M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

Dönüb sərv olarsan - torpağın ollam: 
Ayağın altında itərəm, gülüm! 
 
Ağlayan da özün, gülən də özün, 
Özünü günahkar bilən də özün! 
Üzün gözəlləşir güləndə üzün 
Ağlasam mən səndən betərəm, gülüm! 
 
Soruşma Günyazdan bu nə sevdadı
7
 
Sevdiyim gözəlin gözəldi adı... 
O mənim bəxtimə qismət olmadı – 
Gün gələr sevdama yetərəm, gülüm! 
 
18 may 1982 
 
 
MƏN M HƏR SÖZÜMÜN 
Ə
ZƏL  SƏNSƏ
 
Eşidib biləndə səni sevirəm 
Qınadı yaxşılar, yamanlar səni! 
Bir az da anandan qorxdun, bilirəm 
Yol verməz, yaxşıca yamanlar səni! 
 
Adınla yanaşı çəkilən addan 
Ehtiyat eləmə qohumdan, yaddan. 
Qurtarar, əzizim, düşdüyün oddan 
Oduna-közünə yananlar səni. 
 
Günyazın sözünün əzəli sənsən, 
Qoşması, təcnisi, qəzəli sənsən. 
Vəfalı-vəfasız gözəli sənsən 
Unutmaz andıqca ananlar səni. 
 
10 iyun 1982 
 
 
AYRILIĞIN YAŞ GƏT RD  
YAŞ ÜSTƏ 
 
Öz dünyamsan, məndən ayrı düşübsən, 
Ə
lim çatmır, ünüm yetmir, neyniyim! 
                                                 
7 Füzulinin misrasına işarədir. 
 


Biləmmədim inciyibsən, küsübsən, 
Nəçə vaxtdı səsin ötmür, neyniyim! 
 
Qıvrım tellər nazlandıqca qaş üstə, 
Baxışların daş qoymadı daş üstə. 
Ayrılığın yaş gətirdi yaş üstə 
Ömür daha vəfa etmir, neyniyim! 
 
Xəyalımda xəyalınla qalmışam, 
Niskilimi xəyalından almışam. 
Günyazı da yanar oda salmışam – 
Ürəyimdən eşqin getmir, neyniyim! 
 
30 iyun 1982 
 
 
GÖZ YAŞIMDAN  SLANIBDI 
TELLƏR N 
 
Göz yaşımdan islanıbdı tellərin, 
Qurudaram, sinəm üstə sər indi. 
Ürəyimi ovundursun əllərin 
Qorxma daha, əvvəlkindən sərindi. 
 
Sehirlidi, tilsimi var sözün, yar, 
Öz nurunu məndə tapar gözün yar, 
Səpdiyini məndən apar özün yar, 
Qəm bitirdin, qəm yetirdim, dər indi. 
 
Yaxşı saldın eşqimizi dilə sən, 
Bir də dönməz ötənləri diləsən. 
Ha Günyaza yüz min mətləb dilə sən 
Yaraları dəryalardan dərindi. 
 
20 avqust 1982 
 
  
 
TANRIYA BAX, ƏTƏY NDƏ
TÖK  DAŞ
 
Bir gün gələr günahını anlarsan, 
Bu dərd səni ömrün boyu yandırar. 
Xatırlayıb öz-özünü danlarsan 
Qocalığın sənə çox şey qandırar. 
 


Camalında, kamalında yox eyib, 
Tərifini qoşmalarım çox deyib... 
Bel bükülər, diş tökülər, çox heyif, 
Oğul-uşaq yaxın gəlməz, yan durar... 
 
Tanrıya bax, ətəyindən tök daşı, 
Kimə sevinc gətiribdi göz yaşı. 
Sən Günyazsız yaşasan da yüz yaşı 
Mənsizliyin yenə məni andırar... 
 
15 iyul 1982 
 
 
O YERDƏ QƏƏK B 
B T RM ŞƏM MƏ
 
Bilmirəm dünyanın harasındayam, 
Özümü özümdə itirmişəm mən! 
Ağlımla eşqimin arasındayam 
Ağlımı gözümdə itirmişəm mən! 
 
Sevinci, kədəri məndə tapardın, 
Sevinci, kədəri məndən apardın. 
Qəlbimi köksümdən yarıb qopardın, 
O yerdə qəm əkib bitirmişəm mən! 
 
Bəxt yatıb, Günyazım, oyanmaz daha, 
Sən yanıb kül oldun, o yanmaz daha... 
Məcnun da bu dərdə dayanmaz daha 
Ömrümü, günümü bitirmişəm mən! 
 
30 iyul 1982 
 
 
 
 
  
GÖZƏLCƏ YANDIRAR, 
GÖZƏLCƏ YAXAR 
 
Yanaqlar qızarar, dodaqlar gülər 
Günyazı tilsimə salanda gözlər. 
Ürəyi gözündən oxuyub, bilər 
Göz ilə göz-gözə qalanda gözlər. 
 
Gözəlcə yandırar, gözəlcə yaxar, 
Gözəlcə süzülər, gözəlcə baxar, 


Gözəlcə üzülər, gözəlcə axar, 
Kamını gözlərdən alanda gözlər. 
 
Coşanda bir coşğun ümmana dönər, 
Ə
lçatmaz, ünyetməz gümana dönər, 
Çiskinli-boranlı dumana dönər, 
Kövrələr boşalıb - dolanda gözlər. 
 
18 avqust 1982 
 
MƏN DED M, O DED  
 
Günyazı salıbsan bir yanar oda, 
Gəl getmə, o sənsiz qalanmaz, dedim. 
Ş
am özü yanmasa, billah, dünyada 
Pərvanə bir oda qalanmaz, dedi. 
 
Eşq əhli naz etməz bu qədər, dedim, 
Yox onsuz nə sevinc, nə kədər dedim, 
Aşiqi yandırma gəl hədər, dedim, 
Yanmasa kamını alammaz, dedi. 
 
Dodaqlar güldümü, təzə-tər dedim, 
Sən ona bərabər gül göstər, dedi. 
Soruş gül dodaqdan nə istər, dedim, 
Bir busə götürsən talanmaz dedi. 
 
26 avqust 1982 
 
 
 
YÜZ GÖZƏL B R  ƏSL  
OLAMMAZ DAHA 
 
Qəlbimi duymayıb getdi o mələk, 
Bir də bu yanlara dolanmaz daha. 
Məhəbbət hissini duymayan ürək, 
Məhəbbət oduyla dolammaz daha. 
 
Yüz gəmim od ala, yüz bərəm yana, 
Yüz canım alışa, yüz kərəm yana. 
Yüz Kərəm kül ola, yüz Kərəm yana 
Yüz gözəl bir Əsli olammaz daha. 
 
Meylin də kövrəkdi gül meyli kimi, 
Dolanar dünyam gileyli kimi... 


Sevirsə qoy sevsin lap Leyli kimi, 
Günyazın könlünü alammaz daha. 
 
27  sentyabr 1982 
 
 
YUXUM Ç N OLAYDI 
 
Yuxumda görmüşəm bu gecə səni, 
Yuxum çin olaydı, həyatım yuxu! 
Yamanca almışdı nişana məni, 
Qaşların kamanı, kirpiyin oxu. 
 
Dodaqlar ötürdü hey bülbül kimi, 
Yanaqlar gül kimi, saçlar tül kimi. 
Ə
trin xoş gəlirdi qızılgül kimi, 
Kaş belə keçəydi ömrümün çoxu... 
 
Ayrılıq şərbəti içdim əlindən, 
Ayrıldım, ayrıldım qara telindən... 
Ayıq ol, ay Günyaz, dostu dilindən, 
Gözəli həmişə gözündən oxu. 
 
5 noyabr 1982 
 
 
GÖZLƏR N GÖZLƏRƏ 
SEVlNC PAYLADI 
 
Neçə ki, gözəlsən, neçə ki, cavan, 
Bu dünya gözündə heç nədi, gülüm! 
Qocalıb dünyadan köçdüyün zaman, 
Bilərsən heç nədi, köç nədi, gülüm! 
 
O zərif nəfəsin kimə layladı?! 
Kim səni səslədi, kim harayladı?! 
Gözlərin gözlərə sevinc payladı 
Könlündən bir könül keçmədi, gülüm. 
 
Saçların ətriydi məni məst edən, 
Dodaqlar qönçədi, özün gülbədən. 
Kipriklər Günyazı bilmədim nədən, 
Özünə nişangah seçmədi, gülüm! 
 
30 noyabr 1982 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə