M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

Ş
imal, Cənub bizimdi. 
Azərbaycan gözlərim - 
Giləsi Təbrizimdi. 
 
Günyaz Nəzirli poeziyasının mövzusu əsasən məhəbbətdir. Açıq, saçıq 
məhəbbət və olub - olacaq məhəbbət. Kimsə bu şerləri oxuyanda dinləyici istər - 
istəməz diqqət kəsilir. Məhəbbətin ülviliyi odunda bir an, bir saat da olsa qovrulur, 
qeyri - ixtiyari özünün ilk sevgisini xatırlayır. 
 
* * * 
 
Bir günorta üstü redaksiyamıza cavan bir oğlan gəldi. Tanış olduq. Sovet 
ttifaqı Qəhrəmanı Mərdan Musayevin oğlu idi. Atası haqqında veriliş hazırlamağı 
planlaşdırdıq. Birdən zəndlə dönüb mənə baxdı. 
 - Siz Günyaz Nəzirlinin qohumu deyilsiniz? - deyə soruşdu. 
Məndən “hə” cavabı alandan sonra dərindən köks ötürüb: 
- Məndə - dedi - mərhumun öz əlilə yazıb bağladığı şerləri var. Biz yaxın 
dost idik. 
- Hansı şerlərdi, yadında varsa... 
- Niyə yadımda deyil, onun şerlərini unutmatqmı olar, mənim üçün onlan bir 
- iki dəfə eşitmək, ya da oxumaq kifayətdir, - deyən Tariyel Günyazın 
“Görmüşəm”,  “O mənəm, o sənsən”,  “Qayıtmaz daha” və başqa şerlərini bir 
nəfəsə əzbər söylədi. 
- Günyazın - dedim, - bütün külliyatı məndədir, onun öz əlilə bağladığı şer 
çələngində sizin dediyiniz şerlər yoxdur. Görüşək, mən onların üzünü köçürüb 
kitabıma daxil edim. 
- Mən onları cib dəftərçəmə köçürmüşəm, yaddaşımda isə əbədi həkk 
etmişəm. Əlyazmalarını sizə məmnuniyyətlə qaytara bilərəm. 
Səhərisi, dediyim vaxtda Tariyel Musayev həmin şerlərin əlyazmasını da 
gətirdi. 
 
* * * 
 
Günyaz öz əlilə tərtib etdiyi poeziya çələnginə 15 may 1958-ci ildə yazdığı 
ilk şeri “Sənsiz”dən başlayıb. Şerə bircə cümlə də izahat verib: “Cavanlığımda bu 
qoşmanı kimə oxuyurdum, deyirdilər, guya M.P.Vaqifdən oğurlamışam...” 
 
Sənsən ilk rübabı sinəmdə sazın, 
Sənsən ilk müjdəsi baharın, yazın! 
Eşqinlə yaşayan - sənin Günyazın 
Bircə an, bircə gün yaşarmı sənsiz? 
 
  
Günyaz Nəzirlini həmişə məhəbbətlə, yana - yana xatırlayan şair Məmməd 
Aslan deyir ki, Günyazın gözündə, xəyalında bir qızın əbədi sevgisi yaşardı. O qız 
kim idi, bizə məlum deyildi. Bəlkə də çirkin idi bəlkə  də  elə-belə  az-çox  


gözəlliyi  vardı.  Amma  Günyaz  bütün qızlardakı gözəlliyi o qızda - öz sevgi 
ilahəsində cəmləşdirmişdi Başqa bir qızdakı gözəl birçəyi, ilahi gözləri, aypara 
qaşı öz gözəlində təsvir edirdi, ona poetik nəfəs verirdi. Bizim tanıdığımız 
qızlardakı yaxşı keyfiyyətləri də Günyaz öz poeziya gözəlinə məharətlə köçürə 
bilirdi.  Biz də  Günyaz poeziyasının gücü ilə  o  qızı  tanısaq da tanımasaq da 
sevirdik. 
Günyaz şəxsiyyəti, Günyaz təmizliyi... 
nsanın üzündə nə qədər nur olarmış,  lahi? Günyaz başdan - başa nur 
yağışında xəyalımda, huşumda yaşayır və həmişə də yaşayacaq... 
1928-ci ildə Qazax rayonunun Muğanlı kəndində dünyaya gələn Günyaz 
Osman oğlu Nəzirli 1987-ci il yanvarın səkkizində çıraq kimi qəfil söndü. O, Kür 
qırağındakı Şıxlı kəndinin qədim qəbiristanlığında qara torpağa qovuşdu. 
 
Günyaz, ölüm nədir - gətirdin yada, 
Yaşamaq gözəldi - ölüm olsa da! 
Neçə ki, gözəl var, gözəl dünyada – 
Bulud tək boşalıb - dolmağa dəyməz! 
 
Günyaz Nəzirlinin imzası ədəbiyyat aləmində çox az tanınırdı. O, lirik 
qoşma, gəraylı və müxəmməslər müəllifı idi. Ara-sıra qəlbini qəm çuğlayanda 
bayatılar da qoşardı. Mətbuatda ilk qoşmaları Cənubi Azərbaycan üçün çıxan 
“Səhər” jurnalında (№8, mart 1984) dərc olunub. Bizə yadigar qoyduğu dörd 
qovluq külliyatında əl boyda bir vərəq və iki səhifəlik vəsiyyət çıxdı. Vərəqdə “baş 
daşıma yazılsın” sözlərindən sonra üç bənd bayatı yazıb: 
 
Aylar, illər ötəndi, 
Ömür sona yetəndi. 
Torpağına baş qoydum - 
Vətən yenə Vətəndi. 
 
Sinə daşı - baş daşı, 
Necə tapıb daş - daşı! 
Gəlmiş idim, qayıtdım - 
Nəyə gərək göz yaşı! 
 
Ağlamışam, gülmüşəm – 
Elə bilmə ölmüşəm! 
Sinəm dərdlə dolmuşdu 
Bu torpaqla bölmüşəm. 
 
“Seçmələr” adlı şer dəftərinin ilk səhifəsində Günyaz Nəzirli “Etiraf” adlı ön 
sözündə özü haqqında təfsilatı ilə məlumat verir. Onu olduğu kimi oxuculara 
təqdim edirəm: 
“Nə aşıq olmuşam, nə şair. Adicə şer həvəskarı idim. Uşaqlıqdan sazı 
sevmişəm, amma çala bilməmişəm. 


Çox erkən  - on-on iki yaşımdan şer yazmışam, daha doğrusu, 
uydurmuşam.Yazdıqlarım özümü qane etmədiyindən bu həvəsimdən uzaqlaşmağa 
çalışmışam; arabir pyesə əl atmışam, rəsm çəkmişəm, səhnəyə çıxmışam, orta 
məktəbdə. 
Jurnalist təhsilim var. Qəzet - jurnal səhifələrində ara - sıra imzam görünüb. 
Lakin poeziyaya olan məhəbbətim bütün arzularıma üstün gəlib. Di gəl, cəsarət 
etməmişəm. Bir müddət susmuşam. Nəhayət, qırx - qırx beş yaşlarında yenə şerə 
üz tutmuşam... Ona görə belə deyirəm ki, “üz tutmaq” hələ şerdən “üz görmək” 
deyil. 
Gözəlliyi çox sevirdim. Bəlkə də bu səbəbdən qələmim qoşma yazmağa 
öyrəndi. Axı, məndə bu həvəsi M.P.Vaqifin şirin qoşmaları oyadıb. Onun kimi 
yazmağa çalışmışam, amma onun kimi deyə bilməmişəm... 
Ş
erlərimdə bəzən həyatımdan “şikayətim” də olub, necə deyərlər, 
“sızıldamışam” da. Əslində bu “şikayət-sızıltılar” mənim deyil, danışdığım dilin 
zəngin leksikonunu - sözün məna çalarlarının “sızıltıları”dır.  stəmişəm, sözləri 
“sevindirdiyim” kimi, bir az da  ”kövrəldim”. Söz də insan kimi qəmlənsin. Sevinc 
olan yerdə kədər də olur... Məndən soruşsalardı: poeziyaya necə baxıram? 
Deyərdim: gözəl şerdən əvvəl gözəl şair yaranır. Deməli, yaranan özü həm də 
yaradan olur. Yaradan isə yaratdığını heç vaxt şikəst istəməz. Şer gözəllikdir, gəlin 
kimi sığal sevir. Bu fikri qoşmalarımın birində belə demişəm: “Şairsən - sığal ver 
gözəl sözə sən”. 
Günyaz Nəzirlinin şerlərinə və şəxsiyyətinə yaxşı bələd  olan mərhum xalq 
ş
airimiz Osman Sarıvəlli 1979-cu il dekabrın 14-də ona  etdiyi “Bizim Günyaza” 
adlı şerində yazır: 
 
... Lakin mən dediyim ayrı Günyazdır, 
Misli-bərabəri onun çox azdır. 
Biz eyni iqlimdə tapdıq pərvəriş, 
Onun qışı qışım, yazı yazımdır. 
Başqa Günyazlarla yoxdur oxşarı – 
O mənim öz dostum, öz Günyazımdır... 
 
ş
ıqlı dünyamızdan vaxtsız gedən, dostlarının zarafat-doğru “yaxşı adamların 
yaxşısı” - deyə qiymətləndirdiyi Günyaz Nəzirlidən bizə çoxlu şerlər, qoşmalar, 
bayatılar, mahnı mətnləri, publisistik yazılar, iki səhnə əsəri qaldı. 
Amma bu bir həqiqətdir ki, elini - obasını dünyalarca sevən şair ölmür. Bunu 
Günyaz özü də deyib şerlərinin birində: 
 
Bu dünyadan köçməyimə baxma sən – 
Ə
bədiyəm, ölməmişəm, sağam mən! 
stəmişəm yağış olub, sən gəzən 
O yerlərə göz yaşımla yağam mən! 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə