M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
Çoxdandı bizlərə düşmür güzarı, 
Arayıb-axtarmaz bir dostu-yarı 
Mənədi, məndəndi giley-güzarı 
Gileyi oxudum üzündən onun. 
 
Hələ də dünyadan bixəbər Günyaz, 
Gözəllər naz sevir, qoy eyləsin naz! 
Sən də o afətə bir ərzi-hal yaz: 
Gileylən özünə, özündən onun... 
 
avqust 1981 
 
  
K MƏ GƏRƏK MƏN  
YAZDIĞIM ŞERLƏ
 
Elə bilmə unutmuşam səni mən: 
Unutmaram, iki dünya bir ola! 
Məhəbbətin getməz olub könlümdən 
Di gəl özün heç gəlmədin bir yola! 
 
Yaranbsan göyçəklərin göyçəyi 
Dodaqların qızılgülün ləçəyi... 
Ömrümüzün iki qönçə çiçəyi 
Bir budaqda bir açıla, bir sola... 
 
Kimə gərək mən yazdığım şerlər?! 
“Ovsunu yox, tilsimi yox” deyirlər... 
Sənin gəzib dolandığın o yerlər 
Kaş Günyazın baş qoyduğu yer ola. 
 
1 sentyabr 1981 
 
 
GÜLYASDIĞA GÖZ YAŞINMI  
TÖKÜLÜB ? 
 
Sən gedəli yuxum ərşə çəkilib, 
Heç laylasız yatammıram gecələr! 
Gülyasdığa göz yaşınmı tökülüb? 
“Qızılgülə batammıram” gecələr... 
 
Hərdən yarı arzuluyan könlümdən, 
Yar yanında yarsızlayan könlümdən. 


Gah ağrıyan, gah sızlayan könlümdən, 
Dərdi-səri atammıram gecələr! 
 
Bir dünyadır gözlərinin ədası- 
Niyə yoxdur orda eşqin sədası!.. 
Mən yuxuma, ay Günyazın sevdası, 
Sənsiz şəkər qatammıram gecələr... 
 
3 sentyabr 1981 
 
 
QANA DÖNMÜŞ ÜRƏY M N 
ODUNDA 
 
Ola bilsin görüşmədik bir daha, 
Ş
özlərimi yaxşı saxla yadında: 
stəmirəm birgə bataq günaha – 
Sözə qoya yaxının da, yadın da! 
 
Ömür keçdi bu dünyadan doymadım, 
Nə sərvətə, nə dövlətə uymadım. 
Çox cavansan, heç sənə də qıymadım, 
Ləkə saldım istəyində, adında! 
 
Sənsiz Günyaz sevinmədi bir an, bil, 
Sən olmasan bu cahanı viran bil! 
sindirrəm nəfəsini hər an, bil – 
Qana dönmüş ürəyimin odunda! 
 
15 noyabr 1981 
 
 
SÖZÜMDƏ GÜNYAZAM 
 
Nə qalıb xatirə o son görüşdən? 
Hər axşam, hər sabah anhaandayam!.. 
Eyhamlı baxışın eyhamını mən, 
Yenicə anlayıb, qanhaqandayam... 
 
Unuda bilmirəm, ata bilmirəm, 
Gecələr yuxumu yata bilmirəm. 
Yaxından-yaxına çata bilmirəm, 
Uzaqdan-uzağa yanhayandayam... 
 
Gözümdə Günyazam, özüm də pakam, 


Gözümdə qalmayıb nə arzu, nə kam... 
Sən olan dünyadan köçmərəm nakam, 
Necə ki, səninlə canhacandayam... 
 
            
  
MÖHNƏTL  GÜNLƏR  YOLA 
SALMIŞAM 
 
Sən gələn yollara mən özüm qurban, 
Çoxdandı çıxmışam pişvazına mən! 
Sənə mənim canım, həm gözüm qurban, 
Dözmüşəm, dözərəm hər nazına mən... 
 
Möhnətli günləri yola salmışam, 
Ömürdən bir ömür möhlət almışam. 
nsafsız, nə vaxtdı həsrət qalmışam, 
O tuti dilinin avazına mən... 
 
Yaxın gəl, eyləsin Günyaz tamaşa, 
O xumar gözlərə, o qələm qaşa! 
Ürəyi cavandı, sən baxma, yaşa – 
Tay ola bilmərəm Günyazına mən! 
 
30 sentyabr 1981 
 
 
ÜRƏY  ÜRƏK DUYANDA 
 
Dəyişir insanın bəxti, qisməti, 
Sevən bir ürəyi ürək duyanda. 
Dünyanın dünyada olmur qiyməti 
Dünyada ürəyi ürək duyanda!.. 
 
Alışdım oduna, alışdım köz-köz, 
Görmədim mən ondan bircə şirin söz!.. 
Bu yanda gözləri sevindirdi göz- 
Ağlatdı ürəyi ürək o yanda!.. 
 
Xəyalı bir təmiz səmayə bənzər, 
Camalı Günəşə, həm Aya bənzər... 
Məhəbbət xaraba saraya bənzər 
Günyazım, ürəkdən ürək doyanda! 
 
12 sentyabr 1981 
 


 
GÖZƏL  SEVƏN N NƏ 
DƏRD  - SƏR  
 
Gözlərin xoşuma gəlmədi, gülüm, 
Səndən bir əlamət yox idi onda!.. 
Nəqafil görüşdən tutuldu dilim 
Dinməyə taqətim yox idi onda... 
 
Baxışlar nigaran, baxışlar küsgün... 
Baxışlar xoşuma gəlmədi o gün!.. 
Baxışlar görmüşdüm, gözləri gülgün, 
Sevinclər, fərəhlər çox idi onda. 
 
Nə kamal əhliyəm, nə də ...sərsəri, 
Gözəli sevənin nə dərdi-səri?! 
Azalıb gözlərin indi kəsəri 
Günyaza atılan ox idi onda... 
 
20 oktyabr 1981 
 
 
ARAB R GÜNYAZI 
XATIRLA  BARI 
 
Gözümün işığı, gözü göyçəyim, 
Məni gəz, qaş ilə göz arasında! 
Çoxdandı qul edib, özü göyçəyim – 
Kirpiyin qaş ilə öz arasında! 
 
Nə məndə can qalıb, nə səbri-qərar, 
Nə səndə mərhəmət, nə də insaf var! 
Könlüm bu dünyada səni arzular – 
Qalmışam od ilə köz arasında! 
 
Gözəllər unudur eşqi, ilqarı- 
Bu gündən sabaha yox etibarı! 
Arabir Günyazı xatırla barı 
Söhbət arasında, söz arasında! 
 
10 fevral 1982 
 
  
O TELLƏR QÜDRƏTDƏ
 DARANIB 


 
Pəjmürdə saçlara gəl dəymə, gülüm, 
Arabir əlinlə dara, yaxşıdı! 
Öz rəngi qaradı, əl dəymə, gülüm, 
Xurmayı saçlardan qara yaxşıdı! 
 
O tellər qüdrətdən daranıb, gülüm, 
Hər biri ipəkdən yaranıb, gülüm! 
Ə
trini yar duyub, yar anıb, gülüm, 
Qisməti yar olsa, yara yaxşıdı! 
 
lahi gözlərin nə yaman baxdı, 
Ə
limi dünyadan üzdüyüm vaxtı! 
Baxışlar Günyazı odlara yaxdı 
Kipriklər çəkməsə dara, yaxşıdı! 
 
25 fevral 1982 
 
 
SƏN N GÖZ YAŞINDA 
BATMADIM N YƏ 
 
O gecə ilk dəfə qonağım oldun: 
Danışdın ömründən gəlib-keçəni... 
Bulud tək boşaldın, bulud tək doldun 
Ağlayıb hıçqırdın bütün gecəni... 
 
Sevinci sevincə qatmadım niyə?! 
Baş qoyub dizinə yatmadım niyə?! 
Sənin göz yaşında batmadım niyə?! 
Ovsunda saxladın sən necə məni!.. 
 
Hardasan Günyazın könül həmdəmi? 
Gəl, dağıt könlümdən qüssəni, qəmi!.. 
Bilsəydim biryolluq yarıb sinəmi 
Bağrıma basardım son gecə səni... 
 
18 aprel 1982 
 
      
 
AĞLAYAN DA ÖZÜN, 
GÜLƏN DƏ ÖZÜN 
 
Qızılgülüm olsan - yarpağın ollam, 
Tikanın altnda bitərəm, gülüm! 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə