M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

Anamın adını qızıma qoydum: Pəri. Böyüdüb boya - başa çatdırdıqdan sonra 
sevdiyi bir oğlanla evləndirdik. Elə oldu ki, bunları Sumqayıta yola saldıq. Üç-
dörd ay, hətta bir il keçdi, məktub almadıq. Görünür, günləri xoş keçdiyindən bizi 
unutmuşdular. Onu da deyim ki, burada olanda uşaq baxçasında işləyirdi. Onun 
tərbiyə etdiyi uşaqlar: “baba, bəs Pəri nə vaxt gələcək?” deyib soruşurdular. 
 
Gözümdən uzaqda, qəlbim içində, 
Bəsləyirəm səni, anam, ay Pərim! 
Dolansam dünyanı diyarbadiyar, 
Yerin var sinəmdə sonam, ay Pərim! 
 
Anan intizarda, mən intizarda, 
Çırpınır ürəyim, gözlərim yolda. 
Bu qoca atanı salsana yada, 
Qoysan əhvalını qanam, ay Pərim! 
 
Düşəndə yadıma dostun yoldaşın, 
Açıq, gülər üzlə Himoş qardaşın, 
Boğur məni axan selli göz yaşım, 
Qoymayır ki, sizi anam, ay Pərim! 
 
Soruşurlar səni bağça dostların, 
Laylay dediyin o incə dostların, 
Ə
lindən tutduğun ağca dostların, 
Qıyma, odlarına yanam, ay Pərimi 
 
Unutma anam, unutma məni, 
Yedirən, içirən doğma Vətəni, 
Gəl, elə etmə ki, qızım, mən səni 
Mahiri qocaldan sanam, ay Pərim! 
 
22.02.72 
 
 
FƏR DƏ
 
Sevimli gəlinim Fəridə Süleyman qızına 
 
Eşit, gör, nə deyir səsim, avazım 
Xoşbəxt görüm səni qızım - Fəridəm. 
Arzulayır qəlbin telləri səni, 
Zirvələrə qalxan gözüm - Fəridəm. 
 
ki sinədə bir ürək döyünsün 
Bir şadlansın, gülsün, birgə sevinsin. 


Taleniz çiçəyə, gülə bürünsün, 
Budur sizə arzum, sözüm, Fəridəm. 
 
 
ALTDAN - ALTDAN 
 
Baxma namərdin sözünə, 
Qurğu qurar altdan - altdan. 
Dost deyib gülər üzünə, 
ş
i burar altdan - altdan. 
 
Girər adam arasına, 
Baxmaz ağa, qarasına 
Bircə alma parasına 
Səni satar altdan - altdan. 
 
Qara geyər, iblis olar, 
Gah saralar, gah da solar. 
Namərdlik kasası dolar 
Yolda durar altdan - altdan. 
 
Köhnə kini salar yada, 
Satar səni verər bada 
Atmaq üçün dostu oda 
Ocaq qalar altdan - altdan. 
 
ki üzlüdən dost olmaz, 
Vurduğu yara sağalmaz. 
Çirkin işdən geri qalmaz 
Fitnə arar altdan - altdan. 
 
 
 
 
 
MƏŞ ƏHMƏD OĞLU NƏZ RL N N 
(MAH R N) “H KMƏTL  SÖZLƏR” 
DƏFTƏR NDƏ
 
* Sevgi və məhəbbət üçüncü bir adamın dünyaya gəlməsi üçün şirin bir 
arzunun başlanğıcıdır. Belə bir arzu təbiətin müqəddəs qanunudur. 
* Bəzən zəhərlər şirinlərin içində gizlənir.  nsanı məhv etmək istəyən 
bədbəxtlik xoşbəxtlik pərdəsində yanaşır.  Belə adamların gülüşü onun keçirdiyi 
uğursuz həyatna istehzadır. 


* Sevincdən əmələ gələn göz yaşları hər şeydən şirindir. Bu yaşlar insanın 
həyatı boyu unudulmazdır. 
* Nə olaydı, mənə edilən yamanlığa qarşı yaxşılıq edə biləcəyimi görəydim. 
Bunu bacaranlar dünyanın ən cəsarətli adamlarındandır. 
* Dağ sellərinə bənzəyən bəzi bədbəxtliklər xoşbəxtliyi aradan qaldırıb 
uçuruma aparır. Bir çox bədbəxtliklər də vardır ki, böyük səadətin başlanğıcı olur. 
* Xoşbəxt o adamdır ki, insanların romanlarda axtardığı əfsanəvi qəhrəman 
həqiqi olaraq onun gözləri qarşısında olur. 
* Həyatın yolları  dağ cığırları kimi bir çox səmtə şaxələnir. Bunlardan 
bəziləri selli - sulu uçurumlu dərələrdə itib - batır. Bəziləri isə uca dağların 
zirvəsinə çatır. 
* Külək nə qədər güclü əsərsə, ağac daha dərin kök atar. 
* Sədaqətli, etibarlı, cəsarətli adamların başı dağ zirvəsi kimi uca və vüqarlı 
olar. 
* Sağ olub yaşamamaqdansa ölmək yaxşıdır. 
* Övlad məhəbbəti çaydırsa, ana sevgisi dəryalardan dərindir. 
* Dağlarda qanadlanan ləkəsiz sevgi ana məhəbbəti kimi təmiz olur. 
* Zahiri kimi daxili də təmiz olan adamların dostluğu möhkəm olar. 
* Zahiri təmiz görünüb daxili ləkəli olan adamın dostluğu beş günlük olar. 
* Məhəbbət elə bir hakimdir ki, şahlar da, sərkərdələr də və ən əfsanəvi 
qəhrəman da ona səcdə edir. 
*  nsanın ən böyük düşmənlərindən biri kasıblıqdır. Mərd adamlar nə 
kasıblığın qarşısında boyun əyər, nə də bu düşmənin öz qəlbinə girməsinə yol 
verər. 
* Bəxtiyarlıq nə  dövlətdə,  nə  də  varda  deyil.   Həyatı  ağılla qurmaqda və 
onu dərindən anlamaqdadır. 
* Çaşmaq, çaşqınlıq zəiflikdən, iradəsizlikdən doğar və döyüşdə insanı 
həmişə məğlub edər. Mərdlik, cəsarət möhkəm iradəlilikdən doğar və mübarizədə 
insana qalibiyyət gətirər. 
*  nsanın necə adam olduğunu bilmək üçün onun gözlərinə bax! Çünki 
gözlər elə bir aynadır ki, insan beynində olan fıkirlər orada aydın görünür. 
* Elə insan var ki, o buz kimi soyuq olur. Hər şeyə laqeyd baxır. 
Xeyirxahlıqdan həmişə uzaq durur, xeyirxahlara paxıllıq edir. Onlara quyu qaza - 
qaza, nəhayət, özü o quyuya düşür. 
* Elə insan var ki, adamı maqnit kimi özünə çəkir. Onun həyat yolu dağların 
zirvəsinə qalxar, öləndən sonra da yaşayar belə adam. 
* Qardaşsız bacı  suyu soğulmuş bulağa,  qardaşlı bacı nəhəng çaylara 
bənzər. 
* Bacısız qardaş qanadı sınmış qartala, bacılı qardaş isə göylər sultanı şahinə 
bənzər. 
* Mənasız qüvvə bel sındırar. 
* Vaxt yaydan çıxmış ox kimi uçur. 
* Yeriyən adam axar çaya, oturan tənbəl isə həsir palaza bənzər. 
* Çəpiyi iki əllə çalarlar. 
* Südlə gələn sümüklə çıxar. 


* Bülbül güldən uzaq düşdükdə onun eşqilə bütün təbiətə zövq verir. Lakin 
gülün yanına gəldikdə lal olur. 
* Susuzluqdan yanan ürək sevdikdə, çiçək sulandıqda canlanar. 
* Ürəyində eşq odu olan bir qəhrəman gəncin rəqibi qarşısında əlində 
siyirmə qılınc olar. 
* Gecə bəzən nəciblərin qəlbi kimi sakit, bəzən də canilərin, xainlərin könlü 
kimi qaranlıq və xəyanətkar olur. 
*  ki ürək bir döyündükdə məhəbbət gülü könül bağında dərin kök salır. 
* Səadət ocağı alovlanıb şölə saçanda elə bil ki, ay gülümsünür, ulduzlar 
yerində oynaşır, günəş qəhqəhə çəkib gülür. 
* Yağış nə qədər gurultulu yağsa, sonra hava bir o qədər xoş və aydın olur. 
  
 
MƏŞ ƏHMƏD OĞLU 
NƏZ RLlN N 
 “BAYATILAR” DƏFTƏR NDƏ
 
Eləmi aralı gəz, 
Ovçusan maralı gəz. 
Vəfalı dosta can qurban 
Vəfasızdan aralı gəz. 
 
Eləmi bağda gəz, 
Bağ da dolan, bağda gəz. 
Dostun vəfalı olsa 
Tut əlindən bağda gəz. 
 
Eləmi qoç dayanar, 
Sürü gələr, qoç dayanar. 
Kəllələşəndə qoçun 
Döyüşünə qoç dayanar. 
 
Mən aşiqəm, gül ara, 
Nə olar, sən də gül ara
4

Özün gülsən - mənimsən, 
Sən çəməndə gül ara. 
 
Eləmi axar gələr, 
Bu çaylar axar gələr. 
Etibarlı olan dost 
Vüqarla baxar gələr. 
 
                                                 
4 Arabir, hərdən 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə