitabının nəşrindən beş il sonra məşhur fransız bioloq Lui 
Paster təkamülə əsas verən bu fikri tamamilə məhv etdi. Paster apardığı uzun 
elmi  fəaliyyət  və  təcrübələr  nəticəsində  gəldiyi  nəticəni  belə  ifadə  etmişdi: 
“Cansız  maddələrin  həyatı  əmələ 
gətirməsi iddiası artıq qəti şəkildə 
tarixə çevrilmişdir”.
2
 
Təkamül 
nəzəriyyəsinin 
müdafiəçiləri  Pasterin  kəşflərinə 
uzun müddət qarşı çıxdılar. Ancaq 
inkişaf edən elm canlı hüceyrəsinin 
mürəkkəb  quruluşunu  ortaya 
çıxardıqca 
həyatın 
öz-özünə 
əmələ  gəlməsi  iddiası  daha  böyük 
müəmmaya  çevrildi.  Bu  mövzunu 
hərtərəfli  şəkildə  kitabın  sonrakı 
bölmələrində araşdıracağıq.                                            
Lui Paster cansız maddələrin həyat 
əmələ gətirəcəyi inancını alt-üst etdi.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə